İnəklər, arxiv şəkli

İnəyini həşərat sancan da pul ala bilər, bunun üçün müqavilə gərəkdir

52
(Yenilənib 22:53 05.09.2020)
Heyvan sahiblərinin istəyindən asılı olaraq, əlavə sığorta haqqı ödəməklə, heyvanları nəzərdə tutulmuş risklərlə yanaşı, oğurluq, soyğunçuluq və quldurluq hallarından da sığortalamaq mümkün olacaq

BAKI, 5 sentyabr — Sputnik. Azərbaycanda tətbiq edilən aqrar sığorta mexanizmi vasitəsilə ölkədə kənd təsərrüfatı heyvanlarının sığortalanması nəzərdə tutulur. Sputnik Azərbaycan-ın məlumatına görə, bu barədə Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Sığorta Fondunun (ASF) açıqlamasında bildirilir. Qurum bu sığorta ilə bağlı detalları fermerlərin və kənd təsərrüfatı heyvanları sahiblərinin diqqətinə çatdırıb.

İki günə başa gələn xilas yolu: İnanılmaz layihə ölkənin gələcəyini dəyişə bilər - FOTO>>

Aqrar sığorta ilə hansı heyvanlar sığortalanacaq?

Nazirlər Kabinetinin müvafiq qərarına əsasən, ilk olaraq 1-7 yaşlı südlük inək və camışlar sığortalanacаq. Başqa sözlə, yaşı 1-7 il arasında südlük inək və camışlara sahib olan fermer və təsərrüfatlar aqrar sığorta vasitəsilə bu heyvanları sığortalaya biləcəklər. Sonrakı mərhələlərdə sığortalanan kənd təsərrüfatı heyvanlarının siyahısı genişlənəcək.

Aqrar sığorta heyvanları hansı risklərdən sığortalayır?

Heyvanların sığortalanmasında aqrar sığortanın əhatə etdiyi risklər Nazirlər Kabinetinin müvafiq qərarında əksini tapıb. Həmin qərara əsasən, aqrar sığorta heyvanları aşağıdakı risklərdən sığortalayacaq:

- Nazirlər Kabinetinin 2006-cı il 7 mart tarixli 65 nömrəli və 2007-ci il 16 aprel tarixli 66 nömrəli Qərarlarda təsdiq edilmiş və göstərilmiş karantin və xüsusi təhlükəli yoluxucu xəstəliklərin siyahısına daxil olan xəstəliklər istisna olmaqla, digər yoluxucu xəstəliklər;

- ilan və ya həşərat sancması;

- zəhərli otlar və ya yemlərdən zəhərlənmə;

- təbii fəlakətlər (zəlzələ, torpaq sürüşməsi, qasırğa, fırtına və dolu);

- yanğın;

- vəhşi heyvanların hücumu;

- üçüncü şəxslərin hərəkətləri.

Bundan başqa, heyvan sahiblərinin istəyindən asılı olaraq, əlavə sığorta haqqı ödəməklə, heyvanları nəzərdə tutulmuş risklərlə yanaşı, oğurluq, soyğunçuluq və quldurluq hallarından da sığortalamaq mümkün olacaq.

Hansı hallarda kənd təsərrüfatı heyvanları sığortalanacaq?

Kənd təsərrüfatı heyvanlarının sığortalanması üçün heyvan sahibləri bir sıra tələblərə əməl etməlidirlər. Tələblər heyvanların saxlanılması və onlara qulluq, eləcə də onların identifikasiyası məsələlərini əhatə edir.

Belə ki, birincisi, heyvan qapalı yerdə saxlanılmalı və saxlandığı yer Nazirlər Kabinetinin 30 yanvar 2007-ci il tarixli qərarı ilə təsdiqlənmiş "Heyvanların saxlanması, yetişdirilməsi və istifadə olunması Qaydaları"na uyğun olmalıdır.

İkincisi, heyvana qulluq və onun qidalanması Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli qərarı ilə təsdiq edilmiş "Baytarlıq tədbirlərinin təşkili və həyata keçirilməsi Qaydaları"na uyğun olmalıdır.

Üçüncüsü, sığortalanacaq kənd təsərrüfatı heyvanı peyvəndlənməli və birkalanmış olmalıdır.

Dördüncüsü, heyvan barədə məlumatlar Elektron Kənd Təsərrüfatı İnformasiya Sisteminə (EKTİS) daxil edilməlidir.

Sığorta müqaviləsi necə bağlanacaq?

