Azərbaycanda heç vaxt köhnəlməyən mövzu: ev fırıldağının qarşısını kim alacaq?

95
(Yenilənib 13:07 17.12.2020)
"Təkliflərimdən biri də budur ki, rieltorlara bəzi səlahiyyətlər verilsin, banklar onlarla müqavilə bağlasın. Xarici ölkələrdə heç kəs öz mənzilini sata bilməz"  - ekspert

Nigar İsgəndərova, Sputnik Azərbaycan

BAKI, 17 dekabr — Sputnik. Türkiyədə əmlak alqı-satqısı ilə məşğul olan maklerlərlə bağlı yeni qanun qüvvəyə minib. Bu qanuna görə, artıq hər kəs makler olaraq çalışa bilməyəcək və bunun üçün öncə imtahan verərək sertifikasiyadan keçməli olacaq. Belə bir qanunun qüvvəyə minməsində əsas hədəf isə bu sahədə olan fırıldaqçılığın qarşısını almaq və rəsmi fəaliyyəti tənzimləməkdir.

Azərbaycanda da müştərilər əmlak alqı-satqısı zamanı bəzən işbazların qurbanına çevrilirlər. Maraqlıdır, belə bir qanun layihəsinin ölkəmizdə də müzakirəsinə ehtiyac varmı?

Əmlak eksperti Elnur Fərzəliyev Sputnik Azərbaycan-a açıqlamasında bu təklifi dəstəkləyib: "Biz dəfələrlə təşkilatımız adından bu məsələ ilə əlaqədar Milli Məclisə təkliflərimizi yollamışıq ki, Azərbaycanda bu sahə sertifikatlaşsın. Burada söhbət təkcə dələduzluğun qarşısını almaqdan getmir. Bu sahə günümüzdə dünyanın hər bir yerində ən imicli sahələrdən biridir. Düzdür, təəssüf ki, Azərbaycanda işi bildi-bilmədi hər kəs bu sahə ilə məşğul ola bilir. İşini bilməyən şəxsin bu işlə məşğul olması pis sonluqla nəticələnir".

"Baxın, bu gün hansısa MTK bir mənzili 3-4 nəfərə satır. Nəticədə həmin mənzili satan MTK rəhbəri ilə yanaşı, rieltor da məsuliyyətə cəlb olunur. Amma rieltor bilmir ki, mənzilin sənədi düzdür, ya yox. Lakin rieltor peşəkar olduqda öncə həmin bina ilə bağlı araşdırma aparır, lazımi məlumatları toplayır və bina ilə bağlı şikayətlərin olub-olmamasından xəbərdar olur", - deyə ekspert əlavə edir.

Bu və bu kimi bir sıra nüanslar bu sahədə də şəffaflığın olması üçün sertifikasiya tələb edir: "Hər bir rieltor satışdan əldə etdiyi qazanca görə dövlətə vergi verməlidir. Bu sahədə çalışanların 70-80 faizi qanunsuz işləyirsə, professional deyilsə, demək, vergi də vermirlər. Təsəvvür edin, bu gün Bakıda, məsələn, 100 alqı-satqı baş tutursa, onun 50-si çıxarış ilə, 50-si isə çıxarışsızdır. Dövlət istəsə belə, lazım olan statistikanı apara bilmir. Lakin kənar şəxslərin bu sahə ilə məşğul olmağı qadağan olunsa və rieltorları sertifikatlaşsa, onlar məcbur olub hər bir satışa görə hesabat verib onun vergisini ödəmiş olacaqlar. Belə olan halda daşınmaz əmlaka nə qədər vəsait yatırıldığının hesabatını aparmaq da rahat olacaq, büdcəyə də hər il külli miqdarda vəsait gələcək".

Ekspert deyir ki, peşəkarlığı artırmaq üçün bu sahədə çalışan şəxslərə kurslar keçirilməlidir: "Onlar qanunları, xüsusən də daşınmaz əmlakla bağlı qanunları bilməlidirlər ki, həm özlərinin, həm də müştərilərin hüquqlarından xəbərdar olsunlar.

