Taksi duracaqları

YAP rəsmisindən BNA-ya tərs şillə: "Qiymətləri bazar müəyyənləşdirməlidir"

76
"Hər yerdə olduğu kimi taksi xidmətində də rəqabət olmalıdır, qiymətləri bazar və tələb-təklif müəyyənləşdirməlidir"

Eldar Tanrıverdiyev, Sputnik Azərbaycan

BAKI, 3 sentyabr — Sputnik. "Hər bir vətəndaşımızın taksidən istifadə etmək imkanı olmalıdır, taksi xidmətinin hamı üçün əlçatan olmasına narazılıq etmək yox, onu dəstəkləmək lazımdır". Sputnik Azərbaycan xəbər verir ki, bunu Yeni Azərbaycan Partiyası İcra Katibliyinin Siyasi təhlil və proqnozlaşdırma şöbəsinin müdiri, deputat Aydın Mirzəzadə bildirib.

Deputat vurğulayıb ki, Bakı Nəqliyyat Agentliyinin şöbə müdirinin taksilərlə bağlı söylədiyi fikir çox düzgün olaraq narazılığa səbəb olub:

"Hər bir vətəndaşımızın taksidən istifadə etmək imkanı olmalıdır, taksi xidmətinin hamı üçün əlçatan olmasına narazılıq etmək yox, onu dəstəkləmək lazımdır. Hər yerdə olduğu kimi taksi xidmətində də rəqabət olmalıdır, qiymətləri bazar və tələb-təklif müəyyənləşdirməlidir".

Aydın Mirzəzadə eyni zamanda qeyd edib ki, taksi fəaliyyəti ilə məşğul olan insanlarımızın ucuz kreditlə vaxtaşırı öz avtomobillərini yeniləməsi üçün proqram hazırlanmasına da ehtiyac var.

76
Əlaqədar
Yeni konsepsiyanın qısa məzmunu - Ucuz taksilərə əlvida
Bakıda bu taksilər üçün elektrik doldurma stansiyaları quraşdırılır
Yeni konsepsiya bizi mənzil başına çatdırmayacaq...
Müslüm İbrahimov

Professor: "Bu ölkə neft bazarında defisit yaratmağa çalışır"

28
(Yenilənib 00:10 17.01.2021)
Almaniyanın Zigen Universitetinin qonaq professoru Müslüm İbrahimov deyir ki, neft bazarındakı vəziyyətə 3 vacib faktor təsir edir
Müslüm İbrahimov: “Neft ilə bağlı OPEC proqnozları çətinləşir”

ABŞ-ın Enerji İnformasiya Administrasiyası (EIA) OPEC-in gündəlik neft hasilatına dair proqnozunu açıqlayıb. Cari ildə OPEC-in neft hasilatının sutkada orta hesabla 27,2 milyon barrel olacağı gözlənilir. 2020-ci ildə bu göstərici 25,6 milyon barrel olub.

OPEC proqnozlarını Sputnik Azərbaycan-a şərh edən Almaniyanın Zigen Universitetinin qonaq professoru Müslüm İbrahimov deyir ki, neft ilə bağlı OPEC proqnozları çətinləşir:

“Bunun bir neçə səbəbi var. ABŞ-da yeni administrasiyanın fəaliyyətə başlaması dövlət xərclərinin artması ilə nəticələnəcək. Bu proseslə paralel olaraq digər ölkələrdə də iqtisadi canlanma qeydə alınacaq. Hazırda ölkələr ucuz neftin alınmasında maraqlıdır. Digər faktor Səudiyyə Ərəbistanının makro-iqtisadi vəziyyəti ilə bağlıdır. Bu ölkə hasilatı azaltmaqla bazarda defisit yaratmağa çalışır. Ən mühüm təsiredici amillərdən biri də dünya miqyasında vaksinasiya prosesinin intensivləşməsidir”.

Müslüm İbrahimovun geniş şərhinə audiofaylda qulaq asa bilərsiniz

28
Teqlər:
OPEC, ABŞ, Səudiyyə Ərəbistanı, defisit, bazar, neft
Mövzu:
Neft qiymətləri ətrafındakı ajiotaj
Bankada dollarlar, arxiv şəkli

Financial Times: "Dolları taxtdan salacaqlar"

21
(Yenilənib 22:13 16.01.2021)
"Trampın hakimiyyət illəri bizim zəif yerlərimizi üzə çıxardı və hətta o gedəndən sonra da biz bu zəiflikləri aradan qaldırmalıyıq" - Avrokomissiyadakı mənbə

BAKI, 16 yanvar - Sputnik. Avropa Şurası dünya bazarında "dolların ağalığının" həddi aşdığını bəyan edəcək. 

Sputnik Azərbaycan bildirir ki, bu barədə Financial Times Avropa Komissiyasındakı mənbələrinə istinadən yazıb. 

Qəzetin məlumatına görə, AŞ bu məsələni ABŞ-ın yeni prezidenti Co Baydenin yanvarın 20-də planlaşdırılan inauqurasiyasından əvvəl qaldırmaq istəyir. Avropa Komissiyasının layihəsinin yanvarın 19-da qəbul ediləcəyi gözlənilir, həmçinin ona əlavələrin ediləcəyi də istisna olunmur. 

FT əlavə edir ki, layihədə ABŞ Prezidenti Donald Trampın İrana qarşı tətbiq etdiyi məhdudlaşdırma tədbirlərindən sonra Avropa ölkələrinin müəyyən çətinlik çəkdiyi qeyd olunur. Sənəddə bazarların "qeyri-qanuni eksterritorial tətbiqin nəticələrindən" qorunmasının vacibliyi vurğulanır. 

"Trampın hakimiyyət illəri bizim zəif yerlərimizi üzə çıxardı və hətta o gedəndən sonra da biz bu zəiflikləri aradan qaldırmalıyıq. Söhbət AŞ-nın dünyadakı yerindən, ölçülərimizə müvafiq olan iqtisadi və maliyyə dövlətinin imkanlarından gedir", - mənbələrdən biri deyib.

21
Teqlər:
"The Financial Times", Avropa Komissiyası, Avropa Şurası, dollar

İki gün əvvəl ordudan tərxis olunan könüllü əsgər ölüb

0
Onun səhhətində problem yarandığı üçün iynə vurulub. İynədən sonra anafilaktik şok keçirən İbrahim Mirzəzadə dünyasını dəyişib.

BAKI, 17 yanvar - Sputnik. Lənkəran rayonunun Göyşaban kəndindən Vətən müharibəsinə könüllü olaraq qatılan Mirzəzadə İbrahim Rüfət oğlu bu gün vəfat edib.

“Report”un verdiyi xəbərə görə, mərhum iki gün əvvəl səfərbərlik üzrə hərbi xidmətdən tərxis edilib.

İlkin məlumata görə, onun səhhətində problem yarandığı üçün iynə vurulub. İynədən sonra anafilaktik şok keçirən İbrahim Mirzəzadə dünyasını dəyişib.

Faktla bağlı araşdırma aparılır.

0