Pərviz Şahbazov: “Ermənistan Xəzər regionunun təhlükə zonası kimi qalmasında maraqlıdır”

50
(Yenilənib 14:12 01.10.2020)
Xəzərin enerji resursları yalnız Azərbaycan Respublikasının təşəbbüsü olan boru kəmərləri ilə Qərbə yönəldilib.

BAKI, 1 oktyabr - Sputnik. Energetika naziri Pərviz Şahbazov Almaniyanın Berlin şəhərində keçirilən “Birinci Xəzər Avropa Forumu”nda “Xəzər regionu və onun qlobal iqtisadiyyatda rolu” mövzusunda videoformatda çıxış edib.

Sputnik Azərbaycan-ın Energetika Nazirliyinə istinadən verdiyi məlumata görə, nazir çıxışında zəngin enerji resursları, enerji istehlak edən iki əsas bazar - Avropa ilə Asiya arasında, kontinental marşrutların kəsişməsində yerləşməsi ilə Xəzər regionunun hər zaman olduğu kimi gələcəkdə də regional və qlobal güclərin geosiyasi maraqları dairəsində qalacağını bildirib. Regionun dünya iqtisadiyyatının tərkib hissəsinə çevrilməsində isə Azərbaycanın müstəsna rolundan bəhs edilib.

“Xəzərin enerji resursları yalnız Azərbaycanın təşəbbüsü olan boru kəmərləri ilə Qərbə yönəldilib. İstismara veriləndən indiyə kimi bu kəmərlər vasitəsilə Azərbaycan mənşəli, təxminən, 515 milyon ton neft, 86 milyard kubmetrdən isə çox qaz nəql olunub. İlin sonuna kimi Cənub Qaz Dəhlizinin tam istismara verilməsi isə Xəzər regionu növbəti dəfə Azərbaycan vasitəsilə Avropanın enerji təchizatının şaxələndirilməsində və enerji təhlükəsizliyinin təminatında mühüm faktora çevirəcək”.

Avropanın Xəzərlə enerji bağlantısının davamlılğını strateji zərurət kimi qiymətləndirən nazir Azərbaycanın Xəzəryanı ölkələrlə Avropa arasında da mühüm təşəbbüslər üçün etibarlı körpü olduğunu deyib. Bildirilib ki, ötən il Azərbaycanın ümumi ticarət dövriyyəsində Xəzəryanı ölkələrin payı 18 faiz, Avropa İttifaqı ölkələrinin isə payı 39 faizə yaxın olub. Azərbaycan beynəlxalq nəqliyyat dəhlizləri və infrastrukturları vasitəsilə də regionun qlobal iqtisadiyyatda rolunun möhkəmlənməsinə töhfələr verir. Belə ki, 2020-ci ilin ilk altı ayında daşınmış tranzit yüklərin həcmi 2019-cu ilin eyni dövrü ilə müqayisədə Bakı-Tbilisi-Qars dəmir yolu ilə 4,5 dəfə çox, "Şərq-Qərb" dəhlizi ilə 15 faiz artımla 3,5 milyon tondan çox olub. "Şimal-Cənub" marşrutu üzrə yüklərin tranzitinin həcmində isə 13 faiz artım qeydə alınıb. Ümumən, bu ilin 6 ayında Azərbaycan ərazisindən keçən tranzit daşımalarında qeyri-neft sektoru üzrə 33% artım olub.

P. Şahbazov Ermənistanın Azərbaycana qarşı işğalçılıq siyasətinin isə regionda sabitlik və təhlükəsizlik üçün böyük təhdid doğurduğunu xüsusilə diqqətə çatdırıb. Ermənistanın son vaxtlar regionu qərblə birləşdirən Bakı-Supsa, Bakı-Tbilisi-Ceyhan boru kəmərləri, Cənub Qaz Dəhlizi, Bakı-Tbilisi-Qars dəmiryolu və digər xətlərin keçdiyi Tovuz bölgəsində hərbi əməliyyat təxribatları bunun bariz nümunəsi kimi qeyd edilib:

