CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Regionlarda hotellərin qiyməti enib

© AFP 2023 / MUSA AL SHAERРесепшн отеля, фото из архива
Ресепшн отеля, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
"Bugünkü qiymətləri ötən ilin qış mövsümündəki qiymətlərə bərabər tutmaq olar. Hətta regionlarla yanaşı, Bakıda da hotellərdə qiymətlərdə enmələr müşahidə edilir" - Samir Dübəndi

Nigar İsgəndərova, Sputnik Azərbaycan

BAKI, 24 sentyabr — Sputnik. "Regionlarda hotellərin qiyməti enib". Azərbaycan Otellər və Restoranlar Assosiasiyası idarə heyətinin sədri Samir Dübəndi bu barədə bu gün Sputnik Azərbaycan-ın Multimedia Mərkəzində təşkil olunan konfransda çıxışı zamanı deyib. O bildirib ki, ötən ilin yay mövsümü ilə müqayisədə qiymətlər çox aşağıdır: "Bugünkü qiymətləri ötən ilin qış mövsümündəki qiymətlərə bərabər tutmaq olar. Hətta regionlarla yanaşı, Bakıda da hotellərdə qiymətlərdə enmələr müşahidə edilir. Təxminən 3 dəfəyədək qiymətlərin aşağı düşməsi müşahidə edilir. Bununla yanaşı, müxtəlif aksiyalar da təşkil olunur. Belə ki, 2 gecəlik pul ödəyəcək qonaqlara 3-cü gecə üçün müəyyən qədər endirim təklif olunur".

Xəbər lenti
0