Biznesmen, arxiv şəkli

Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına üzv ölkələrin investisiya fondu yaradılır

23
(Yenilənib 19:21 02.11.2020)
Məmməd Musayevin sözlərinə görə, əsas məqsəd bu ölkələrdə sahibkarlıqla məşğul olanlara dəstək verməkdir

BAKI, 2 noyabr — Sputnik. Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına (Türk Şurası) üzv ölkələrin investisiya fondu yaradılır.

Sputnik Azərbaycan xəbər verir ki, bu barədə Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının (ASK) prezidenti Məmməd Musayev Türkdilli Dövlətlərin Ticarət və Sənaye Palatasının noyabrın 2-də Bakıda keçirilən növbədənkənar iclasından sonra təşkil olunan brifinqdə deyib.

Onun sözlərinə görə, əsas məqsəd bu ölkələrdə sahibkarlıqla məşğul olanlara dəstək verməkdir.

"Türkiyədən sonra Özbəkistanla da son 2 ildə ticarət dövriyyəsində artım qeydə alınıb", - deyə M.Musayev bildirib.

23
Teqlər:
fond, investisiya, Türk Şurası
Neft platforması, arxiv şəkli

Sabahdan "Qərbi Azəri" platformasında hasilat dayandırılacaq

7
(Yenilənib 18:07 21.04.2021)
Səngəçal terminalı normal işləyəcək, həmçinin Ceyhan və Supsa terminallarında tankerlərin yüklənməsi və yola salınması cədvələ uyğun davam edəcək.

BAKI, 21 aprel — Sputnik. "Azəri-Çıraq-Dərinsulu Günəşli" (AÇG) yatağının işlənməsi layihəsinin əməliyyatçısı BP şirkəti AÇG-nin illik iş proqramının bir hissəsi olaraq "Qərbi Azəri" platformasının planlaşdırılmış dayandırılması proqramını həyata keçirəcək.

Şirkətdən Sputnik Azərbaycan-a bildirilib ki, plana əsasən, "Qərbi Azəri" platformasından hasilat aprel ayının 22-dən 15 gün müddətinə dayandırılacaq ki, planlaşdırılmış profilaktik işlər, inspeksiya və layihə işləri effektiv şəkildə aparılsın. Bu proqram çərçivəsində müxtəlif layihələr, o cümlədən məşəl uclarının dəyişdirilməsi, alışdırma sisteminin modernləşdirilməsi, nukleonik mənbələrin dəyişdirilməsi və vacib təmir işləri həyata keçiriləcək. Bu işlər platformanın təhlükəsiz, etibarlı və ətraf mühitə ziyan vurmadan istismar qabiliyyətini uzun müddət davam etdirməsi üçündür.

Belə proqramlar normal əməliyyatların bir hissəsidir və onlar planlaşdırılmış şəkildə müntəzəm həyata keçirilir. Bu proqramın planlaşdırılması işlərinə 2020-ci ildən başlanıb, proqram üzrə həyata keçirilən işlər 2021-ci ilin illik iş proqramı və büdcəsinə daxil edilib. Platformanın müvəqqəti dayandırılması, həmçinin bu ilin hasilat planına da daxil edilib.

AÇG-nin digər platformalarından, həmçinin "Şahdəniz" yatağının platformalarından hasilat, Bakı-Tbilisi-Ceyhan, Qərb Marşrutu İxrac Boru Kəməri və Cənub Qafqaz Boru Kəməri vasitəsilə ixrac əməliyyatları normal davam edəcək. Səngəçal terminalı da normal işləyəcək, həmçinin Ceyhan və Supsa terminallarında tankerlərin yüklənməsi və yola salınması cədvələ uyğun davam edəcək.

