Yerevan mənzərəsi, arxiv şəkli

Bu ilin son rübündə Ermənistanın ÜDM-i bir milyard dollar azala bilər

33
(Yenilənib 14:10 24.10.2020)
Əgər Ermənistan işğalçı siyasətindən əl çəkməyərək daha uzun müddətli bir müharibəyə can atarsa, bunun iqtisadi təsirləri ölkə üçün daha ağır olacaq.

BAKI, 24 oktyabr — Sputnik. 2020-ci ilin yanvar-avqust ayları ərzində Ermənistan iqtisadiyyatında 6,4 faizlik azalma qeydə alınıb. Koronavirus (COVID-19) pandemiyasına qarşı dünyada ən uğursuz mübarizə aparan ölkələr siyahısında olan Ermənistanda ilin 8 ayı ərzində ixrac və idxalın həcmləri də azalıb və iqtisadi tənəzzül dərinləşib.

Sputnik Azərbaycan İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi departament rəhbəri Rəşad Hüseynovun mövzu ilə bağlı şərhini təqdim edir.

Prezident İlham Əliyev, arxiv şəkli
© Official website of President of Azerbaijan Republic

Ermənistanın Statistika Komitəsinin məlumatlarına görə, əvvəllər iqtisadi artımın hərəkətverici qüvvəsi olan sənaye koronavirus böhranı fonunda staqnasiya ilə üzləşib. Bu ölkənin tikinti sektoru cari ilin 8 ayını 19,1 faiz, ticarət 11,5 faiz, xidmətlər 10,8 faiz azalma ilə başa vurub. Ermənistan iqtisadiyyatını gözləyən ən böyük fəlakətin qarşıda olduğunu proqnozlaşdıra bilərik. Belə ki, bu ilin sentyabr ayının 27-də atəşkəsi pozaraq Azərbaycana təcavüz edən Ermənistan tərəfi ölkəmizin əks-həmləsi ilə üzləşib. Azərbaycan Ordusunun torpaqları azad etmək və düşməni cəzalandırmaq üçün hərəkətə keçməsi Ermənistan üçün ciddi çağırışlara səbəb olub.

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin hesablamalarına görə, Ermənistanın itirdiyi hərbi texnika və sursatın dəyəri 2 milyard ABŞ dollarından çoxdur. Amma bu ölkənin itkiləri təkcə hərbi texnika və döyüş sursatı ilə bitmir. Müharibənin davam etməsi Ermənistan iqtisadiyyatının da itkilərini artırır.

İşğalçı dövlətdə səfərbərlik elan edilib və vətəndaşların orduya cəlbi prosesi başlayıb. Hətta ilkin məlumata görə, ölkə 210 min vətəndaşını səfərbər edərək Azərbaycanın işğal olunan ərazilərinə göndərməyə çalışır. Nəzərə alsaq ki, Ermənistanda 913 min nəfər iqtisadi fəal əhali var, deməli bu, onun 23 faizinin işdən ayrılaraq müharibəyə getməsi deməkdir. Yəni səfərbər olunan şəxslər işləmirlər və əlavə dəyər yaratmırlar. Nəticədə cari ilin 4-cü rübündə Ermənistanda ÜDM-in azalması daha da sürətlənəcək.

Prezident İlham Əliyev, arxiv şəkli
© Official website of President of Azerbaijan Republic

Proseslərin belə davamı bu ölkənin növbəti ili də resessiya ilə başa vuracağı ehtimalını artırır. Qeyd edək ki, 2019-cu ildə Ermənistanın ÜDM-i təxminən 13,7 milyard dollar olub. Bu ölkənin Statistika Komitəsinin məlumatına görə ÜDM-in 30,4 faizi və ya 4,2 milyard dolları 4-cü rübün payına düşür.

Məhz hazırda davam edən müharibənin təsiri ilə cari ilin 4-cü rübündə Ermənistanda ÜDM-in ciddi azalacağını proqnozlaşdıra bilərik. İlkin hesablamalara görə, Ermənistan 210 min vətəndaşını səfərbər edərək müharibəyə göndərdiyi təqdirə ilin 4-cü rübü ərzində bu ölkədə gündəlik ÜDM 10,7 milyon dollar və ya rüb ərzində 1 milyard dollar azala bilər. Onu da qeyd edək ki, müharibə dayandığı təqdirdə də istehsalatdan ayrılaraq orduya cəlb edilən vətəndaşların yenidən istehsalata qaytarılması xeyli vaxt alacaq. Dayandırılan istehsalatın bərpası isə yeni problemlərlə üzləşəcək (müştərilərini itirməsi və sair).

