Azərbaycan manatı, arxiv şəkli

Sahibkarlara yenidən maliyyə dəstəyi göstəriləcək

32
Sərtləşdirilmiş karantin rejiminin tətbiq olunduğu 10 şəhər və rayon üzrə sahibkarlıq subyektlərinin muzdlu işçilərinə maliyyə dəstəyi 9 min 300 işçisi olan 1900-dək, fərdi (mikro) sahibkarlar üzrə maliyyə dəstəyi isə 13 mindən yuxarı vergi ödəyicisini əhatə edəcək.

BAKI, 6 noyabr — Sputnik. Koronavirus (COVID-19) pandemiyasının milli iqtisadiyyata və sahibkarlıq subyektlərinə mənfi təsirinin azaldılması ilə bağlı Azərbaycan Prezidentinin 2020-ci il 19 mart tarixli Sərəncamı, bu Sərəncamın icrası ilə bağlı Nazirlər Kabineti tərəfindən təsdiq edilmiş Tədbirlər Planına əsasən, pandemiyadan zərər çəkmiş sahələrdə çalışan muzdlu işçilərin əmək haqqının müəyyən hissəsinin ödənilməsi və fərdi (mikro) sahibkarlara maliyyə dəstəyinin göstərilməsi davam edir.

İqtisadiyyat Nazirliyindən Sputnik Azərbaycan-a bildiriblər ki, bir sıra şəhər və rayonlarda epidemioloji vəziyyətin kəskinləşməsi ilə əlaqədar yenidən xüsusi karantin rejimi tətbiq edilib. Lənkəran, Şəki şəhərləri və Cəlilabad, Biləsuvar, Qax, Zaqatala, Masallı, İsmayıllı, Quba, Xaçmaz rayonlarında karantin rejiminin sərtləşdirilməsi sahibkarlıq subyektlərinin fəaliyyətində yenidən məhdudlaşmalara səbəb olub.

Yaranmış vəziyyətdə sahibkarlıq subyektlərinin zərərlərinin azaldılması, onların maliyyə vəziyyətinin yaxşılaşdırılması, sahibkarlıq subyektləri üzrə iş yerlərinin qorunub saxlanılması məqsədilə qeyd edilən şəhər və rayonlarda fəaliyyət göstərən sahibkarlıq subyektlərinə maliyyə dəstəyinin davam etdirilməsi barədə qərar qəbul edilib. Belə ki, bu şəhər və rayonlar üzrə muzdlu işçilərin əmək haqqları üzrə müvafiq ödənişlər ediləcək və fərdi (mikro) sahibkarlara birdəfəlik maliyyə dəstəyi göstəriləcək.

Sərtləşdirilmiş karantin rejiminin tətbiq olunduğu 10 şəhər və rayon üzrə sahibkarlıq subyektlərinin muzdlu işçilərinə maliyyə dəstəyi 9 min 300 işçisi olan 1900-dək, fərdi (mikro) sahibkarlar üzrə maliyyə dəstəyi isə 13 mindən yuxarı vergi ödəyicisini əhatə edəcək.

Maliyyə dəstəyinin göstərilməsi üçün vergi ödəyicilərinin müraciət etməsinə ehtiyac yoxdur, ödəmələr həmin rayonlarda əvvəllər maliyyə dəstəyi almış vergi ödəyiciləri üzrə həyata keçiriləcək. Maliyyə dəstəyi son 4 ayda işçi sayını əhəmiyyətli dərəcədə azaltmamış vergi ödəyicilərinə göstəriləcək. Əmək haqqı üzrə ödəmələrdə vergi ödəyicilərinin sosial sığorta ayırmaları də nəzərə alınacaq.

Məlumat üçün bildirək ki, 26 oktyabr 2020-ci il tarixinə muzdlu işçilərin əmək haqqının müəyyən hissəsinin ödənilməsi üçün 204,6 milyon manat, fərdi (mikro) sahibkarlara maliyyə dəstəyi üçün isə 77 milyon manat vəsait vergi ödəyicilərinin bank hesablarına köçürülüb. İki mərhələdə həyata keçirilmiş maliyyə dəstəyi proqramlarından 130 mindən çox vergi ödəyicisi yararlanıb, proqramlar 344 mindən çox vətəndaşı əhatə edib.

