Neft konteynerləri, arxiv şəkli

Azərbaycan neftinin qiyməti qalxıb

17
Azərbaycanın dünya bazarına çıxardığı "Azeri Light" markalı neftin bir barelinin qiyməti 42,57 ABŞ dolları təşkil edib.

BAKI, 15 oktyabr - Sputnik. Azərbaycanın dünya bazarına çıxararaq satdığı "Azeri LT CIF" markalı xam neftin qiyməti 0,87 ABŞ dolları, yaxud 2,1% artıb.

Sputnik Azərbaycan-ın məlumatına görə, "Azeri Light" markalı neftin bir barelinin qiyməti 42,57 ABŞ dolları təşkil edib.

Xatırladaq ki, "Azeri LT CIF" neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də (15,81 ABŞ dolları), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 ABŞ dolları) qeydə alınıb.

17
Fransada

Ərdoğanın boykot çağırışına Fransadan ilk reaksiya

62
Məsələyə münasibət bildirən Fransanın Ticarət naziri Frank Rayster fransız mallarının boykot olunmasının nə ilə nəticələnəcəyi barədə danışmağın hələ tez olduğunu deyib. ", – deyib.

BAKI, 27 oktyabr — Sputnik. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Fransa Prezidenti Emmanuel Makronun müsəlmanları təhqir etməsindən sonra fransız məhsullarını boykot etməyə çağırması xəbəri dünya mediasının manşetində yer alıb. Sputnik Azərbaycan-ın Türkiyənin NTV kanalına istinadən verdiyi xəbərə görə, artıq Fransa tərəfi məsələyə reaksiya verib və bu ölkənin ticarət sahəsinə məsul şəxsləri geri addım atmağa başlayıblar.

Məsələyə münasibət bildirən Fransanın Ticarət naziri Frank Rayster fransız mallarının boykot olunmasının nə ilə nəticələnəcəyi barədə danışmağın hələ tez olduğunu deyib. Nazir "Hələlik yalnız yaxın günlərdə hadisələrin necə inkişaf edəcəyini izləməklə kifayətlənəcəyik", – deyib.

Rayster RTL radiosuna verdiyi açıqlamada Türkiyənin boykot çağırışına eyni üsulla cavab verməyəcəklərini, yəni, Fransada türk mallarının boykot olunması üçün xalqa müraciət etməyəcəklərini də qeyd edib. Nazir, həmçinin Türkiyə və Erdoğanla danışıqları davam etdirəcəklərini vurğulayıb.

Qeyd edək ki, fransız məhsullarının boykot olunmasına çağırış edən ölkələrin sırasında Türkiyə ilə yanaşı, İordaniya, Yəmən, Küveyt və Qətər də var.

Xatırladaq ki, oktyabrın 26-da Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan türk xalqına müraciət edərək fransız məhsullarını boykot etməyə çağırmışdı.

62
Neft buruğu, arxiv şəkli

Azərbaycan nefti ucuzlaşıb

13
Azərbaycan neftinin bir barelinin qiyməti bu il aprelin 21-də minimuma enərək 15,81 dollar, 2008-ci ilin iyulunda isə maksimuma yüksələrək 149,66 dollar olub

BAKI, 27 oktyabr — Sputnik. Azərbaycan neftinin qiyməti kəskin ucuzlaşıb.

Sputnik Azərbaycan xəbər verir ki, "Azeri Light" markalı neftin bir barelinin qiyməti 2 dollar ucuzlaşaraq 40,47 dollar təşkil edib.

"Brent" markalı neftin qiyməti 0,34 dollar artaraq 40,80 dollar, "Light" markalı neftin qiyməti isə 0,30 dollar bahalaşaraq 38,86 dollar olub.

Qeyd edək ki, Azərbaycan neftinin bir barelinin qiyməti bu il aprelin 21-də minimuma enərək 15,81 dollar, 2008-ci ilin iyulunda isə maksimuma yüksələrək 149,66 dollar olub.

13
Azərbaycan hərbçiləri, arxiv şəkli

Azərbaycan qarşı tərəfin törətdiyi təxribatlara təmkinlə yanaşaraq adekvat tədbir görür

4
Azərbaycan öz ərazilərinə təhdid təşkil edən istənilən legitim hərbi hədəfləri yerləşdiyi ərazidən asılı olmayaraq məhv etmə hüququna malikdir.

BAKI, 27 oktyabr — Sputnik. Yeni humanitar atəşkəs rejiminə riayət edən Azərbaycan bütün cəbhə boyu düşmənin törətdiyi təxribatlara təmkinlə yanaşaraq yalnız adekvat tədbirlər görür.

Bu barədə Müdafiə Nazirliyi və Dövlət Sərhəd Xidmətinin birgə bəyanatında deyilir.

Bundan istifadə edən Ermənistan isə cəbhənin müxtəlif istiqamətləri, xüsusilə də bərpa edilmiş dövlət sərhədləri üzrə vəziyyəti məqsədyönlü şəkildə gərginləşdirməklə növbəti təxribatlarına zəmin yaradır.

Ermənistan rəhbərliyi artıq dərk etməli və hesablaşmalıdır ki, bərpa edilmiş dövlət sərhədləri münaqişə zonası deyil və Azərbaycanın tam hüquqlu suveren ərazilərini müəyyən edən beynəlxalq birlik tərəfindən tanınan dövlət sərhədidir. Dövlət sərhədinin toxunulmazlığı təmin edilməlidir. Bu istiqamətdə baş verən istənilən təxribat ərazi bütövlüyümüzə təcavüz kimi dəyərləndirilir.

Bu baxımdan Azərbaycan öz ərazilərinə təhdid təşkil edən istənilən legitim hərbi hədəfləri yerləşdiyi ərazidən asılı olmayaraq məhv etmə hüququna malikdir.

4
Mövzu:
Azərbaycan və Ermənistan arasında müharibə