Ən yaxşı ssenari üzrə hesablamalar isə göstərir ki, iqtisadi sektorlar üzrə işçi qüvvəsinin itirilməsi və uyğun olaraq da kapitalın azalması fonunda Ermənistan iqtisadiyyatının istehsal gücü zəifləyəcək. Bunun nəticəsi olaraq Ermənistanda gündəlik yaranan ÜDM işğalçı müharibə səbəbindən 3,4 milyon ABŞ dollar azalacaq. Ən pis ssenari üzrə hesablamalar isə Ermənistanda vəziyyətin daha acınacaqlı olacağını göstərir. Göründüyü kimi, iki ssenari (yaxşı və orta) üzrə hesablamalar göstərir ki, bütün hallarda müharibə Ermənistan iqtisadiyyatının çöküşünə səbəb olacaq. Proqnozlara görə, müharibənin iki həftəsi ərzində ümumilikdə Ermənistanda ÜDM-də 47,6-149,8 milyon dollar arasında azalma baş verəcək.

Hesablamadan aydın olur ki, bu hadisələr fonunda Ermənistanda ixracda da azalma qaçılmaz olacaq. Məlumat üçün bildirək ki, cari ilin 8 ayı ərzində Ermənistan cəmi 1,57 milyard dollar dəyərində ixrac həyata keçirib və ixrac 6 faiz azalıb. Nəzərə alaq ki, Ermənistanın ixracyönümlü mədən sənayesində işlərin dayandırılması ilə bağlı məlumatlar gəlməkdədir. Bu isə ondan xəbər verir ki, işğalçı müharibə, eyni zamanda, ixracın da azalması prosesinin sürətləndirilməsi ilə müşayiət olunacaq və bunun nəticəsində Ermənistanın ticarət balansında kəsir daha da böyüyəcək.

Digər tərəfdən yerli istehsalın azalması məhdud valyuta resursları olan Ermənistanı xüsusən də ərzaq məhsullarının idxalını artırmağa məcbur edəcək. Əgər Ermənistan işğalçı siyasətindən əl çəkməyərək daha uzun müddətli bir müharibəyə can atarsa, bunun iqtisadi təsirləri ölkə üçün daha ağır olacaq. Ermənistan 2020-ci illə yanaşı, gələn il də ciddi iqtisadi çətinliklərlə üzləşəcək. Koronavirus pandemiyasının və müharibənin şiddətlənməsi ilə bu itkiləri daha da arta bilər. Bu isə Ermənistanda əhalinin daha sürətlə yoxsullaşmasına və dövlətin iflasına səbəb olacaq.

33
Azərbaycan Rieltorlar Assosiasiyasının icraçı direktoru Elnur Azadov

Ekspert: “Əmlak bazarında ciddi dəyişikliklərin olacağı gözlənilmir”

10
(Yenilənib 14:24 27.11.2020)
Azərbaycan Rieltorlar Assosiasiyasının icraçı direktoru Elnur Azadov deyir ki, rəqabət müşahidə edilən ərazilərdə endirimləri görmək olar
Elnur Azadov: “Kirayə bazarında 20% endirim müşahidə edilir”

“Pandemiya ilə əlaqədar olaraq iqtisadi proseslərin dayanması daşınmaz əmlak bazarındakı qiymətlərə ciddi təsir etməyib”. Bunu Sputnik Azərbaycan-a açıqlamasında Azərbaycan Rieltorlar Assosiasiyasının icraçı direktoru Elnur Azadov deyib.

O bildirib ki, bəzi tikinti şirkətləri inşaat prosesini davam etdirə bilmək üçün endirim aksiyalarına başlamışdılar:

“Bu ümumi bazara təsir göstərməsə də, rəqabət müşahidə edilən ərazilərdə endirimləri görmək olar. Kirayə bazarında isə 20% endirim müşahidə edilir. Bu baxımdan ilin sonuna qədər əmlak bazarında ciddi dəyişikliklərin olacağı gözlənilmir. Məcburi köçkünlərin qayıdışından sonra əmlak bazarında hansı vəziyyətin yaranması isə dövlət proqramından asılı olacaq”.

Elnur Azadovun geniş şərhinə audiofaylda qulaq asa bilərsiniz

10
Манаты и рубли разных номиналов, фото из архива

Rusiya rublu manat qarşısında geriləyib

10
Xatırladaq ki, 2020-ci ilin noyabrın 27-də ABŞ dollarının məzənnəsi 1,7000 manat təşkil edib, 1 avronun məzənnəsi 2,0271 manat, 1 Rusiya rublunun məzənnəsi 0,0225 manat, 1 türk lirəsi isə 0,2156 manat olub. 