“Sentyabrın 27-dən isə Ermənistan planlaşdırılmış hərbi təxribata əl ataraq növbəti dəfə təcavüzkar siyasətinə sadiqliyini nümayiş etdirdi. Ermənistan sülh danışıqları prosesini dayandırmaqla bir daha göstərdi ki, regional inkişaf layihələrindən özünü təcrid seçimində israrlıdır, regionun daim təhlükə zonası kimi qalmasında maraqlıdır. Bütün enerjisini, imkanlarını dünyada inkişafa, sabitliyə yönəldən, nailiyyətlərin davamlılığında maraqlı bir ölkə olaraq bizim əsas istəyimiz problemin sülh yolu ilə həlli, ədalətin təminidir. Ermənistanın bu həqiqəti anlaması üçün 30 illik müddət kifayət qədər böyük bir zaman idi. Lakin Ermənistan ona verilən fürsəti ölkəsi, regionumuz və dünya üçün lazımınca dəyərləndirə bilmədi. Ermənistanın işğalı və təcavüzü davam etdirmək siyasəti isə yalnız Azərbaycana qarşı yönəlməyib, həm də regional inkişaf və təhlükəsizliyi hədəfə alıb. Ona görə də bölgədə təcavüzkarlığın dayandırılmasına çalışmalıyıq”, - deyə, nazir əlavə edib.

50
Ticarət Mərkəzi, arxiv şəkli

O olmasın, bu olsun: fransız mallarına da əvəz tapılar

2
(Yenilənib 18:57 27.10.2020)
"Anbarımıza baxaraq, yəqin ki, 3 gün ərzində bütün fransız ətirlərini satışdan yığışdıracağıq" - Azərbaycanda fransız ətirləri dövrü başa çata bilər

Nigar İsgəndərova, Sputnik Azərbaycan

BAKI, 27 oktyabr — Sputnik. Bir neçə gün öncə Türkiyə Prezidenti Rəcəb Tayyip Ərdoğan Fransa Prezidenti Emmanuel Makronun türk mallarının boykot edilməsi çağırışına cavab olaraq fransız mallarının boykot edilməsi ilə bağlı çağırış edib. "O, necə ki, Fransada türk markalı mal almayın deyirsə, mən də buradan millətimə səslənirəm: aman, fransız markalı malları almayın," -  deyə Prezident Ərdoğan çağırışında bildirib.

Artıq Türkiyədə olduğu kimi, Azərbaycanda da fransız mallarının boykot edilməsi ilə bağlı çağırışlar səsləndirilir. Müştərilər, o cümlədən də bir çox millət vəkilləri də öz hesablarından bu çağırışlara qoşularaq fransız mallarının boykot edilməsini tələb edirlər. Millət vəkili Qənirə Paşayeva da son rəsmi paylaşımı ilə bu aksiyaya dəstəyini nümayiş etdirib.

Bəs mağazalar, sahibkarlar necə?

Son vəziyyəti öyrənmək üçün öncə iri mağazalar şəbəkəsi ilə əlaqə saxladıq. Əlaqə saxladığımız nömrələrdən hələ ki, bununla bağlı onlara rəhbərlik səviyyəsində hansısa göstərişin verilmədiyi, bu səbəbdən fransız mallarının satışda olduğu və müştərilər tərəfindən alındığı deyildi. Digər belə mağazalar isə sualdan yayınaraq, bununla bağlı məlumatlı olmadıqlarını bildirdilər.

Kiçik mağaza sahibləri isə Türkiyə Prezidenti Rəcəb Tayyip Ərdoğanın bu çıxışına dəstək olduqlarını bildiriblər. "Parfume Home"un təmsilçisi deyir ki, Ərdoğan belə deyibsə, onlar fransız ətirlərini satışdan yığacaqlar:

"Bizdə əsasən Dubaydan gətirilən orijinal ətirlər satılır, amma bununla yanaşı, orijinal fransız ətirləri də satılıb. Amma yaranmış bu vəziyyətə görə ikiəlli olaraq fransız malları, ətirlərindən imtina etməyə razıyıq. Məsləhət belədirsə, belə də olmalıdır. Dövlətin bununla bağlı hansısa qadağasına ehtiyac yoxdur. Sadəcə olaraq bu ətirləri yığaraq bir qırağa atacağıq, satışa qoymayacağıq".

"Anbarımıza baxaraq, yəqin ki, 3 gün ərzində bütün fransız ətirlərini satışdan yığışdıracağıq", - deyə mağaza təmsilçisi əlavə edib.   

Mağaza rəsmisi bildirir ki, bunadək orijinal fransız mallarının 30 ml-i 60, 100 ml-i isə 250 manatadək satışda olub.