Bu planlaşdırılmış proqramlar müntəzəm aparılan inspeksiya, profilaktik işlər və layihənin yerinə yetirilməsi fəaliyyətləri üçündür. Onlar obyektlərin uzunmüddətli təhlükəsiz, etibarlı, bütöv şəkildə, ətraf mühitə ziyan vurmadan istismarının vacib bir hissəsidir və əsasən elə profilaktik təmir və modifikasiya işlərindən ibarət olur ki, həmin işləri yalnız obyektin fəaliyyətini müvəqqəti dayandıraraq həyata keçirmək mümkündür.

7
Bir dəstə azərbaycan manatı, arxiv şəkli

Dövlət büdcəsinin gəlir xərcləri açıqlandı

6
(Yenilənib 14:08 21.04.2021)
Cari ilin 1-ci rübündə dövlət büdcəsi xərclərinin 48 faizi və ya 2651,6 mln. manat sosial yönümlü xərclərin (əməyin ödənişi fondu, təqaüd və sosial müavinətlər, dərman və ərzaq xərcləri) maliyyələşdirilməsinə yönəldilib.

BAKI, 21 aprel — Sputnik. 2021-ci ilin birinci rübündə dövlət büdcəsinin mədaxili 5736,4 mln. manat, xərcləri 5523,7 mln. manat olub, 212,7 mln. manat məbləğində dövlət büdcəsinin artıqlığı (profisit) yaranıb.

Sputnik Azərbaycan xəbər verir ki, bu barədə Maliyyə Nazirliyinin 2021-ci ilin 1-ci rübündə Azərbaycanın dövlət büdcəsinin icrasına dair məlumatında bildirilib.

2021-ci ilin birinci rübündə dövlət büdcəsinin mədaxili 5736,4 mln. manat və ya rüblük proqnoza qarşı 23,5 mln. manat, 0,4 faiz çox icra olub. İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin xətti ilə dövlət büdcəsinə 2085,7 mln. manat vəsait daxil olub ki, bu da proqnoza nisbətən 363,8 mln. manat və ya 21,1 faiz, 2020-ci ilin eyni dövrü ilə müqayisədə isə 45,8 mln. manat və ya 2,2 faiz çoxdur. Həmin vəsaitin 72,2 faizi və yaxud 1507,0 mln. manatı qeyri-neft sektorundan daxilolmaların payına düşür ki, bu da 2020-ci ilin eyni dövrü ilə müqayisədə 110,6 mln. manat və ya 7,9 faiz çoxdur. 2021-ci ilin 1-ci rübündə Dövlət Gömrük Komitəsinin xətti ilə dövlət büdcəsinə 943,6 mln. manat vəsait təmin edilib ki, bu da proqnoza nisbətən 158,6 mln. manat və ya 20,2 faiz çoxdur.

Dövlət büdcəsindən maliyyələşdirilən təşkilatların ödənişli xidmətlərindən mədaxil 115,0 mln. manat vəsait təşkil edib ki, bu da 2020-ci ilin eyni dövrü ilə müqayisədə 5,5 mln. manat və ya 5,0 faiz çoxdur. Sair daxilolmalar üzrə dövlət büdcəsinə 78,4 mln. manat vəsait daxil olub ki, bu da proqnoza nisbətən 48,4 mln. manat və ya 2,6 dəfə, 2020-ci ilin eyni dövrü ilə müqayisədə isə 39,0 mln. manat və ya 2,0 dəfə çoxdur. Dövlət Vergi Xidməti və Dövlət Gömrük Komitəsi tərəfindən cari ilin 1-ci rübündə mədaxil proqnozunun artıqlaması ilə icra edilməsi və dövlət büdcəsi kəsirinin maliyyələşməsi üçün nəzərdə tutulmuş mənbələrdən istifadə olunması hesabına Dövlət Neft Fondundan dövlət büdcəsinə nəzərdə tutulmuş transfertdən proqnoza nisbətdə 536,3 mln. manat və ya 17,6 faiz az, yəni 2513,7 mln. manat daxilolma qeydə alınıb. Dövlət Neft Fondundan proqnozdan az daxil olmuş vəsait nəzərə alınmadan belə cari ilin birinci rübündə 212,7 mln. manat məbləğində profisit yaranıb.

