Купюра номиналом в 200 AZN, фото из архива - Sputnik Azərbaycan
İQTİSADİYYAT
Sosial-iqtisadi gündəmə, maliyyə, biznes sahəsinə dair materiallar

Vergi Məcəlləsinə dəyişiklik edilib: Bəzi şəxslərin gəlir vergisi azaldılacaq

© Sputnik / Murad OrujovПересчет денег, фото из архива
Пересчет денег, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Sözügedən şəxslərin hər hansı muzdlu işdən vergi tutulmalı olan aylıq gəliri 100 manat deyil, 200 manat azaldılacaq.

Xalid Məmmədov, Sputnik Azərbaycan

BAKI, 7 oktyabr — Sputnik. Daimi qulluq tələb edən sağlamlıq imkanları məhdud 18 yaşınadək uşağa və ya I dərəcə əlilliyi olan şəxsə baxan və onunla birlikdə yaşayan valideynlərdən (o cümlədən övladlığa götürən şəxslərdən) birinin (özlərinin istəyi ilə), arvadın (ərin), himayəçinin və ya qəyyumun hər hansı muzdlu işdən vergi tutulmalı olan aylıq gəliri 200 manat məbləğində azaldılacaq.

Sputnik Azərbaycan xəbər verir ki, bu məsələ Milli Məclisin iclasında üçüncü oxunuşda müzakirə çıxarılan Vergi Məcəlləsinə təklif olunan dəyişiklikdə əksini tapıb.

Mövcud Vergi Məcəlləsinə əsasən, daimi qulluq tələb edən sağlamlıq imkanları məhdud uşağa və ya I dərəcə əlilliyi olan şəxsə baxan və onunla birlikdə yaşayan valideynlərdən birinin (özlərinin istəyi ilə), arvadın (ərin), himayəçinin və ya qəyyumun hər hansı muzdlu işdən vergi tutulmalı olan aylıq gəliri 100 manat məbləğində azaldılır.

Nəticədə sözügedən şəxslərin hər hansı muzdlu işdən vergi tutulmalı olan aylıq gəliri 100 manat deyil, 200 manat azaldılacaq.

Dəyişiklik səsə qoyularaq qəbul edilib.

Xəbər lenti
0