Çay yığımı, arxiv şəkli

Pandemiya onların da təsərrüfatını vurub - Heç zərərçəkmiş kimi nəzərə alınmayınblar

1947
(Yenilənib 19:28 21.08.2020)
"Bu gün çayçılığın inkişafında ekoloji durum da həssas amillərdə biridir. Yəni, su qıtlığı, quraqlıq, yağıntının olmaması problemlərə yol açır. Yağış yağmadığından ətraf mühitdə nisbi rütubətlilik aşağı düşür və bu amil də çay bitkisinin inkişafına mənfi təsir edir".

Nigar İsgəndərova, Sputnik Azərbaycan

BAKI, 21 avqust — Sputnik. Bu ilin yanvar-iyul ayları ərzində Azərbaycan ümumi dəyəri 5 524,86 min ABŞ dolları dəyərində 808,03 ton çay ixrac edib. Ötən ilin analoji dövrü ilə müqayisədə cari ilin yeddi ayında Azərbaycandan ixrac edilən çayın dəyəri 4,2% artıb, həcmi isə 1,9% azalıb. Hesabat dövründə çayın ümumi ixracdakı payı cəmi 0,06%, qeyri-neft məhsullarının ixracında olan çəkisi isə 0,53%-ə bərabər olub. Bununla yanaşı, hesabat dövründə Azərbaycana ümumi dəyəri 34 059,28 min dollar dəyərində 8 402,88 ton çay idxal olunub. Ötən ilin eyni dövrü ilə müqayisədə çay idxalının dəyəri 18,5%, həcmi isə 14%-dək artıb.

Hesabat dövründə çayın ümumi idxaldakı payı isə 0,58% təşkil edib. Bu isə o deməkdir ki, cari ilin yeddi ayında Azərbaycanda çay idxalı ixracı 10 dəfədən çox üstələyib.

Bəs, çayçılıq təsərrüfatının əsas problemləri nələrdir?

Ölkədə çayçılıq üzrə fəaliyyət göstərən MMC-lərdən birinin rəhbəri Araz Yaqubov Sputnik Azərbaycan-a açıqlamasında bu haqda danışıb: "Pandemiya dövrünün ən böyük problemlərindən biri bu oldu ki, biz çayçı olaraq zərərçəkmişlər siyahısına daxil edilmədik. Əslində, pandemiyadan biz də zərər çəkdik. Çünki pandemiya olduğundan məhsulu sata bilmədik. Çayın daha çox istehlak olunduğu bəzi bazarlar, restoran-kafelər bağlı olduğundan, ölkəyə turist gəlmədiyindən və ölkədaxili turist də olmadığından biz də zərərçəkmiş sayılırıq. Amma biz zərərçəkmiş kimi nəzərə alınmadıq. Bu səbəbdən də ayrılan vəsaitdən biz yararlana bilmədik".

"Çayçılığın inkişafı üçün dövlət tərəfindən yetərincə işlər görülüb. Bununla bağlı olaraq dövlət tərəfindən proqram işlənilib hazırlanıb və melorativ tədbirlərin görülür. Gübrələr də subsidiya olaraq 70 faiz güzəştlə verilir. Əsas olaraq bazarın araşdırılmasına ehtiyac var. Çünki istehsal olunan məhsulun satış problemi var. Dövlət Aqrar Tədarük Müəssiəsi bu gün istehsal etdiyimiz çayı bizdən alsa, çayçılıq inkişaf edəcək. Çünki çay elə bir məhsuldur ki, o emal olunur və 7 il müddətinə ona investisiya yatırılır və bundna sonra o artıq özü investisiyaya çevrilir və gəlir gətirir. Əldə olunan gəlirlə digər sahələrin salınmasına pul yatırmaq olur. Lakin əfsuslar ki, biz məhsulumuzu sata bilmirik", - deyə MMC rəhbəri əlavə edib.

Məhsul satılmasa, çayçılığın inkişafından söhbət gedə bilməz, deyən həmsöhbətimiz digər tərəfdən ekoloji problemlərin də müəyyən çətinliklərindən danışıb: "Bu gün çayçılığın inkişafında ekoloji durum da həssas amillərdə biridir. Yəni, su qıtlığı, quraqlıq, yağıntının olmaması problemlərə yol açır. Yağış yağmadığından ətraf mühitdə nisbi rütubətlilik aşağı düşür və bu amil də çay bitkisinin inkişafına mənfi təsir edir. Bitki yanır. Çünki havada 60 dərəcə nisbi rütubət olmasa, çay həmin ərazidə məhv olacaq. Bu səbəbdən bu gün çay yetişdirmək çox çətindir. Su tutarlarının vaxtında su ilə doldurulması və onun mütəmadi olaraq izlənilməsinə nəzarət edilməlidir ki, bataqlıqlar ləğv olunmasın, ətrafdakı su tutarları su ilə dolu olsun. Belə olan halda çay bitkisi öncəki kimi inkişaf edəcək".

