Qırmızı körpü gömrük-keçid məntəqəsi

Gömrükdə yeni layihə: vaxtı azaldırlar

27
(Yenilənib 17:03 22.08.2020)
Bu yenilik Dövlət Gömrük Komitəsinin səlahiyyətlərinə aid edilən sərhədkeçməyə sərf olunan vaxtın azaldılmasını da özündə ehtiva edir ki, bu da "Doing Business" indeks göstəricisi üzrə ölkəmizin mövqeyinin gücləndirilməsinə təsir göstərən mühüm amildir.

BAKI, 22 avqust — Sputnik. Dövlət Gömrük Komitəsi tərəfindən tətbiq ediləcək daha bir yeni layihəyə əsasən, sərhədkeçmə əməliyyatları zamanı risk qiymətləndirməsi tam avtomatlaşdırılacaq.

Dövlət Gömrük Komitəsinin Risklərin İdarəolunması və Audit Baş İdarəsinin rəisi Fərid Əliyevin Sputnik Azərbaycan-a verdiyi məlumata görə, yeni layihə gömrük-sərhəd buraxılış məntəqələrinin mövcud potensialından daha səmərəli istifadə olunmasına, Dövlət Gömrük Komitəsinin sərəncamında olan resursların daha riskli sahələrə yönləndirilməsinə, eləcə də gömrük orqanlarında beynəlxalq tələblərə cavab verən risklərin idarəolunması sisteminin qurulmasına şərait yaradacaq. Eyni zamanda, bu yenilik Dövlət Gömrük Komitəsinin səlahiyyətlərinə aid edilən sərhədkeçməyə sərf olunan vaxtın azaldılmasını da özündə ehtiva edir ki, bu da "Doing Business" indeks göstəricisi üzrə ölkəmizin mövqeyinin gücləndirilməsinə təsir göstərən mühüm amildir.

Nəzərdə tutulan yeniliyin detallarına gəlincə isə sistem hər bir sərhədkeçmə əməliyyatı üzrə müəyyən olunmuş risk meyarlarına əsasən məlumatları emal edir, onlara riyazi müəyyən olunmuş əhəmiyyətlilik dərəcəsi üzrə xüsusi çəki verir və nəticədə aparılmış qiymətləndirməyə görə əməliyyatın riskli olub-olmaması ehtimalını müəyyən edir. Qiymətləndirmənin nəticəsinə uyğun olaraq avtomatik şəkildə həyata keçiriləcək gömrük nəzarətinin forması müəyyənləşdirilir.

Hal-hazırda layihənin tam şəkildə tətbiqi məqəsədilə texnoloji proseslərin işlənilməsi həyata keçirilir.

27
Əlaqədar
Oğuz "gil"i iyirmi milyonluq sərvətə döndü - VİDEO - FOTO
Sərhədlərin açılması ilə iş bitmir, gərək bunun fəsadlarına hazır olaq
Təyyarə sərnişinləri barədə məlumatlar DGK-ya də ötürüləcək
Göylə uça bilərsiz, yerlə gedə bilməzsiz! Ən yaxşısı isə ümumiyyətlə evdən çıxmamaqdır
Müslüm İbrahimov

Professor: “İran Azərbaycan vasitəsilə Avropa bazarlarına çıxmaq istəyir”

19
(Yenilənib 01:22 23.09.2020)
Almaniyanın Zigen Universitetinin qonaq professoru Müslüm İbrahimov deyir ki, İran Bakı-Tbilisi-Qars dəmir yolunun fəaliyyətinə böyük maraq göstərir
Müslüm İbrahimov: “Azərbaycan-İran iqtisadi əlaqələri getdikcə güclənir”

Azərbaycan və İran arasında birgə sənaye parkının yaradılması bölgənin sənaye inkişafına səbəb olacaq. Bunu İranın Ərdəbil vilayətinin Sənaye Parkları Şirkətinin icraçı direktoru Məhəmməd Əhli jurnalistlərə açıqlamasında deyib.

