Bakıda supermarketin fəaliyyəti, arxiv şəkli

Pandemiyanın gətirdiyi daha bir bəla: Ərzaq bahalaşır

171
(Yenilənib 09:48 16.09.2020)
Tacirlər və İstehsalçılar Birliyinin rəhbəri Sevgim Rəhmanov: "Azərbaycanın ərzaq ehtiyatı 5 ilə çatar. Amma elə ölkələr var ki, onların 20-30 illik ərzaq ehtiyatı var."

Xalid Məmmədov, Sputnik Azərbaycan

BAKI, 16 sentyabr — Sputnik. Avqust ayında dünyada ərzağın qiymətləri bahalaşıb. Sputnik Azərbaycan xəbər verir ki, şəkər, bitki yağı və taxılın qiymətləri iyul ayına nisbətən artıb, bununla da qlobal taxıl məhsullarının qiymətləri illik rekord göstəricisinə çatmaqda davam edir. BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) yayımladığı hesabata əsasən, qlobal ərzaq qiymətləri, güclü tələbin və dolların zəifləməsi səbəbindən ardıcıl olaraq üçüncü aydır ki, avqust ayında da artmaqda davam edib.

Bəs, maraqlıdır dünya ərzaq böhranı təhlükəsi ilə üzləşə bilərmi? Dünyada ərzağın bahalaşması Azərbaycanda qiymətlərə necə təsir edəcək?

İqtisadçı Cəfər İbrahimli Sputnik Azərbaycan-a deyib ki, dünyada ərzaq qiymətlərinin bahalaşmasının səbəblərindən biri də pandemiya ilə bağlıdır:

"Pandemiya davam edərsə, ölkələrarası idxal-ixrac əməliyyatlarında yenidən məhdudiyyətlər yarana bilər. Yəni dünya bazarlarında müddətli alış-satış müqavilələrində qiymət dəyişikliyi müşahidə olunur. Amma Azərbaycanda və dünyanın əksər ölkələrində ərzaq təhlükəsi yoxdur. Xammal sahəsində, emal sənayesində fəaliyyətlər normal şəkildə davam edir. Digər tərəfdən, iqlim dəyişikliyi ilə bağlı da məhsullar üçün təhlükə görünmür. Yəni dünyada ərzaq böhranı təhlükəsi real görünmür".

O bildirib ki, Azərbaycan kənd təsərrüfatı sahəsində bəzi məhsulları (əsasən buğda və s.) idxal edir: "Bunları yaxın ölkələrdən (Rusiya, Qazaxıstan) idxal etdiyimiz üçün təhlükə yoxdur. Çünki həmin ölkələrlə yaxın münasibətlərimiz var, onlarda istehsalda, idxal-ixracda məhdudiyyətlər yoxdur. Eyni zamanda pandemiyanın ən ağır dövründə belə Azərbaycanda yerli istehsal davam edib. Bizdə xammal istehsalı, emal sektoru daimi işləyib və ciddi bir təhlükə və kəsinti yaranmayıb".

Tacirlər və İstehsalçılar Birliyinin rəhbəri Sevgim Rəhmanov isə Sputnik Azərbaycan-a deyib ki, Azərbaycan dünyada bahalaşan ərzaq məhsullarını idxal edirsə, bu, bizim bazarda qiymətlərə təsir edəcək: "İdxal olunan malların qiymətləri qalxan kimi yerli sahibkarlar da yerli malların qiymətini bahalaşdırırlar. Bu, aksiyomadır. Digər tərəfdən, əsas odur ki, mal qıtlığı olmasın. Mal bol olanda, tələbat az olduqda qiymət aşağı düşür. Məsələn, bu il yayda pomidor 3-4 dəfə 30-50 qəpiyə düşdü sonra 1,5-2 manata qalxdı. Qiyməti bazar özü tənzimləyir. Qiymət, çeşidindən asılı olmayaraq mala olan tələbatdan asılıdır".

O bildirib ki, dünyada ərzaq böhranı gözlənilmir:

"Hər bir dövlətin ərzaq ehtiyatı var. Məsələn, un hər il anbarlara yığılır. Hər 11 aydan bir unun vaxtı keçməsin deyə çörək zavodlarına verilir. Sonra təzə unu anbarlara qoyurlar. Azərbaycanın ərzaq ehtiyatı 5 ilə bərabərdir. Amma elə ölkə var ki, ərzaq ehtiyatı 20-30 ilə bərabərdir. İndi pandemiya olduğu üçün elə vaxt olur ki, nəqliyyatda çətinliklər olur. Nəqliyyatda çətinlik olmasa, bizim idxalda bir problemimiz yoxdur".

