Xınalıq kəndi

Xaricilər Azərbaycanın üç kəndinə "göz qoyublar"

66
(Yenilənib 22:34 11.06.2020)
“Aqroturizmin inkişafı üçün Azərbaycan unikal və geniş potensiala malikdir”“Aqroturizmin inkişafı üçün Azərbaycan unikal və geniş potensiala malikdir”

BAKI, 11 iyun — Sputnik. Dövlət Turizm Agentliyi və ABŞ Beynəlxalq İnkişaf Agentliyinin (USAID) Azərbaycan üzrə missiyasının təşkilatçılığı ilə "Qlobal səyahətçilərin gözündən Azərbaycanın aqroturizm və ekoturizm potensialı" mövzusunda vebinar keçirilib.

Sputnik Azərbaycan-ın məlumatına görə, vebinarda çıxış edən USAID-in Azərbaycan üzrə missiyasının direktoru Caydev Sinqh Azərbaycanın geniş turizm potensialına malik olduğunu, eləcə də kənd təsərrüfatı ölkəsi kimi Azərbaycanda aqroturizmin inkişafı üçün çoxşaxəli imkanların mövcudluğunu, bu sahədə Dövlət Turizm Agentliyi və Azərbaycan Turizm Bürosu ilə USAID-in əməkdaşlıq etdiyini, "Aqroturizm üzrə bələdçi kitabı"nın bu əməkdaşlıq çərçivəsində hazırlandığını qeyd edib. 

Azərbaycan Turizm Bürosunun Baş icraçı direktoru Florian Zenqstşmid vebinarda çıxış edərək son illərdə qlobal turizmdə aqroturizm və ekoturizmin əhəmiyyətinin artmasını, eləcə də post-pandemiya dövründə aqroturizm kimi yeni turizm növlərinə daha çox ehtiyac yaranacağını, regionlarda aqroturizmin inkişafı istiqamətində müəyyən addımlar atıldığını, bu sahənin inkişafı üçün ölkəmizin potensialının unikal və geniş olduğunu bildirib.

O, Azərbaycan Respublikasında ixtisaslaşmış turizm sənayesinin inkişafına dair Strateji Yol Xəritəsi kənd turizminin inkişafının prioritetlərdən biri olduğunu vurğulayıb. Florian Zenqstşmid əlavə edib ki, Azərbaycanda turizmin müxtəlif növlərini, o cümlədən regional turizmi inkişaf etdirməklə dayanıqlı turizmə nail olmaq qarşıda duran əsas məqsəddir. 

F.Zenqstşmid Dövlət Turizm Agentliyi və Azərbaycan Turizm Bürosu tərəfindən regionların turizm potensialının daha effektiv istifadəsi üçün artıq 4 Destinasiya Menecmenti Təşkilatının fəaliyyət göstərdiyini deyib. O qeyd edib ki, yeni idarəetmə modeli olaraq DMT-lər yerli səviyyədə dövlət-özəl sektor tərəfdaşlığında mühüm rol oynayırlar. Eyni zamanda kiçik və orta sahibkarlığa dəstək verilməsi, müvafiq təlimlərin keçirilməsi, yerləşmə yerlərinin standartlara uyğunlaşdırılması, iş yerlərinin yaradılması, qadınların, az təminatlı şəxslərin kənd turizmində rolunun artırılması kimi məqamların əhəmiyyət kəsb etdiyi vurğulanıb.

Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində olan "Aqrar Tədarük və Təchizat" ASC-nin Layihələrin idarəolunması şöbəsinin müdiri Zaur Bayramov "Şəhərdən kəndə" layihəsi haqqında məlumat verərək bildirib ki, layihə yerli və xarici turistləri kənd yerlərinə cəlb etməklə fermerlər və aqro-sahibkarlar üçün alternativ satış kanalı və gəlir mənbəyi əldə etmək, məhsullarını birbaşa təklif etmək imkanı tanıyır.