Fermerlər və təsərrüfat sahibləri onlara məxsus olan kənd təsərrüfatı heyvanlarını sığortalamaq üçün yaşadıqları bölgələrdə fəaliyyət göstərən və aqrar sığorta sisteminə daxil olan vasitəçi sığorta şirkətlərinin ofislərinə müraciət etməlidirlər. Bunlar "PAŞA Sığorta", "Qala Sığorta", "Meqa Sığorta", "Azərbaycan Sənaye Sığorta", "Xalq Sığorta", "Azsığorta", və "Bakı Sığorta" ASC-lərdir.

Fermerin müraciəti və təqdim etdiyi sənədlər idarəedici quruma – "Aqrar Sığorta Müştərək Sığorta Şirkət" ASC-yə yönəldilir. İdarəedici qurumun məsul əməkdaşı ona təqdim edilmiş sənədlər və məlumatları araşdırır. Bu məlumatlar əsasında müqavilənin bağlanmasına ilkin razılıq verdiyi halda müstəqil eskpert tərəfindən sığorta predmetinə, yəni sığortalanacaq heyvanlara və onların saxlanması şəraitinə baxış keçirilir.

Müstəqil ekspert baxışın nəticələri ilə bağlı öz rəyini İdarəedici quruma təqdim edir. Şirkətin məsul əməkdaşı göndərilmiş məlumat və sənədləri təhlil edərək sığorta müqaviləsinin bağlanılıb-bağlanılmaması barədə qərar qəbul edir.

Sığorta haqqı necə ödənilir?

Azərbaycanda tətbiq ediləcək aqrar sığorta mexanizmi üzrə sığorta tarifləri üzərində işlər hazırda tamamlama mərhələsindədir və dəqiqləşdikdən sonra ictimaiyyətə açıqlanacaq. Sığorta haqqı birdəfəlik və ya hissələrlə ödənilə bilər.

"Aqrar Sığorta haqqında" qanuna əsasən, Azərbaycanda aqrar sığorta haqqının yarısı dövlət büdcəsi hesabına ödəniləcək. Digər hissə isə fermerlər tərəfindən hissə-hissə ödənilə bilər.

Hər bir halda sığortalı tərəfindən ödənilməli olan sığorta haqqının ilk hissəsi həmin məbləğin ən azı 25%-ni təşkil edir.

Sığorta hadisəsi olduqda ödəniş necə həyata keçirilir?

Aqrar sığorta ilə sığortalanmış kənd təsərrüfatı heyvanı sığorta hadisəsi nəticəsində tələf olarsa, heyvanın sahibi 24 saat ərzində hadisə barədə vasitəçi aqrar sığortaçıya və ya idarəedici quruma, eyni zamanda qanunvericiliyə uyğun olaraq, həmin hadisə barədə məlumatlandırılmalı olan digər səlahiyyətli dövlət orqanlarına məlumat verməlidir.

Sığorta hadisəsi zamanı dəymiş zərərin araşdırılması və qiymətləndirilməsi üçün müstəqil ekspert cəlb olunur. Müstəqil ekspert tərəfindən təqdim olunan rəy və fotoşəkillər əsasında ödəniş və ya imtina edilir.

52
Əlaqədar
Məhsuldarlıq olmayacaq! Suvarma problemi hər sahədə özünü göstərir
Gəlirli sahəni iflasa uğradan təhdidlər - gərək buynuzun da iri ola
Qırmızı ət uğrunda yaşıl mübarizə: sistem dəyişməsə, faydası olmayacaq
Qızıl qiymətinə olan delikates: Hamı yeyir dadlıdır deyir, biz əlindən dad çəkirik
"O əjdahadan bizə də..." Azərbaycanda ətə alternativ yetişdirmək mümkündür?
Azərbaycan Respublikasının Baş Naziri Əli Əsədov, arxiv şəkli

Baş nazir izafi xərcləri tənqid etdi: Lüzumsuz ezamiyyə xərcləri, ştatlar azaldılmalıdır"

162
(Yenilənib 00:34 24.09.2020)
Baş Nazir: "Bir çox hallarda büdcə təşkilatlarında izafi xərclərə yol verilir, ştat vahidlərinin sayı artırılır, lazım olmayan alışlar həyata keçirilir, satınalmalarda qiymətlər olduğundan çox yüksək göstərilir".

 

BAKI, 23 sentyabr — Sputnik. Büdcə təşkilatları tərəfindən cari xərclərdən səmərəli, düzgün istiqamətdə və qənaətcil istifadə olunmalıdır.

