Mənzil açarı, arxiv şəkli

Postpandemiya dövründə daşınmaz əmlakın qiyməti kəskin dəyişəcək - SƏBƏB

2814
(Yenilənib 13:06 03.08.2020)
Boş torpaq sahələrinin məhdud olması, torpaqların qiymətinin kəskin artması, tikitni normativlərinin sərtləşdirilməsi və s. bu kimi amillər danışnmaz əmlakın qiymətinin artacağından xəbər verir.

İradə Cəlilova, Sputnik Azərbaycan

BAKI, 3 avqust — Sputnik. Postpandemiya dövründə daşınmaz əmlakın qiyməti arta bilər. Belə ki, pandemiya dövründə satış daşınmaz əmlakın alqı-satqısı dayandığı üçün bazarda durğunluq yaranıb. Bu dövrdə sahibkarlar zərərlərini postpandemiya dövründə çıxara bilmək üçün əmlak qiymətlərini artıra bilər.

Yaşayış kompleksi, arxiv şəkli
© Official website of President of Azerbaijan Republic

Sputnik Azərbaycan xəbər verir ki, bu barədə əmlak məsələləri üzrə ekspert Elnur Fərzəliyev danışıb.

O, qeyd edib ki, 2020 ci ilin əvvəlindən başlayan koronovirus pandemiyası əksər dünya ölkələri ilə bərabər Azərbaycan iqtisadiyyatına da cox ciddi mənfi təsir görtərib: " Neftin qiymətinin düşməsi, bankların bağlanması və digər sahələrə olan yatırımların riskli olması vətəndaşlarda sabaha inamsızlıq yaradıb. Belə ki, əlində vəsaiti olan hər bir vətəndaş yeni yatırım mənbəyi və alternativlər axtarır".

Ekspertin sözlərinə görə, bu gün ölkədə ən etibarlı kapital yatırımı sahəsi məhz tikinti sahəsidir. Belə ki, 2000-ci illərin əvvələrindən inkişaf etməyə başlayan tikinti sahəsi bu gün öz pik həddini yaşayır.

"Tikinti sahəsi dəyərini qoruyub saxlayır. Bununla yanaşı, daşınmaz əmlakın qiymətlərinin artması da sübut edir ki, ən əlverişli gəlir mənbəyi tikinti sektorudur" - deyən E. Fərzəliyev bildirir ki, son 20 ildə əmlak bazarında qiymətlər 7-10 dəfə bahalaşıb.

Belə ki, 2000-ci ildə Elmlər Akademiyası metrosu yaxınlığında 1 otaqlı "xruşovka" layihəli mənzilin qiyməti 10 min manat idisə, indi bu qiymət 60-70 min manatdır.

Onun sözlərinə görə, tikinti sektoru həm də gəlir gətirən bir sahədir: "Məsələn, istənilən əmlak alındığı gündən öz dəyərinin 0.5 faizi nisbətində icarəyə verilərək, gəlir gətirə bilər".

Ekspertin fikrincə, pandemiya dövründə digər ölkələrlə sərhədlərin bağlı olması, xaricdən ölkəyə daxil olan tikinti materiallarının da qiymətlərinin artmasına səbəb olur.

Bununla əlaqədar 1 ildən çoxdur ki, çoxmərtəbəli binalaırn tikintiisndə azalma müşahidə edilir.

E. Fəzrəliyev hesab edir ki, boş torpaq sahələrinin məhdud olması, torpaqların qiymətinin kəskin artması, tikitni normativlərinin sərtləşdirilməsi və s. bu kimi amillər danışnmaz əmlakın qiymətinin artacağından xəbər verir.

"Qiymətlərin düşməsini gözləmək lazım deyil. Çünki daşınmaz əmlakın ucuzlaşmasına səbəb olacaq heç bir amil yoxdur, əksinə, bahalaşması üçün çox səbəb var. Yəni, daşınmaz əmlak üçün qiymət düşəcəyini gözləyənlər diqqətli olmalıdır" - deyə o bildirib.