Qeyd edək ki, FAO-nun taxıl qiymət indeksi, iyul ayından etibarən 1,9 faiz artaraq 2019-cu il avqust ayındakı dəyərindən orta hesabla 7 faiz artım göstərib və burada dənli bitkilər və taxıl məhsulları ilk sırada yer alıb. Darı məhsulunun qiymətləri Çinin böyük idxal tələbi səbəbindən 8.6 faiz artıb və keçən ilə nisbətən burada 33.4 faiz artım müşahidə olunur. Qarğıdalı qiymətləri, Ayova ştatındakı son məhsul azlığının tədarükə təsir edəcəyinə dair narahatçılıqlar bu məhsulun 2,2 faiz artmasına səbəb olub. Düyünün beynəlxalq qiymətlərində də mövsümdən asılı olan səbəblər və Afrikadan bu məhsula olan tələbin artması ilə yüksəlmə müşahidə edilib.

FAO şəkər qiymətləri indeksi əvvəlki aya nisbətən 6,7 faiz artaraq, dünyanın ikinci ən böyük şəkər ixracatçısı olan Avropa İttifaqı və Tailanddakı əlverişsiz hava şəraitləri və Çinin güclü idxal tələbi nəticəsində istehsalın azalmasına səbəb olub. FAO bitki yağı qiymət indeksi başda palma yağı olmaqla soya, günəbaxan və kolza yağları daha çox tələbata əsasən 5.9 faiz artıb.

Gözlənilən budur ki, daha böyük həcmdə düyü və taxıl məhsulları tədarükü ilə canlanan 2020/21-ci illərdə dünya taxıl ticarəti, 2019/20 illərindəki səviyyəsindən 1,6 faiz daha çox, 441,4 milyon ton səviyyəsində olacaq.

171
Əlaqədar
Bir sıra ərzaq məhsulları ƏDV-dən azad ediləcək
Nazir pandemiya şəratində əhalinin ərzaqla təminatı məsələsinə münasibət bildirib
Proqnozlar ümidverici deyil: Ərzaq qiymətinin bahalaşması var, yenə də davam edəcək
Mənzil, ərzaq və siqaret – hakimiyyət və fəallar sərhəddə azərbaycanlılara kömək ediblər

İlham Əliyev: “Təbii resurslarımız xalqımızın maraqlarına xidmət edir”

5
Bildirilib ki, ölkəmizin uğurlu inkişafında neftçilərin çox böyük rolu var: “Biz azad, müstəqil ölkədə yaşayırıq, öz taleyimizin sahibiyik"

BAKI, 20 sentyabr - Sputnik. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin “Facebook” səhifəsində Neftçilər günü ilə bağlı paylaşım edilib.

Sputnik Azərbaycan-ın məlumatına görə, paylaşımda qeyd edilib ki neftçi peşəsi hörmətli, eyni zamanda, riskli, təhlükəli peşədir, onların əməyi əsl qəhrəmanlıqdır.

Bildirilib ki, ölkəmizin uğurlu inkişafında neftçilərin çox böyük rolu var: “Biz azad, müstəqil ölkədə yaşayırıq, öz taleyimizin sahibiyik. Təbii resurslarımız xalqımızın maraqlarına xidmət edir. Biz nə qədər güclü, qüdrətli olsaq, müstəqilliyimiz o qədər də möhkəm olacaq”.

5

Yevlax pambıqçıları ənənəni pozdu: Daha "ağ qızıl"a qadın əli dəyməyəcək

382
Yevlax rayonunda "ağ qızıl"ın əllə yığımı tarixə qovuşur. Əvvəlki illərdə Yevlaxda tarlada qadınlar daha çox pambıq yığırdılarsa, artıq bu ildən "ağ qızıl"ı kişilər pambıq yığan texnkilarla toplayırlar.

Rahim Məmmədov, Sputnik Azərbaycan

BAKI, 20 sentyabr — Sputnik. Yevlax rayonunda "ağ qızıl"ın əllə yığımı tarixə qovuşur. Əvvəlki illərdə Yevlaxda tarlada qadınlar daha çox pambıq yığırdılarsa, artıq bu ildən "ağ qızıl"ı kişilər pambıq yığan texnkilarla toplayırlar.

Sputnik Azərbaycan xəbər verir ki, bu il Yevlax rayonunda 2330 hektar pambıq bitkisi əkilib. 249 fermerin ərazisində əkilən bitkinin aqrotexniki qaydalara əməl etməklə yüksək səviyyədə becərmə işləri aparılıb. Respublikanın hər yerində olduğu kimi Yevlax rayonunda da suvarma suyu qıtlığının olmasına baxmayaraq, Şəhər İcra Hakimiyyəti və Suvarma Sistemləri İdarəsinin mütəxəssislərinin birgə fəaliyyəti nəticəsində pambıq sahələri suvarma suyu ilə tam təmin olunub.

