Gənc ərəb ailəsi Bakıda, arxiv şəkli

Ərəblər yenə Azərbaycana gəlirlər - bu dəfə məqsədləri başqa cür xeyir verməkdir

541
(Yenilənib 12:48 30.07.2020)
Külək elektrik stansiyası tikintisinin ətraf mühitə təsirin qiymətləndirməsi prosesinin 2020-ci ilin dekabr ayında başa çatdırılması və hazırlanmış yekun hesabatın ictimaiyyətə açıqlanması nəzərdə tutulur

BAKI, 30 iyul — Sputnik. Energetika Nazirliyi, "ACWA Power" şirkəti, ətraf mühit və idarəetmə üzrə məsləhətçi şirkət "5 Capitals" və "Eko Enerji" MMC-nin nümayəndələrinin iştirakı ilə onlayn formatda 240 MVt-lıq külək enerjisi layihəsinin ətraf mühitə və sosial təsirinin qiymətləndirməsi prosesinin cari vəziyyəti müzakirə edilib.

Energetika Nazirliyinin Səudiyyə Ərəbistanı Krallığının "ACWA Power" şirkəti ilə imzaladığı İcra Müqaviləsinə uyğun olaraq 240 MVt gücündə külək elektrik stansiyasının inşa ediləcəyi ərazilərdə - Xızı və Abşeron rayonlarında ekoloji və sosial qiymətləndirmə prosesinə cari ilin mart ayından başlanılıb. Bu barədə Nazirlikdən Sputnik Azərbaycan-a məlumat verilib.

Qiymətləndirmənin beynəlxalq tələblərə uyğunluğunun təmin ediməsi məqsədilə "ACWA Power" şirkəti tərəfindən prosesə məsləhətçi şirkətlər -"5 Capitals" və "Eko Enerji" MMC cəlb edilib. Hər iki ərazidə ilkin flora və fauna tədqiqatları aparılıb. Arxeoloji, botaniki, herpetoloji və radiasiya müşahidələri yekunlaşdırılıb.

Bildirilib ki, hazırda sosioloji sorğu, müşahidələr və qiymətləndirmə davam edir.

Növbəti mərhələdə isə hava, su və torpaq nümunələrinin laboratoriya şəraitində analizi, külək enerjisi layihələri üçün zəruri sayılan səsin monitorinqi və kölgənin modelləşdirilməsi ilə bağlı tədbirlər, həmçinin maraqlı tərəflərlə məsləhətləşmələrin aparılması planlaşdırılır.

Ətraf mühitə və sosial təsirin qiymətləndirməsi prosesinin 2020-ci ilin dekabr ayında başa çatdırılması və hazırlanmış yekun hesabatın ictimaiyyətə açıqlanması nəzərdə tutulur.

Xatırladaq ki, 05 dekabr 2019-cu il tarixində Azərbaycan Respublikası Prezidenti "Bərpa olunan enerji mənbələrindən istifadə sahəsində pilot layihələrin həyata keçirilməsi tədbirləri haqqında" Sərəncam imzalayıb. 2020-ci ilin 9 yanvar tarixində isə Energetika Nazirliyi ilə Səudiyyə Ərəbistanı Krallığının "ACWA Power" və Birləşmiş Ərəb Əmirliklərinin "Masdar" şirkətləri arasında bərpa olunan enerji üzrə pilot layihələrin həyata keçirilməsi ilə bağlı icra müqavilələri imzalanıb.