32
Azərbaycan Rieltorlar Assosiasiyasının icraçı direktoru Elnur Azadov

Ekspert: “Əmlak bazarında ciddi dəyişikliklərin olacağı gözlənilmir”

11
(Yenilənib 14:24 27.11.2020)
Azərbaycan Rieltorlar Assosiasiyasının icraçı direktoru Elnur Azadov deyir ki, rəqabət müşahidə edilən ərazilərdə endirimləri görmək olar
Elnur Azadov: “Kirayə bazarında 20% endirim müşahidə edilir”

“Pandemiya ilə əlaqədar olaraq iqtisadi proseslərin dayanması daşınmaz əmlak bazarındakı qiymətlərə ciddi təsir etməyib”. Bunu Sputnik Azərbaycan-a açıqlamasında Azərbaycan Rieltorlar Assosiasiyasının icraçı direktoru Elnur Azadov deyib.

O bildirib ki, bəzi tikinti şirkətləri inşaat prosesini davam etdirə bilmək üçün endirim aksiyalarına başlamışdılar:

“Bu ümumi bazara təsir göstərməsə də, rəqabət müşahidə edilən ərazilərdə endirimləri görmək olar. Kirayə bazarında isə 20% endirim müşahidə edilir. Bu baxımdan ilin sonuna qədər əmlak bazarında ciddi dəyişikliklərin olacağı gözlənilmir. Məcburi köçkünlərin qayıdışından sonra əmlak bazarında hansı vəziyyətin yaranması isə dövlət proqramından asılı olacaq”.

Elnur Azadovun geniş şərhinə audiofaylda qulaq asa bilərsiniz

11
Манаты и рубли разных номиналов, фото из архива

Rusiya rublu manat qarşısında geriləyib

10
Xatırladaq ki, 2020-ci ilin noyabrın 27-də ABŞ dollarının məzənnəsi 1,7000 manat təşkil edib, 1 avronun məzənnəsi 2,0271 manat, 1 Rusiya rublunun məzənnəsi 0,0225 manat, 1 türk lirəsi isə 0,2156 manat olub. 

BAKI, 30 noyabr - Sputnik. Azərbaycan Mərkəzi Bankı (AMB) bu günə olan rəsmi valyuta məzənnələrini açıqlayıb.

Sputnik Azərbaycan-ın məlumatına görə, 2020-ci ilin noyabrın 30-na ABŞ dollarının məzənnəsi dəyişməyərək 1,7000 manat təşkil edib, 1 avronun məzənnəsi 2,0344 manata yüksəlib, 1 Rusiya rublunun məzənnəsi 0,0224 manata enib, 1 türk lirəsi isə 0,2164 manata yüksəlib.

Xatırladaq ki, 2020-ci ilin noyabrın 27-də ABŞ dollarının məzənnəsi 1,7000 manat təşkil edib, 1 avronun məzənnəsi 2,0271 manat, 1 Rusiya rublunun məzənnəsi 0,0225 manat, 1 türk lirəsi isə 0,2156 manat olub. 

10
Teqlər:
Azərbaycan Mərkəzi Bankı, dollar, avro, valyuta, Rəsmi məzənnə, manat, rubl
Baş Prokurorluq

Baş Prokurorluq əhaliyə müraciət etdi - səbirli olun

0
(Yenilənib 16:15 30.11.2020)
Prokurorluq işğaldan azad edilmiş ərazilərimizin minalardan və digər partlayıcı maddələrdən tam təmizlənilməsi prosesi başa çatmayana qədər həmin ərazilərə səfər etməməyi xahiş edir

BAKI, 30 noyabr — Sputnik. Son zamanlar mülki şəxslərin işğaldan azad edilmiş ərazilərimizdə minaya düşərək müxtəlif dərəcəli bədən xəsarətləri almaları, bəzən isə həlak olmaları halları müşahidə edilməkdədir.

Sputnik Azərbaycan Baş Prokurorluğun məlumatına istinadla xəbər verir ki, Prokurorluq vətəndaşlarımıza bir daha müraciət edərək, təhlükəsizliyin təmin edilməsi məqsədi ilə işğaldan azad edilmiş ərazilərimizin minalardan və digər partlayıcı maddələrdən tam təmizlənilməsi prosesi başa çatmayana qədər həmin ərazilərə səfər etməməyi xahiş edir.

0
Teqlər:
Qarabag, Baş Prokurorluq, əhali, çağırış, təhlükə, mina, işğaldan azad edilmiş ərazilər