Qəbələ və Oğuzda əkin, arxiv şəkli

Oğuz Qəbələdə şəhid qazi ailələri üçün təsərrüfatlar yaradıldı

12
(Yenilənib 11:25 20.12.2020)
ƏƏSMN postmüharibə dövrünə aid Tədbirlər Planı əsasında şəhid ailələri və müharibə iştirakçılarının proqrama cəlb edilməsi və aktivlərlə təminatı işlərini davam etdirir

BAKI, 20 dekabr — Sputnik. Oğuz və Qəbələdə şəhid ailələri və qazilər üçün təsərrüfatlar yaradılıb.

Sputnik Azərbaycan bildirir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən məlumat verrlib. Məlumata görə, qurumun tabeliyindəki Dövlət Məşğulluq Agentliyi tərəfindən Oğuz rayonunda şəhid Babayev Elmanın atası Babayev Telman, şəhid Əliyev Anarın həyat yoldaşı Əliyeva Günel, şəhid İbrahimov Mayılın atası İbrahimov Nəriman, şəhid İsazadə Səfanın qardaşı İsazadə Röyal, şəhid Nuralıyev Elşənin atası Nuralıyev Rövşən, şəhid Şirəlizadə Süleymanın atası Şirəliyev İlham növbədənkənar özünüməşğulluq proqramına cəlb olunaraq, mal və materiallar, avadanlıqlar formasında aktivlərlə təmin ediliblər.

Qəbələ rayonunda şəhid Abdurəhmanov Elvinin atası Abdurəhmanov Əbülfəz, şəhid Bayramov Çoşqunun atası Bayramov Dilbər, şəhid Üzeyirov Müşviqin atası Üzeyirov Qoşqar və Vətən müharibəsində yaralanmış Şirinov Tural, Baxışov Murad, İsrafilov Zaur da özünüməşğulluq proqramına cəlb edilməklə, aktivlər alıblar.

Onlar verilmiş aktivlər hesabına kiçik təsərrüfatlarını yaradıblar.

Nazirlik postmüharibə dövrünə aid Tədbirlər Planı əsasında şəhid ailələri və müharibə iştirakçılarının proqrama cəlb edilməsi və aktivlərlə təminatı işlərini davam etdirir.

12
Vergi Məcəlləsi, arxiv şəkli

Vergi Xidmətinin büdcəyə ödədiyi vəsaitin məbləği açıqlanıb

11
(Yenilənib 14:17 18.01.2021)
Nazir qeyd edib ki, dövlət büdcəsinə ödənilən vəsait ölkənin qüdrəti və vətəndaşların sosial rifahıdır

BAKI, 18 yanvar — Sputnik. Azərbaycan Dövlət Vergi Xidməti tərəfindən ötən il dövlət büdcəsinə 7,4 mlrd. manata yaxın vəsait daxil olub.

Sputnik Azərbaycan xəbər verir ki, bunu Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov açıqlayıb.

Nazir qeyd edib ki, dövlət büdcəsinə ödənilən vəsait ölkənin qüdrəti və vətəndaşların sosial rifahıdır: "Vergiləri vaxtında və tam ödəyən hər vergi ödəyicisinin dövlətin tərəqqisində payı var".

11

Professor: “Artıq ölkədə bölgədə yeni proseslərin şahidi olacağıq”

18
(Yenilənib 09:39 18.01.2021)
Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) professoru Elşad Məmmədov deyir ki, son razılaşma ötən yüz ilin ən strateji, sistemli və ən əsası kompleks bir razışlaşma kimi dəyərləndirilməlidir
Elşad Məmmədov: “Bu, regional inkişafın dayanıqlı şəkildə formalaşmasına şərait yaradacaq”

“Bu gün imzalanan bəyanat bizim məqsədlərimizdən xəbər verir. Çünki hərbi əməliyyatların bitirilməsinə dair bəyannamənin maddələrindən biri nəqliyyat kommunikasiyalarının blokdan çıxarılması idi. Bu, regionun inkişafına böyük dinamizm gətirə biləcək sahədir, o, həmçinin təhlükəsizliyi də möhkəmlədəcək. Çünki nəqliyyat kommunikasiyalarının açılması Azərbaycan, Ermənistan, Rusiya və bizim digər qonşularımızın xalqlarının maraqlarına cavab verir”. Bu barədə Azərbaycan Prezidenti İlham Əliyev Moskvada keçirilən üçtərəfli görüşdə deyib.

Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) professoru Elşad Məmmədov Sputnik Azərbaycan-a deyir ki, son otuz il ərzində Azərbaycan vahid təssrüfat sistemi baxımından ciddi problemlərlə üzləşirdi:

“Faktiki olaraq Naxçıvan Azərbaycanın iqtisadi inkişafından təcrid olunmuşdu. Düzdür, müxtəlif ölkələr vasitəsilə əlaqələr mövcud idi, amma bu bir sıra problemlər yaradırdı. Ona görə də hesab edirəm ki, Naxçıvanla əlaqələrin dəhlizlə vasitəsilə reallaşdırılması olduqca mühim məsələdir. Bu regional inkişafın daha dayanıqlı şəkildə formalaşmasına şərait yaradacaq. Artıq ölkədə və bölgədə yeni proseslərin şahidi olacağıq. Son razılaşma ötən yüz il ərzində ən strateji, sistemli və ən  əsası kompleks bir razışlaşma kimi dəyərləndirilməlidir”.

Qeyd edək ki, Rusiya, Azərbaycan və Ermənistanın Dağlıq Qarabağın inkişafına dair işçi qrupu yanvarın 30-dək ilk iclasını keçirəcək. Bu barədə üç ölkə liderinin Kremldə aparılan birgə danışıqlarının yekununa həsr olunmuş bəyanatında deyilir.

Elşad Məmmədovun geniş şərhinə audiofaylda qulaq asa bilərsiniz

18
Laçın şəhərinə mənzərə, arxiv şəkli

Laçının gəzməli-görməli yerləri haqqında videoçarx hazırlanıb

0
Videoçarxda Laçının Ağoğlan qəsri, Dəmirovlu pir məbədi, Məlik Əjdər türbəsi, "Kar günbəz" türbəsi, Həmzə Soltan sarayı haqqında məlumatlar təqdim olunur.

BAKI, 18 yanvar — Sputnik. Dövlət Turizm Agentliyi tərəfindən işğaldan azad edilmiş Laçının gəzməli-görməli yerləri haqqında tanıtım videoçarxı hazırlanıb. Bu haqda Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev rəsmi "Twitter" səhifəsində etdiyi paylaşımla məlumat verib. "Qədim tarixi abidələrə və gözəl təbiətə malik olan Laçında turizmin inkişafı üçün imkanlar genişdir. Növbəti videoçarxımız düşməndən azad olunan Laçınımızın gəzməli-görməli yerlərinə həsr olunub", - deyə Fuad Nağıyev qeyd edib.

Videoçarxda Laçının gəzməli-görməli yerləri, o cümlədən Qafqaz Albaniyasının mədəni irs nümunlərindən IX əsrə aid bazilika Ağoğlan qəsri və XI əsrə aid edilən Dəmirovlu pir məbədi, Elxanilər dövründə tikildiyi güman edilən Məlik Əjdər türbəsi, XVII əsrə aid edilən və tikintisində Albaniya xristian memarlığının təsiri duyulan "Kar günbəz" türbəsi, 1761-ci ildə tikilməsi haqqında məlumat mövcud olan Həmzə Soltan sarayı, rayonun bir və ikitağlı körpüləri, müxtəlif at və qoç fiqurlarından ibarət daş abidələri haqqında məlumatlar təqdim olunur.

Qeyd edək ki, Agentlik tərəfindən bundan əvvəl erməni işğalından azad edilmiş Qubadlı, Zəngilan, Şuşa və Kəlbəcərin gəzməli-görməli yerləri haqqında videoçarx təqdim olunub. Layihə çərçivəsində digər azad edilmiş torpaqlarımızın da turizm potensialını əks etdirən bu növ video çarxların hazırlanması nəzərdə tutulub.

0