Sputnik Azərbaycan-ın məlumatına görə, bunu Baş Nazir Əli Əsədov Azərbaycan Respublikasının 2021-ci il üzrə dövlət büdcəsinin və icmal büdcənin layihələri və sonrakı üç il üçün icmal büdcənin göstəriciləri, Azərbaycan Respublikasının 2021-ci il və gələn üç il üzrə iqtisadi və sosial inkişaf konsepsiyası və proqnoz göstəricilərinin müzakirəsinə həsr olunmuş iclasında deyib.

Baş Nazir xərclərin səmərəliliyi və qənaətin vacibliyini vurğulayaraq deyib ki, bir çox hallarda büdcə təşkilatlarında izafi xərclərə yol verilir, ştat vahidlərinin sayı artırılır, lazım olmayan alışlar həyata keçirilir, satınalmalarda qiymətlər olduğundan çox yüksək göstərilir.

Baş nazirin sözlərinə görə, büdcə alışlarında bir qayda olaraq idxala üstünlük verilir. Aidiyyəti orqanlar tərəfindən büdcə təşkilatlarında cari xərclərin effektiv istifadəsinə nəzarət daha da gücləndirilməlidir.

Qeyd edk ki, bu gün Nazirlər Kabinetində Baş Nazir Əli Əsədovun sədrliyi ilə Azərbaycan Respublikasının 2021-ci il üzrə dövlət büdcəsinin və icmal büdcənin layihələri və sonrakı üç il üçün icmal büdcənin göstəriciləri, Azərbaycan Respublikasının 2021-ci il və gələn üç il üzrə iqtisadi və sosial inkişaf konsepsiyası və proqnoz göstəricilərinin müzakirəsinə həsr olunmuş iclas keçirilib.

Nazirlər Kabinetinin mətbuat xidmətinin məlumatına görə, iclasda Baş Nazir Əli Əsədov bildirib ki, pandemiya nəticəsində "qlobal məcmu tələbin azalması, dünya bazarlarında neftin qiymət volatilliyinin yüksəlməsi, həmçinin məhdudlaşdırıcı tədbirlərin tətbiqi bütün dünya ölkələrində olduğu kimi, Azərbaycan iqtisadiyyatına da təsirsiz ötüşməmişdir və nəticədə ölkəmizdə də iqtisadi fəallığın azalması müşahidə olunmuşdur".

Əli Əsədov həmçinin qeyd edib ki, prioritet olmayan tədbirlərin keçirilməsinə üstünlük verilməməli, bu istiqamətdə xərclər optimallaşdırılmalı, o cümlədən lüzumsuz ezamiyyətlər və əlaqəli xərclər azaldılmalıdır.

Növbəti ilin dövlət büdcəsində əsaslı xərclər çox önəmli əhəmiyyət kəsb edir. Təbii ki, investisiya xərcləri iqtisadi artıma, məşğulluğa müsbət təsir edir. Lakin, investisiya proqramlarının şəffaflığının, iqtisadi səmərəsinin və gəlirliliyinin yüksəldilməsi olduqca vacibdir. Qeyri-prioritet təşkil edən investisiya layihələri ixtisar olunmalı və ayrılmış vəsaitlər qənaətlə istifadə edilməlidır".

Baş Nazir daha sonra diqqəti Prezident İlham Əliyevin dövlət şirkətlərinin fəaliyyətinin səmərəliliyini artırılması haqda tapşırığına cəlb edib: "Cənab Prezident avqustun 6-da keçirdiyi videomüşavirədə dövlət şirkətlərində idarəetmənin təkmilləşdirilməsini, dövlət tərəfindən maliyyə dəstəyinin göstərilməsinə baxmayaraq onların fəaliyyətinin səmərəli olmadığını, əksər dövlət şirkətlərinin maliyyə vəziyyətinin ağır olduğunu, borclanma yükünün artdığını və bu sahədə nəzarət funksiyasının kifayət qədər effektiv olmadığını bildirib.

Qeyd olunan problemlərin həlli məqsədilə cənab Prezidentin 7 avqust tarixli Fərmanı ilə Azərbaycan İnvestisiya Holdinqi yaradılmışdır və bu qurumun qarşısında çox vacib və ciddi tapşırıqlar qoyulub".

Qeyd olunub ki, ölkənin hərbi potensialının və ordu quruculuğunun daha da gücləndirilməsi istiqamətində növbəti ilin büdcəsində də ciddi artım nəzərə alınmışdır və ölkənin müdafiə qabiliyyətinin və təhlükəsizliyinin təmin edilməsi, xüsusi müdafiə xarakterli layihələr və tədbirlər üçün maliyyə təminatının yaradılması növbəti büdcə ilində də öz prioritetliyini saxlayacaq.