541
Əlaqədar
Era sona yaxınlaşır: böyük neft şoku yaşanacaq
Nazirlikdə müzakirə: Kommunal xidmətlər ilə bağlı yeni qanun gəlir
Şahmat üsulu aydınlıq: küləklə yağış az idi, kəsəyən də öz "töhfəsini" verdi
Kommunal problemlərdən canımız qurtaracaq: Vahid Sistem köməyə gəlir
Kiçik su elektrik stansiyaları ilə bağlı inkişaf strategiyası hazırlanacaq
Yaşlı insanlar, arxiv şəkli

Pensiya yaşı artırılacaq? Rəsmi açıqlama

15
(Yenilənib 19:22 21.09.2020)
"Kişilər üçün 65 yaş artıq pensiyaya çıxmaq üçün müəyyən edilən sonuncu yaş həddidir. Bundan sonra kişilərin pensiya yaşı ilə bağlı artım olmayacaq".

BAKI, 21 sentyabr — Sputnik. Azərbaycanda bundan sonra kişilərin pensiya yaşının artırılması nəzərdə tutulmur".

Sputnik Azərbaycan-ın məlumatına görə, bunu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi nəzdində Dövlət Sosial Müdafiə Fondunun (DSMF) əməkdaşı Ayxan Məcidov "Pensiya təyinatı və hesablanma qaydaları"na həsr olunan canlı bağlantıda deyib.

A.Məcidov qeyd edib ki, hazırda yaşa görə əmək pensiyasının təyin edilməsi üçün kişilər üçün yaş həddi 65, qadınlar üçün 62 yaşdır: "Kişilər üçün 65 yaş artıq pensiyaya çıxmaq üçün müəyyən edilən sonuncu yaş həddidir. Bundan sonra kişilərin pensiya yaşı ilə bağlı artım olmayacaq. Artıq 65 yaşı olan kişilər davamlı olaraq pensiyaya çıxma imkanı əldə edə biləcəklər. Qadınlar üçün isə 62 yaş 30 iyun 2021-ci il tarixinə kimi qüvvədə qalacaq. Ondan sonra isə pensiya üçün yaş həddi 6 ay artırılacaq".

O deyib ki, son 2 ildə pensiya sahəsində ciddi islahatlar aparılıb, pensiyaçıların pensiyaya çıxma imkanlarının mülayimləşdirilməsi prosesi baş verib.

Fond rəsmisi deyib ki, 2019-cu il 1 yanvar tarixindən pensiya yaşına çatan şəxslərin 25 illik stajının tanınması əksər insanların pensiyaya çıxma imkanlarını artırdı:

"1 yanvar 2006-cı il tarixdən 1 iyul 2018-ci il tarixədək şəxsin minimum staja malik olması əsas şərtlərdən idi. Şəxsin 1 ay belə stajı var idisə, onun 2006-cı il tarixədək stajı tanındı. 25 il də pensiyaya çıxmaq üçün tələb olunan norma olduğu üçün minlərlə vətəndaş pensiyaya çıxmaq imkanı əldə etdi".

15
Teqlər:
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, "Əmək pensiyaları haqqında" qanun, pensiya təminatı, əmək pensiyaları, əmək pensiyası, pensiya yaşı, pensiya
Əlaqədar
Pensiya almaq istəyənlərə şad xəbər - stajları bir neçə il artacaq
Yaşa görə orta aylıq pensiya artıb
Pensiya və yardım kartı itənlərə xəbərdarlıq
Kişilər və qadınlar üçün yeni pensiya yaşı müəyyənləşdi
Təbii qaz

2020-ci il olduğu kimi: qaz qiymətlərini qasırğalar ekstremist qruplar təyin edir

6
(Yenilənib 19:07 21.09.2020)
Təbii qaz və xüsusilə də MTQ çox perspektivli yanacaq olaraq qalır. Lakin yüksək rəqabətli bazarda tələbat yalnız kifayət qədər aşağı qiymətlər sayəsində artacaq.

BAKI, 21 sentyabr — Sputnik, Aleksandr Sobko. Qaz bazarı tədricən bərpa olunur: Avropada və Asiya-Sakit Okean Regionunda qazın birja qiymətləri min kubmetrə görə müvafiq olaraq 130 və 150 dollar təşkil edir.

