Dağlıq Qarabağ, arxiv şəkli

Dağlıq Qarabağ ətraf regionların enerji potensialı

20
(Yenilənib 15:38 02.11.2020)
Qarabağ ərazisi bərpaolunan enerji resursları ilə zəngindir. Qarabağ Azərbaycanda yerli su ehtiyatlarının formalaşdığı əsas rayonlardan biridir.

BAKI, 2 noyabr — Sputnik. İşğalçı Ermənistanın çoxsaylı uydurmalarından biri də ondan ibarətdir ki, Sovet dövründə Azərbaycan ayrıseçkilik siyasəti apararaq Dağlıq Qarabağın inkişafına diqqət yetirməyib. Əslində isə Azərbaycan Dağlıq Qarabağın inkişafına xüsusi diqqət yetirib, burada fəaliyyət göstərən sənaye sahələri respublika iqtisadiyyatında mühüm yer tutub. Dağlıq Qarabağ sənaye sahələrinin tərkibi və inkişaf səviyyəsinə, kənd təsərrüfatı məhsullarının istehsalına görə keçmiş Azərbaycan SSR-in ən qabaqcıl iqtisadi rayonlarından biri olub, regionda o zamanın tələblərinə uyğun olan geniş enerji infrastrukturu yaradılıb.

Lakin Dağlıq Qarabağ və ətraf rayonların Ermənistan tərəfindən işğalı ilə bu infrastruktur da əsasən dağıdılıb və ya talan olunub.

Sputnik Azərbaycan Energetika Nazirliyinin mövzu ilə bağlı şərhini təqdim edir.

Qarabağ regionunda 10 elektrik şəbəkə rayonu (Şuşa, Xocalı, Xocavənd, Laçın, Qubadlı, Cəbrayıl, Zəngilan, Füzuli, Kəlbəcər və Ağdam) üzrə ümumi gücü 858,6 meqavat/amper olan 20 yarımstansiya mövcud olub. Həmin ərazilərdə uzunluğu 81 kilometr olan 330 kilovoltluq (kV), 690 kilometrlik 110 kV-luq və 615 kilometr olan 35 kV-luq 3 yüksəkgərginlikli elektrik veriliş xətti, eləcə də uzunluğu 6197 kilometr olan 10 kV-luq və 8865 kilometrlik 0,4 kV-luq elektrik veriliş xətləri və ümumi gücü 245,7 meqavat/amper olan 2435 ədəd transformator olub.

Eyni zamanda, 2000 kilometrlik təbii qaz xətləri və 34 qazpaylayıcı qurğu istismar edilib.

İşğal altında olan torpaqlarımız tam azad edildikdən sonra dağıdılmış və talan edilmiş infrastrukturu daha dəqiq qiymətləndiriləcək.

Dağlıq Qarabağ və ətraf regionlarda müxtəlif enerji mənbələrindən istifadə üçün çox böyük potensial var.

Hidroenerji potensialı

Qarabağ ərazisi bərpaolunan enerji resursları ilə zəngindir. Qarabağ Azərbaycanda yerli su ehtiyatlarının formalaşdığı əsas rayonlardan biridir. Azərbaycanın yerli su ehtiyatlarının 25 faizi, yəni ildə təqribən 2 milyard 560 milyon kubmetr su ehtiyatları bu ərazidə formalaşır. Regionun Tərtər, Bazarçay (Bərgüşadçay), Həkəri kimi əsas çayları və digər kiçik çayları böyük su enerji potensialına malikdir. Bunların bir hissəsindən sovet dövründən istifadə edilir, lakin xeyli hissəsindən gələcəkdə istifadə etmək mümkün olacaq.

Azərbaycan Respublikasının işğal olunmuş ərazilərində 3 iri su elektrik stansiyası (SES) mövcud olub ki, bu stansiyalardan biri "Tərtər" SES 1976-cı ildə Tərtər rayonu ərazisində, Tərtərçayın üzərində "Sərsəng" su anbarı ilə birgə inşa edilib. Stansiya hər birinin gücü 25 meqavat olan 2 hidroaqreqatdan ibarətdir. Bəndinin hündürlüyünə görə (125 metr) "Sərsəng" ölkədə ən hündür bəndli su anbarlarından biridir. "Sərsəng" su anbarı 6 rayonun (Tərtər, Ağdam, Bərdə, Goranboy, Yevlax və Ağcabədi) 125 min hektara yaxın torpaq sahəsini suvarma suyu ilə təmin edirdi. 1990-cı ildə stansiyanın il ərzində istehsal etdiyi elektrik enerjisi 81,9 milyon kilovat/saat olub. Stansiya 1993-cü ildən işğal altındadır.