Baş Nazir qeyd edib ki, cənab Prezidentin rəhbərliyi altında ortamüddətli perspektivdə, o cümlədən 2021-ci ildə də Hökumət qarşısında qoyulan bütün tapşırıqlar vaxtında və bütövlükdə icra olunacaq.

İclasda iqtisadiyyat naziri Mikayıl Cabbarov, maliyyə nazirinin müavini Azər Bayramov, əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev, Naxçıvan Muxtar Respublikasının Baş naziri Səbuhi Məmmədov, Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyev, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev çıxış edərək büdcə layihəsi haqda fikirlərini bildiriblər.

Sonda Nazirlər Kabineti xüsusi Qərarla "Azərbaycan Respublikasının 2021-ci il üzrə dövlət büdcəsinin və icmal büdcənin layihələri və sonrakı üç il üçün icmal büdcənin göstəriciləri" və "Azərbaycan Respublikasının 2021-ci il və gələn üç il üzrə iqtisadi və sosial inkişaf konsepsiyası və proqnoz göstəriciləri"nin bəyənilməsi və layihələrin və "Büdcə sistemi haqqında" Azərbaycan Respublikası Qanununun 12-ci maddəsində nəzərdə tutulan digər sənədlərlə birlikdə Azərbaycan Respublikasının Prezidentinə təqdim edilməsi haqda Qərar qəbul edilib.

162
Teqlər:
Prezident İlham Əliyev, büdcə, baş nazir, Əli Əsədov
Müslüm İbrahimov

Professor: “İran Azərbaycan vasitəsilə Avropa bazarlarına çıxmaq istəyir”

26
(Yenilənib 01:22 23.09.2020)
Almaniyanın Zigen Universitetinin qonaq professoru Müslüm İbrahimov deyir ki, İran Bakı-Tbilisi-Qars dəmir yolunun fəaliyyətinə böyük maraq göstərir
Müslüm İbrahimov: “Azərbaycan-İran iqtisadi əlaqələri getdikcə güclənir”

Azərbaycan və İran arasında birgə sənaye parkının yaradılması bölgənin sənaye inkişafına səbəb olacaq. Bunu İranın Ərdəbil vilayətinin Sənaye Parkları Şirkətinin icraçı direktoru Məhəmməd Əhli jurnalistlərə açıqlamasında deyib.

Almaniyanın Zigen Universitetinin qonaq professoru Müslüm İbrahimov Sputnik Azərbaycan-a deyir ki, Azərbaycan və İran arasında iqtisadi sahədə maraq nöqtələri çoxdur:

“İki ölkə arasında iqtisadi əlaqələr getdikcə güclənir. Xüsusən də nəqliyyat sahəsindəki münasibətlər maraq doğurur. İran Bakı-Tbilisi-Qars dəmir yolunun fəaliyyətinə böyük maraq göstərir. İranın ən böyük problemi öz məhsullarını inkişaf etmiş, böyük bazarlara çıxara bilməməsidir. Bunu da indiki şəraitdə Azərbaycan vasitəsilə etmək olar. Hər iki ölkə iqtisadi siyasət sahəsində təcrübə mübadiləsi apara bilər”.

Müslüm İbrahimovun geniş şərhinə audiofaylda qulaq asa bilərsiniz

26
Teqlər:
sənaye parkları, Bakı-Tbilisi-Qars dəmir yolu, iqtisadi maraqlar, Azərbaycan, İran
ABŞ Prezidenti Donald Tramp, arxiv şəkli

Tramp telefon zənginə görə mətbuat konfransını yarımçıq kəsib

0
Tramp mühafizə xidməti əməkdaşlarının xahişi ilə mətbuat konfransını yarımçıq dayandırmağa məcbur olub.

BAKI, 24 sentyabr — Sputnik. Birləşmiş Ştatların prezidenti Donald Tramp təcili telefon zənginə əsaslanaraq mətbuat konfransını yarımçıq tərk edib.

Bu barədə Sputnik Azərbaycan "Report"-a istinadən xəbər verir.

"Mən təcili zəng gəldi. Mən qayıdacağam, sabah görüşərik", - Ağ Evin başçısı bildirib.

Tramp telefon zənginin nə ilə əlaqədar olduğunu açıqlamayıb.

Qeyd edək ki, analoji hadisə avqustun 10-da da baş verib. Tramp mühafizə xidməti əməkdaşlarının xahişi ilə mətbuat konfransını yarımçıq dayandırmağa məcbur olub. ABŞ lideri bir neçə dəqiqə sonra geri qayıdaraq bildirib ki, Ağ Evin ətrafında atışma olub və hüquq-mühafizə orqanlarının əməkdaşları şübhəli şəxsə atəş açaraq onu yaralayıblar.

0