Fındıq satışı, arxiv şəkli

Fındıq bazarında müəmma - şəkərburanın dadını unutmağa hazırsınız?

9151
"Fındığı saxladıqca qiyməti də qalxır. Bəzən kəndlidən aşağı qiymətə fındığı alırlar, bu da kəndliyə sərf etmir. Bu zaman fındığı ləğv edib, yerinə gilas əkir"

Xalid Məmmədov, Sputnik Azərbaycan

BAKI, 13 sentyabr — Sputnik. Gələn Novruz bayramının fındıq tədarükünü, deyəsən, indidən görməyə başlayacağıq. Çünki fındıq bazarındakı son xəbərlər heç də ürəkaçan deyil. Bir tərəfdən qiymət qalxırsa, digər tərəfdən, ümumiyyətlə fındıqçılığın bir sahə kimi yox olma təhlükəsi var.

"Hazırda daxili bazarda fındığın satış qiyməti xarici bazarla müqayisədə təxminən 20% yüksəkdir. Bu da Azərbaycandan fındıq ixracının dayanmasına səbəb ola bilər".

Bunu Fındıq İstehsalçıları və İxracatçıları Assosiasiyasının sədri İsmayıl Orucov bildirib. "Koronavirus pandemiyası ilə əlaqədar fındıq emalı müəssisələrinin çoxu bağlı olsa da, bu, fındıq alışına elə də təsir etməyib. Bir çox möhtəkirlər kütləvi şəkildə fındıq almaqla məşğuldurlar. Bu da daxili bazarda həmin məhsulu bahalaşdırır və onun xarici bazara çıxarılmasına mane olur", - İ.Orucov deyib.

Məsələ ilə bağlı iqtisadçı, Azərbaycan Dövlət İqtisad Universitetinin İnnovativ Biznes-İnkubatorunun direktoru Mircavid Həsənov Sputnik Azərbaycan-a deyib ki, Fındıq İstehsalçıları və İxracatçıları Assosiasiyasının öz tədarük məntəqələri var: "Xaçmazda, Zaqatalada, Balakəndə fındıq tədarük məntəqələri var və demək olar ki, hamısında eyni qiymət olur. Amma ola bilər, bu bazara yeni rəqib daxil olub və baha qiymətə fındığı kəndlilərdən alır. Yəqin, burada qiymət məsələsi var, rəqabət gedir. Lakin dünyada fındıq nə qədər istehsal edilirsə-edilsin, yenə də tələbatı ödəmək olmur".

O bildirib ki, fındığın qiyməti üzü qışa doğru qalxır: "Məsələn, keçən il fındığın qiyməti 3 manat 50 qəpik - 4 manat 20 qəpik idi. Qışda isə fındığın kilosu 5-6 manata gəlib çatmışdı. Fındığı saxladıqca qiyməti də qalxır. Bəzən kəndlidən aşağı qiymətə fındığı alırlar, bu da kəndliyə sərf etmir. Bu zaman fındığı ləğv edib, yerinə gilas əkir. Məsələn, kəndli 1 hektar fındıq bağından 10 min manat pul qazanırsa, gilas bağından daha çox qazanır".

İqtisadçı deyib ki, fındıq istehsalı üzrə Türkiyə İtaliyadan sonra ikinci yerdədir: "Türkiyə keçən il fındığın satış məsələsini nəzarətə götürüb. Belə ki, İtaliyanın "Ferrero" şirkəti Türkiyədən kifayət qədər çox fındıq alır.

"Ferrero" şirkətinin Türkiyədə tədarük məntəqələri var idi və kəndlilərdən ucuz qiymətə fındığı almağa çalışırdı. Kəndlilər də şikayət edirdilər ki, İtaliya şirkəti aşağı qiymətə bizdən fındığı alır və onlara satmaq sərf etmir. Bundan sonra isə Türkiyədə regional mərkəzlər yaradıldı və dövlət özü kəndliyə sərf edən qiymətə fındığı almağa başladı. İndi dövlət "Ferrero" şirkətinə fındığı özü satır.

"Ferrero" şirkəti isə baha qiymətə olsa da fındığı almağa məcburdur, çünki iri istehsalçı şirkətdir. Bu zaman həm dövlət qazanır, həm də kəndlinin maraqları qorunur. İndi Türkiyə təcrübəsini bizdə də tətbiq etmək olar. Bu addım fındıqçılığın inkişafına təsir edər".