Hər il Azərbaycanda əmlak sərgiləri olur və bu sərgilərdə xarici rieltorlar nə qədər müştərini dünya bazarına daşımış olurlar. Belə olan halda həmin ölkənin iqtisadiyyatı güclənir. Azərbaycan isə xaricdən müştəri cəlb edə bilmir, çünki bu sahədə peşəkar olanlar azdır. Onların əmək kitabçalarında belə rieltor yazılmır. Bu səbəbdən bu sahə dövlət tərəfindən nəzarətə götürülməli, kadrlar yetişdirilməli və xaricdən müştəri daşımaq üçün xaricə göndərilməlidir. Çünki tikinti sahəsinin inkişafı bir çox sahələrin - beton, kərpic zavodlarının, tikinti materiallarının satışı, iş yerlərinin olması deməkdir. Tikinti sahəsi təxminən iqtisadiyyatın 30-40 faizini özündə birləşdirir. Bu gün fikir verin, ölkədə tikinti, demək olar ki, dayanıb, çünki alıcı yoxdur. Çünki əmlakları, mənzilləri bazara təklif edəcək peşəkarlar yoxdur".

"İşğaldan azad olunan ərazilərdə inşa olunan binalardan həm yerli, həm də xarici müştərilərə mənzil satmaq olar. Bununla da dövlət gəlir əldə edə bilər. Bundan başqa, təkliflərimdən biri də budur ki, rieltorlara bəzi səlahiyyətlər verilsin, banklar onlarla müqavilə bağlasın. Xarici ölkələrdə heç kəs öz mənzilini sata bilməz. Bu işi qanuni fəaliyyət göstərən rieltor reallaşdırır, çünki o, gördüyü işə görə dövlətə vergi verir", - deyə o əlavə edib.

Millət vəkili Tahir Kərimli bu problemin artıq uzun illərdir ki, qaldığını deyir:

“Türkiyədə belə bir qanunun qüvvəyə minməsi müsbət addımdır. Azərbaycana gəldikdə isə deyim ki, elə müstəqillik əldə etdikdən bu yana bu mövzu bizim üçün aktual olub. Azərbaycanda, xüsusən də paytaxtda maklerlərin hədsiz sayda qanundankənar fəaliyyətləri olur. Bu fəaliyyətin elə bir nümunəsini tapmaq olmaz ki, orada tam şəffaflıq olsun. Qanundankənar tərəflər arasında müəyyən maliyyə fəaliyyətləri də olur”.

“Bundan başqa, bu cür fəaliyyətlər vergidən yayınmaya, qeyri-qanuni varlanmaya səbəb olur. Sanki bu fəaliyyət hər zaman qanundan kənar olmalıdır”, - deyə millət vəkili əlavə edib və bildirib ki, bütün bu kimi nöqsanların aradan qaldırılması üçün ölkəmizdə də belə bir qanunun qüvvəyə minməsinə ehtiyac var.

95
Teqlər:
satış, MTK, fırıldaq, makler, mənzil, əmlak bazarı, mövzu, Azərbaycan

İqtisadi Şuranın 2021-ci ildə ilk iclası keçirilib

5
İclasda sosial-iqtisadi inkişafla bağlı uzunmüddətli strateji hədəflər və cari məsələlərə dair müzakirələr aparılıb.

BAKI, 15 yanvar - Sputnik. Bu gün Azərbaycan Respublikasının Baş naziri, İqtisadi Şuranın sədri Əli Əsədovun sədrliyi ilə Şuranın növbəti iclası keçirilib.

Nazirlər Kabinetinin mətbuat xidmətindən Sputnik Azərbaycan-a verilən məlumata əsasən, iclasda sosial-iqtisadi inkişafla bağlı uzunmüddətli strateji hədəflər və cari məsələlərə dair müzakirələr aparılıb.

5
Şimal axını – 2 qaz kəmərinin tikintisi, arxiv şəkli

ABŞ yenə "Şimal axını-2"-yə cəlb olunan şirkətlərə qarşı tədbirləri gücləndirdi

17
(Yenilənib 19:44 15.01.2021)
"Qazprom" təqribən 150 kilometr boru çəkməlidir: Danimarkada 120, Almaniyada 30 kilometrdən bir qədər çox. Qaz kəmərinin inşası 94% tamamlanıb.

