Mənzilin giriş qapısı, arxiv şəkli

Ev almaq istəyənlərə xoş xəbər: Qiymətlər daha da düşəcək

728
(Yenilənib 23:25 19.09.2020)
Əkrəm Həsənov: "Mövcud vəziyyəti qiymətin düşməsi kimi deyil, bazarın öz təbii vəziyyətinə qayıtması kimi qiymətləndirirəm". Bu gedişlə regionlarda, o cümlədən Bakıda da qiymətlər düşməkdə davam edəcək".

Nigar İsgəndərova, Sputnik Azərbaycan

BAKI, 19 sentyabr — Sputnik. Koronavirus pandemiyası bir sıra sahələrdə qiymət artımına səbəb olsa da, bəzi sahələrdə qiymətlərin enməsinə kömək edib. Xüsusilə Azərbaycanın bölgələrində daşınmaz əmlakın qiymətləri ilə bağlı vəziyyət dəyişib. Daha öncəki aylarla müqayisədə bölgələrdə daşınmaz əmlakın qiymətində enmə müşahidə olunur.

Vəziyyətin bu cür davam etməsi real alıcılara daha uyğun zaman seçməyə imkan verir. Real alıcıları isə bir neçə sual maraqlandırır: bu vəziyyət davam edəcəkmi?

Bununla bağlı kiçik monitorinq aparan Rieltorlar Assosiasiyası İctimai Birliyinin rəhbəri Elnur Fərzəliyev ümumi vəziyyəti qiymətləndirib. O, Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, karantin dövründə bəzi ərazilərdə kafe-restoranların fəaliyyətinin dayandırılması bəzi obyekt əmlakların da satış qiymətinə təsir edib. Satışda olan müəyyən obyektlər var ki, ötən ilki qiymətlə müqayisədə cari ildə daha sərfəli qiymətə təklif olunur. Həmin obyektlərin fəaliyyət göstərdikləri müddətdə icarəsi 5 min manat idi. Hazırda isə onlar 1500 manata da icarəyə verilir.

Hövsan yaşayış kompleksi, arxiv şəkli
© Official website of President of Azerbaijan Republic

Ekspertin dediyinə görə, gündəlik kirayəyə verilən evlərin də qiymətlərində öncəki illə müqayisədə çox böyük fərqlər nəzərə çarpır: 

"Ev sahibləri bu evlər boş qalmasın deyə minimum da olsa ödəniş olunmasını istəyirlər. Bu səbəbdən deyə bilərəm ki, artıq regionlardakı obyektlər, evlər satış qiymətində çox dəyər itirib. Gediş-gəlişin bağlanması onların satış qiymətlərinə çox böyük təsir etdi. Hətta bu cür əmlakların bəzilərində satış qiymətlərində yarıyadək enmə müşahidə olundu".

Ekspert rusiyalı turistlərin hər il daha çox üz tutduğu şimal bölgələrində də turist olmadığından böhran vəziyyətinin yaşandığını və qiymətlərin kəskin endiyini deyir. E.Fərzəliyevin sözlərinə görə, növbəti dalğa gələrsə, qiymətlərdə yenidən enmələr müşahidə olunacaq:

"Əvvəllər tələbat çox idi, torpaq sahələri çox satılırdı. İndi isə qiymətlərdə enmələr var. Torpaq hissələrinin bir qismi məmurlara məxsus olduğundan onlar istəyirlər ki, bu torpaqları satıb adlarından çıxartsınlar. Hətta onlar istənilən normal qiymətə də razılaşsalar da, alıcıları yoxdur. Bundan başqa, bu gün bir çox ölkələrdə COVID-19-un ikinci dalğası müşahidə edilir. Azərbaycanda da bu dalğa təkrarlansa, bu zaman həmin obyektlərdən gəlir əldə olunmayacaq".

Həmsöhbətimizin sözlərinə görə, regionlarda əmlak bazarında 30 faizədək ucuzlaşma var. Yəni, bu müddətdə qiymət artımı ümumiyyələ müşahidə olunmayıb.

İqtisadçı Əkrəm Həsənov isə Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, bu gün nəinki bölgələrdə, eləcə də Bakıda qiymətlər aşağı düşüb:

"Sadəcə olaraq pandemiya dövründə Bakıda süni yollarla qiymətlərin saxlanılmasına nail olunub. Bu ilin aprelində pandemiyanın təsirlərindən biri kimi İpoteka Fonduna əlavə olaraq 90 milyon manat ayrıldı. Sual oluna bilər ki, ipoteka kreditlərinin pandemiya ilə nə əlaqəsi var?! Sadəcə olaraq, bununla da daşınmaz əmlak bazarında qiymətin tam düşməməsinə nail olundu".

Regionlara gəlinvə, Əkrən Həsənov hesab edir ki, orada qiymətlərin enməsi təbiidir. Çünki son 15 ildə Azərbaycanda qiymətlər süni şəkildə artırılıb. Bu da əsasən ucuz neft pullarının hesabına olub.

"Ölkədə pul çox idi və buna görə də qiymətlər artmışdı. Bu səbəbdən mən əslində mövcud vəziyyəti qiymətin düşməsi kimi deyil, bazarın öz təbii vəziyyətinə qayıtması kimi qiymətləndirirəm. Azərbaycanda daşınmaz əmlakın qiyməti niyə yüksək olmalıdır?! Az qala bu qiymətlər Qərbi və Şərqi Avropa ölkələrindəki kimidir. Düşünürəm ki, bu gedişlə regionlarda, o cümlədən Bakıda da qiymətlər düşməkdə davam edəcək", - deyə həmsöhbətimiz əlavə edib.

