Купюра номиналом в 200 AZN, фото из архива - Sputnik Azərbaycan
İQTİSADİYYAT
Sosial-iqtisadi gündəmə, maliyyə, biznes sahəsinə dair materiallar

Elman Rüstəmov da pozitiv cavab gözləyir

© Sputnik / Murad OrujovГлава Центрального банка Азербайджана Эльман Рустамов
Глава Центрального банка Азербайджана Эльман Рустамов - Sputnik Azərbaycan
Abunə olmaq
"Təbii ki, onlar narahatdırlar, biz onların narahatlığını başa düşürük. Artıq prosesin sonundayıq. Məhkəmə artıq olub. Biz əminik ki, bu yaxınlarda pozitiv qərarla tanış olacağıq"

BAKI, 30 iyul — Sputnik. Mərkəzi Bankın sədri Elman Rüstəmov bağlanan banklarda bloklanmış əmanətlərin qaytarılması məsələsindən danışıb.

Sputnik Azərbaycan xəbər verir ki, o vəziyyətlə əlaqədar hökumətə müraciət etdiklərini deyib: "Hökumət tərəfindən də Konstitusiya Məhkəməsinə müraciət olunub. Məhkəmə oldu və Mərkəzi Banka da, Əmanətlərin Sığortalanması Fonduna da müraciət edildi. Biz təbii ki, müraciətə əhalinin mənafeyini qoruyan ətraflı rəylə cavab verdik. Hesab edirəm ki, əhalinin burada heç bir günahı yoxdur. Bank menecerləri, bank sahibləri əhalini aldatmışdı, günahkar da onlardır. Ona görə də biz Konstitusiya Məhkəməsi qarşısında ekspert kimi də, bu istiqamətdə nəzarət göstərən orqanlar kimi də bildirdik ki, biz düşünürük ki, əhalinin hüquqları bərpa olunmalıdır".

E.Rüstəmov bildirib ki, Konstitusiya Məhkəməsi ilə daim kontaktdayıq: "Hazırda daxili prosedurlar gedir. Prosedur 1 həftə - 10 gün çəkə bilər. Biz çox pozitiv və nikbin qərara ümid edirik. Sadəcə, əhaliyə müraciət etmək istəyirəm ki, təmkinli olmaq lazımdır. Təbii ki, onlar narahatdırlar, biz onların narahatlığını başa düşürük. Artıq prosesin sonundayıq. Məhkəmə artıq olub. Biz əminik ki, bu yaxınlarda pozitiv qərarla tanış olacağıq. Bundan sonra çox qısa müddətdə bu insanların da - təxminən 1300 nəfərdən çox insanın öz əmanətlərinə çıxış imkanını təmin edəcəyimizə inanıram".

Xəbər lenti
0