Pomidor məhsulu, arxiv şəkli

Ölkəmizin ixracında tomat birinci olub

27
(Yenilənib 18:34 03.11.2020)
2020-ci ilin yanvar-sentyabr ayları ərzində ixrac edilən qeyri-neft sektoruna aid malların siyahısında qızıl ikinci və pambıq mahlıcı üçüncü olub.

BAKI, 3 noyabr — Sputnik. İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin "İxrac İcmalı"nın 2020-ci ilin oktyabr sayı təqdim edilib.

Sputnik Azərbaycan xəbər verir ki, 2020-ci ilin doqquz ayı ərzində Azərbaycandan 10,6 milyard ABŞ dolları, o cümlədən qeyri-neft sektoru üzrə 1,3 milyard ABŞ dolları dəyərində ixrac reallaşdırılıb.

Bu ilin yanvar-sentyabr ayları ərzində Rusiyaya 485,9 milyon, Türkiyəyə 252 milyon, İsveçrəyə 166,1 milyon, Gürcüstana 99,6 milyon və Çinə 33,4 milyon ABŞ dolları dəyərində qeyri-neft sektoruna aid mal ixrac olunub.

2020-ci ilin yanvar-sentyabr ayları ərzində ixrac edilən qeyri-neft sektoruna aid malların siyahısında tomat (pomidor - 167,8 milyon ABŞ dolları) birinci, qızıl (sikkə kəsilməsində istifadə olunmayan, digər emal olunmamış formalarda - 150 milyon ABŞ dolları) ikinci və pambıq mahlıcı (82,7 milyon ABŞ dolları) üçüncü olub.

2020-ci ilin 9 ayı ərzində meyvə-tərəvəz ixracı 402 milyon, pambıq lifi ixracı 83,9 milyon, alüminium və ondan hazırlanan məmulatların ixracı 73,7 milyon, kimya sənayesi məhsullarının ixracı 60,3 milyon, qara metallar və onlardan hazırlanan məmulatların ixracı 38,2 milyon, plastmassa və onlardan hazırlanan məmulatların ixracı 122,4 milyon, pambıq ipliyi ixracı 12 milyon, spirtli və spirtsiz içkilərin ixracı 9 milyon, şəkər ixracı 12,4 milyon, bitki və heyvan mənşəli piylər və yağlar ixracı 17,3 milyon, çay ixracı 6,7 milyon ABŞ dolları təşkil edib.

27
Qaz plitəsi, arxiv şəkli

Camaat bu il qaza xeyli qənaət edib, limiti çox az abonent keçib

10
“Yol xəritəsi”ndə “Azəriqaz” İB üçün itkilərlə bağlı hədəf 8% müəyyənləşdirilib ki, cari ildə bu hədəfə çatılması təmin ediləcək.

BAKI, 26 noyabr — Sputnik. 2020-ci ilin 10 ayının iqtisadi göstəricilərinə görə, noyabr ayının birinə olan məlumata əsasən, “Azəriqaz” İstehsalat Birliyində qeydiyyatda olan 2 milyon 310 min 414 əhali abonentinin cəmi 9,68%-i illik hər kubu 10 qəpikdən satılan 2200 kubmetrlik güzəştli limit həddini keçib.

Qurumdan Sputnik Azərbayca-a verilən məlumata görə, bu rəqəm say etibarı ilə 223599 abonent deməkdir. Yerdə qalan 2 milyon 086 min 815 abonent (ümumi əhali abonentlərinin 90,32%) qazdan güzəştli limit daxilində istifadə edib.

Bundan əlavə, 2019-cu ilin müvafiq dövrü ilə müqayisədə qaz itkilərinin azalma fərqi 0,7% olub. Buna hər il icra edilən tədbirlər proqramı əsasında şəbəkədə aparılan yenilənmə işləri və digər islahatlarla nail olunub. Qeyd edək ki, “Yol xəritəsi”ndə “Azəriqaz” İB üçün itkilərlə bağlı hədəf 8% müəyyənləşdirilib ki, cari ildə bu hədəfə çatılması təmin ediləcək.