Pandemiya dövründə qiymətlərə heç bir müdaxilə etmədiklərini və ümumiyyətlə, qiymətləri qaldırmaq haqda düşünmədiklərini deyən həmsöhbətimiz bunun da səbəbini kommunal xərclər, yanacağın qiymətinin qalxmaması ilə izah edir: "Bu gün dizel yanacağının qiyməti qalxmayıbsa, çay niyə bahalaşmalıdır?! Hansısa şirkət qiyməti qaldırıbsa, bu onun öz problemidir".

Ən dəyərli qonaqlara yüzillik samovardan çay
© Sputnik / Şahpəri Abbasova / Leyla Orucova

"Düşünürəm ki, çay daxili məhsuldursa, onun qiyməti qalxa bilməz. Bazardakı qiymətlər normaldır. Orta keyfiyyətli çaylar ki, onun qiymətini qaldırmaq artıq istehlakçının cibinə girməkdir", - deyə o əlavə edib.

Həmsöhbətimiz ixracla bağlı düşünmədiyini deyir: "Çay ixrac etmək fikrimiz yoxdur. Bu gün kimsə gəlib çay alacaqsa, biz ona satacağıq. Lakin özümüz ixrac bazarı axtarmırıq, çünki bu bizim üçün maraqlı deyil. Bizim üçün əsas olan yerli bazardır, bizim gələcəyimiz və körpələrimizdir. İstəyirik ki, körpələrimiz təmiz çaydan dadsınlar".  

Havaların quraqlıq keçdiyi üçün məsuldarlığın aşağı olduğunu deyən A.Yaqubov bu səbəbdən kifayət qədər məhsul yığa bilmədiklərini söyləyir. Onların ümidləri isə ancaq payıza qalıb, bəlkə olanda yağış yağar və məhsuldarlıq olar.

1947
Neft buruğu, arxiv şəkli

Azərbaycan nefti ucuzlaşıb

3
Azərbaycan neftinin qiyməti ötən il aprelin 21-də minimuma enərək 15,81 dollar, 2008-ci ilin iyulunda isə maksimuma yüksələrək 149,66 dollar olub

BAKI, 22 yanvar — Sputnik. Azərbaycan neftinin qiyməti ucuzlaşıb.

Sputnik Azərbaycan xəbər verir ki, "Azeri Light" markalı neftin bir barelinin qiyməti 0,29 dollar ucuzlaşaraq 56,55 dollar təşkil edib.

"Brent" markalı neftin qiyməti 0,69 dollar ucuzlaşaraq 55,41 dollar, "Light" markalı neftin qiyməti isə 0,70 dollar geriləyərək 52,43 dollar olub.

Qeyd edək ki, Azərbaycan neftinin qiyməti ötən il aprelin 21-də minimuma enərək 15,81 dollar, 2008-ci ilin iyulunda isə maksimuma yüksələrək 149,66 dollar olub.

3
Teqlər:
Brent, Azeri Light markalı neft, neft
Mövzu:
Neft qiymətləri ətrafındakı ajiotaj
Pomidor, arxiv şəkli

Qonşuların pomidor bəhanəsi: Yerli aqronomlar onları təkzib edir

272
(Yenilənib 20:45 21.01.2021)
"İri istixanalar virusa görə pomidor seçiminə, sort seçiminə çox diqqət edirlər. İri istixanalar mütəxəssislərlə işləyirlər və orada virusun olma ehtimalı aşağıdır" - aqronom.

Xalid Məmmədov, Sputnik Azərbaycan

BAKI, 21 yanvar — Sputnik. Qazaxıstan Azərbaycandan qeyri-müəyyən müddətə pomidor idxalını dayandırıb. Sputnik Azərbaycan xəbər verir ki, bu barədə Qazaxıstanın Kənd Təsərrüfatı Nazirliyi bildirib.

Qeyd edilib ki, yanvarın 2-dən 12-dək Azərbaycandan idxal olunan pomidorlarda qəhvəyi qırışlı meyvə virusu (Tomato brown rugose fruit virus – ToBRFV) aşkar edilib. İdxalın dayandırılması qərarı yanvarın 16-da qəbul edilib. Qadağa müvəqqəti xarakter daşıyır.

