CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

"Rüsum" sözünü eşidən qiyməti qaldırır: bu gedişlə həyət evləri də bahalaşacaq

© AFP 2023 / LOIC VENANCEМасляная обработка деревянного пола, фото из архива
Масляная обработка деревянного пола, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Ekspert: "Tikinti materiallarının bahalaşması davam edərsə, nəticədə həyət evlərinin qiymətinin artması mümkündür"

Xalid Məmmədov, Sputnik Azərbaycan

BAKI, 3 sentyabr — Sputnik. Bəzi tikinti materialların qiymətində artım müşahidə olunub. Fins.az xəbər verir ki, bu, əsasən taxta materiallarında özünü göstərir. Belə ki, Dərnəgül bazarında bir neçə gün öncəyə qədər qiyməti 1 kub üçün 280 manat olan taxta hazırda 305 manata satılır. 

Bahalaşmanın səbəbləri ilə bağlı iqtisadçı-ekspert Natiq Cəfərli Sputnik Azərbaycan-a deyib ki, hazırda tikinti bazarında ciddi şəkildə canlanma, tələbin kəskin yüksəlməsi ilə bağlı hər-hansı işartılar yoxdur: "Bir sıra infrastruktur layihələrində dayanma var, özəl evlərin tikintisində sürətli artım nəzərə çarpmır. Çünki pandemiya şəraiti bu sahələrdə də sürətin zəifləməsinə səbəb olub. Ona görə də bu bahalaşmanın tələbin kəskin artması ilə izah olunması çətindir".

Работа почты, фото из архива - Sputnik Azərbaycan
İQTİSADİYYAT
Bir daha gömrük rüsumu haqda: birdən olmaz, yavaş-yavaş

Onun sözlərinə görə, taxta materialların bahalaşmasının iki səbəbi ola bilər: "Taxta materialları Azərbaycana əsasən Rusiyadan gətirilir. Bakıda taxta materialların bahalaşması Rusiyada bu materialların qiymətinin artması ilə izah oluna bilər. Digər səbəb isə rüsumların hesablanması və yaxud da rəsmiləşmə qaydalarının dəyişdirilməsi ola bilər. Bu qaydaların dəyişməsi də iş adamlarının əlavə vəsait xərcləməsinə səbəb olur. Onlar da təbii ki, qiymət artımı ilə buna cavab verirlər. Yəni ya Rusiyada bu materiallar bahalaşıb, ona görə Bakıda qiymət artıb. Ya da iş adamları gömrük rəsmiləşməsinin əlavə xərclərə səbəb olduğunu bəhanə edərək qiymət artımına gedə bilərlər".

"Çox güman ki, taxta materiallar üzrə idxaldan asılılığımız davam edəcək. Əgər Rusiyada taxta materiallarının qiyməti davamlı şəkildə artacaqsa, bizdə də bu istiqamətdə bahalaşmanı müşahidə edə bilərik. Bizdə tikinti materiallarının bahalaşması davam edərsə, nəticədə həyət evlərinin qiymətinin artması mümkündür", - deyə o qeyd edib.

Ekoloq Jurnalistlər Birliyinin sədri Cəmşid Quliyev Sputnik Azərbaycan-a deyib ki, Azərbaycanda sənaye meşələrinin salınması mümkündür: "Bunun üçün ölkəmizdə imkanlar var. Azərbaycan təbiətinə görə həmişə meşələr, bağlar ölkəsi kimi tanınıb. Sənaye əhəmiyyətli meşələr salınarsa, bu, təbii meşələrin daha dayanıqlı qorunmasına səbəb ola bilər. Eyni zamanda taxta materialları özümüz istehsal edə bilərik. Sənaye əhəmiyyətli meşələrin salınması üçün uyğun ərazilər seçilməlidir. Münbit torpağı isə əkin ərazisi kimi istifadə etmək daha məqsədəuyğundur. Meşələrin salınması üçün elə ərazilər seçilməlidir ki, onun suvarılma imkanları və digər parametrlər nəzərə alınsın. Yəni harada gəldi sənaye əhəmiyyətli meşələri salmaq olmaz, uyğun ərazilər seçilməlidir".

"Sovet dövründə bizdə sənaye əhəmiyyətli meşələr olmayıb. Çünki buna ehtiyac yox idi. Rusiyada tayqa meşələrinin hesabına bu ehtiyac təmin edilirdi", - deyə ekoloq qeyd edib.

Xatırladaq ki, bir müddət öncə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Meşələrin İnkişafı Departamentinin direktoru Ağaqardaş Qaraşov demişdi ki, yaxın vaxtlarda Azərbaycanda sənaye əhəmiyyətli meşələrin salınması planlaşdırılır: "Həmin məqsədlə tez böyüyən ağac cinslərindən istifadə olunacaq. Bu da həmin ağacların ağac emalı sənayesində davamlı olaraq istifadə edilməsi ilə əlaqədardır".

Onun sözlərinə görə, meşə təsərrüfatından sənaye məqsədləri ilə istifadə üçün yaxın vaxtlarda bu sahədə geniş işlərin görülməsi nəzərdə tutulub: "Fiziki və hüquqi şəxslərə, iş adamlarına tövsiyə edirik ki, özlərinə məxsus torpaq sahələrində bu tip ağac cinslərini yetişdirsinlər. Bu işdə Ekologiya və Təbii Sərvətlər Nazirliyi olaraq bütün müraciətləri dinləməyə hazırıq. Öz tövsiyələrimizi verə və ağac cinslərinin seçilməsində kömək edə bilərik. Onu da qeyd edim ki, eyni zamanda, meşə fondunun açıq sahələri də bu məqsədlə sahibkarlara icarəyə verilə bilər".

Xəbər lenti
0