2021-ci ilin 1-ci rübündə dövlət büdcəsinin xərcləri 5414,8 mln. manat proqnoza qarşı 5523,7 mln. manat və ya 102,0 faiz icra edilib ki, bu da ötən ilin eyni dövrünə nisbətən 269,1 mln. manat və ya 5,1 faiz çoxdur. 2021-ci ilin 1-ci rübündə dövlət büdcəsi xərclərinin 4020,5 mln. manatı və ya 72,8 faizi cari xərclərə (2020-ci ilin eyni dövrü ilə müqayisədə 194,9 mln. manat və ya 5,1 faiz çox), 1105,7 mln. manatı və ya 20,0 faizi əsaslı xərclərə (2020-ci ilin eyni dövrü ilə müqayisədə 80,0 mln. manat və ya 7,8 faiz çox), 397,5 mln. manatı və ya 7,2 faizi dövlət borcuna və öhdəliklərinə xidmətlə bağlı xərclərə yönəldilib. İqtisadi təsnifata uyğun olaraq cari ilin 1-ci rübündə dövlət büdcəsi xərclərinin 48,0 faizi və ya 2651,6 mln. manat sosialyönümlü xərclərin (əməyin ödənişi fondu, təqaüd və sosial müavinətlər, dərman və ərzaq xərcləri) maliyyələşdirilməsinə yönəldilib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 131,8 mln. manat və ya 5,2 faiz çoxdur. 2021-ci ilin ilk üç ayında büdcə təşkilatlarının təqdim etdikləri xərc sifarişləri üzrə xəzinədarlıq orqanları tərəfindən qəbul edilmiş öhdəliklər tam və vaxtında maliyyələşdirilib.

Cari ilin 1-ci rübündə icmal büdcənin gəlirləri 6968,8 mln. manat təşkil edib ki, bu da 2020-ci ilin eyni dövrü ilə müqayisədə 1458,6 mln. manat və ya 26,5 faiz çoxdur. İcmal büdcənin xərcləri isə 5921,3 mln. manat icra olunub ki, bu da 2020-ci ilin eyni dövrü ilə müqayisədə 204,4 mln. manat və ya 3,6 faiz çoxdur. İcmal büdcədə 1047,5 mln. manat büdcə artıqlığı (profisit) yaranıb.

6
Məhkəmə zalı, arxiv şəkli

Seren Serengil verdiyi reklam vədinə əməl etmədi: Təzminat işi açıldı

0
(Yenilənib 22:59 21.04.2021)
Razılaşmaya əsasən, aparıcıya ödənişsiz olaraq saç, qaş əkmə və üz baxımı kimi prossedurlar tətbiq edilib. Bunun qarşılığında isə Serengil bunları və şirkətin adını sosial şəbəkə hesabında paylaşmalı idi.

BAKI, 21 aprel — Sputnik. Aparıcı Seren Serengil məhkəməyə verilib. Sputnik Azərbaycan Türkiyə mətbuatına istinadən xəbər verir ki, bir müddət əvvəl Seren "Hairworld İstanbul" adlı sağlamlıq şirkəti ilə müqavilə imzalayıb.

Razılaşmaya əsasən, aparıcıya ödənişsiz olaraq saç, qaş əkmə və üz baxımı kimi prossedurlar tətbiq edilib. Bunun qarşılığında isə Serengil bunları və şirkətin adını sosial şəbəkə hesabında paylaşmalı idi. Lakin aparıcı müqavilənin şərtlərinə əməl etməyib.

Buna görə də sözügedən şirkət Sereni məhkəməyə verərək ondan 11 min avro (22 min 490 manat) təzminat tələb edib.

0