Almaniyanın Zigen Universitetinin qonaq professoru Müslüm İbrahimov Sputnik Azərbaycan-a deyir ki, Azərbaycan və İran arasında iqtisadi sahədə maraq nöqtələri çoxdur:

“İki ölkə arasında iqtisadi əlaqələr getdikcə güclənir. Xüsusən də nəqliyyat sahəsindəki münasibətlər maraq doğurur. İran Bakı-Tbilisi-Qars dəmir yolunun fəaliyyətinə böyük maraq göstərir. İranın ən böyük problemi öz məhsullarını inkişaf etmiş, böyük bazarlara çıxara bilməməsidir. Bunu da indiki şəraitdə Azərbaycan vasitəsilə etmək olar. Hər iki ölkə iqtisadi siyasət sahəsində təcrübə mübadiləsi apara bilər”.

Müslüm İbrahimovun geniş şərhinə audiofaylda qulaq asa bilərsiniz

19
Teqlər:
sənaye parkları, Bakı-Tbilisi-Qars dəmir yolu, iqtisadi maraqlar, Azərbaycan, İran
Bakıda supermarketin fəaliyyəti, arxiv şəkli

Mağazalara yeni cərimə xəbərdarlığı

15
(Yenilənib 16:31 22.09.2020)
Mal dəyişdirilən vaxt satışda uyğun mal yoxdursa, istehlakçı dəyəri yenidən hesablamaqla istənilən başqa malı almaq, qaytarılan malın dəyəri məbləğində pulu geri götürmək və ya satışa uyğun mal gələn kimi onu dəyişdirmək hüququna malikdir

BAKI, 22 sentyabr — Sputnik. İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti "Alınan mallar geri qaytarılmır" kimi lövhələr asan mağaza sahiblərinə müraciət edib.

Dövlət Xidmətindən Sputnik Azərbaycan-a bildirilib ki, son zamanlar bir sıra ticarət obyektlərində "Alınan mallar geri qaytarılmır" kimi lövhələrin asılması halları müşahidə olunur. "İstehlakçıların hüquqlarının müdafiəsi haqqında" qanuna əsasən, istehlakçı aldığı malda zəmanət müddəti ərzində qüsur, saxtalaşdırma aşkar edərsə, satıcıdan aşağıdakılardan birini tələb edə bilər:

- lazımi keyfiyyətli mala dəyişdirməyi;

- satış qiymətini uyğun məbləğdə azaltmağı;

- malın qüsurlarının icraçının (satıcının, istehsalçının) hesabına aradan qaldırılmasını və ya qüsurların aradan qaldırılması üçün istehlakçının və ya üçüncü şəxslərin çəkdiyi xərclərin əvəzinin ödənilməsini;

- malın, həmin mala uyğun digər modelli (markalı, tipli və sair) mal ilə, dəyəri yenidən hesablanma şərtilə əvəz edilməsini;

- müqavilənin ləğv edilməsini və çəkdiyi zərərin ödənilməsini.

Satıcı istehlakçının sadalanan tələblərindən birini yerinə yetirməyə borcludur.

Satıcı (icraçı) istehlakçını maraqlandıran malın (xidmətin) qiyməti, istehlak xassələri (ərzaq malları barəsində isə, həm də tərkibi, yararlılıq müddəti, kaloriliyi, sağlamlıq üçün zərərli maddələrin normativ sənədlərin tələbləri ilə müqayisəli miqdarı), əldə edilməsi şərtləri, təminat öhdəlikləri və iddiaların irəli sürülməsi, malın işlədilməsi, saxlanılması və təhlükəsiz istifadəsi üsulları və qaydaları barədə istehlakçıya zəruri və düzgün məlumat verməlidir. Satılan mal barədə yanlış və ya kifayət qədər dolğun olmayan məlumatın verilməsi, istehlakçının lazımi xassələrə malik olmayan malı (işi, xidməti) almasına səbəb olubsa, bu zaman onun müqaviləni ləğv etmək və itkilərin ödənilməsini tələb etmək hüququ var.