2814

Prezident: Çar Rusiyası dövründə Azərbaycan xalqının neftdən gəliri sıfır səviyyəsində idi

52
Prezident: "Əgər biz vaxtilə müstəqil ölkə olsaydıq, Azərbaycan dünyanın ən zəngin ölkəsinə çevrilə bilərdi"

BAKI, 19 sentyabr — Sputnik. “Azərbaycan o ölkədir ki, ilk dəfə sənaye üsulu ilə neft XIX əsrin ortalarında Azərbaycanda hasil edilibdir. XX əsrin ortalarında tarixdə ilk dəfə dəniz yataqlarından neft Azərbaycanda hasil edilibdir. Ancaq əgər biz tarixə baxsaq görərik ki, o vaxt Azərbaycanda çıxarılan neft Azərbaycan xalqının maraqlarına xidmət etmirdi”.

Sputnik Azərbaycan xəbər verir ki, bunu Prezident İlham Əliyev sentyabrın 19-da Heydər Əliyev adına Bakı dərin özüllər zavodunda “Abşeron” yatağının dəniz əməliyyatlarının təməlqoyma mərasimindən sonra Azərbaycan Televiziyasına, İctimai Televiziyaya və Real Televiziyasına müsahibəsində deyib.

Dövlət başçısı deyib: "Əgər biz o vaxt müstəqil ölkə olsaydıq, mən tam əminəm ki, Azərbaycan dünyanın ən zəngin ölkəsinə çevrilə bilərdi. Ancaq biz müstəqil deyildik. Düzdür, o vaxt zəngin neft maqnatları əldə etdikləri gəlirlərin bir hissəsini xeyriyyəçiliyə sərf edirdilər, xüsusilə Hacı Zeynalabdin Tağıyev, Muxtarov, Əsədullayev.

Mənim babam Əziz Əliyev qədim Azərbaycan torpağı olan İrəvan xanlığı ərazisində doğulmuşdu, kasıb ailədə və oxumaq istəyirdi. Ancaq oxumaq üçün pulu yox idi. O vaxt o, Hacı Zeynalabdin Tağıyevə məktub ünvanlamışdı və xahiş etmişdi ki, ona maddi kömək göstərsin. O, həkim olmaq istəyirdi. Təbii ki, Tağıyev onu tanımırdı, ancaq bir vətənpərvər insan kimi, xeyirxah insan kimi ona pul göndərdi və o pul hesabına Əziz Əliyev Sankt-Peterburq Hərbi Tibb Akademiyasına daxil oldu, orada oxudu, gözəl həkim, görkəmli dövlət xadimi oldu.

O vaxt Bakının neft maqnatları arasında ermənilər də kifayət qədər çox idi. Onlar da Azərbaycanda qazanılan pulları bir çox hallarda Azərbaycan xalqının maraqlarına zidd işlərə yönəldirdilər. Beləliklə, çar Rusiyası dövründə Azərbaycan xalqının neftdən gəliri sıfır səviyyəsində idi.

Əgər 1920-ci ildə Azərbaycan öz dövlət müstəqilliyini əldən verməsəydi, hesab edirəm ki, yenə də ən zəngin ölkələrin birinə çevrilərdi. Çünki o vaxt da Azərbaycanda çıxarılan neft dünya neft bazarında əksəriyyət təşkil edirdi. Ancaq 20-ci ildə müstəqillik əldən getdi və Azərbaycan nefti yenə də Azərbaycan xalqına kömək etmirdi. O vaxt – xüsusilə müharibə illərində neft mədənlərində işləyən insanlar çox ağır şəraitdə yaşayırdılar, gecə-gündüz çalışırdılar. Bir rəqəmi gətirə bilərəm ki, müharibə zamanı Azərbaycanda rekord səviyyədə neft hasil edilmişdir – 23 milyon ton.

