Maqazin, arxiv şəkli

Ölkədə bahalaşan ucuzlaşan ərzaq məhsulları açıqlandı

77
Bu ilin 9 ayında Azərbaycanda istehlak qiymətləri indeksi ötən ilin analoji dövrünə nisbətən 102,9 faiz, o cümlədən ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə 105,2 faiz, qeyri-ərzaq məhsulları üzrə 101,3 faiz təşkil edib.

BAKI, 14 oktyabr — Sputnik. 2020-ci ilin yanvar-sentyabr aylarında istehlak qiymətləri indeksi 2019-cu ilin yanvar-sentyabr aylarına nisbətən 102,9 faiz, o cümlədən ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə 105,2 faiz, qeyri-ərzaq məhsulları üzrə 101,3 faiz, əhaliyə göstərilmiş ödənişli xidmətlər üzrə 101,1 faiz təşkil edib.

Bu barədə Dövlət Statistika Komitəsindən Sputnik Azərbaycan-a məlumat verilib.

Cari ilin sentyabr ayında istehlak qiymətləri indeksi əvvəlki aya nisbətən 100,1 faiz, əvvəlki ilin sentyabr ayına nisbətən 102,6 faiz təşkil edib.

2020-ci ilin sentyabr ayında ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə istehlak qiymətləri indeksi əvvəlki aya nisbətən 100,2 faiz, əvvəlki ilin sentyabr ayına nisbətən 104,3 faiz təşkil edib.

Cari ilin sentyabr ayında əvvəlki aya nisbətən ayrı-ayrı ərzaq məhsullarından daha çox bahalaşma yumru düyünün, qarabaşaq yarmasının, təzə və dondurulmuş balığın, brınza pendirinin, kəsmiyin, portağalın, bananın, gavalının, qozun, fındığın, xiyarın, pomidorun, bibərin, badımcanın, yerkökünün, çuğundurun, kartofun, soğanın, mərcinin, ucuzlaşma isə əsasən limonun, naringinin, almanın, armudun, heyvanın, narın, üzümün, çiyələyin, kivinin, kələmin, balqabağın, göy lobyanın, sarımsağın, arağın, pivənin qiymətlərində müşahidə olunub. Digər ərzaq məhsullarının qiymətlərində ciddi dəyişikliklər baş verməyib.

2020-ci ilin sentyabr ayında qeyri-ərzaq məhsulları üzrə istehlak qiymətləri indeksi əvvəlki aya nisbətən 100,0 faiz, əvvəlki ilin sentyabr ayına nisbətən 101,4 faiz təşkil edib.

2020-ci ilin sentyabr ayında əhaliyə göstərilmiş ödənişli xidmətlər üzrə istehlak qiymətləri indeksi əvvəlki aya nisbətən 100,1 faiz, əvvəlki ilin sentyabr ayına nisbətən 101,2 faiz təşkil edib.

77
Fransada

Ərdoğanın boykot çağırışına Fransadan ilk reaksiya

41
Məsələyə münasibət bildirən Fransanın Ticarət naziri Frank Rayster fransız mallarının boykot olunmasının nə ilə nəticələnəcəyi barədə danışmağın hələ tez olduğunu deyib. ", – deyib.

BAKI, 27 oktyabr — Sputnik. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Fransa Prezidenti Emmanuel Makronun müsəlmanları təhqir etməsindən sonra fransız məhsullarını boykot etməyə çağırması xəbəri dünya mediasının manşetində yer alıb. Sputnik Azərbaycan-ın Türkiyənin NTV kanalına istinadən verdiyi xəbərə görə, artıq Fransa tərəfi məsələyə reaksiya verib və bu ölkənin ticarət sahəsinə məsul şəxsləri geri addım atmağa başlayıblar.

Məsələyə münasibət bildirən Fransanın Ticarət naziri Frank Rayster fransız mallarının boykot olunmasının nə ilə nəticələnəcəyi barədə danışmağın hələ tez olduğunu deyib. Nazir "Hələlik yalnız yaxın günlərdə hadisələrin necə inkişaf edəcəyini izləməklə kifayətlənəcəyik", – deyib.

Rayster RTL radiosuna verdiyi açıqlamada Türkiyənin boykot çağırışına eyni üsulla cavab verməyəcəklərini, yəni, Fransada türk mallarının boykot olunması üçün xalqa müraciət etməyəcəklərini də qeyd edib. Nazir, həmçinin Türkiyə və Erdoğanla danışıqları davam etdirəcəklərini vurğulayıb.