Lazımi keyfiyyətli qeyri-ərzaq malı (qanunvericiliklə qaytarılması və dəyişdirilməsi qadağan olunan mallar - qızıl və qızıl məmulatları, şəxsi gigiyena əşyaları, uşaq oyuncaqları, parfümer-kosmetika malları, kişi, qadın və uşaq çimərlik paltarları, bağçayaşlı və yeni doğulan uşaqlar üçün alt paltarları və sair istisna olmaqla) öz formasına, ölçüsünə, rənginə görə istehlakçıya yaramırsa və ya digər səbəblərə görə təyinatı üzrə istifadə oluna bilməzsə, istehlakçı həmin malı alınma günü sayılmamaq şərtilə 14 gün ərzində digər lazımi keyfiyyətli uyğun mala dəyişdirmək hüququna malikdir. Bu zaman mal əmtəə görünüşü, istehlak xassələri, plombu, yarlığı alındığı kimi saxlanılmaqla, həmçinin kassa çeki və ya mal alınan zaman verilən digər sənədlərlə birlikdə təqdim olunmalıdır.

Mal dəyişdirilən vaxt satışda uyğun mal yoxdursa, istehlakçı dəyəri yenidən hesablamaqla istənilən başqa malı almaq, qaytarılan malın dəyəri məbləğində pulu geri götürmək və ya satışa uyğun mal gələn kimi onu dəyişdirmək hüququna malikdir.

Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti mağaza sahiblərini qanunvericiliyin tələblərinə əməl etməyə, istehlakçıların qanunvericiliklə qorunan hüquqlarını pozmamağa çağırır, belə hallar müəyyən ediləcəyi təqdirdə onlara qarşı qanunvericiliyə uyğun olaraq ciddi məsuliyyət tədbirlərinin həyata keçiriləcəyini bildirir.

İnzibati Xətalar Məcəlləsinin 444.2-ci maddəsinə əsasən, satılmış malların dəyişdirilməsi və ya geri qaytarılması qaydalarının pozulmasına görə 600 manatdan 900 manatadək məbləğdə cərimə nəzərdə tutulur.

15
Teqlər:
cərimə, müştəri, sahibkar, sahib, satıcı, istehlak malları, aksizli mallar, ərzaq malları, idman malları, mağaza
Sahibə Qafarovanın başçılıq etdiyi nümayəndə heyəti Dövlət Dumasının Sədri Vyaçeslav Volodinlə görüşüb

Dövlət Dumasının sədri: "Paşinyanın fikirləri sülh prosesinə kömək etmir"

0
(Yenilənib 17:47 23.09.2020)
Rusiya Dövlət Dumasının sədri Vyaçeslav Volodin bildirib ki, Rusiya Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir, Ermənistanın Baş naziri Nikol Paşinyanın Dağlıq Qarabağla bağlı fikirləri haqlı narahatlıq doğurur və sülh prossesinə kömək etmir.

BAKI, 23 sentyabr — Sputnik. Milli Məclisin Sədri Sahibə Qafarovanın başçılıq etdiyi Azərbaycan parlament nümayəndə heyəti sentyabrın 23-də Rusiya Federasiyasına rəsmi səfəri çərçivəsində Federal Məclisin Dövlət Dumasının Sədri Vyaçeslav Volodinlə görüşüb.

  • Sahibə Qafarovanın başçılıq etdiyi nümayəndə heyəti Dövlət Dumasının Sədri Vyaçeslav Volodinlə görüşüb
    © Photo : Milli Majlis
  • Sahibə Qafarovanın başçılıq etdiyi nümayəndə heyəti Dövlət Dumasının Sədri Vyaçeslav Volodinlə görüşüb
    © Photo : Milli Majlis
  • Sahibə Qafarovanın başçılıq etdiyi nümayəndə heyəti Dövlət Dumasının Sədri Vyaçeslav Volodinlə görüşüb
    © Photo : Milli Majlis
1 / 3
© Photo : Milli Majlis
Sahibə Qafarovanın başçılıq etdiyi nümayəndə heyəti Dövlət Dumasının Sədri Vyaçeslav Volodinlə görüşüb

Sputnik Azərbaycan-ın məlumatına görə, Azərbaycan nümayəndə heyətini Rusiya Dövlət Dumasında görməkdən məmnunluğunu bildirən Vyaçeslav Volodin iki ölkə arasında qarşılıqlı səfərlərin əhəmiyyətindən danışıb.