Amerikalı turistlərin Azərbaycan kəndlərinə qastronomiya turlarının təşkilatçılığı ilə məşğul olan Fəridə Buyuran Xınalıq, Kiş, Nic və bu kimi özünəməxsus kəndlərə böyük maraq göstərildiyini, məhz etnik müxtəlifliyin, adət-ənənələrin fərqliliyinin, müasir təsirlərdən uzaq qalan kəndlərin unikallığının Azərbaycanda kənd turizminin inkişafı üçün əsas amillərdən biri olduğunu vurğulayıb.  USAID-in Azərbaycanda özəl sektora dəstək üzrə yeni "Private Sector Activity" (PSA) layihəsinin əməkdaşları Elşən Baloğlanov və Fuad Ağayev USAID-in Azərbaycanda aqroturizmin inkişafına verə biləcəyi mümkün dəstək mexanizmləri, mövcud risklər və onların aradan qaldırılması üçün standartlaşmanın vacibliyi kimi mövzular barəsində məlumat veriblər. Sonda vebinar iştirakçılarının sualları cavablandırılıb.

66
UNEC-in professoru Elnur Sadıqov

Professor: “Maliyyənin səmərəli istifadə olunma məsələsi problem olaraq qalır”

2
(Yenilənib 23:13 14.08.2020)
Professor Elnur Sadıqov deyir ki, bir təşkilat həm investisiya, həm də dövlət maliyyəsi hesabına fəaliyyət göstərirsə, burada sərbəst fəaliyyətdən danışmaq olmaz
Elnur Sadıqov: “Dövlət müəssisələri büdcədən yetərincə maliyyələşdirilir”

Prezident İlham Əliyev Azərbaycan İnvestisiya Holdinqinin yaradılması haqqında fərman imzalayıb.

Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) Maliyyə və maliyyə institutları kafedrasının professoru Elnur Sadıqov Sputnik Azərbaycan-a deyir ki, Azərbaycan İnvestisiya Holdinqinin yaradılması müasir dövrün tələblərinə cavab verən addımdır:

“Biz bilirik ki, dövlət müəssisələri büdcədən yetərincə maliyyələşdirilir. Lakin ayrılan maliyyənin səmərəli istifadə olunma məsələsi problem olaraq qalır. Bu məsələlərə aydınlıq gətirmək üçün həmin o vəsaitlər bir mərkəzdə cəmləşdirilir. Qoyulan investisiyalar sərbəst şəkildə özünü idarə etməlidir. Əgər bir təşkilat həm investisiya, həm də dövlət maliyyəsi hesabına fəaliyyət göstərirsə, burada hansı sərbəst fəaliyyətdən danışmaq olar?! Ona görə də belə təşkilatların dövlətin tərkibində qalması daha məqsədəuyğundur”.

Elnur Sadıqovun geniş şərhinə audiofaylda qulaq asa bilərsiniz

2
Neft nasosu və tanker, arxiv şəkli

İqtisadiyyat siyasəti sıxışdırıb: ABŞ Rusiyanın ən yaxşı müştəriləri sırasında

17
(Yenilənib 19:45 14.08.2020)
ABŞ özünü Venesuelanın ağır neftindən məhrum edib. Səudiyyə Ərəbistanı isə hasilatı artırmır. Nəticədə iqtisadiyyat siyasəti sıxışdırıb və ABŞ Rusiyaya müraciət etmək məcburiyyətində qalıb.

BAKI, 14 avqust — Sputnik, Natalya Dembinskaya. Yarım il ərzində ABŞ Rusiyadan 9 milyon tondan artıq neft məhsulu alıb — bu, 2004-cü ildən bəri rekord göstəricidir. Eyni zamanda, Vaşinqton Avropanın Rusiyanın enerji resurslarından asılılığının güclənməsinə imkan verməmək üçün "Şimal Axını 2" layihəsini hər vəchlə dayandırmağa çalışır. Bəs niyə amerikalılar özləri Rusiyanın enerji resurslarını alırlar? Cavabı RİA Novosti-də.

Rekord ixrac

Rusiya yanvar-iyul aylarında ABŞ-a neft məhsullarının satışından 2,2 milyard dollar qazanıb – bunlar Federal Gömrük Xidmətinin məlumatlarıdır. Okeanın o tayına 7,46 milyon tondan çox neft məhsulu göndərilib ki, bu da ümumi ixracın 12 faizidir. Hamıdan çox Niderland alıb – 12,19 milyon ton, amerikalılar ikinci yerdədirlər, üçüncü isə 4,4 milyon ton ilə Maltadır.