Dövlət Statistika Komitəsinə istinadən isə qeyd edək ki, ötən il Fransadan 23.3 min ABŞ dolları həcmində iribuynuzlu heyvan, 2.349.1 min ABŞ dolları həcmində kərə yağı və digər süd yağları, 11.8 min ABŞ dolları həcmində 11.2 ton buğda unu, 1 093.8 min ABŞ dolları həcmində təbii üzüm şərabları, üzüm suslosu, 23 095.8 min ABŞ dolları həcmində 379 ton dərman vasitələri, 1 803.7 min ABŞ dolları həcmində 449.6 ton sürtkü yağları, 202.3 min ABŞ dolları həcmində mebellər və digər mallar idxal olunub.

2020-ci ilin yanvar-avqust aylarında ölkəyə idxal olunan məhsulların ümumi dəyərinin 18,7 faizi Rusiya, 14,7 faizi Türkiyə, 13,3 faizi Çin, 7,4 faizi ABŞ, 5,3 faizi Almaniya, 4,2 faizi Ukrayna, 4,1 faizi İtaliya, 3,0 faizi Birləşmiş Krallıq, 2,7 faizi İran, 2,0 faizi Yaponiya, 1,8 faizi Koreya, 1,7 faizi Fransa, 21,1 faizi isə digər ölkələr ilə aparılmış idxal əməliyyatlarının payına düşüb.

Dövlət Statistika Komitəsinin digər məlumatına görə, 2019-cu ildə Fransadan idxal olunan malların dəyəri 250.727.3 min ABŞ dolları olub ki, bu da 2013-cü ildən bu yana qeydə alınan ən yüksək rəqəm olub. Belə ki, 2013-cü ildə bu rəqəm 425.437.3 min ABŞ dolları olub.

2
Əlaqədar
Ərdoğanın boykot çağırışına Fransadan ilk reaksiya
Pol Poqbadan Makrona etiraz - millidə oynamayacaq
Dünya müsəlmanları Fransa mallarını boykot etməyə çağırırlar
Ərdoğan millətimizə səsləndi: "Aman, fransız markalı malları almayın!"
Ərdoğan: "Azərbaycandakı faciələrin arxasında Fransa dayanır
Məmur, arxiv şəkli

Uçot məlumatlarının dəyişdirilməsi ilə bağlı sahibkarlar üçün təlimlər keçirilib

45
(Yenilənib 15:43 27.10.2020)
Sumqayıt, Gəncə, Lənkəran, Xaçmaz, Mingəçevir, Şirvan və Yevlaxdan olan mikro və kiçik sahibkarlar üçün onlayn təlimlər təşkil edilib

BAKI, 27 oktyabr — Sputnik. Sumqayıt, Gəncə, Lənkəran, Xaçmaz, Mingəçevir, Şirvan və Yevlaxdan olan mikro və kiçik sahibkarlar üçün "Elektron kabinetdə uçot məlumatlarının dəyişdirilməsi" mövzusunda onlayn treyninq keçirilib.

Sputnik Azərbaycan xəbər verir ki, təlimlər Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə İqtisadi Resursların Öyrənilməsi İctimai Birliyinin (SER) "Sahibkarlar arasında Könüllü və İntizamlı Vergi Ödəyicisi olmağın təbliği" layihəsi çərçivəsində reallaşdırılıb.

Tədbirləri giriş sözü ilə Dövlət Vergi Xidmətinin baş dövlət vergi müfəttişi Bəxtiyar Abdurəhmanov açaraq sahibkarlığın inkişafında vergi inzibatçılığının və xidmətinin rolundan bəhs edib.

İqtisadi Resursların Öyrənilməsi İctimai Birliyinin sədri, layihənin rəhbəri Ruslan Atakişiyev COVID-19 üzrə sahibkarın məsuliyyəti, könüllü vergi ödəmə, Dövlət Vergi Xidmətinin təqdim etdiyi elektron xidmətlər, uçota alınmanın və uçot məlumatlarının dəyişdirilməsinin qanunvericilik əsasları, yayınmalar və biznesin vergi riskləri, Vergi Məcəlləsində nəzərdə tutulan vergi güzəştləri, fərdi sahibkarların elektron kabinetlərində şəxsi məlumatlarının dəyişdirilməsi istiqamətlərində mühazirə oxuyub.

Sonra İqtisadi Resursların Öyrənilməsi İctimai Birliyinin icraçı direktoru Qafqaz Qəhrəmanlı isə elektron məlumat bazasında sahibkarlıq subyektlərinə mənsub məlumatların yenilənməsi və dolğunluğunun təmin olunması, elektron kabinet və kargüzarlıqdan istifadə, məktubların nəzərdən keçirilməsi qaydaları mövzularında çıxış edərək sahibkarların elektron kabinetlərində uçot məlumatlarının dəyişdirilməsini praktiki yöndən izah edib.

