Mərkəzi Bank

Mərkəzi Banka yeni səlahiyyət verilir

41
(Yenilənib 15:34 27.10.2020)
Təklif olunan dəyişikliyə əsasən sığortaolunanların könüllü tibbi sığorta ilə bağlı mənafeyini həm də Mərkəzi Bank müdafiə edəcək

Xalid Məmmədov, Sputnik Azərbaycan

BAKI, 27 oktyabr — Sputnik. Milli Məclisin bu gün keçirilən plenar iclasında "Tibbi sığorta haqqında" qanuna dəyişikliyə baxılıb.

Sputnik Azərbaycan-ın məlumatına görə, dəyişikliyə əsasən sığortaolunanların könüllü tibbi sığorta ilə bağlı mənafeyini həm də Mərkəzi Bank müdafiə edəcək.

Mövcud qanunda deyilir ki, sığortaolunanların könüllü tibbi sığorta ilə bağlı mənafeyini müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum), sığortaçılar, həmkarlar ittifaqı təşkilatları və digər ictimai birliklər müdafiə edir.

Təklif olunan dəyişikliyə görə isə "müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum)" sözləri "Azərbaycan Respublikasının Mərkəzi Bankı" sözləri ilə əvəz edilir.

Qanun layihəsi səsə qoyularaq birinci oxunuşda qəbul edilib.

41
Azərbaycan manatı, arxiv şəkli

Azərbaycanda orta aylıq əməkhaqqı artıb

18
Bir oktyabr 2020-ci il tarixinə milli iqtisadiyyatda muzdlu işçilərin sayı əvvəlki ilin eyni dövrü ilə müqayisədə 2,6% artaraq 1,681 milyon nəfərə çatıb.

BAKI, 26 noyabr — Sputnik. 2020-ci ilin yanvar-sentyabr aylarında Azərbaycanda muzdlu işçilərin orta aylıq əmək haqqı ötən ilin göstəricilərinə nisbətən 17,1% artaraq 706,6 manat təşkil edib.

1 oktyabr 2020-ci il tarixinə olan məlumata görə, milli iqtisadiyyatda muzdlu işçilərin sayı keçən ilin eyni dövrü ilə müqayisədə 42,5 min nəfər və ya 2,6% artaraq 1,681 milyon nəfərə çatıb.

Onlardan 908 min nəfəri dövlət sektorunda, 773,6 min nəfəri özəl sektorda işləyir. Beləliklə, dövlət muzdlu işçilərin 54%-ni işlə təmin edən əsas işəgötürən kimi çıxış edir.

Ölkədə orta aylıq əmək haqqı barədə daha geniş məlumatla Sputnik Azərbaycan-ın infoqrafikasından tanış ola bilərsiniz.

18
Teqlər:
muzdlu işçilər, muzdlu, orta aylıq nominal əmək haqqı
Əlində polietilen torba olan qadın, arxvi şəkli

Polietilen torbalar plastik məmulatların satışı qadağan ediləcək

223
(Yenilənib 21:16 26.11.2020)
Qalınlığı 15 mikrona qədər olan polietilen torbaların, habelə birdəfəlik istifadə üçün nəzərdə tutulan plastik qab-qacağın sahibkarlar tərəfindən idxalı, istehsalı, ticarət, ictimai iaşə və xidmət obyektlərində istehlakçıya satılması, verilməsi qadağan edilir.

Xalid Məmmədov, Sputnik Azərbaycan

BAKI, 26 noyabr — Sputnik. Azərbaycanda gələn ildən polietilen torbalar və plastik məmulatların satışı qadağan ediləcək.

Sputnik Azərbaycan xəbər verir ki, bununla bağlı məsələ Milli Məclisin bu gün keçirilən iclasında müzakirə edilən "Ətraf mühitin mühafizəsi haqqında" qanun layihəsinə təklif edilən dəyişikliklərdə əksini tapıb.