Qiymət artımının səbəbləri həm tələb, həm də təkliflə bağlıdır. Cari ilin səkkiz ayı ərzində maye təbii qazın (MTQ) ümumi idxalı cəmi 1,3 faiz olsa da, bir il əvvəlki dövrlə müqayisədə daha yüksək olub. Hindistan və Çin iyulda və avqustda MTQ idxalının kəskin artırıb.

Sadə hesablama etsək, hazırda maye təbii qaza olan qlobal tələbat ötən ilin səviyyəsindədir, boru kəməri qazına olan tələbat isə aşağıdır. Bu, Rusiyanın Avropaya ixracından da görünür. Çin də Orta Asiyadan qaz idxalını aşağı salıb. Bu arada MTQ bazarında istehsal artıb, çünki, tikilməkdə olan zavodlar artıq işə salınıb (əsasən, ABŞ-da).

Əsasən təkliflə bağlı problemlər qiymətləri sabitləşdirməyə kömək edir: Avstraliyadakı "Prelude" üzən maye təbii qaz platforması hələ də işləmir (texniki problemlərə görə). Elə Avstraliyanın özündə "Gorgon LNG" layihəsinin xətlərindən biri dayandırılıb.

Kotirovkaların bərpası hələ ki sabit görünmür, amma bəzi proqnozlara görə, istilik mövsümündə Asiyada spot qiymətləri min kubmetrə görə hətta 200 dollardan artıq ola bilər. Bu rəqəmlər bütün istehsalçılar üçün uzunmüddətli münasib qiymətlərə uyğundur. Doğrudur, bir əmma var: belə bir qiymət səviyyəsi yalnız qış üçün deyil, orta illik olmalıdır.

Amma il mürəkkəbdir, atipikdir, ona görə də uzunmüddətli perspektivlər çıxarmaq olmaz. Hamını perspektivlər maraqlandırır. Ən maraqlısı isə bundan ibarətdir ki, iyirmi il ərzində ilk dəfə olaraq yeni MTQ zavodlarının tikintisi ilə bağlı heç bir yeni sərmayə qoyuluşu qərarı qəbul edilməyib. Bu ilin yekununa dair proqnozlara görə, maksimum iki sərmayə qərarı qəbul ediləcək. Xatırladaq ki, ötən il rekord sayda sərmayə qərarı qəbul edilib – bu isə öz növbəsində üçillik sakitlikdən sonra baş verib.

Bu, niyə belə olur? Cavab sadə və aydındır: bütün neft-qaz şirkətlərinin gəlirlərində çox itkilər olub, ona görə də öz sərmayə proqramlarını ixtisar edirlər. Cavabın bir hissəsi də MTQ bazarının son illərdə paradoksal şəkildə inkişaf etməsindədir. Bir tərəfdən biz qazın cari dövrdə həddən artıq çox olduğunu, eləcə də gələcəkdə kəskin rəqabəti (Qətər, ABŞ, Rusiya, Şərqi Afrika arasında) görürük. Bunların heç biri qiymətləri artırmır və yeni layihələrə sərmayə qoymaq üçün bazara kifayət qədər siqnal göndərmir. Eyni zamanda, bazar perspektivli hesab olunur (qaza tələbat həmişə, hətta "yaşıl senarilərdə" belə artacaq).

Bazarın inkişaf lokomotivlərindən biri də neftdən uzaqlaşıb perspektivli maye təbii qaza keçməyə başlamış transmilli neft-qaz şirkətlərinin iştirakı olub. Neftin bahalı olduğu vaxtlarda neft-qaz şirkətləri ümumi gəlir zənbilindən perspektivli maye qaza yatırımlar edə bilirdilər. Neft kotirovkalarının düşməsindən sonra isə bu, transmilli neft-qaz şirkətlərini maraqlandırmır. Üstəlik, onlardan bəziləri əsəbiləşir və investisiya planlarının kəskin "yaşıllaşmasını" elan edirlər. Öz növbəsində, neftə sadiq qalmaq istəyən neft nəhənglərinin də vəziyyəti ağırdır. Bu, çətin maddi vəziyyətdə olan "ExxonMobil" şirkətinin timsalında da görünür.