BAKI, 15 yanvar — Sputnik. Media xəbər verir ki, "Şimal axını-2" layihəsinin iştirakçısı olan Danimarkanın "Ramboll" şirkəti Vaşinqtonun sanksiyalarından qorxaraq geri çəkilib. Həqiqətən də, 1 yanvar tarixindən etibarən ABŞ layihəyə cəlb olunan şirkətlərə qarşı tədbirləri gücləndirib. Bununla belə, kəmərin inşası davam etdirilir.

Avropada bu məsələdə yenidən ehtiraslar qızışır: almanların sanksiyalardan qorunmaq üçün fond yaratdıqları bir vaxtda, ingilislər amerikalılardan nümunə götürmək istəyirlər, isveçlilər isə "təbii qaz müharibəsi"nin başlamasından ehtiyat edirlər. Bəs bütün bunlardan sonra qaz kəmərinin taleyi necə olacaq? Bu sualın cavabı RİA Novosti-nin növbəti materialında.

Norveç də geri çəkildi

"Şimal axını-2" layihəsinin Rusiyadan kənardakı quru hissəsinin inşası uğurla başa çatdırılıb. Hazırda Almaniyanın su hövzələrində boru döşənməsi prosesi gedir, daha sonra növbə Danimarkaya çatacaq. Layihə finiş nöqtəsinə yaxınlaşmaq üzrədir. Ancaq Vaşinqton bunu görməzdən gəlir. 1 yanvar tarixindən etibarən bu ölkədə Rusiya qaz kəmərinə qarşı əlavə sanksiyaların nəzərdə tutulduğu müdafiə büdcəsi haqqında yeni qanun qüvvəyə minib.

Əsasən test, yoxlama və ya sertifikatlaşdırma xidmətləri göstərən təşkilatlardan söhbət gedir. Norveçin DNV GL şirkəti artıq boru kəmərini yoxlamaq üçün bütün fəaliyyətini dayandıracağını və layihəni sertifikatlaşdıra bilməyəcəyini bəyan edib.

Bir qədər əvvəl ABŞ Senatında respublikaçıların lideri Mitç Makkonnel əvvəllər müdafiə büdcəsi qanununun milli təhlükəsizlik üçün vacib olduğunu, "Çin və Rusiya kimi rəqib super güclərin qarşısını aldığını" bildirmişdi. Onun sözlərinə görə, bu sənəd ABŞ-ın "dənizdə, quruda, havada, kiberməkanda və kosmosda" üstünlüyünü möhkəmləndirəcək.

"Qazprom" təqribən 150 kilometr boru çəkməlidir: Danimarkada 120, Almaniyada 30 kilometrdən bir qədər çox. Qaz kəmərinin inşası 94% tamamlanıb. Vaşinqtonun Avropanın beş böyük enerji şirkəti tərəfindən maliyyələşdirilən layihənin tamamlanmasının qarşısını almaq cəhdlərinə baxmayaraq, Almaniyanın ərazi sularında iş bir illik fasilədən sonra yanvarın 11-də bərpa edilib. Yanvarın 15-dən etibarən Danimarka sularına boru döşənməsinə başlanılacaq.

Fortuna boru kəmərinə Rusiya Dəniz Xilasetmə Xidmətinin "Murman", "Baltiyskiy İssledovatel" və digər təchizat gəmiləri dəstək verəcək. Dənizdə boru döşəmə xəttinin hər iki tərəfində 200 metr enində müvəqqəti təcrid zonası yaradılacaq.

"Gazprom Export"-un baş direktoru Yelena Burmistrovanın bir qədər əvvəl qeyd etdiyi kimi, layihənin dəniz hissəsinin inşasının bitmə tarixi bir sıra amillərdən, xüsusən də hava şəraitindən asılıdır.