Kompleksə lazımi texniki xidmətin göstərilmədiyini, istifadə olunan avadanlıqların köhnəldiyini nəzərə alaraq, ilk növbədə, onun texniki vəziyyətinin qiymətləndirilməsinə daha sonra isə bərpa işlərinin aparılmasına ehtiyac olacaq.

Regiondakı digər mühüm enerji obyektləri "Xudafərin" və "Qız Qalası" su elektrik stansiyalarıdır. Azərbaycanın Cəbrayıl rayonundakı Xudafərin kəndindən 1 kilometr şimal-qərbdə yerləşən "Xudafərin" su elektrik stansiyası layihəsinin ərazisi 1992-ci ildən Cəbrayıl rayonunun işğalı nəticəsində Ermənistanın nəzarəti altına düşmüş və stansiyanın Azərbaycan tərəfdən tikintisi dayandırılmışdı. Lakin stansiyanın İran tərəfdən tikintisi davam etdirilib. Qeyd etmək lazımdır ki, stansiyanın Azərbaycan tərəfində hər birinin gücü 50 meqavata bərabər olan 2 hidroaqreqatdan ibarət olması planlaşdırılır.

Araz çayı üzərində tikintisi nəzərdə tutulmuş "Qız qalası" su elektrik stansiyasının isə hər biri 20 meqavat olan 2 hidroaqreqatdan ibarət olacağı planlaşdırılır və stansiyanın İran tərəfindən tikintisi davam etdirilir.

"Xudafərin" hidroqovşağı bəndinin tikintisi demək olar ki, tamamlanıb, "Qız qalası" hidroqovşağının bəndində isə işlər yekunlaşmaq üzrədir.

"Xudafərin" və "Qız Qalası" hidroqovşaqlarının və su elektrik stansiyalarının tikintisi və istifadəsi iki ölkə arasında 2016-cı ildə imzalanmış sazişlə tənzimlənir.

2020-ci ilin oktyabr ayında Cəbrayıl rayonunun işğaldan azad edilməsi, İran İslam Respublikası ilə dövlət sərhədinin tam nəzarətə götürülməsi "Xudafərin" və "Qız qalası" hidroqovşaqları üzərində elektrik stansiyalarının inşasının başa çatdırılması baxımından da çox önəmli bir hadisədir. Bu layihələr həm işğaldan azad edilmiş ərazilərin elektrik enerjisi ilə təmin edilməsində, həm də suvarılmasında xüsusi rol oynayacaq.

Günəş enerjisi potensialı

Yer səthinə düşən günəş radiasiyasının miqdarına görə Qarabağın cənub düzənlik hissəsi – Füzuli, Cəbrayıl, Zəngilan rayonları Naxçıvan Muxtar Respublikası ərazisindən sonra ikinci yerdədir. Burada bir kvadrat metr üfüqi səthə düşən günəş radiasiyası ildə 1600-1700 kilovat/saat təşkil edir. Bu ərazilərin ümumi günəş enerjisi potensialı 3000-4000 meqavatdır. Torpaqlarımız düşmən işğalından tam azad edildikdən sonra, ölçü müşahidə stansiyalarının quraşdırılması yolu ilə dəqiq potensialın hesablanması həyata keçiriləcək.

Külək enerjisi imkanları

Qarabağın dağlıq hissəsində 100 metr hündürlükdə küləyin orta illik sürətinin 7-8 metr/aniyə olduğu geniş ərazilər mövcuddur. "Globalwindatlas.info" platformasının məlumatına əsasən, Kəlbəcər və Laçın rayonlarının Ermənistanla sərhəd ərazilərində küləyin orta illik sürəti 10 metr/saniyəyə çatır. Ümumilikdə Qarabağın dağlıq ərazilərində külək enerjisinin potensialı 300-500 meqavat kimi qiymətləndirilir. Torpaqlarımız düşmən işğalından tam azad edildikdən sonra ölçü müşahidə stansiyalarının quraşdırılması yolu ilə dəqiq potensialın hesablanması həyata keçiriləcək.

Geotermal enerji potensialı

Bütün bunlarla yanaşı, Kəlbəcər rayonu ərazisində 3093 kubmetr/gün, Şuşada isə 412 kubmetr/gün termal su ehtiyatları mövcuddur. Termal mənbələrdən enerji məqsədli istifadənin mümkünlüyü müvafiq ərazilər düşmən işğalından tam azad olunduqdan sonra tədqiq ediləcək.