Bu şirkətin planlarında iki əsas MTQ layihəsi – ABŞ-da "Golden Pass LNG" ("Qatar Petroleum" ilə birlikdə) və Mozambikdə "Rovuma LNG" var idi. Hər ikisi indi təxirə salınıb – Amerikadakı zavod ən azı bir il, Mozambikdəki zavod isə 2023-cü ilə qədər. Papua-Yeni Qvineyada fəaliyyət göstərən MTQ zavodunu genişləndirmək planlarını da ən yaxşı vaxtlara saxlayıblar.

Amerikanın digər zavodları da, təbii ki, yeni qərarlar qəbul etməyə tələsmir. Şərqi Afrikada isə bütövlükdə durğunluq əmələ gəlib. Xatırladaq ki, bu bölgənin (Mozambik, Tanzaniya) şelfi yeni perspektivli mədən mərkəzlərindən biri kimi qəbul edilir. "ExxonMobil" layihəsinin təxirə salındığı haqqında artıq məlumat verilib. "Mozambique LNG" ("Total" şirkətinin nəzarəti altında) zavoduna isə regionda fəaliyyət göstərən ekstremist qruplar mütəmadi olaraq maneə yaradır ki, bu da onun vaxtında tikintisi məsələsini sual altına qoyur. Tanzaniyada zavod planları haqqında isə son zamanlar ümumiyyətlə xatırlamırlar.

Bütün bunlardan belə bir nəticə çıxarmaq olar: ortamüddətli perspektivdə təklifin azalmasını görəcəyik. Belə olardı – Qətərin bir neçə yeni zavod üzrə planları olmasaydı. Sərmayə qoyuluşu barədə hələ ki rəsmi qərar yoxdur, lakin ilkin işlər fəal şəkildə aparılır.

Nəhayət, qeyri-müəyyənliklər yaradan daha bir amil: qiymətləndirmə mexanizmləri. Spot bazarının inkişafına baxmayaraq, son vaxtlara qədər MTQ qiymətinin neftin qiymətinə bağlılığı MTQ istehsalçılarına xərcləri qarşılamaq imkanını verirdi. Bununla yanaşı, neftin bahalığı və MTQ bazarında artan rəqabət fonunda son illər yeni müqavilələrdə bu bağlılıq əmsalı tədricən aşağı düşüb. İndi neft ucuzlaşıb, alıcıların isə köhnə, yüksək əmsallara qayıtmaq istəyəcəkləri inandırıcı deyil. Alıcıları spot qiymətləri ilə qaz daha çox maraqlandırır, üstəlik, Qətərin uzunmüddətli müqavilələrinin tədricən bitməsi ilə bu ölkənin maye qazı birjaya daxil olacaq.

Onu da xatırladaq ki, inkişaf etməkdə olan Asiya-Sakit Okean Regionu ölkələri qazın böyük həcmlərini "həzm etməyə" qadirdirlər – lakin yalnız aşağı qiymətlərdə, min kubmetrə maksimum 200 dollar səviyyəsində olan qazı.

Bütün bu amillər bazarda qeyri-müəyyənliyə və bəzi paradoksal inkişafa gətirib çıxarır. Ümumiyyətlə təbii qaz və xüsusilə də MTQ çox perspektivli yanacaq olaraq qalır. Lakin yüksək rəqabətli bazarda tələbat yalnız kifayət qədər aşağı qiymətlər sayəsində artacaq.

6
Fransada epidemioloji vəziyyət

Azərbaycanda vaksin müzakirələri: Koronavirusla gələcək mübarizəyə necə hazırlaşırıq?!