Əkrəm Həsənov onu da deyib ki, bu gün banklar daşınmaz əmlakı girov götürəndə də onu çox aşağı qiymətləndirirlər. Bu da onunla izah olunur ki, bu gün banklar qiymətlərin daha da düşəcəyindən xəbərdardılar.

Qeyd edək ki, bu gün daha çox alıcıların üz tutduğu Qəbələdə evlərin qiyməti 32 mindən 300 min manatadək, Qaxda 25 min manatdan 120 min manatadək, Xaçmazda 13 min manatdan 600 min manatadək dəyişir.

728
Valyutadəyişmə məntəqəsində dollarlar sayılır, arxiv şəkli

Azərbaycan xalqının dollara tələbi azalıb

19
(Yenilənib 22:47 29.10.2020)
Azərbaycanda keçirilən bugünkü valyuta hərracında tələb əvvəlki hərracla müqayisədə 1,9% və ya 1,2 mln. dollar azalıb.

BAKI, 29 oktyabr — Sputnik. Bu gün Azərbaycan Mərkəzi Bankında Dövlət Neft Fondunun iştirakı ilə növbəti valyuta hərracı keçirilib.

Sputnik Azərbaycan xəbər verir ki, hərracda tələb 62,9 mln. ABŞ dolları təşkil edib və tam təmin edilib. Hərracda manatın ortaçəkili məzənnəsi 1,7000 səviyyəsində formalaşıb.

Bugünkü valyuta hərracında tələb əvvəlki hərracla müqayisədə 1,9% və ya 1,2 mln. dollar azalıb.

Qeyd edək ki, oktyabrın 27-də Mərkəzi Bankda Dövlət Neft Fondunun iştirakı ilə valyuta hərracı keçirilib. Hərracda tələb 64,1 mln. ABŞ dolları təşkil edib.

19
Neft buruğu, arxiv şəkli

"Brent" nefti kədərli vəziyyətə düşdü

28
Dünya bazarlarında neftin qiymətləri aşağı düşməkdə davam edir. "Brent" markalı neftin bir barelinin qiyməti 38 dollardan da aşağı düşüb.

Xalid Məmmədov, Sputnik Azərbaycan

BAKI, 29 oktyabr — Sputnik. Dünya bazarlarında neftin qiymətləri aşağı düşməkdə davam edir.

Sputnik Azərbaycan xəbər verir ki, bu gün "Brent" markalı neftin bir barelinin qiyməti 38 dollardan da aşağı düşüb.

Bakı vaxtı ilə saat 15:40-da "Brent" markalı neft 3,7 faiz ucuzlaşma ilə 37,65 dollardan alıcı tapıb. ABŞ xam neftinin qiyməti isə 3,8 faiz ucuzlaşma ilə 35,95 dollara düşüb.

Qeyd edək ki, neftin qiyməti qlobal miqyasda koronavirusa yoluxma hallarında artımın neft tələbatının bərpa prosesini ləngitdiyinə dair narahatlıqlar fonunda ucuzlaşır.

28
Avropa Liqasının qrup mərhələsinin 2-ci tutu çərçivəsində Qarabağ - Vilyareal matçı

"Qarabağ" azarkeşlərini məyus etdi

0
(Yenilənib 23:52 29.10.2020)
Azərbaycanın "Qarabağ" və İspaniyanın "Vilyarreal" komandaları arasındakı UEFA Avropa Liqasının I qrupunun II tur matçı keçirilib.

BAKI, 29 oktyabr — Sputnik. "Qarabağ" və İspaniyanın "Vilyarreal" komandaları arasındakı UEFA Avropa Liqasının I qrupunun II tur matçı keçirilib.

Sputnik Azərbaycan xəbər verir ki, görüş Türkiyənin İstanbul şəhərindəki "Başakşehir Fatih Terim" stadionunda baş tutub.

Komandalar oyunun birinci hissəsini heç-heçə başa vurublar. İkinci hissədə isə "Qarabağ"ın oyunçusu Kvabena Ovusu fərqlənib. O, 78-ci dəqiqədə hesabı açıb. Lakin Ağdam klubunun azarkeşlərinin sevinci uzun çəkməyib. 2 dəqiqə sonra "Vilyarreal" Yeremi Pinonun vurduğu qolla hesabı bərabərləşdirib. Matçın 84-cü dəqiqəsində Pako Alkaser Ağdam klubunu cəzalandırıb. "Vilyarreal" ikinci qolla önə çıxıb. 

Oyuna əlavə edilən dəqiqələrdə "Vilyarreal" 3-cü topu "Qarabağ"ın qapısından keçirib. Üçüncü topu da 90+6-cı dəqiqədə penaltidən Pako Alkaser vurub.

Beləliklə, "Qarabağ"-"Vilyarreal" matçında oyun ispan klubunun qələbəsi ilə başa çatıb.

Bu oyunun nəticəsi olaraq xallarını 6-ya çatdıran "Vilyarreal" qrupda liderliyini möhkəmlədib. "Qarabağ" isə 1 xalla 3-cü pillədə qalıb.

0