Bankomatdan pul çıxarır

Karantinin xeyri: Sosial ödənişləri bütün bankomatlardan faiz tutulmadan almaq olar

230
(Yenilənib 18:45 01.07.2020)
Vətəndaşların hər hansı sualı yaranacağı təqdirdə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 142 - Çağrı mərkəzinə, AMB-nin səlahiyyətlərinə aid məsələlər barədə isə "966" qaynar xəttinə zəng edə bilərlər

 

BAKI, 1 iyul — Sputnik. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Azərbaycan Mərkəzi Bankı (AMB) və Banklar Assosiasiyası əhaliyə müraciət edib.

AMB-dən Sputnik Azərbaycan-a bildirilib ki, COVID-19 pandemiyası ilə əlaqədar xüsusi karantin rejimi müddətində bankomatlar qarşısında vətəndaş sıxlığının idarə olunması məqsədilə əmək pensiyalarını, sosial müavinət, təqaüd və kompensasiya ödənişlərini, eləcə də ünvanlı dövlət sosial yardımlarını istənilən bankın bankomatından, eləcə də "Azərpoçt" MMC-nin istənilən bankomat və ya POS-terminalından hər-hansı əlavə faiz tutulmadan əldə edə bilərlər.

Vətəndaşların hər-hansı sualı yaranacağı təqdirdə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 142 - Çağrı mərkəzinə, AMB-nin səlahiyyətlərinə aid məsələlər barədə isə "966" qaynar xəttinə zəng edə bilərlər.

230
Teqlər:
faiz, bankomat, pensiya, təqaüd
Avropa Parlamentinin iclası, arxiv şəkli

Avropa Parlamenti Türkiyəyə qarşı sanksiyalar tətbiq etməyə çağıran qətnamə qəbul etdi

17
(Yenilənib 12:22 27.11.2020)
Bir oktyabr 2020-ci il tarixinə milli iqtisadiyyatda muzdlu işçilərin sayı əvvəlki ilin eyni dövrü ilə müqayisədə 2,6% artaraq 1,681 milyon nəfərə çatıb.

BAKI, 27 noyabr — Sputnik. Avropa Parlamenti Avropa İttifaqı üzv dövlətlərini Aralıq dənizindəki davranışına görə Türkiyəyə qarşı sərt sanksiyalar tətbiq etməyə çağıran qətnamə qəbul edib.

Banker.az xəbər verir ki, sənədlə bağlı səsvermə Avropa Parlamentinin Brüsseldəki plenar iclasında baş tutub.

Bildirilir ki, qətnaməyə 631, əleyhinə 3 deputat səs verib. "Parlament üzvləri Avropa Şurasını Türkiyənin qanunsuz fəaliyyəti ilə bağlı vahid mövqe tutmağa və buna cavab olaraq sərt sanksiyalar tətbiq etməyə çağırırlar", – sənəddə deyilir.

Qətnamə Türkiyənin Kiprin şimalındakı keçmiş Varoşa kurort zonasını açmaq qərarının bu problemin həlli perspektivlərini sarsıtdığını vurğulayır.

Eyni zamanda sənəddə Ankaranın Aralıq dənizi, Liviya və Suriyadakı hərəkətləri sayəsində Avropa İttifaqı ilə Türkiyə arasındakı münasibətlərin "tarixi minimuma" çatdığı qeyd edilir. Avropa İttifaqı və Türkiyə münasibətləri 10-11 dekabr sammitində diqqət mərkəzində olan mövzulardan biri olacaq.

17
Teqlər:
Brüssel, plenar iclas, Kipr, Türkiyə, Avropa Parlamenti, Sanksiya
Bakıda neft nasosları, arxiv şəkli

Azərbaycan nefti neçəyə satılır?

6
(Yenilənib 11:43 27.11.2020)
Azərbaycan neftinin bir barelinin qiyməti bu il aprelin 21-də minimuma enərək 15,81 dollar, 2008-ci ilin iyulunda isə maksimuma yüksələrək 149,66 dollar olub.

BAKI, 27 noyabr — Sputnik. Azərbaycan neftinin qiyməti ucuzlaşıb.

Sputnik Azərbaycan xəbər verir ki, "Azeri Light" markalı neftin bir barelinin qiyməti 0,09 dollar ucuzlaşaraq 48,28 dollar təşkil edib.

"Brent" markalı neftin bir barelinin qiyməti 0,14 dollar geriləyərək 47,66 dollar, "Light" markalı neftin bir barelinin qiyməti isə 0,87 dollar ucuzlaşaraq 44,84 dollar olub.

Qeyd edək ki, Azərbaycan neftinin bir barelinin qiyməti bu il aprelin 21-də minimuma enərək 15,81 dollar, 2008-ci ilin iyulunda isə maksimuma yüksələrək 149,66 dollar olub.

6
COVİD-19 xəstəsi, arxiv şəkli

Qubada yaşadıqları evi qanunsuz olaraq tərk edən koronavirus xəstələri aşkarlandı

0
(Yenilənib 13:30 27.11.2020)
Hər iki şəxs təcili tibbi yardım avtomobilinə mindirilərək koronavirusa yoluxmuş şəxslərin müalicə aldığı xəstəxanaya yerləşdiriliblər.

BAKI, 27 noyabr — Sputnik. Quba Rayon Polis Şöbəsinin əməkdaşları rayon ərazisində qurulmuş karantin postunda xidmət aparan zaman yaşadığı evi qanunsuz olaraq tərk edən koronavirus xəstəsi aşkarlayıblar.

Sputnik Azərbaycan DİN-in Mətbuat Xidmətinin Quba regional qrupundan verilən məlumata istinadla xəbər verir ki, araşdırmalarla həmin şəxsin rayonun Amsar kənd sakini Süleyman Mütəllimov olduğu müəyyən edilib.

Onun koronavirus testinin nəticəsi pozitiv olduğuna görə, ev şəraitində müalicə təyin edilsə də, ancaq S.Mütəllimov qaydaları pozaraq Qusar rayonuna getmək istəyib.

Dərhal həmin əraziyə həkim briqadası dəvət edilib və təcili tibbi yardım avtomobili ilə S.Mütəllimov yaşadığı ünvana geri qaytarılıb.

Gün ərzində şöbə əməkdaşları karantin postunda xidmət aparan zaman yaşadığı evi qanunsuz olaraq tərk edən daha iki şəxsi də aşkarlayıblar. COVID-19 infeksiyasına yoluxduğunu bilərək özünütəcrid qaydalarına riayət etməyən Şabran rayon sakini İlyas İsaqov və Bakı şəhər sakini Gülnaz Bağırova Quba rayonuna daxil olmaq istəyən zaman polis əməkdaşları tərəfindən saxlanılıblar.

Hər iki şəxs təcili tibbi yardım avtomobilinə mindirilərək koronavirusa yoluxmuş şəxslərin müalicə aldığı xəstəxanaya yerləşdiriliblər.

Qeyd edilən faktla bağlı Quba RPŞ-də araşdırmalar aparılır.

0