Özü də Niderland və Malta tranzit hablarıdır – oradan neft məhsulları başqa ölkələrə göndərilir. Yəni ABŞ-a faktiki ixrac daha da yüksək ola bilər, çünki Federal Gömrük Xidməti bu cür tədarükləri nəzərə almır.

Həqiqətən də ABŞ-ın Enerji İnformasiya Administrasiyasının (EIA) məlumatına görə, ilin ilk beş ayında Rusiya neftinin Amerika tərəfindən idxalı 68 milyon barelə və ya 9,3 milyon tona çatıb. Bu, Federal Gömrük Xidmətinin altı ay üçün olan rəqəmlərindən çoxdur, çünki EIA göndərən ölkəni deyil, istehsalçını qeyd edir.

Bundan başqa, iyulda amerikalılar Rusiya mazutunun tədarükünü artırıblar — iyuna nisbətən 16 faiz çox.

Əvəz etmək üçün heç nə yoxdur

Məsələ bundadır ki, ABŞ özünü Venesuelanın ağır neftindən məhrum edib. Bir sıra neft emalı müəssisələrinin texnologiyası isə yalnız Perm hövzəsindən və Qərbi Texasdan gələn yüngül neftdən istifadə etməyə imkan vermir. Onu Venesueladan alınan ağır neftlə qarışdırmaq lazımdır. Lakin Trampın Venesuelanın PVSDA dövlət şirkətinə qarşı sanksiyalar tətbiq etməsindən sonra Amerikanın neft emalı zavodlarında xammalla bağlı ciddi problemlər yaranıb.

"Citgo Petroleum", "Valero Energy", "Chevron" da daxil olmaqla Meksika körfəzi və şərq sahillərinin zavodları ən çətin vəziyyətə düşüb.

Səudiyyə Ərəbistanının kimyəvi tərkibcə yaxın olan nefti alternativ ola bilərdi, lakin səudiyyəlilər hasilatı artırmaqdan imtina ediblər. Nəticədə iqtisadiyyat siyasəti sıxışdırıb – ABŞ Rusiyaya müraciət etmək məcburiyyətində qalıb.

"Vaşinqton "Qazprom"un "Şimal Axını 2" kəmərinin tikintisinin başa çatdırmasına imkan verməmək üçün əlindən gələni edir. Lakin bu, iqtisadi maraqların üst-üstə düşməsi halında əməkdaşlığa mane olmur", - "Alpari" İnformasiya-Analitik Mərkəzinin rəhbəri Aleksandr Razuvayev qeyd edib.

"Dünyada baş verən son geosiyasi hadisələr neft bazarını Rusiyanın xeyrinə dəyişib. Çünki ABŞ digər iki ölkədən tədarükdən imtina edib və onlara qarşı sanksiyalar tətbiq edib. Beləliklə, "Urals" nefti yeganə əlverişli ağır neft növünə çevrilib", - "A3F Group" şirkətlər qrupunun həmtəsisçisi Aleksandr Dujnikov deyib.

Uyğun xüsusiyyətlərinə əlavə olaraq, Rusiya xammalı qiymətinə görə cəlbedicidir. Maliyyə Nazirliyinin məlumatına görə, yanvar-iyul aylarında "Urals" markasının bir bareli orta hesabla 40,34 dollara satılıb, ötən ilin yanvar-iyul aylarında isə qiymət 65,27 dollar olub.

Bundan əlavə, neft yükünün daşınma qiyməti əhəmiyyətli dərəcədə azalıb. Karantindən çıxdıqdan sonra isə yanacaq istehlakı artıb – insanlar daha çox hərəkət etməyə və təyyarələrdə uçmağa başlayıblar.

Sənaye böhranı

Neft qiymətlərinin çökməsi səbəbindən ABŞ-da qazma qurğularının sayı minimuma enib. "Dakota Access" neft kəməri ekoloji qanunvericiliyin pozulması səbəbindən bağlanıb.