Təlimlər 15 sentyabr – 24 oktyabr tarixləri arasında baş tutub.

45
Erməni qüvvələrinin açdıqları atəşdən sonra Bərdədə vəziyyət

Beynəlxalq təşkilatların ciddi ölçü götürməməsi Ermənistanı azğınlaşdırır - Ombudsman

0
(Yenilənib 20:05 27.10.2020)
"Təəssüflər olsun ki, Ermənistanın qeyri-insani hərəkətlərdən çəkindirilməsi istiqamətində nüfuzlu beynəlxalq təşkilatlar tərəfindən ciddi ölçü götürülməməsi onları daha da azğınlaşdırır və yeni cinayət əməlləri törətməyə sövq edir"

BAKI, 27 oktyabr - Sputnik. Ermənistan silahlı qüvvələri 26 oktyabr 2020-ci il tarixdə saat 08:00-dan etibarən elan edilmiş humanitar atəşkəs rejiminin tələblərini növbəti dəfə pozaraq və müharibə cinayətlərini davam etdirərək Bərdə rayonunu müxtəlif istiqamətlərdən intensiv raket və ağır artilleriyadan atəşə tutmuşlar. Nəticədə mülki əhalidən 4 nəfər həlak olub, 13 nəfər isə yaralanıb. Həlak olanlar və yaralananlar içərisində uşaqlar da var. Dağıntılar altında hələ də çoxlu insan qaldığından bu rəqəmlər hər an arta bilər. 

Sputnik Azərbaycan bildirir ki, bu barədə ombudsman Səbinə Əliyevanın mətbuata açıqlamasında deyilir.
Vurğulanır ki, mülki insanlara qarşı törədilən bu terror bir daha onu göstərir ki, işğalçı Ermənistan beynəlxalq hüququn norma və prinsiplərinin, beynəlxalq humanitar hüquq normalarının, xüsusilə də Cenevrə Konvensiyalarının, eləcə də Müharibə zamanı mülki əhalinin müdafiəsi haqqında 1949-cu il 12 avqust tarixli Konvensiyanın, habelə BMT-nin Uşaq Hüquqları Konvensiyasının və insan hüquqları sahəsində digər sənədlərin müvafiq müddəalarını kobud şəkildə pozmaqla öz təcavüzkar siyasətindən, sülh və insanlıq əleyhinə yönəlmiş müharibə və terror cinayətləri törətməkdən hələ də əl çəkmir.
Təəssüflər olsun ki, Ermənistanın qeyri-insani hərəkətlərdən çəkindirilməsi istiqamətində nüfuzlu beynəlxalq təşkilatlar tərəfindən ciddi ölçü götürülməməsi onları daha da azğınlaşdırır və yeni cinayət əməlləri törətməyə sövq edir.

Dünya ictimaiyyəti səsimizə səs verərək Ermənistan tərəfindən törədilən son dərəcədə qəddar, amansız və qeyri-insani hadisələrə laqeyd qalmamalı, beynəlxalq müharibə cinayətlərinə yol vermiş işğalçı Ermənistan dövlətindən beynəlxalq hüquq normalarına və BMT Nizamnaməsinin tələblərinə əməl etməyi, mülki əhalinin həyat və sağlamlığı üçün ciddi təhlükə yaradan cinayətkar əməllərdən çəkinməyi, Ermənistan silahlı qüvvələrinin işğal etdikləri Azərbaycan ərazilərindən qeyd-şərtsiz çıxmalarını, dinc əhalinin qətlə yetirilməsində təqsirkar olan şəxslərin cəzalandırılması ilə bağlı təsirli tədbirlər görülməsini tələb etməlidir.

0
Teqlər:
ombudsman, erməni təxribatı, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi, ölənlər və yaralılar, dinc sakinlər, raket zərbələri, atəş, Bərdə
Mövzu:
Azərbaycan və Ermənistan arasında müharibə
Əlaqədar
Bərdədə erməni təxribatından ölənlərdən biri 7 yaşlı uşaqdır
Ermənilərin Bərdəni atəşə tutması nəticəsində ölənlərin sayı artdı
XİN: Ermənistan münaqişənin siyasi həllində maraqlı deyil
Hikmət Hacıyev: "Bərdəyə "Smerç"dən kasetli bomba atılıb"
Bərdə atəşə tutuldu, ölənlər var - YENİLƏNİB - FOTO