Qeyd edilib ki, layihə ölkə Prezidentinin 2019-cu il 7 fevral tarixli "Azərbaycanda plastik qablaşdırma tullantılarının ətraf mühitə təsirinin azaldılmasına dair 2019-2020-ci illər üçün Tədbirlər Planı"na əsasən hazırlanıb. Qalınlığı az olan plastik torbalar çürüməyə qarşı davamlı olduğu üçün təbiətin çirklənməsində daha böyük rol oynayır.

Sənədə təklif olunan dəyişiklikdə qalınlığı 15 mikrona qədər olan polietilen torbaların, habelə birdəfəlik istifadə üçün nəzərdə tutulan plastik qarışdırıcı çubuq, çəngəl, bıçaq, boşqab və stəkanların sahibkarlar tərəfindən idxalı, istehsalı, ticarət, ictimai iaşə və xidmət obyektlərində istehlakçıya satılması və verilməsi qadağan edilir.

Bu Qanunun müddəaları polietilen torbalara münasibətdə 2021-ci il yanvarın 1-dən, birdəfəlik istifadə üçün nəzərdə tutulan plastik qarışdırıcı çubuq, çəngəl, qaşıq, bıçaq, boşqab və stəkanlara münasibətdə isə 2021-ci il iyulun 1-dən qüvvəyə minir.

İclasda həmçinin İnzibati Xətalar Məcəlləsinə dəyişiklik edilməsi barədə qanun layihəsi də müzakirə edilib. Təklif olunan dəyişikliklər "Ətraf mühitin mühafizəsi haqqında" qanun layihəsinə edilən dəyişikliklərə əsasən, qalınlığı 15 mikrona qədər olan polietilen torbaların, habelə birdəfəlik istifadə üçün nəzərdə tutulan plastik qarışdırıcı çubuq, çəngəl, bıçaq, boşqab və stəkanların sahibkarlar tərəfindən idxalı, istehsalı, ticarət, ictimai iaşə və xidmət obyektlərində istehlakçıya satılması və verilməsi ilə bağlı müddəaların pozulmasına görə inzibati məsuliyyət hallarını özündə ehtiva edir.

Hər iki dəyişiklik müzakirələrdən sonra səsə qoyularaq sonuncu oxunuşda qəbul edilib.

223
Teqlər:
plastik, plastik qablar, polietilen torbalar, Ətraf Mühitin Mühafizəsi Departamenti
PPX avtomobili, arxiv şəkli

Bakı sakini küçədə qətlə yetirilib

0
Hazırda prokurorluq və polis əməkdaşları tərəfindən cinayəti törətmiş şəxs və ya şəxslərin müəyyən edilərək tutulub istintaqa cəlb edilməsi istiqamətində intensiv və zəruri istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri davam etdirilir.

BAKI, 27 noyabr — Sputnik. Noyabrın 25-də saat 21 radələrində Xətai rayonu ərazisində İntizam İsmayılovun aldığı bədən xəsarətləri nəticəsində xəstəxanada ölməsi barədə Xətai rayon prokurorluğuna məlumat daxil olub.

Sputnik Azərbaycan Baş Prokurorluğun məlumatına istinadla xəbər verir ki, dərhal prokurorluq əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirilib, digər prosessual hərəkətlər yerinə yetirilib.

Faktla bağlı Xətai rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanmış, müvafiq ekspertizalar təyin edilib.

İstintaqla hadisənin zərərçəkmişin yaşadığı evin yaxınlığında naməlum şəxs və ya şəxslər tərəfindən aralarında yaranmış münaqişə zamanı törədilməsinə əsaslı şübhələr müəyyən edilib.

Hazırda prokurorluq və polis əməkdaşları tərəfindən cinayəti törətmiş şəxs və ya şəxslərin müəyyən edilərək tutulub istintaqa cəlb edilməsi istiqamətində intensiv və zəruri istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri davam etdirilir.

0
Teqlər:
cinayət, istintaq, Bakı, qətl, Xətai rayonu, Xətai