O bildirib ki, Türkiyənin Qara dəniz sahillərində fındıq çox əkilir: "Orada kəndli fındıqdan başqa heç nə əkə bilmir, çünki o ərazilərdə başqa meyvələr becərmək mümkün deyil, dağlıq ərazilərdir. Fındıq harada gəldi bitir, yararsız, əlverişsiz torpaqlarda da əkmək olur. Ona görə də münbit torpaqlarda fındıq əkmək düzgün deyil. Münbit torpaqlarda digər meyvələrin əkilməsi daha məqsədəuyğundur".

Kənd Təsərrüfatı Nazirliyinin Aqrar Tədqiqatlar Mərkəzinin Analitika departamentinin direktor müavini Səadət Hacıyeva isə Sputnik Azərbaycan-a deyib ki, 2019-cu ildə Azərbaycanda fındıq bağlarının sahəsi 79.5 min hektar olub: "Ümumi fındıq bağlarının 43.4 min hektarı və ya 54.6%-i barverən yaşdadır. 2019-cu ildə yeni salınmış fındıq bağlarının sahəsi isə 4.6 min hektar olub. 2019-cu ildə Azərbaycanda fındıq istehsalı 53.8 min ton olub. 2000-2019-cu illər ərzində fındıq istehsalı 4 dəfə, 2015-2019-cu illərdə 65.1% artıb. 2018-ci illə müqayisədə isə 3.3% artıb".

"2019-cu ildə Azərbaycanın fındıq ixracı 22.6 min ton və ya 125.6 milyon ABŞ dolları olub. İxrac 2018-ci illə müqayisədə 22.4 faiz artıb", - deyə S.Hacıyeva diqqətə çatdırıb.

Onu da bildirək ki, "Azərbaycan Fındıq İstehsalçıları və İxracatçıları Assosiasiyası" İctimai Birliyi 2016-cı ildə qeydiyyata alınıb. Birliyin əsas məqsədi fındıqçılığın inkişafına yardım etməkdən ibarətdir. Bu məqsədlə Assosiasiya fındıqçılıq təsərrüfatında istehsal mədəniyyətinin və səmərəliliyin artırılmasına, fındıq istehsalı və emalı sahəsində yeni texnologiyaların tətbiqinə, təbii resursların səmərəli istifadəsinə dəstək verir, fındıqçılıqla bağlı maarifləndirmə işi aparır. Hal-hazırda Assosiasiyanın 52 üzvü var.

9151
Teqlər:
qiymət, möhtəkir, xarici ticarət, fermer, rəqib, Balakən, Zaqatala, Xaçmaz, bazar, fındıqçılıq, fındıq
Əlaqədar
Fermerlərə muştuluq: Vəhşi heyvanlar mal-qaranızı parçalasa da, ziyana düşməyəcəksiniz
Daha bir bölgəmiz özünün brend məhsulunu yetişdirməyə başlayıb - FOTOLAR
Qara gözlü badam: Adına mahnılar qoşulan nemətimiz niyə unudulur?
Həmişə bəla gəlmir! Çindən gələn balaca qurdlar özləri ilə karlı pul da gətirirlər
Dama-dama qızıl olar: Yevlaxlı fermerlər yeni üsula keçiblər
Taxılçılıqla məşğul olan fermer

Rayonda bir ilki sınaqdan keçirən Balakən sakini ayın fermeri oldu

22
(Yenilənib 21:10 30.11.2020)
"Ayın fermeri" müsabiqəsinin məqsədi nümunəvi fermerlərin müəyyən edilməsi, onların mükafatlandırılaraq həvəsləndirilməsi və qabaqcıl fermerlər arasında sağlam rəqabət mühitinin formalaşdırılmasından ibarətdir

BAKI, 30 noyabr — Sputnik. Azərbaycanda aqrar sahədə fəaliyyətin daha da stimullaşdırılması üçün fermerlər arasında elan edilən "Ayın fermeri" müsabiqəsinin qalibi müəyyənləşib.

Kənd Təsərrüfatı Nazirliyinin mətbuat xidmətindən Sputnik Azərbaycan-a məlumat veriblər ki, müsabiqədə iştirak üçün 40 rayondan ümumilikdə 56 fermer müraciət edib. Müsabiqənin iki mərhələsi üzrə ayrı-ayrılıqda fermerlərin fəaliyyəti qiymətləndirilib.