Qeyd edək ki, fransız məhsullarının boykot olunmasına çağırış edən ölkələrin sırasında Türkiyə ilə yanaşı, İordaniya, Yəmən, Küveyt və Qətər də var.

Xatırladaq ki, oktyabrın 26-da Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan türk xalqına müraciət edərək fransız məhsullarını boykot etməyə çağırmışdı.

41
Neft buruğu, arxiv şəkli

Azərbaycan nefti ucuzlaşıb

12
Azərbaycan neftinin bir barelinin qiyməti bu il aprelin 21-də minimuma enərək 15,81 dollar, 2008-ci ilin iyulunda isə maksimuma yüksələrək 149,66 dollar olub

BAKI, 27 oktyabr — Sputnik. Azərbaycan neftinin qiyməti kəskin ucuzlaşıb.

Sputnik Azərbaycan xəbər verir ki, "Azeri Light" markalı neftin bir barelinin qiyməti 2 dollar ucuzlaşaraq 40,47 dollar təşkil edib.

"Brent" markalı neftin qiyməti 0,34 dollar artaraq 40,80 dollar, "Light" markalı neftin qiyməti isə 0,30 dollar bahalaşaraq 38,86 dollar olub.

Qeyd edək ki, Azərbaycan neftinin bir barelinin qiyməti bu il aprelin 21-də minimuma enərək 15,81 dollar, 2008-ci ilin iyulunda isə maksimuma yüksələrək 149,66 dollar olub.

12
Kitab, arxiv şəkli

Rusiyanın görkəmli rejissorunun "Seçilmiş əsərləri" ilk dəfə Azərbaycan dilində

0
(Yenilənib 12:40 27.10.2020)
Azərbaycan dilində ilk dəfə işıq üzü görən kitaba müəllifin məqalələri, məktub və gündəlikləri, nitq və qeydləri daxil edilib

BAKI, 27 oktyabr — Sputnik. Dövlət Tərcümə Mərkəzi teatrşünaslıq, rejissor və aktyorluq sənətinin tədrisinə töhfə olaraq Rusiyanın görkəmli teatr rejissoru Vsevolod Meyerholdun "Seçilmiş əsərləri" kitabını nəşr edib.

Sputnik Azərbaycan xəbər verir ki, Azərbaycan dilində ilk dəfə işıq üzü görən kitaba müəllifin məqalələri, məktub və gündəlikləri, nitq və qeydləri daxil edilib.

"Teatrın tarixi və texnikası haqqında", "O.M.Meyerholda məktublardan", "Gündəlikdən (1907–1912-ci illər)", "Fırtına", "Maskarad", "Teatr qeydləri", "Alicənab dəyyus", "Ürpənən torpaq", "Meşə", "Bubus müəllim", "Mandat", "Müfəttiş" adlı fəsillərin toplandığı kitabda ecazkar teatr aləmi, onun görünməyən tərəfləri, pərdəarxası proseslər, rejissorluq sənətinin sirləri kimi sənət incəlikləri dərin təhlil və araşdırmalarla izah edilir.

Kitabın orijinaldan tərcümə müəllifi Zahid Sarıtorpaq, redaktoru Fərhad Abdullayevdir.

Kitab Azərbaycan Dövlət Tərcümə Mərkəzinin 2019-cu ildən əməkdaşlıq etdiyi Rusiya İnstitutunun qrant layihəsi çərçivəsində nəşr olunub.

Qeyd edək ki, Rusiyanın Penza şəhərində anadan olan Vsevolod Meyerhold teatr rejissoru, nəzəriyyəçisi, aktyor və pedaqoq kimi zəngin yaradıcılıq irsinə malikdir. 1907-ci ildən Oktyabr inqilabına qədər Aleksandrinski və Mariinski imperator teatrlarının baş rejissoru olub. İnqilabdan sonra Rusiyanın müxtəlif teatrlar ilə əməkdaşlıq edib. Sovet İttifaqının ilk avanqardçı teatr rejissorlarındandır. Səhnə sənətində qrotesk üslubunun, "Biomexanika" adıyla bütün dünyada tanınan aktyor sisteminin yaradıcısı, məşhur "Teatr Oktyabrı" proqramının müəllifidir. "Don Juan" (Molyer), "Müfəttiş" (N.Qoqol), "Hedda Qabler" (H.İbsen), "Mandat" (N.Erdman), "Elektra" (R.Ştraus) kimi qırxa yaxın əsərə səhnə quruluşu verib. Repressiya illərində azadlıqdan məhrum edilib və 1940-cı ildə həbsxanada güllələnib.

0