Bildirib ki, Rusiya və Azərbaycan strateji tərəfdaş olan ölkələrdir və hazırda iki ölkənin parlamentləri arasında əməkdaşlıq haqqında Saziş sənədi üzərində iş gedir. Rusiya təkcə parlamentlər səviyyəsində deyil, həyatın digər sahələrində də Azərbaycanla əməkdaşlığın inkişafında maraqlıdır.

Səmimi qəbul üçün təşəkkürünü bildirən Milli Məclisin Sədri Sahibə Qafarova qeyd edib ki, məlum pandemiya səbəbindən Rusiyaya nəzərdə tutulan bu səfər gec həyata keçirilib: "Ümidvaram ki, bizim qarşılıqlı səfərlərimiz bundan sonra da davam edəcək. Bizim birlikdə müzakirə etməli olduğumuz çox məsələlər var".

Qeyd olunub ki, qarşılıqlı münasibətlərin inkişafında dövlət başçıları İlham Əiyevin və Vladimir Putinin qarşılıqlı etibara əsaslanan münasibətləri və mütəmadi görüşləri böyük rol oynayıb.

Spiker Sahibə Qafarova ikitərəfli münasibətlərin inkişafında Azərbaycan və Rusiya parlamentlərinin rolunu qeyd edərək bu sahədə hər iki ölkənin parlamentində fəaliyyət göstərən dostluq qruplarının əhəmiyyətini vurğulayıb. Bildirib ki, ölkələrimiz beynəlxalq parlament təşkilatlarında uğurla əməkdaşlıq edir: "Bildiyiniz kimi, Rusiyanın bu quruma qayıtması məsələsinin müzakirə olunduğu Avropa Şurası Parlament Assambleyasının ötənilki iyun sessiyasında Azərbaycan nümayəndə heyəti bütövlükdə çıxış edərək Rusiyanın AŞPA-ya qayıtmasına səs verib.

Milli Məclis və Federal Məclis arasında daimi ikitərəfli parlamentlərarası komissiyanın mövcudluğu təqdirəlayiqdir".

Sahibə Qafarova bildirib ki, bizim ölkəmiz çoxmillətli və çox konfessiyalı olmaqla, zəngin mədəni və mənəvi irsə və multikulturalizm sahəsində böyük təcrübəyə sahibdir: "Buna görə də ölkəmiz hər zaman digər xalqlara və dinlərə, dünya mədəniyyətlərinin müxtəlifliyinə qarşı tolerantlıq nümayiş etdirib. Bu baxımdan Cənubi Qafqazda ən çox etnik rusun Azərbaycanda yaşaması tamamilə təbiidir".

Qeyd olunub ki, ölkələrimiz arasında 200-dən çox ikitərəfli hökumətlərarası, dövlətlərarası və idarələrarası sənədləri özündə birləşdirən güclü bir hüquqi baza yaradılıb. Bu da iki ölkənin bütün sahələrdə uğurlu əməkdaşlığını şərtləndirir.

Sonra görüşdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi, Azərbaycanın Qərb bölgəsində - Tovuz rayonu ilə sərhəddə baş vermis silahlı toqquşmalar barədə danışıldı. Vyaçeslav Volodin bildirdi ki, Rusiya Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir, Ermənistanın Baş naziri N.Paşinyanın Dağlıq Qarabağla bağlı fikirləri haqlı narahatlıq doğurur və sülh prossesinə kömək etmir.

Söhbətdə tərəfləri maraqlandıran digər məsələlər ətrafında müzakirələr aparılıb.

Görüşün sonunda Milli Məclisin Sədri Sahibə Qafarova həmkarını ona uyğun bir vaxtda Azərbaycana rəsmi səfərə dəvət edib.

0
Teqlər:
Ermənistanın baş naziri Nikol Paşinyan, Sahibə Qafarova, Rusiya Federasiyası Dövlət Duması, Rusiya Dövlət Duması, Vyaçeslav Volodin
Əlaqədar
Azərbaycan parlamentinin spikeri: "Rusiyanın əlindən gələni əsirgəməyəcəyinə ümid edirik"
Sahibə Qafarova Sergey Lavrova: "Paşinyanın açıqlamaları bütün səyləri puç edir"
Spiker: "Kim faşizm uğrunda ölürsə, o, Ermənistan uğrunda ölür" ifadəsi çox təhlükəlidir"