  • Yevlaxda pambıq yığımı
    © Sputnik / Rahim Mammadov
  • Yevlaxda pambıq yığımı
    © Sputnik / Rahim Mammadov
  • Yevlaxda pambıq yığımı
    © Sputnik / Rahim Mammadov
  • Yevlaxda pambıq yığımı
    © Sputnik / Rahim Mammadov
  • Yevlaxda pambıq yığımı
    © Sputnik / Rahim Mammadov
  • Yevlaxda pambıq yığımı
    © Sputnik / Rahim Mammadov
1 / 6
© Sputnik / Rahim Mammadov
Yevlaxda pambıq yığımı

Hazırda pambığın becərilməsi yekunlaşıb və bar mərhələsindədir. Pambıq əkib yaxşı məhsul götürən Yevlax rayon Səmədabad kənd sakini Həsən Əhmədov deyir ki, əl yığımı həm əziyyətli, həm də fermerlər üçün baha başa gəlirdi:

"İki ildi pambıq əkirəm, keçən il 40 sentiner götürdüm. Bu il 45 sentiner gözləyirəm. Maşın yığımı əl yığımından daha sərfəlidi, çox ucuz başa gəlir. Ona görə də maşın yığımı ilə başlamışıq. Pambıq əkmək sərf edir. 1 kiloqram üçün 0.65 qəpik zavod tərəfindən ödənilir. Hər kiloya görə, 0.10 qəpik isə dövlət tərəfindən supsidiya verilir. Neçə ton versən, o qədər də pulunu verirlər".

Yevlaxda daha çox məhsuldar sortların əkilməsinə üstünlük verlilir. Pambıq sahələrindən bu il 30 sentinerdən artıq məhsul yığılacağı gözlənilir. Pambıq yığımı üçün pambıqyığan kombayn, daşınması üçün traktorlar, pambıq yükləyici və digər texnikalar hazır vəziyyətə gətirilib. Sputnik Azərbaycan-ın bölgə müxbiri ilə söhbətində MKT Yevlax filialının baş aqronomu Zirəddin Həsənov deyib ki, pambıq yığımı mövsümü üçün texnikalar hazır vəziyyətdədir:

"Dörd kombayn, 28 qoşqu və traktor var. Bu il "Filəş", "A 440" , "Lima" kimi məhsuldar sortları əkmişik, əl yığımı yoxdur, hamısını texnikalarla yığacığıq. Bu, fermelər üçün əlverişlidir. Çünki əllə yığım baha başa gəlir. Maşınla yığanda isə məhsulun maya dəyəri aşağı düşür,fermerlərin gəliri çox olur".

Ötən il Yevlaxda 2406 hektarda pambıq becərilib. Bundan 6347,8 ton pambıq istehsal olunub və məhsuldarlıq 26,4 sentner olub. Bu il isə pambıqçıların gözləntiləri daha böyükdür.

382
Nüvə başlığı, arxiv şəkli

Trampın elçisi: "Nüvə silahlarını Avropadan çıxarmayacağıq!"

0
(Yenilənib 21:32 20.09.2020)
Marşal Billinqsli: "Avropadan silahları çıxarmayacağıq, ancaq Rusiyanın bizimlə danışmaq istədiyi hər şeyi müzakirə etməyə hazırıq".

BAKI, 20 sentyabr — Sputnik. "ABŞ Rusiya ilə təklif olunan hər hansı bir mövzunu müzakirə etməyə hazırdır, lakin nüvə silahlarını Avropadan çıxarmayacaq".

Sputnik Azərbaycan RİA Novosti-yə istinadla xəbər verir ki, bunu ABŞ prezidentinin xüsusi elçisi Marşal Billinqsli "Kommersant" qəzetinə verdiyi müsahibəsində bildirib.

Jurnalist ABŞ-ın nüvə silahlarını Avropadan çıxarmağa hazır olub-olmadığını soruşduqda Billinqsli qəti cavab verib:

"Xeyr, biz bunu etməyəcəyik. Ancaq Rusiyanın bizimlə danışmaq istədiyi hər şeyi müzakirə etməyə hazırıq. Hələ ki, biz Rusiya tərəfindən RƏM sistemi ilə bağlı heç bir konkret təklif görməmişik".

"Əlbəttə, biz öz tərəfimizdən nüvə döyüş başlıqlarının raket əleyhinə sistemlərə quraşdırılmasını o qədər də uğurlu ideya saymırıq. Başqa sözlə desək, Rusiyanın bu sahədə etdiklərinə dair bizim də fikrimiz var. Biz RƏM mövzusunu müzakirə etməyə hazırıq, amma RƏM-lə bağlı heç bir məhdudiyyəti tətbiq etməyi nəzərdə tutmuruq", -  Billinqsli əlavə edib.

0
Teqlər:
RƏM, nüvə, Avropa, ABŞ
Əlaqədar
"Rusiyaya siqnal". ABŞ gizli sualtı qayığını Norveç sahillərinə niyə göndərib?
“Qərargah da göndərirlər”: ABŞ ordusu Avropanın şərqində nəyə hazırlaşır?
ABŞ-ın supersilahı öz vətəndaşlarına qarşı tətbiq edilib: nəticəsi...
ABŞ Rusiyaya bütün nüvə gücünü göstərəcək