İkinci Dünya müharibəsində sovet ordusunun Qələbəsində Azərbaycan neftçilərinin xüsusi müstəsna əməyi vardır. Çünki o vaxt Sovet İttifaqının yanacağı 80 faiz Azərbaycan tərəfindən təmin edilirdi, sürtgü yağları 90 faiz Azərbaycan tərəfindən təmin edilirdi. Azərbaycanda hərbi texnika istehsal olunurdu və bu müharibədə 300 mindən çox Azərbaycan nümayəndəsi həlak oldu. Ancaq, görün, Sovet İttifaqı dağılanda biz hansı vəziyyətlə üzləşmişdik: dağılmış neft infrastrukturu. Bu gün mənə edilən təqdimatda göstərilir ki, “Neft daşları”na yeni həyat veriləcək. Çünki “Abşeron” yatağı “Neft daşları” ilə bağlı olacaq. Amma “Neft daşları” hansı vəziyyətdə idi o vaxt? Mən xatırlayıram, “Neft daşları”na ilk dəfə Prezident kimi 2004-cü ildə gedəndə ağır vəziyyət idi. Bütün platformalar çürümüşdü, dağılmışdı. Burada işləmək böyük çətinlik, böyük təhlükə yaradırdı. Neft hasilatı aşağı düşmüşdü, faktiki olaraq qaz hasilatı ölkəmizin tələbatını ödəmirdi. Bakının yarısı qazsız qalmışdı, o ki qaldı rayonlara, orada ümumiyyətlə, qaz deyilən şey yox idi”.

52
Yanacaqdoldurma məntəqəsində plastik qaba yanacağın doldurulması

SOCAR-dan Aİ-92 benzini ilə bağlı açıqlama

9
(Yenilənib 13:02 19.09.2020)
"Aİ-92 benzininin toplanmış ehtiyatlarının proqnozlaşdırılan istehlak səviyyəsinə əsasən demək olar ki, NEZ-in planlı təmiri müddətində benzin ehtiyatları daxili tələbat üçün kifayət etməlidir."

 

BAKI, 19 sentyabr — Sputnik. Heydər Əliyev adına Bakı Neft Emalı Zavodunun (NEZ) planlı təmiri müddətində Azərbaycanda daxili tələbatın qarşılanması üçün kifayət qədər Aİ-92 benzin ehtiyatı var. Bunu Sputnik Azərbaycan-a SOCAR-ın Tədbirlərin təşkili və ictimaiyyətlə əlaqələr departamentinin rəis müavini İbrahim Əhmədov deyib. O bildirib ki, pandemiyanın vurduğu ziyana baxmayaraq, SOCAR yaranmış vəziyyətdən faydalana bildi: "Ölkədəki qapanma nəticəsində mart-aprel ayından başlayaraq yanacağa tələbat səviyyəsi əhəmiyyətli dərəcədə azaldı ki, bu da zavodun fəaliyyətinin dayandığı müddətdə ehtiyat toplamağa, eləcə də müəyyən hissəni ixrac etməyə imkan verdi. Aİ-92 benzininin toplanmış ehtiyatlarının proqnozlaşdırılan istehlak səviyyəsinə əsasən demək olar ki, NEZ-in planlı təmiri müddətində benzin ehtiyatları daxili tələbat üçün kifayət etməlidir. Bu, həmçinin bizim üçün bu il bu növ yanacağın idxalına zərurət yaratmayacaq".

İ.Əhmədov bildirib ki, Azərbaycan sonuncu dəfə Aİ-92 benzinini 2014-cü ilin dekbarında ixrac edib: "2015-ci ildən başlayaraq, yəni beş ildən çoxdur ki, bz benzini ixrac etmirik, çünki büün istehsal həcmi son onillikdə əhəmiyyətli dərəcədə böyümüş daxili tələbata yönəlir. Bu il qapanma dövründə daxili bazarda benzinə tələbat azaldığı üçün biz ixracı bərpa etdik. Amma tələb səviyyəsi artıq əvvəlki həddə yaxınlaşmaqdadır".

9
Koronavirus testi, arxiv şəkli

Azərbaycanda son sutkada 148 nəfər COVID-19-a yoluxub

0
Azərbaycanda indiyədək ümumilikdə 39 042 nəfər koronavirus infeksiyasına yoluxub. Onlardan 36 601 nəfər müalicə olunaraq sağalıb.

 

BAKI, 19 sentyabr — Sputnik. Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 148 yeni yoluxma faktı qeydə alınıb, 177 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 2 nəfər vəfat edib.

Azərbaycanda indiyədək ümumilikdə 39 042 nəfər koronavirus infeksiyasına yoluxub. Onlardan 36 601 nəfər müalicə olunaraq sağalıb, 574 nəfər vəfat edib, aktiv xəstə sayı 1 867 nəfərdir.

Ölkədə son sutka ərzində 6 722, hazırkı dövrədək isə 1 047 906 test aparılıb.

0