Daş kömür ehtiyatı

Qarabağ bölgəsində daş kömür yataqları da mövcuddur. Belə ki, Tərtər rayonunun Çardaqlı kəndində 8,5 milyon ton daş kömür ehtiyatı var.

20
Neft konteynerləri, arxiv şəkli

Azərbaycan neftinin qiyməti qalxdı

18
(Yenilənib 14:00 25.11.2020)
Azərbaycan neftinin 1 barelinin qiyməti 1,79 ABŞ dolları və ya 3,87% artaraq 48,07 dollar təşkil edib.

BAKI, 25 noyabr - Sputnik. Dünya bazarında "Azeri Light" (CIF) markalı neftin qiyməti artıb.

Sputnik Azərbaycan-ın məlumatına görə, Azərbaycan neftinin 1 barelinin qiyməti 1,79 ABŞ dolları və ya 3,87% artaraq 48,07 dollar təşkil edib.

Qeyd edək ki, Azərbaycan neftinin bir barelinin qiyməti bu il aprelin 21-də minimuma enərək 15,81 dollar, 2008-ci ilin iyulunda isə maksimuma yüksələrək 149,66 dollar olub.

18
Teqlər:
barel, neft
Kuryer, arxiv şəkli

Bunu heç kim etməzdi, amma siz etdiniz... - Bakıda yeni qadağaya etiraz

109
(Yenilənib 22:03 24.11.2020)
Həftəsonu ictimai iaşə sektoruna çatdırma və “takeaway” xidmətlərinin göstərilməsinə icazə verilmir, niyəsi də sual doğurur

BAKI, 24 noyabr — Sputnik. Bu gün Hotellər və Restoranlar Assosiasiyası ictimai iaşə sektorundan daxil olan çox saylı müraciətəri nəzərə alaraq Azərbaycan Respublikasının Nazirlər Kabinetinə müraciət ünvanlayıb. Sputik Azərbaycan-ın məlumatına görə, müraciətdə deyilir:

“Azərbaycan Respublikasının ərazisində xüsusi karantin rejiminin müddətinin uzadılması ilə bağlı əlavə tədbirlər barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 19 Noyabr, 2020-ci il tarixli, 450 saylı Qərarında göstərildiyi kimi, “Xüsusi karantin rejimi ilə bağlı əlavə tədbirlər barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 12 sentyabr tarixli 336 nömrəli Qərarında bir sıra dəyişikliklər edilib.

Dəyişikliklərdən biri, Qərarın 2.4. bəndində qeyd edilmiş “2020-ci il 21 noyabr saat 00:00-dan 23 noyabr saat 06:00-dək, 28 noyabr saat 00:00-dan 30 noyabr saat 06:00-dək, 5 dekabr saat 00:00-dan 7 dekabr saat 06:00-dək, 12 dekabr saat 00:00-dan 14 dekabr saat 06:00-dək, 19 dekabr saat 00:00-dan 21 dekabr saat 06:00-dək, 26 dekabr saat 00:00-dan 28 dekabr saat 06:00-dək bu Qərarın 1 nömrəli əlavəsində nəzərdə tutulan sahələr istisna olmaqla, digər sahələrdə və istiqamətlərdə fəaliyyətin dayandırılmasıdır”.

Həmin Qərarın “Fəaliyyətinə icazə verilən sahələr” adlanan 1 nömrəli Əlavəsinin 5-ci bəndində “fasiləsiz fəaliyyət göstərən müəssisələrin, həmçinin qida məhsullarının istehsalı, tədarükü, təchizatı, saxlanması və topdan satışı müəssisələrinin fəaliyyəti” qeyd edilmişdir.

Bildiyimiz kimi, ictimai iaşə müəsissələri qeyd edilən sahələrə aiddirlər, bilavasitə qida məhsullarının istehsalı, tədarükü və təchizatı ilə məşqul olurlar.

Onu da qeyd etməliyik ki, ictimai iaşə müəsissələri pandemiya dövründə uzun müddət boşdayanmaya məruz qalmış və bir çoxu fəaliyyətlərini tam dayandırmamaq məqsədilə çatdırma və “takeaway” xidmətlərinə keçmiş, yəni yerində xidmət göstərməklə yanaşı, əhaliyə qida məhsullarının tədarükü və təchizatı ilə bilavasitə məşğuldurlar.

Yalnız son iki gün ərzində bir sıra ictimai iaşə müəsissələrindən daxil olan müraciətlər onu göstərir ki, istirahət günləri onlara yerində xidmətin dayandırılması ilə yanaşı, onlayn sifarişlər əsasında çatdırılma və “takeaway” xidmətlərinin göstərilməsinə də qadağa qoyulmuşdur.

