Купюра номиналом в 200 AZN, фото из архива - Sputnik Azərbaycan
İQTİSADİYYAT
Sosial-iqtisadi gündəmə, maliyyə, biznes sahəsinə dair materiallar

"Şimal axını-2" layihəsinin taleyi necə olacaq

© Sputnik / Ilya Pitalev / Mediabanka keçid"Şimal axını – 2" qaz kəmərinin tikintisi
Şimal axını – 2 qaz kəmərinin tikintisi - Sputnik Azərbaycan
Abunə olmaq
İqtisadçı ekspertlər bu fikirdədirlər ki, ABŞ-da Baydenin hakimiyyətə gəlişi Rusiyanın bu qaz kəməri layihəsinə yaxşı heç nə vəd etmir.

BAKI, 20 noyabr — Sputnik. "Bild" qəzetinə müsahibə verən mütəxəssislər belə hesab edirlər ki, Co Baydenin hakimiyyətə gəlişindən sonra ABŞ-ın "Şimal axını-2" layihəsinə müsbət rakursdan yanaşacağı ilə bağlı ümidlər özünü doğrultmayacaq.

"Bild"-in jurnalisti Yulian Repkenin fikrincə, alman siyasətçilərinin ABŞ-ın "Şimal axını-2" ilə bağlı fikrinin yumşalmasına olan ümidləri Co Baydenin hakimiyyətə gəlişindən sonra puça çıxdı. O, belə hesab edir ki, Vaşinqton yeni ildən bu işə çomaq soxmağa başlayacaq.

ABŞ “Şimal Axını-2”-yə qarşı koalisiya yaradacaq: bu tikintini dayandıracaqmı?  - Sputnik Azərbaycan
VİDEO
ABŞ “Şimal Axını-2”-yə qarşı koalisiya yaradacaq: bu tikintini dayandıracaqmı?

Repkeni bu proqnozla çıxış etməyə ABŞ-ın Rusiya müəssisələri və məhkəmələri ilə işləyən sığorta və sertifikatlaşdırma şirkətlərinə sanksiya tətbiq etmək niyyəti vadar edib. Məqalə müəllifinin qeyd etdiyi kimi, hələlik alman hakimiyyətinə qarşı hər hansı bir məhdudlaşdırma gündəmdə deyil, ancaq Bayden demək olar, hazır vəziyyətdəki "Şimal axını-2" layihəsini torpağa gömdü.

Eks-prezident Barak Obamanın keçmiş müşaviri Benjamin Şmitt isə öz növbəsində təsdiqləyib ki, həm demokratlar, həm də respublikaçılar Rusiyadan Almaniyaya boru kəmərinin çəkilməsinə eyni dərəcədə mənfi münasibət bəsləyirlər.

Enerji təhlükəsizliyi üzrə mütəxəssis Alan Rayli da belə hesab edir ki, Baydenin əsas məqsədi layihəyə son qoymaqdır.

İqtisadçı, Rusiya Federasiyası Hökuməti yanında Maliyyə Universitetinin və Milli Enerji Təhlükəsizliyi Fondunun mütəxəssisi Stanislav Mitraxoviç isə bu fikirdədir ki, vəziyyət tam aydın deyil.

"Baydendən gözləntilərə gəlincə, bunlar ikitərəflidir. Bir tərəfdən, Baydenin komandası Rusiyaya qarşı daha sərt sanksiya siyasətinin tərəfdarı olan insanlarla doludur. Baydenin özünün də Rusiya ilə bağlı fikirləri müsbət deyil. Digər tərəfdən, Bayden guya Trampdan daha az eqoist olduğunu göstərməyə çalışır. Və əgər o daha az eqoistdirsə, onda məsələn, avropalılara "biz əməkdaşlıq edirik" deyə bilməz. Təxminən belə deyəcək: "Gəlin, "Qazprom"la işlədiklərinə görə  Avropa şirkətlərinə qarşı Amerika sanksiyaları tətbiq edək". Ona görə də Baydendən gözlənilən hərəkətlər birmənalı deyil", – deyə Stanislav Mitraxoviç Sputnik radiosunun efirindən bildirib.

Строительство газопровода Северный поток-2  - Sputnik Azərbaycan
"Şimal Axını 2" layihəsinin taleyi "Noviçok"dan asılı olacaqmı?

Qeyd edək ki, "Şimal axını-2" Rusiya sahillərindən Baltik dənizi ilə Almaniyaya qədər ümumi gücü illik 55 milyard kubmetr olan iki boru kəmərinin inşasını nəzərdə tutur. Avropa Şurasına öz maye qazını satmaq istəyən ABŞ, eləcə də Ukrayna və bir sıra Avropa ölkələri bu layihəyə qarşı çıxır. ABŞ 2019-cu ilin dekabrında layihəyə qarşı sanksiya tətbiq edərək boru kəmərinin quraşdırılması ilə məşğul olan şirkətlərdən tikintinin dayandırılmasını tələb edib. Bundan sonra İsveçrənin "Allseas" şirkəti qaz kəmərinin quraşdırılması işini dayandırdıqlarını bildirib.

Bu ilin oktyabr ayının ortalarında isə Vaşinqton "Şimal axını-2" layihəsinə qarşı tətbiq etdiyi iqtisadi sanksiyaları bir az da genişləndirib. KİV-də gedən məlumatlara görə, Vaşinqton qaz kəmərinin tamamlanması üçün Rusiya gəmiləri ilə əməkdaşlıq edən sığorta və sertifikasiya şirkətlərinə qarşı da sanksiyalar tətbiq etmək niyyətindədir.

Xəbər lenti
0