CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

"Dövlət borcu ilə bağlı xərclər gələn il artırılacaq"

© Sputnik / Murad OrujovПачки азербайджанских манатов на столе
Пачки азербайджанских манатов на столе - Sputnik Azərbaycan
Abunə olmaq
"Gələn ilin dövlət büdcəsindən iqtisadi fəallığın artırılması üçün əlavə vəsaitin ayrılması nəzərdə tutulur"

BAKI, 23 dekabr — Sputnik. "2021-ci ildə dövlət büdcəsinin icrasından sonra xəzinədə 500 milyon manat vəsaitin qalacağı nəzərdə tutulur".

Sputnik Azərbaycan xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında maliyyə naziri Samir Şərifov deyib.

Nazir bildirib ki, gələn ilin dövlət büdcəsindən iqtisadi fəallığın artırılması üçün əlavə vəsaitin ayrılması nəzərdə tutulur.

Milli Məclisin iclası, arxiv şəkli - Sputnik Azərbaycan
İQTİSADİYYAT
Kim nə qədər alacaq - Milli Məclis müzakirələr aparır

O qeyd edib ki, bu məqsədlə Dövlət Neft Fondundan transfertlərin bu il olduğu kimi qalması nəzərdə tutulur. Nazirin sözlərinə görə, Mərkəzi Bankın sərbəst mənfəətlərindən də bir hissənin dövlət büdcəsinə transfert edilməsi nəzərdə tutulur.

S.Şərifov əlavə edib ki, gələn il daxili bazarda dövlət istiqrazlarının yerləşdirilməsi, beynəlxalq maliyyə qurumlarından əlavə kreditlərin cəlb edilməsi hesabına əlavə vəsaitlərin yönləndirilməsi nəzərdə tutulur.

Nazir bildirib ki, 2021-ci ilin dövlət büdcəsində maliyyə təminatının yaradılması əsas götürülüb: "Gələn il bir sıra sahələrin xərclərində artımlar nəzərdə tutulub. Sosialyönümlü xərclərə 38,9% ayırmalar nəzərdə tutulub. Bu, Prezident İlham Əliyevin yürütdüyü sosialyönümlü siyasətlə bağlıdır. Eyni zamanda gələn il ölkədə ərzaq təhlükəsizliyinin daha da təkmilləşdirilməsi məqsədilə əlavə vəsaitlərin ayrılması nəzərdə tutulur. Dövlət büdcəsinin əsaslı xərcləri 8,3 mlrd. manat təşkil edir. 5 mlrd. manatdan yuxarı vəsaitlər investisiya proqramına yönəlmiş vəsaitlərdir. Bunlardan 2,2 mlrd. manatı Qarabağın yenidən qurulmasına yönəldiləcək. Dövlət borcu ilə bağlı xərclər gələn il cari illə müqayisədə artacaq ki, bu da dövlət tərəfindən orta müddətdə borc strategiyasına nəzərdə tutulan dəyişikliklərlə bağlıdır".

Xəbər lenti
0