2
(Yenilənib 21:56 21.09.2020)
COVID–19 vaksini ilk növbədə risk qrupunda olanlara vurulacaq. Dövlət xətti ilə gətirilən bu vaksinlərin pulsuz olması nəzərdə tutulub.

İbrahim Həşimov, Sputnik Azərbaycan

BAKI, 21 sentyabr — Sputnik.COVID – 19 vaksini ilk növbədə risk qrupunda olanlara vurulacaq. Dövlət xətti ilə gətirilən bu vaksinlərin pulsuz olması nəzərdə tutulub. Hazırda 30 vaksindən cəmi 6-sı 3-cü, yəni sonuncu klinik fazada sınaqlardan keçirilir. Tədqiqatlar davam etdiyindən vaksinlərin effektivliyi və təhlükəsizliyi haqqında hələ fikir söyləmək mümkün deyil.

TƏBİB İdarə Heyəti yanında tibbi-elmi komitənin sədri Akif Qurbanovun Sputnik Azərbaycan-a verdiyi məlumata görə, xeyli müddətdir ki, hansı vaksinin alınacağı, onun kimlərə vurulması ilə bağlı müzakirələr aparılır. Bununla bağlı olaraq bir müddət əvvəl Səhiyyə Nazirliyi tərəfindən işçi qrupu da yaradılıb. Əsas müzakirələr isə daha effektiv olan vaksinin, həmçinin vurulan insalara əlavə təsiri olmayan vaksinin seçilməsi ətrafında gedir:

"İngiltərə-İsveç firması var. Artıq onların vaksinləri cəlbedicidir və çoxsaylı təkliflər oldu. Bu vaksinlər cəlbedici görsənir. Bundan başqa, bildiyiniz kimi Rusiya da "Sputnik V" vaksini hazırlayır, sınaqlar davam edir. Çin firmaları tərəfindən bir neçə vaksin təklif olunub. Daha sonra ABŞ şirkətləri tərəfindən də vaksinlər təklif olunur".

Akif Qurbanovun sözlərinə görə, peyvəndin ilk növbədə risk qrupunda olan insalara vurulması nəzərdə tutulub. Bura əsasən yaşı 65-dən yuxarı olan insanlar və xroniki xəstəliyi olanlar aiddir. Bununla da ölkədəki əhalinin 20 faizinin vaksinasiyası planlaşdırılır:

"Xroniki ağciyər xəstəlikləri, o cümlədən bronxial astma, xroniki ürək-damar xəstəlikləri, böyrək xəstəlikləri, metobolik sindromu olan, şəkərli diabeti olan şəxslər. Bunların hamısı elə qrupdur ki, bunlarda koronavirus infeksiyasından fəsadlaşmalar daha çox olur. Bir də ki, çoxsaylı təmaslarda işləyən şəxslər risk qrupuna daxil edilir. Məsələn, həkimlər, müəllimlər və s." – deyə Akif Qurbanov bildirib.

Peyvəndlərin ilin sonuna kimi hazır olacağı və gələn ildən insanlara vurulacağı gözlənir. Dövlət xətti ilə gətirilən bu vaksinlərin ödənişsiz olması nəzərdə tutulub. Özəl firmalar da vaksinləri alaraq ölkəyə gətirə bilər ki, bunun ödənişli olmasına dövlət qarışmır.

2
Teqlər:
vaksin, peyvənd, Rusiya, İsveç, İngiltərə, Koronavirus, COVID-19
Əlaqədar
ABŞ-dan Rusiyaya daha bir zərbə: vaksin yaradan institutu da qara siyahıya saldılar
Belarus vaksin sınağına başlayır – Hələlik Rusiya vaksininin
AstraZeneca təkrarən vaksin sınaqlarını keçirəcək
“Vaksin ehtirasları” – Mənfəət riski üstələsə, təsdiqləyəcəklər
Azərbaycanlı alim COVID-19 üçün vaksin hazırladı