BAKI, 30 noyabr - Sputnik. Azərbaycan Mərkəzi Bankı (AMB) bu günə olan rəsmi valyuta məzənnələrini açıqlayıb.

Sputnik Azərbaycan-ın məlumatına görə, 2020-ci ilin noyabrın 30-na ABŞ dollarının məzənnəsi dəyişməyərək 1,7000 manat təşkil edib, 1 avronun məzənnəsi 2,0344 manata yüksəlib, 1 Rusiya rublunun məzənnəsi 0,0224 manata enib, 1 türk lirəsi isə 0,2164 manata yüksəlib.

Xatırladaq ki, 2020-ci ilin noyabrın 27-də ABŞ dollarının məzənnəsi 1,7000 manat təşkil edib, 1 avronun məzənnəsi 2,0271 manat, 1 Rusiya rublunun məzənnəsi 0,0225 manat, 1 türk lirəsi isə 0,2156 manat olub. 

10
Teqlər:
Azərbaycan Mərkəzi Bankı, dollar, avro, valyuta, Rəsmi məzənnə, manat, rubl

Topçu Vüsal məsələsində son nöqtə qoyuldu - "Məqsədimiz..."

10
"Az-Granata" MMC-nin PR meneceri: "Bu şəkilin seçilməsində məqsəd Azərbaycan Ordusunun mərdliyini, cəsarətini nümayiş etdirmək idi".

Zülfiyyə Quluyeva, Sputnik Azərbaycan

BAKI, 30 noyabr — Sputnik. Vətən müharibəsinin qəhrəmanlarından olan topçu Vüsal Şahkərimovu məşhurlaşdıran fotonun spirtli içki şüşəsinin üzərinə vurulması sosial şəbəkələrdə birmənalı qarşılanmayıb. İctimaiyyətdə qəhrəman topçunun şəklinin spirtli içki şüşəsində əks olunması geniş narazılığa səbəb olub. Əsgərin atası İslam Şahkərimov bildirib ki, şərab istehsalçılarına şifahi şəkildə razılıq verib: "Bir az əvvəl həmin adamlar yenə mənə zəng etmişdilər. Dedilər ki, Vüsal özü bu məsələyə nə deyir, əsas odur. Mən də belə düşünürəm ki, razılıq verməklə səhv etmişəm. Görürəm ki, camaatdan da xeyli narazılıq var. Elə az əvvəl Vüsalla da danışdım. Dedi ki, fotomun içki şüşəsinin üstünə vurulmasına etiraz edirəm".

"Az-Granata" MMC-nin PR meneceri Ülvi Günəşli Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, artıq topçu Vüsal Şahkərimovla bağlı məsələ bağlanıb: "Qeyd edim ki, üzərində topçu Vüsal Şahkərimovun şəkli olan spirtli içki istehsala verilməmişdi. Sadəcə olaraq bu barədə məlumat paylaşılmışdı. "Az-Granata" MMC Vüsalın valideyni ilə danışaraq həm şifahi, həmçinin də rəsmi razılığını almışdı. Sadəcə olaraq bu məsələdə ictimaiyyətin fikrini nəzərə aldıq. Həmçinin topçumuz özü də şəklinin spirtli içki şüşəsində olmasına razı olmayıb. Biz də bütün bunları nəzərə alaraq bu məsələni qapatdıq".

Ü.Günəşli iddia edir ki, əslində bu məsələdə şirkətin məqsədi tamamilə başqa olub: "Bizim fikrimiz ictimaiyyətə düzgün çatdırılmadı. Şirkətimiz Vüsalın şəklinin vurulduğu kitabların çapına da sponsorluq etmək niyyətində idi. Bizim qədim tarixi adları daşıyan məhsullarımız var. Həmin məhsullar gələn qonaqlara təqdim edildikdə tariximizlə bağlı məlumatlar da verilir. Bizim üzərində topçu olan spirtli içkini bir dəfə istehsal etmək fikrimiz vardı. Bu şəkilin seçilməsində məqsəd Azərbaycan Ordusunun mərdliyini, cəsarətini nümayiş etdirmək idi".

Qeyd edək ki, əslən Xaçmaz rayonundan olan 19 yaşlı topçu Vüsal Şahkərimov Vətən müharibəsinin minlərlə qəhrəmanından biridir.

10