Müdafiə mexanizmi

Bu arada, Vaşinqton layihədə Rusiyaya kömək etdiklərini düşündüyü Avropa şirkətlərini yenidən təhdid edib. Reuters ABŞ Dövlət Departamentindəki mənbəyə istinadla bildirir: "Biz onları risk barədə xəbərdar etməyə və çox gec olmadan iş birliyindən imtina etməyə çağırırıq". Agentliyin məlumatına görə, yaxın günlərdə Ağ Ev "arzu olunmayan" şirkətlərin siyahısını açıqlayacaq.

Rusiya Xarici İşlər Nazirliyi isə vurğulayır: "Vaşinqton "Qazprom"un Qərbi Avropa tərəfdaşlarına nə qədər təzyiq göstərir-göstərsin, Moskvanın "Şimal axını-2" layihəsinin uğurla tamamlanacağına şübhəsi yoxdur".

Almaniya "Şimal axını-2"ni hələ də iqtisadi layihə hesab etdiyindən, ABŞ-dan kənar ərazilərə şamil olunan sanksiyaları qəbul etmir. Bu məsələni Almaniya Nazirlər Kabinetinin rəsmi nümayəndəsinin müavini Ulrike Demmer da bu günlərdə yada salıb.

Üstəlik, yanvarın əvvəlində Almaniyanın Meklenburq federal əyalətinin parlamenti regional hökumətin "İqlim və Ətraf Mühitin Mühafizəsi " ətraf mühit fondunun yaradılması ilə bağlı təşəbbüsünü səs çoxluğu ilə dəstəkləyib.

Əslində bu fond ABŞ-ın sanksiyalarından yayınmaq üçün qurulub. Qurum tikinti üçün lazım olan avadanlıqları ala biləcək. İlk növbədə, boru kəmərinin ətraf mühit üçün vacib olduğunu qəbul edəcək. Almaniyanın "Bild" qəzetinin yazdığına görə, bu "Şimal axını-2" layihəsini "ətraf mühitin qorunmasının əsas elementi" kimi təsnif etməyə imkan verəcək.

Fond istisnasız olaraq "Şimal axını-2" layihəsinə cəlb olunan kommersiya şirkətlərini qeydiyyata almaq niyyətindədir. Sanksiyalarla təhdid olunan şirkətlər Rusiya tərəfi ilə həmin kommersiya qurumlarının təqdim etdiyi iqtisadi alətlər vasitəsilə qarşılıqlı əlaqədə olacaq.

Vaxt çatacaqmı?

Bəs almanlar özlərini sanksiyalardan qorumaq üçün vaxt tapacaqlarmı? Bu məsələdə ekspertlərin fikri ikiyə haçalanır. "TMT"-nin direktoru Daniil Rostovtsev bildirir ki, bir tərəfdən, fondun Vaşinqtonun sanksiyalarını nəzərə almamaq üçün kifayət qədər sərmayə və gücü var.

"Bununla belə, fondun təşəbbüsü cəmiyyətdə, xüsusən də "yaşıl siyasəti" dəstəkləyənlərdə narazılıq doğurur. Ekoloqlar belə hesab edirlər ki, layihənin bu şəkildə təbliği qeyri-etikdir və hiddət doğurur, eyni zamanda, ətraf mühit üçün təhlükəlidir", – deyə analitik vurğulayır. Onun sözlərinə görə, indi əsas məsələ "Şimal axını-2" layihəsinin tərəfdarlarının cəmiyyətlə dil tapıb-tapmayacağıdır.

Müstəqil sənaye mütəxəssisi Leonid Xazanov isə belə hesab edir ki, hər bir halda, Berlin Vaşinqtona güzəştə getməyəcək: Almaniyaya Amerikanın maye qazından xeyli ucuz olan Rusiyanın "mavi yanacağı" lazımdır. Üstəlik, Rusiya ilə iqtisadi əlaqələri qoruyub saxlamaq Almaniya üçün çox vacibdir. Çünki Rusiya bazarı alman şirkətləri üçün strateji əhəmiyyət daşıyır.