Gündəlik hasilat 13,1 milyondan 11,1 milyon barelə düşüb. Üstəlik, bu, ABŞ-ın ən məhsuldar şist hövzələri olan Perm, İql-Ford, Bakken, Niobrom, Anadarko, Appalaç və Heynsvil hövzələrində də müşahidə olunur. EIA-nın avqustun 11-də nəşr etdiyi proqnoza görə, bu il sənayenin orta istehsal gücü gündə 11,26 milyon barel, 2021-ci ildə isə 11,14 milyon barel təşkil edəcək. Dekabradək məhz amerikalılar dünya neft tədarükünün azaldılmasına ən böyük töhfəni verəcəklər. Bunu EIA proqnozlaşdırır.

"Haynes & Boone" şirkətinin məlumatına görə, yanvardan etibarən ümumi borcu 25,2 milyard dollar olan 36 neft-qaz şirkəti müflisləşmə prosedurunu işə salıb. Onların arasında ən böyük şist şirkətlərindən biri "Whiting Petroleum", həmçinin "California Resources" və şist sənayesinin pioneri "Chesapeake Enеrgy" var. İyunda başqa bir böyük şist istehsalçısı - "Extraction Oil & Gas" borc faizlərini vaxtında ödəyə bilməyib və iflas proseduruna başlamaq üçün məhkəməyə müraciət edib.

"Rystad Energy" şirkətinin qiymətləndirmələrinə görə, ilin sonuna qədər, demək olar ki, Amerikanın 150 neft-qaz şirkəti özünü iqtisadi cəhətdən müflis elan edəcək.

ABŞ-da şist hasilatı gündə beş milyon bareldən aşağı düşə bilər. "ShaleProfile Analytics" proqnozlaşdırır ki, nəticədə sənaye istehsal güclərinin üçdə birini itirəcək.

17
Mövzu:
Neft qiymətləri ətrafındakı ajiotaj
Əlaqədar
Era sona yaxınlaşır: böyük neft şoku yaşanacaq
Şist kollapsı: ABŞ neft hasilatının düşməsi üzrə rekordsmen olacaq
Vaşinqton Avropanı həqiqətən cəzalandırmaq qərarına gəlib
Qərar verilib: Çini on ölkə boğacaq. Rusiyanı da dəvət edəcəklər?
Rəqabətə tab gətirmədi: Avropa və Asiya Amerikanın maye qazından imtina edir
AZAL şirkətinin sərnişin təyyarəsi, arxiv şəkli

Xaricdəki azərbaycanlıların gətirilməsi ilə bağlı problemlər var

0
(Yenilənib 11:55 15.08.2020)
Azərbaycanda olan Rusiya vətəndaşlarının quru yolu ilə ölkəsinə getməsi təmin olunur, eyni zamanda da eyni marşrut üzrə Rusiyada olan vətəndaşlarımızın müəyyən qrafiklə ölkəmizə keçidi təmin olunur

BAKI, 15 avqust — Sputnik. "Xaricdə olan vətəndaşların gətirilməsi ilə bağlı ciddi problemimiz var. Uçuş reyslərinin təşkilində müəyyən çətinliklər var. Mərkəzi Asiya, Qazaxıstan, Türkmənistanda bir neçə vətəndaşımız qalıb ki, gələn həftə onların bərə ilə gətirilməsi təşkil olunacaq".

Sputnik Azərbaycan xəbər verir ki, bu sözləri Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının xarici əlaqələr şöbəsinin rəhbəri Hikmət Hacıyev deyib.

O bildirib ki, Azərbaycanda olan Rusiya vətəndaşlarının quru yolu ilə ölkəsinə getməsi təmin olunur, eyni zamanda da eyni marşrut üzrə Rusiyada olan vətəndaşlarımızın müəyyən qrafiklə ölkəmizə keçidi təmin olunur: "Eyni mexanizmlə Gürcüstanda olan vətəndaşlarımızın və Azərbaycanda olan Gürcüstan vətəndaşlarının da keçidi təmin olunur".

0