Müşahidələrimiz onu göstərir ki, “catering” üsulu ilə iaşə xidmətləri göstərən, şirniyyat, qəlyanaltı, yarımfabrikat, təndir yeməkləri və digər ərzaq və qida məhsullarının istehsalı və satışı ilə məşğul olan müəsissələr həftə sonu günlərində heç bir məhdudiyyətsiz çalışırlar.

Bunları nəzərə alaraq sual çıxır ki, çatdırma və “takeaway” xidmətləri göstərən ictimai iaşə müəsissələrinə (restoran və kafelər) hansı məntiqlə həftə sonu günlərində fəaliyyət göstərməyə icazə verilmir. Onu da nəzərə alsaq ki, restoran biznesı pandemiya dövründə ən çox zərər çəkmiş sahələr sırasında olmuş, uzun müddət məcburi boşdayanma yaşamış, sonradan yalnız çatdırma xidmətilə fəaliyyət göstərmişdirlər və hazırda çətinliklə biznesı yaşadırlar, onların vəziyyətinin nə qədər ağır olduğu məlum olar.

Bunu da qeyd etmək istərdik ki, ictimai iaşə sahəsində, xüsusilə bu sahənin kiçik və orta biznes seqmentində, təkçə Bakı şəhərində on minlərlə insan çalışır, məvacib alırlar və ailə dolandırırlar. Həftə sonu fəaliyyətlərinin dayandırılması çox saylı ixtisarlara gətirib çıxara bilər və bunun qarşısının alınması xüsusilə önəmli hesab edilir.

Digər tərəfdən restoran və kafelərin fəaliyyətinin həftə sonu tam dayandırılması tədarük olunmuş ərzaq və qida məhsullarının xarab olması, ay ərzində 7-8 gün boşdayanma, bununla yanaşı icarə, kommunal və digər xərclərin ödənilməsində yeni problemlərin yaranması ilə nəticələnə bilər. Bu isə biznesın itkilərə getməsi, bir çox hallarda kiçik və orta biznesın müflüsləşməsi kimi fəsadlara gətirib çıxarır.

Məlum olduğu kimi pandemiya dövründə içtimai iaşə müəsissələrinin işini tənzimləyən bir sıra metodik göstərişlər və xüsusi nəzarət mexanizmları tətbiq ediliblər. Əminliklə demək olar ki, restoranlar, kafelər və digər ictimai iaşə obyektləri, o cümlədən onların müştəriləri metodik göstərişlərin qaydalarına ciddi şəkildə əməl edirlər və bu məsələyə hamı məsuliyyətlə yanaşır.

Qeyd olunanları nəzərə alaraq xahiş edirik, ictimai iaşə müəsissələrinin həftə sonu çatdırma və “takeaway” xidmətlərinin göstərilməsinə icazə verilməsi mümkünlüyünə bir daha baxılsın. Müsbət qərarın verilməsi restoran biznesının hazırkı vəziyyətində fəaliyyətinə yardımçı olar, onların çətin günlərdə ayağ üstə qalmalarına, iş yerlərinin saxlanmasına və daimi məvaciblərin verilməsinə, icarə, kommunal və digər cari xərclərin ödənilməsinə böyük köməklik göstərmiş olar".

109
Teqlər:
Nazirlər Kabineti, müraciət, takeaway, çatdırılma xidməti, kafe, restoran, mehmanxana, otel
Uşaq əllərini yuyur, arxiv şəkli

Bakı Abşeronun bəzi ərazilərində iki gün su olmayacaq

0
(Yenilənib 17:28 25.11.2020)
Noyabrın 26-27-də Bakının Binəqədi və Sabunçu rayonlarının, eləcə də Abşeron rayonunun bəzi ərazilərinə (əsasən bağ massivlərinə) içməli suyun verilməsində məhdudiyyətlər olacaq.

BAKI, 25 noyabr — Sputnik. Ceyranbatan-Maştağa magistral su xəttinin Goradil dəmir yolu stansiyası ərazisindən keçən hissəsinin köçürülməsi ilə əlaqədar noyabrın 26-27-də Bakının Binəqədi və Sabunçu rayonlarının, eləcə də Abşeron rayonunun bəzi ərazilərinə (əsasən bağ massivlərinə) içməli suyun verilməsində məhdudiyyətlər olacaq.

Bu barədə Sputnik Azərbaycan-a "Azərsu" ASC-dən bildirilib.

Qurum yaranacaq narahatlıqla əlaqədar abunəçilərdən üzr istəyib.

0
Teqlər:
Abşeron, Bakı, su