"Əlbəttə ki, fond sanksiyalara məruz qalacaq, amma bu effekt verməyəcək. Çünki onun podratçılarına qarşı yeni bir qanun layihəsi hazırlanmalı, Konqresdən keçirməli və prezidentin imzalamasını gözləməlidirlər. Bu isə ümumilkdə yarım il vaxt tələb edir ki, həmin müddətə qədər layihə tamamlanacaq", – deyə mütəxəssis qeyd edir.

Bununla belə, Xazanov kəmərin istismara verilmə ərəfəsində, özü də məhz ABŞ-ın müdafiə büdcəsində nəzərdə tutulan sanksiyalar səbəbindən.çətinliklərlə qarşılaşacağını istisna etmir.

Qorxu və nifrət

İngilislər də amerikalılardan nümunə götürmək fikrindədirlər. Britaniyanın Mühafizəkarlar Partiyasından olan parlament üzvü Deniel Koçinski bəyan edib ki, Rusiyanın qaz kəməri həddən artıq təhlükəlidir, çünki NATO ölkələri ərazisində yerləşən bütün qaz və neft şəbəkələrini adlayaraq "birbaşa Rusiyaya" aparır.

Onun sözlərinə görə, böyük britaniyalılar artıq Avropa Şurasının üzvü olmadıqlarından, "amerikalı dostlarının yolu ilə gedərək "Şimal axını-2" qaz kəmərinin inşasına cəlb olunmuş istənilən şirkətə qarşı sanskiya tətbiq etməlidirlər.

Bu arada, İsveçdə Co Baydenin prezidentliyi dövründə "qaz müharibələri"nin başlayacağından ehtiyat edirlər. Svenska Dagbladetin vurğuladığı kimi bu amerikalı demokrat məsələyə öz rəqibi Donald Trampdan da sərt yanaşa bilər.

Baydenin prezidentliyinin "Qazprom" üçün mənfi aspekti onun yaşıl enerji siyasətini dəstəkləməsidir. Demokratlar 2035-ci ilə qədər təmiz enerjiyə keçmək üçün 2 trilyon dollar xərcləməyi planlaşdırır. 2050-ci ilə kimi isə atmosferə sıfır tullantı hədəfinə nail olmaq nəzərdə tutulur. Ancaq "yaşıl enerji" siyasəti də Rusiyaya əl verir. Çünki "Şimal axını-2" kəməri ilə yalnız təbii qaz deyil, həm də hidrogen ötürmək mümkündür. Avropanın hidrogen yanacağına tələbatı isə potensial olaraq çox yüksəkdir.

Digər tərəfdən, ABŞ-ın özündə belə Ağ Evin "rus kəmərinə" vəd etdiklərini yerinə yetirə biləcəyinə şübhə ilə yanaşırlar. Virciniya ştatının keçmiş senatoru Riçard Blek əmin edir ki, Bayden tikintinin səssizcə başa çatdırılması barədə Moskva ilə razılığa gəlməyə üstünlük verəcək. Bunun müqabilində isə Rusiya ilə Vaşinqton üçün bəzi faydalı sövdələşmələrə nail olmağa çalışacaq.

17
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan koronavirusdan peyvənd vurdurur

Ərdoğan koronavirus peyvəndindən sonra: "Sapsağlamam"

0
(Yenilənib 00:05 16.01.2021)
Türkiyə Prezidentinə yanvarın 14-də Çinin "Sinovac" şirkətinin istehsalı olan "CoronaVac" vaksini vurulub.

BAKI, 16 yanvar — Sputnik. Bu ana qədər hər hansı bir yan təsiri olmayıb. Sputnik Azərbaycan "Hurriyet" nəşrinə istinadən xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan jurnalistlərə açıqlamasında bildirib.

"Bu ana qədər hər hansı bir yan təsiri olmayıb. Sapsağlamam. 28 gün sonra ikinci iynəmizi vurduracağıq", - deyə Ərdoğan qeyd edib.

Qeyd edək ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan canlı yayımda koronavirusa qarşı peyvənd edilib.

Türkiyə Prezidentinə Çinin "Sinovac" şirkətinin istehsalı olan "CoronaVac" vaksini vurulub.

0