Komissiya üzvlərinin qiymətləndirməsi nəticəsində qarğıdalı istehsalı sahəsində yüksək məhsuldarlıq əldə etdiyinə görə fermer Zaur Əhmədiyev "Ayın fermeri" müsabiqəsinin qalibi elan edilib. Balakən rayonunda fermer təsərrüfatı quran Zaur Əhmədiyev düzgün aqrotexniki qulluq nəticəsində 35 ha qarğıdalı sahəsindən 308 ton dənlik qarğıdalı istehsal edib. Rayonda ilk dəfə qarğıdalı sahəsində damlama üsulu ilə suvarma sistemini quran fermerin qarğıdalı sahəsində orta məhsuldarlıq 88 sentner təşkil edib. O, ötən il 175 ha sahədən 460 ton taxıl əldə edib. 2019-cu ildə 20 hektar sahədə intensiv bağ salan Zaur Əhmədiyev heyvandarlıq sahəsində də fəaliyyət göstərir və hazırda təsərrüfatında 298 baş iribuynuzlu heyvan var.

Qeyd edək ki, "Ayın fermeri" müsabiqəsinin məqsədi nümunəvi fermerlərin müəyyən edilməsi, onların mükafatlandırılaraq həvəsləndirilməsi və qabaqcıl fermerlər arasında sağlam rəqabət mühitinin formalaşdırılmasından ibarətdir.

Xatırladaq ki, müsabiqənin təşkili ilə bağlı təsdiqlənən qaydalara əsasən, müsabiqədə "Elektron Kənd Təsərrüfatı" İnformasiya Sistemində (EKTİS) qeydiyyatdan keçmiş və 2 ildən az olmayan müddətdə kənd təsərrüfatı məhsullarının istehsalı ilə məşğul olan fermerlər iştirak edə bilər.

22
Teqlər:
qarğıdalı, fermer, Balakən
Azərbaycan Rieltorlar Assosiasiyasının icraçı direktoru Elnur Azadov

Ekspert: “Əmlak bazarında ciddi dəyişikliklərin olacağı gözlənilmir”

17
(Yenilənib 14:24 27.11.2020)
Azərbaycan Rieltorlar Assosiasiyasının icraçı direktoru Elnur Azadov deyir ki, rəqabət müşahidə edilən ərazilərdə endirimləri görmək olar
Elnur Azadov: “Kirayə bazarında 20% endirim müşahidə edilir”

“Pandemiya ilə əlaqədar olaraq iqtisadi proseslərin dayanması daşınmaz əmlak bazarındakı qiymətlərə ciddi təsir etməyib”. Bunu Sputnik Azərbaycan-a açıqlamasında Azərbaycan Rieltorlar Assosiasiyasının icraçı direktoru Elnur Azadov deyib.

O bildirib ki, bəzi tikinti şirkətləri inşaat prosesini davam etdirə bilmək üçün endirim aksiyalarına başlamışdılar:

“Bu ümumi bazara təsir göstərməsə də, rəqabət müşahidə edilən ərazilərdə endirimləri görmək olar. Kirayə bazarında isə 20% endirim müşahidə edilir. Bu baxımdan ilin sonuna qədər əmlak bazarında ciddi dəyişikliklərin olacağı gözlənilmir. Məcburi köçkünlərin qayıdışından sonra əmlak bazarında hansı vəziyyətin yaranması isə dövlət proqramından asılı olacaq”.

Elnur Azadovun geniş şərhinə audiofaylda qulaq asa bilərsiniz

17
Azərbaycan hərbçiləri, arxiv şəkli

Müzəffər Azərbaycan Ordusu Laçında! - VİDEO

81
(Yenilənib 00:21 01.12.2020)
Üçtərəfli bəyanata əsasən Müzəffər Azərbaycan Ordusunun bölmələri dekabrın 1-də Laçın rayonuna daxil olub.

BAKI, 01 dekabr - Sputnik. Azərbaycan Respublikası, Rusiya Federasiyası Prezidentləri və  Ermənistan Respublikası baş nazirinin imzaladığı üçtərəfli bəyanata əsasən, Azərbaycan Ordusunun bölmələri dekabrın 1-də Laçın rayonuna daxil olub.

Sputnik Azərbaycan bildirir ki, məlumatı və müvafiq videonu Azərbaycan Müdafiə Nazirliyi yayıb.

 

81
Teqlər:
Azərbaycan ordusu, Azərbaycan, Qarabağ, Laçın