Pul qabı, arxiv şəkli

İqtisadi paketlə əlaqədar yeni təkliflər var

28
Əlavə olaraq Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və digər strukturlar tərəfindən bu barədə məlumat diqqətə çatdırılacaq

BAKI, 3 avqust — Sputnik. “İqtisadi paketlə əlaqədar yeni təkliflər təqdim edilib”.

Sputnik Azərbaycan bildirir ki, bunu bu gün Nazirlər Kabineti yanında Operativ Qərargahın təşkil etdiyi brifinqdə Azərbaycan Respublikası Prezidentinin köməkçisi, Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev deyib.

O qeyd edib ki, yaxın günlərdə İqtisadiyyat Nazirliyi, aidiyyəti strukturlar tərəfindən vergi ödəyicilərinə və muzdlu işçilərini ixtisara salmamış və dövlət tərəfindən müəyyən olunmuş qanun çərçivəsində fəaliyyət göstərən vergi ödəyicilərinə münasibətdə bu şərtlər tətbiq olunacaq.

H.Hacıyev əhaliyə sosial müavinətlərin verilməsi ilə bağlı vurğulayıb ki, hazırda bununla bağlı müzakirələr davam etdirilir: “Əlavə olaraq Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və digər strukturlar tərəfindən bu barədə məlumat diqqətə çatdırılacaq”.

28
Mövzu:
Azərbaycan karantində: nikbinlər, bədbinlər, xeyirxahlar və ixtiraçılar (373)
Əlaqədar
Azərbaycanda karantin rejimi qismən yumşaldılır - DETALLAR
İcazə sisteminin ləğvindən sonra rayonlara getmək üçün kağız tələb olunacaq
"Gündəlik 200-dən çox yoluxma var. Buna da kütləvi tədbirlər səbəb olub"
Hikmət Hacıyev vətəndaşları xaricə səfər etməkdən çəkindirdi
Metro niyə bağlı qaldı?
G-20

“Böyük iyirmiliyin” toplaşacağı vaxt bəlli oldu

39
(Yenilənib 03:18 28.09.2020)
G20 - çox inkişaf etmiş və inkişafda olan ölkələrin hökumətləri və mərkəzi banklarının rəhbərlərinin klubudur.

BAKI, 28 sentyabr - Sputnik. “Böyük iyirmilik” ölkələri növbəti sammitin bu il onlayn formatda keçiriləcəyini bəyan ediblər.

Sputnik Azərbaycan bildirir ki, bu barədə G-20-nin saytında məlumat yer alıb.

Tədbir noyabrda keçiriləcək. Orada sədr Səudiyyə Ərəbistanı olacaq.

“G20 liderlərinin sammiti noyabrın 21-22-də onlayn formatda, Əlahəzrət kral Salman ben Əbdül Əziz əl Səudun sədrliyi ilə keçiriləcək”, - məlumatda deyilir.

G20 - çox inkişaf etmiş və inkişafda olan ölkələrin hökumətləri və mərkəzi banklarının rəhbərlərinin klubudur. Ümumilikdə G20 dünyanın ümumi milli məhsulunun 85%-ni, dünya ticarətinin 75%-ni (Aİ daxilində ticarət də daxil olmaqla) və dünya əhalisinin üçdə ikisini ehtiva edir. Kluba 20 milli iqtisadiyyat - ABŞ, Almaniya, Argentina, Avstraliya, Braziliya, Böyük Britaniya, İndoneziya, İtaliya, Hindistan, Kanada, Çin, Meksika, Rusiya, Səudiyyə Ərəbistanı, Türkiyə, Fransa, Cənubi Koreya, CAR, Yaponiya və Avropa Birliyi daxildir.

39
Müslüm İbrahimov

Professor: “TAP Cənubi Avropanı vacib geosiyasi məkana çevirir”

94
(Yenilənib 10:09 27.09.2020)
Almaniyanın Zigen Universitetinin professoru Müslüm İbrahimov deyir ki, layihəyə daxil olan region ölkələri iqtisadi və enerji müstəqilliyinə nail olurlar
Müslüm İbrahimov: “İri dövlətlər bu layihəyə xüsusi maraq göstərirlər”

Trans-Adriatik boru kəmərinin (TAP) istismara verilməsinə hazırlıq, eləcə də sınaqlar çərçivəsində boru kəməri Türkiyə-Yunanıstan sərhədindən Albaniyanın Fiere şəhərindəki kompressor stansiyasınadək təbii qazla doldurulub. Bunu TAP konsorsiumunun xarici əlaqələr üzrə rəhbəri Vüqar Veysəlov deyib.

Almaniyanın Zigen Universitetinin qonaq professoru Müslüm İbrahimov Sputnik Azərbaycan-a deyir ki, TAP-ın reallaşması Trans-Adriatik regionuna diqqəti arıtırıb: “Bu layihə Cənubi Avropanı vacib geosiyasi məkana çevirə bilər. Artıq iri dövlətlər bu layihəyə xüsusi maraq göstərirlər. Bunun nəticəsi olaraq regionda müəyyən problemlər ortaya çıxa bilər. Layihəyə daxil olan region ölkələri iqtisadi və enerji müstəqilliyinə nail olurlar. Bu da onları Avropa Birliyindən yardım qəbul edənlər siyahısından çıxaracaq”.

Müslüm İbrahimovun geniş şərhinə audiofaylda qulaq asa bilərsiniz 

94
ABŞ bayrağı, arxiv şəkli

ABŞ-ın Azərbaycandakı səfirliyi bəyanat yaydı

0
ABŞ kənar qüvvələrin təsiri ilə artan şiddətdə iştirakın faydasız olacağını və regional gərginliyi daha da artıracağını düşünür

 

BAKI, 28 sentyabr — Sputnik. ABŞ-ın Azərbaycandakı səfirliyi Azərbaycan və Ermənistan arasında zorakılığın artması barədə bəyanat yayıb. Sputnik Azərbaycan-ın məlumatına görə, bəyanatda deyilir.

"Dağlıq Qarabağ münaqişəsi zonasında təmas xətti boyunca mülki şəxslər də daxil olmaqla çoxsaylı itkilərlə nəticələnən genişmiqyaslı hərbi əməliyyatlar barədə məlumatlar ABŞ-ı narahat edir. Ölən və yaralananların ailələrinə başsağlığı veririk. ABŞ şiddətin artmasını ən sərt şəkildə qınayır. ABŞ Dövlət katibinin birinci müavini Stiven Biqan Azərbaycan Xarici İşlər naziri Ceyhun Bayramov və Ermənistan Xarici İşlər naziri Zöhrab Mnatsakanyanla əlaqə saxlayaraq, hər iki tərəfi dərhal hərbi əməliyyatları dayandırmağa, vəziyyətin daha da gərginləşməməsi üçün aralarındakı mövcud birbaşa rabitə əlaqələrindən istifadə etməyə və regiondakı gərginliyi daha da artıran ritorika və hərəkətlərdən uzaq olmağa çağırıb. ABŞ kənar qüvvələrin təsiri ilə artan şiddətdə iştirakın faydasız olacağını və regional gərginliyi daha da artıracağını düşünür. Tərəfləri ən qısa müddətdə substantiv danışıqları bərpa etmək üçün Minsk Qrupu həmsədrləri ilə işləməyə çağırırıq. ATƏT-in Minsk Qrupunun həmsədri olaraq ABŞ münaqişənin sülh və davamlı həllinə nail olmaq üçün tərəflərə kömək etməyə sadiq qalır".

0