10
 Azərbaycan hərbçiləri və rusiya sülhməramlıları Laçın dəhlizində, arxiv şəkli

Fransa adına ləkə: Qətnamə Ermənistanla Azərbaycan arasındakı razılaşmanı təhlükəyə atır

114
(Yenilənib 11:44 26.11.2020)
Deputat bildirib ki, bu kağız parçası rişxənd doğuran maddələrlə doludur. Fransa Senatı Azərbaycanı öz ərazisinə hücum etməkdə qınayır. İşğaldan azad olmuş torpaqlarımızı işğalçıya geri qaytarmağa çağırır.

BAKI, 26 noyabr — Sputnik. "Fransa Senatının dünən qəbul etdiyi qətnamədəki məqamlar düşmənçiliyin daha da artmasına yönəlib. Bu, Fransa adına böyük bir ləkədir".

Sputnik Azərbaycan xəbər verir ki, bunu parlamentin bu gün keçirilən plenar iclasında deputat Azay Quliyev deyib.

"Biz Fransanın vasitəçilik missiyasından imtina etməliyik. Biz daha kəskin addımlar atmalıyıq. Parisdəki səfirimiz geri çağırılmalı, iqtisadi əlaqələr tamamilə dayandırılmalıdır", - deyə o qeyd edib.

Deputat bildirib ki, bu kağız parçası rişxənd doğuran maddələrlə doludur. Fransa Senatı Azərbaycanı öz ərazisinə hücum etməkdə qınayır. İşğaldan azad olmuş torpaqlarımızı işğalçıya geri qaytarmağa çağırır.

O bildirib ki, qətnamədə əks olunan bütün müddəalar Ermənistan və Azərbaycan arasında əldə olunan sülh razılaşmasını təhlükəyə atır: "Bu sənəd bölgədə yenidən münaqişənin alovlanmasına şərait yaradır. Bu qətnamənin müəllifləri bir tərəfdən Fransanın həmsədr kimi rolunun artırılmasından bəhs edir, digər tərəfdən isə bu missiyanın bütün tələblərini kobud şəkildə pozaraq Ermənistanın belə tanımadığı qondarma qurumun müstəqilliyini tanımağa çağırır. Qətnamə ləğv olunana kimi Azərbaycan-Fransa parlamentlərarası dostluq qrupunun da fəaliyyəti dayandırılmalıdır. Fransa Prezidenti bu yaxınlarda Dağlıq Qarabağın Azərbaycan ərazisi olduğunu bəyan etmişdi. Ona görə də Makron bu qətnamənin mətnini dəyişməlidir".

114
Teqlər:
səfir, təhdid, razılaşma, qətnamə, Senat, Fransa, Azərbaycan, Qarabağ
Mövzu:
Azərbaycan və Ermənistan arasında müharibə

Rusiyalı sülhməramlılar Laçın dəhlizində təhlükəsizliyə necə nəzarət edirlər video

0
(Yenilənib 15:04 26.11.2020)
Rusiyalı sülhməramlıların Laçın dəhlizi ilə nəqliyyat hərəkətinin təhlükəsizliyini necə təmin etdiyini videoda izləyin.

Dağlıq Qarabağda Rusiya sülhməramlıları üçtərəfli sülh razılığı və atəşkəs rejiminin təmin edilməsinə nəzarət edir. 

Hərbçilər təmas xəttində yerləşən 23 müşahidə məntəqəsindən vəziyyəti gecə-gündüz müşahidə edir. Sülhməramlılar həm də Laçın dəhlizi boyunca hərəkətin təhlükəsizliyini təmin edirlər.

Kəlbəcərə ilk daxil olan Azərbaycan hərbçiləri - FOTOLAR>>

İstehkamçılar hərbi əməliyyatlardan zərər çəkən əraziləri minalardan təmizləyirlər. Mühəndis bölmələri yolları təmizləyir, bölgədə nəqliyyat hərəkətinin tənzimlənməsinə yardım edir, habelə yaşayış məntəqələrinin su, enerji və istilik tədarükünü bərpa edir.

0