Zülfiyyə Quluyeva, Sputnik Azərbaycan
BAKI, 18 dekabr — Sputnik. Koronavirus pandemiyası səbəbindən Azərbaycanda bir sıra sahələrdə yerində xidmət dayandırılıb.
Bu günlərdə çoxlarını maraqlandıran sual Yeni il, Dünya Azərbaycanlılarının Həmrəyliyi Günündə qış turizminin inkişaf etdiyi bölgələrdə hotellərin işləyib-işləməyəcəyidir.Sputnik Azərbaycan-a Şahdağ Turizm Mərkəzindən bildiriblər ki, bayram günlərində müştərilərə xidmətlər göstəriləcək. Mərkəzdən aldığımız məlumata görə, artıq bayram günləri ilə bağlı paketlər hazırlanıb: "Şahdağda dekabrın 31-dən yanvarın 3-dək paket şəklində üç gecəlik istirahətin qiyməti 1550-1640 manat civarındadır. Bu, iki nəfər üçün olan qiymətdir. Bu qiymətə səhər yeməyi və şam yeməyi daxildir. Əgər Şahdağda kanat, xizək və sair qış turizm xidmətlərindən yararlansanız, bunun üçün əlavə məbləğ ödəməlisiniz. Xizək üçün kirayə götürəcəyiniz geyim və sairin qiymətinə görə 50 manatdan 70 manatadək pul ödəməlisiniz. Hoteldə SPA xidməti də göstərilir".
Mərkəzdən hoteldə ancaq bayramla bağlı üç günlük paketlərin satıldığını söylədilər.
"Qafqaz Tufandag Hotel"dən isə bildirdilər ki, Qəbələdə Yeni ili qarşılamaq üçün hazır paketlər var. Dekabrın 31-dən yanvarın 1-nə iki gecəlik hazır Yeni il paketi 966 manat təşkil edir. Buraya səhər yeməyi və 31-i gecə şam yeməyi daxildir. Qəbələdə "Riverside Hotel"də isə qiymət iki gecə şam yeməyi daxil 866 manatdır. Xizək turlarının qiyməti isə 12-20 manat arasıdır.
"DAİR" Hotellər və Restoranlar Assosiasiyasının sədri Samir Dübəndi Sputnik Azərbaycan-a bildirib ki, karantin olmayan ərazilərdə hotellərin fəaliyyətinə icazə verilir. Həmin rayonlarda həftəsonu hotellərdə yer tapılmır. Amma hotellərin fəaliyyətinə icazə verilsə də, ancaq qış turizminin inkişaf etdiyi ərazilərdə hotellər işləyir. Digərləri isə müştəri olmadığından işləmir.
BAKI, 18 yanvar — Sputnik. Azərbaycan Dövlət Vergi Xidməti tərəfindən ötən il dövlət büdcəsinə 7,4 mlrd. manata yaxın vəsait daxil olub.
Sputnik Azərbaycan xəbər verir ki, bunu Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov açıqlayıb.
Nazir qeyd edib ki, dövlət büdcəsinə ödənilən vəsait ölkənin qüdrəti və vətəndaşların sosial rifahıdır: "Vergiləri vaxtında və tam ödəyən hər vergi ödəyicisinin dövlətin tərəqqisində payı var".
“Bu gün imzalanan bəyanat bizim məqsədlərimizdən xəbər verir. Çünki hərbi əməliyyatların bitirilməsinə dair bəyannamənin maddələrindən biri nəqliyyat kommunikasiyalarının blokdan çıxarılması idi. Bu, regionun inkişafına böyük dinamizm gətirə biləcək sahədir, o, həmçinin təhlükəsizliyi də möhkəmlədəcək. Çünki nəqliyyat kommunikasiyalarının açılması Azərbaycan, Ermənistan, Rusiya və bizim digər qonşularımızın xalqlarının maraqlarına cavab verir”. Bu barədə Azərbaycan Prezidenti İlham Əliyev Moskvada keçirilən üçtərəfli görüşdə deyib.
Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) professoru Elşad Məmmədov Sputnik Azərbaycan-a deyir ki, son otuz il ərzində Azərbaycan vahid təssrüfat sistemi baxımından ciddi problemlərlə üzləşirdi:
“Faktiki olaraq Naxçıvan Azərbaycanın iqtisadi inkişafından təcrid olunmuşdu. Düzdür, müxtəlif ölkələr vasitəsilə əlaqələr mövcud idi, amma bu bir sıra problemlər yaradırdı. Ona görə də hesab edirəm ki, Naxçıvanla əlaqələrin dəhlizlə vasitəsilə reallaşdırılması olduqca mühim məsələdir. Bu regional inkişafın daha dayanıqlı şəkildə formalaşmasına şərait yaradacaq. Artıq ölkədə və bölgədə yeni proseslərin şahidi olacağıq. Son razılaşma ötən yüz il ərzində ən strateji, sistemli və ən əsası kompleks bir razışlaşma kimi dəyərləndirilməlidir”.
Qeyd edək ki, Rusiya, Azərbaycan və Ermənistanın Dağlıq Qarabağın inkişafına dair işçi qrupu yanvarın 30-dək ilk iclasını keçirəcək. Bu barədə üç ölkə liderinin Kremldə aparılan birgə danışıqlarının yekununa həsr olunmuş bəyanatında deyilir.
Elşad Məmmədovun geniş şərhinə audiofaylda qulaq asa bilərsiniz
BAKI, 18 yanvar — Sputnik. Nəqliyyatda Baş Polis İdarəsinin Narkotiklərlə Mübarizə Şöbəsinin və Dəmir Yolu Nəqliyyatında Polis İdarəsinin Gəncə st. Xətt Polis Şöbəsinin (XPŞ) əməkdaşlarının daxil olan məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində qanunsuz olaraq narkotik vasitə saxlamaqda və gəzdirməkdə şübhəli bilinən, Qazax şəhər sakini, Afiq Məmmədov XPŞ-yə gətirilib.
Sputnik Azərbaycan Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan verilən məlumata istinadla xəbər verir ki, onun üzərində şəxsi axtarış keçirilən zaman əlində olan, göy rəngli politelen torbanın içərisindən 455 qram narkotik vasitə olan qurudulmuş "marixuana" aşkar edilərək götürülüb.
Afiq Məmmədovun ətrafında keçirilən istintaq-əməliyyat tədbirləri nəticəsində onun Qazax şəhər ərazisindəki qəbirstanlıqda odlu silah gizlətməsi də məlum olub. Polis əməkdaşlarının həmin əraziyə keçirdiyi baxış zaman oradan bir ədəd istifadəyə yararlı "AKM-72" tipli avtomat və həmin avtomata aid 4 ədəd patron aşkar edilərək götürülüb.
Götürülən maddi sübutlar müvafiq ekspertizaya təqdm edilib, faktlarla bağlı XPŞ-nin İstintaq Qrupunda cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.