Bir dəstə azərbaycan manatı, arxiv şəkli

Sahibkarlara yenidən pul veriləcək

433
(Yenilənib 15:16 01.09.2020)
Sentyabr ayının 10-dan sonra ikinci maliyyə dəstəyi proqramı çərçivəsində sahibkarların muzdlu işçilərinə ödənilməli vəsaitlərin növbəti hissəsinin köçürülməsinə başlanacaq

BAKI, 1 sentyabr — Sputnik. Nazirlər Kabinetinin müvafiq qərarlarına əsasən, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən pandemiyadan zərər çəkmiş sahələrdə çalışan vergi ödəyicilərinin muzdlu işçilərinə və fərdi sahibkarlara maliyyə dəstəyi proqramları çərçivəsində vəsaitlərin köçürülməsi davam etdirilir.

İqtisadiyyat Nazirliyindən Sputnik Azərbaycan-a məlumat verilib ki, muzdlu işçilərin əməkhaqqına 2-ci dəfə maliyyə dəstəyi pandemiyadan zərər çəkmiş sahələrdə çalışan, birinci maliyyə dəstəyi proqramı çərçivəsində vəsait almış və işçi saylarında ciddi azalmalara yol verməmiş vergi ödəyicilərinə 1 iyul 2020-ci il tarixinə olan işçi sayı əsas götürülməklə bir aylıq əməkhaqqı fondu həcmində göstərilir. Maliyyə dəstəyinin ikinci mərhələsi çərçivəsində vergi ödəyicilərinin yenidən müraciət etmələrinə ehtiyac yoxdur və vəsaitlər avqust və sentyabr aylarını əhatə etməklə 2 mərhələdə bərabər hissələrlə ödənilir.

Avqust ayında yeni maliyyə dəstəyi çərcivəsində 234.355 muzdlu işçini əhatə edən 22.885 vergi ödəyicisinə 51.939,4 min manat vəsait ödənilib. Maliyyə dəstəyi proqramının ikinci mərhələsində ödənişlə əhatə olunmuş muzdlu işçilərin sayı birinci mərhələdə vəsait almış muzdlu işçilərin sayından 18.245 nəfər çoxdur ki, bu da şəffaflaşdırma nəticəsində əmək müqavilələri bağlamış işçi saylarının artması ilə əlaqədardır. İkinci maliyyə dəstəyi çərcivəsində avqust ayında 49.887 fərdi (mikro) sahibkara 12.471,8 min manat birdəfəlik maliyyə dəstəyi göstərilib.

Sentyabr ayının 10-dan sonra ikinci maliyyə dəstəyi proqramı çərçivəsində sahibkarların muzdlu işçilərinə ödənilməli vəsaitlərin növbəti hissəsinin köçürülməsinə başlanacaq.

433
Əlaqədar
Sahibkarlara kreditlə bağlı müraciət edildi
Çöküşə sürükləyən qərar: hər həftə test verilsə, ölkədə hotel qalmayacaq
Xalqımın toy kimi bir adəti var... Operativ Qərargah “toplantılara” icazə verəcəkmi?
Bir daha gömrük rüsumu haqda: birdən olmaz, yavaş-yavaş
Yüz doxsan manat gözləyənlərə alternativ - xəritəni al, axtar
Qızıl külçələri, arxiv şəkli

Neft Fondunun qızıl ehtiyatları artıb

4
Məlumata əsasən, 2021-ci il yanvarın 1-nə ARDNF-in investisiya portfelində qızılın ümumi həcmi 101,8 ton olub.

BAKI, 23 yanvar — Sputnik. Ötən il Azərbaycan Respublikası Dövlət Neft Fondunun (ARDNF) qızıl ehtiyyatları 0,6 ton artıb.

Sputnik Azərbaycan Neft Fondunun 2020-ci il üzrə investisiya fəaliyyətinin yekunlarına dair hesabatına istinadla xəbər verir ki, bu il yanvarın 1-nə ARDNF-in investisiya portfelində qızılın ümumi həcmi 101,8 ton olub.

Keçən ilin əvvəlinə olan məlumata görə isə Dövlət Neft Fondunun investisiya portfelində qızılın həcmi 101,2 ton idi. Beləliklə də, Neft Fondu 2020-ci ildə 0,6 ton qızıl alıb.

Qeyd edək ki, hazırda qızıl investisiyaları Neft Fondunun investisiya portfelinin 14,2 faizini, ABŞ dolları portfelinin isə 6 milyard 170,8 milyon dollarlıq hissəsi təşkil edir.

4
Standard & Poor's agentliyinin loqosu, arxiv şəkli

Azərbaycanın reytinq proqnozu "mənfi"dən "stabil"ə yüksəldi

5
"S&P Global Ratings" reytinq agentliyi Azərbaycanın yerli və xarici valyutada uzunmüddətli suveren kredit reytinqini "BB+/B" səviyyəsində təsdiqləyib.

BAKI, 23 yanvar — Sputnik. "S&P Global Ratings" reytinq agentliyi Azərbaycanın yerli və xarici valyutada uzunmüddətli suveren kredit reytinqini "BB+/B" səviyyəsində təsdiqləyib, reytinq üzrə proqnozu isə "mənfi"dən "stabil"ə yüksəldib.

Sputnik Azərbaycan xəbər verir ki, Azərbaycanın beynəlxalq kredit reytinqinin və reytinq üzrə proqnozunun yaxşılaşdırmasını "S&P"nin Qarabağ müharibəsinin bitməsi və üçtərəfli atəşkəs razılaşmanın imzalanması nəticəsində ölkədə ümumi təhlükəsizliyin, maliyyə sektorunun və tədiyyə balansının risklərinin azalması ilə əsaslandırıb.

"Proqnozları nəzərə alaraq, Azərbaycanın kredit profilinə iqtisadi və maliyyə sektorlarından əhəmiyyətli risklər gözləmirik. Artan geosiyasi qeyri-müəyyənliyə baxmayaraq, əhalinin əmanətlərinin xarici valyutaya çevrilməsində və ya bank sistemindən tamamilə çıxarılmasında heç bir artım olmayıb", - deyə agentlik bildirib.

Agentliyin hesabatına əsasən, ölkə reytinqinin daha da artırılması üçün xarici ticarət balansının profisiti gözləntilərdən artıq olması, yaxud ölkədə pul-kredit siyasətini daha səmərəli hala gətirmək, bank sektorunu gücləndirmək üçün hökumətin bir sıra struktur islahatları həyata keçirməsi zəruridir.

"S&P"yə görə, karbohidrogen qiymətlərinin aşağı olmasına və COVID-19-un yaratdığı iqtisadi geriləməyə baxmayaraq, Azərbaycanın maliyyə və xarici mövqeləri "BB" kateqoriyasında qiymətləndirilən ən güclü ölkələr arasında qalır.

5

Kəlbəcərin Qamışlı kəndinin videogörüntüləri

0
Azərbaycanın Kəlbəcər rayonu üçtərəfli bəyanatın şərtlərinə əsasən, 2020-ci il noyabrın 25-də işğaldan azad edilib.

Müdafiə Nazirliyi Kəlbəcər rayonunun Qamışlı kəndindən videogörüntülər paylaşıb.

Sputnik Azərbaycan həmin görüntüləri təqdim edir:

0