Neft buruğu, arxiv şəkli

Qiymət yenə bahalaşıb, amma bu artım bizi sevindirir

8
(Yenilənib 15:08 02.07.2020)
"Brent" markalı neftin qiyməti 0,04 dollar artaraq 42,07 dollar, "Light" markalı neftin qiyməti isə 0,03 dollar bahalaşaraq 39,82 dollar olub.

BAKI, 2 iyul — Sputnik. Azərbaycan neftinin qiyməti bahalaşıb.

Sputnik Azərbaycan xəbər verir ki, "Azeri Light" markalı neftin bir barelinin qiyməti 0,73 dollar artaraq 43,75 dollar təşkil edib.

"Brent" markalı neftin qiyməti 0,04 dollar artaraq 42,07 dollar, "Light" markalı neftin qiyməti isə 0,03 dollar bahalaşaraq 39,82 dollar olub.

Qeyd edək ki, Azərbaycan neftinin bir barelinin qiyməti bu il aprelin 21-də minimuma enərək 15,81 dollar, 2008-ci ilin iyulunda isə maksimuma yüksələrək 149,66 dollar olub.

8

Azərbaycanın dövlət borcu azalıb

827
(Yenilənib 13:57 07.08.2020)
Xarici dövlət borcu beynəlxalq maliyyə institutlarından infrastruktur layihələri və maliyyələşmə proqramları üçün cəlb edilmiş kreditlərdən, həmçinin beynəlxalq maliyyə bazarlarında yerləşdirilmiş dövlət qiymətli kağızlarından ibarətdir.
İnfoqrafika: Azərbaycanın dövlət borcu
© Sputnik / Elnur Salayev

Bu il iyulun 1-nə Azərbaycanın dövlət borcu 16 682,6 milyon manat təşkil edib ki, bu da ilin əvvəli ilə müqayisədə 1,1% azdır.

Sputnik Azərbaycan Maliyyə Nazirliyinə istinadən xəbər verir ki, I yarımildə dövlət borcunun ümumi daxili məhsula nisbəti 20,7%-dən 24,5%-ə yüksəlib.

İyunun sonuna dövlət borcunun 15 232,5 milyon manatı xarici dövlət borcu, 1 450,1 milyon manatı isə daxili dövlət borcu olub. Bu, ötən ilin sonuna nisbətən müvafiq olaraq 1,4% az və 2,4% çoxdur.

6 ay ərzində xarici dövlət borcunun ÜDM-ə nisbəti 18,9%-dən 22,4%-ə, daxili dövlət borcunun ÜDM-ə nisbəti isə 1,7%-dən 1,9%-ə çatıb.

Xarici dövlət borcu beynəlxalq maliyyə institutlarından infrastruktur layihələri və maliyyələşmə proqramları üçün cəlb edilmiş kreditlərdən, həmçinin beynəlxalq maliyyə bazarlarında yerləşdirilmiş dövlət qiymətli kağızlarından ibarətdir.

Cari ilin ilk altı ayı ərzində Azərbaycanın xarici borcları ilə bağlı daha ətraflı məlumatla Sputnik Azərbaycan-ın infoqrafikasında tanış ola bilərsiniz.

827
Neft buruğu, arxiv şəkli

Neftimiz 35 dollar olacaq Büdcədə bu qiymətlə götürülüb

123
(Yenilənib 11:59 07.08.2020)
“Azəri Layt” markalı xam neftin bir barelinin satış qiymətinin təsdiq olunmuş proqnoza nisbətən (55 ABŞ dolları) 20 ABŞ dolları azalaraq 35 ABŞ dolları səviyyəsində olacağını proqnozlaşdırır.

BAKI, 7 avqust – Sputnik. Azərbaycanın 2020-ci il üçün dövlət büdcəsində neftin bir barelinin qiyməti 35 ABŞ dollarından götürülüb.  

Sputnik Azərbaycan-ın məlumatına görə, bu, “Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsi haqqında” qanunda dəyişiklik edilməsi barədə” qanun layihəsində əksini tapıb.

Layihəyə əsasən, İqtisadiyyat Nazirliyi may ayında cari ilin sonuna ümumi daxili məhsulun 3,8 faiz azalacağına dair verdiyi proqnozu iyul ayında yeniləyərək 5,0 faiz ətrafında qərarlaşacağını, “Azəri Layt” markalı xam neftin bir barelinin satış qiymətinin təsdiq olunmuş proqnoza nisbətən (55 ABŞ dolları) 20 ABŞ dolları azalaraq 35 ABŞ dolları səviyyəsində olacağını proqnozlaşdırır.

123
Qaz kəmərində partlayış, arxiv şəkli

Partlayış baş verən qaz kəməri ilə bağlı SOCAR-dan açıqlama gəldi

10
"Hələlik dəqiq bilmirik ki, partlayış olan hansı kəmərdir. Amma ehtimal olunur ki, bu, Qazalmaz qaz anbarına birləşən boru kəməridir".

BAKI, 7 avqust — Sputnik. Xəbər verdiyimiz kimi, Hacıqabul rayonunda çöllük ərazidə qaz xəttində yanğın baş verib.

SOCAR-ın mətbuat katibi İbrahim Əhmədov "Qafqazinfo"ya açıqlamasında qaz boru kəmərində baş verən partlayışı təsdiqləyib:

"Hacıqabulda bizim qaz daşımaları üçün magistral qaz boru kəmərləri çoxdur. Hələlik dəqiq bilmirik ki, partlayış olan hansı kəmərdir. Amma ehtimal olunur ki, bu, Qazalmaz qaz anbarına birləşən boru kəməridir. Qaz-İxrac İdarəsinin rəhbərliyi hazırda hadisə yerinə gedib və dəqiqləşdirmə aparılır. Partlayış yaşayış sahəsindən kənarda baş verib. Buna görə xəsarət alan da yoxdur. Boru kəməri bağlanıb və ona qaz verilmir. Boruda qaz qurtaranda yanğın da sönəcək".

İ. Əhmədov deyib ki, partlayışa görə həmin ərazidə qaz təchizatında müvəqqəti fasilə yarana bilər.

10