Aqronom Vüsal Hacıyev Sputnik Azərbaycan-a deyib ki, qış aylarında pomidorlarda virus xəstəliklərinin yayılma ehtimalı azdır:

"Əgər bitkilər virus xəstəliyinə yoluxubsa, onların payız və qış aylarında inkişaf sürəti azalır. İstixanalara gedib baxıram. Pomidorlarda qəhvəyi qırışlı meyvə virusuna demək olar ki, rast gəlməmişəm. Hazır şitillərin üzərində də virus gələ bilər.

Bu virus ancaq primitiv istixanalarda görülə bilər. İri istixanalar virusa görə pomidor seçiminə, sort seçiminə çox diqqət edirlər. İri istixanalar mütəxəssislərlə işləyirlər və orada virusun olma ehtimalı aşağıdır. Bizim məhsullar orqanik məhsullara yaxın məhsullardır. İl ərzində günəşli günlərin sayı çox olduğundan, bitkinin istehsal prosesi zamanı təbii bioloji proses daha çox getdiyindən bizim məhsulların insan sağlamlığına mənfi təsiri demək olar ki, yoxdur".

O qeyd edib ki, ToBRFV virusu bütün Avropa ölkələrində, xüsusən İtaliya və Fransadakı istixanalarda və açıq sahələrdə daha çox yayılıb:

"Ona görə də xaricdən gələn toxumların virus xəstəlikləri daşıyıcısı olub-olmadığı dəqiq yoxlanılmalıdır. Bizdə pomidor toxumları əsasən xaricdən gətirilir. Əsasən Hollandiyadan, Türkiyədən, İsraildən toxumlar gətirilir".

O bildirib ki, bitki xəstəlikləri və zərərvericilərinə qarşı mübarizə tədbirləri aparılır, dərmanlar vurulur: "Ancaq bəzən bu, düzgün aparılmır. Təkcə dərmanlama aparmaq kifayət etmir. Eyni zamanda, mexaniki və bioloji üsullardan da istifadə olunmalıdır. İstixanalarda virus xəstəliklərinin yayılması əsasən iki halda olur. Birincisi, toxumun özündə gəlir. İkincisi isə zərərvericilər vasitəsilə istixanaya yayılır. Burada sistemli iş aparılmalıdır. Məsələn, bir ərazidə yerləşən istixanalarda dərmanlama eyni vaxta aparılmalıdır. Və ya kimsə istixananı sökürsə, dezinfeksiya edib sökməlidir".

"Bu işlər kompleks şəkildə aparılmalıdır. Əminəm ki, müvafiq qurumlar və təşkilatlar bu məsələlərə xüsusi diqqət yetirirlər", - deyə o əlavə edib.

Qeyd edək ki, Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyi (AQTA) məsələ ilə bağlı açıqlama verəcəyini bildirib.

272
Teqlər:
aqronom, Qazaxıstan, Rusiya, "pomidor böhranı", pomidor
Azərbaycan hərbçiləri, arxiv şəkli

Müharibədə şəhid olmuş yaralanmış mədəniyyət işçilərinin ailələrinə yardım göstərilib

0
(Yenilənib 11:25 22.01.2021)
Müharibədə 10 nəfər mədəniyyət işçisi yaralanıb, ümumilikdə 162 nəfər mədəniyyət işçisinin yaxın qohumu şəhid olub.

BAKI, 22 yanvar — Sputnik. Vətən müharibəsi zamanı mədəniyyət müəssisələrində çalışan insanlar da könüllü ordu sıralarına yazılıb və onlardan 65 nəfəri səfərbərliyə cəlb olunub.

Sputnik Azərbaycan xəbər verir ki, tarixi zəfərlə başa çatan müharibədə 8 nəfər mədəniyyət işçisi şəhidlik zirvəsinə ucalıb. Müharibədə 10 nəfər mədəniyyət işçisi yaralanıb, ümumilikdə 162 nəfər mədəniyyət işçisinin yaxın qohumu şəhid olub. Ölkəmizin ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə şəhidlik zirvəsinə yüksəlmiş və yaralanmış mədəniyyət işçilərinin ailələrinə Mədəniyyət Nazirliyi və nazirliyin Həmkarlar İttifaqı tərəfindən maddi yardım göstərilib.

Şəhid ailələri və qazilərə qayğı bundan sonra da diqqətdə saxlanılacaq, bu istiqamətdə nazirlik tərəfindən layihə və tədbirlər həyata keçiriləcək.

0
Teqlər:
mədəniyyət xadimləri, müharibə, Qarabağ