Supermarketdə qadın, arxiv şəkli

Qiymətləri 3-5 dəfə bahalandırmaq üçün səbəb, yoxsa dünyaya təbiiliklə meydan oxumaq?

438
(Yenilənib 20:29 06.06.2020)
"Dünyada orqanik məhsul istehsalına böyük tələbat var və qiymətlər də ənənəvi məhsullardan 3-5 dəfə baha olur" - Elçin Ələkbərov

Nigar İsgəndərova, Sputnik Azərbaycan

BAKI, 6 iyun — Sputnik. Bu gün orqanik məhsullara görə biosertifikatların hər bir ölkənin özünün yerli şirkəti tərəfindən verilməsi zaman itkisi ilə yanaşı, xərcləri də azaldır. Azərbaycanda isə hələlik belə bir şirkət yoxdur. Lakin artıq bu təcrübənin ölkəmizdə də reallaşdırılması, ekoloji təmiz məhsul istehsal edən fermerlərin işlərinin asanlaşdırılması,  orqanik məhsul istehsalını stimullaşdırmaq üçün müəyyən addımlaırn təməli qoyulub.

Sputnik Azərbaycan hazırda bu istiqamətdə görülən işləri araşdırıb. "Bio Azərbaycan" şirkətinin rəhbəri Elçin Ələkbərov Sputnik Azərbaycan-a açıqlamasında bu haqda danışıb: "Ötən il təsis olunan şirkətin əsas hədəfi ölkəmizdə orqanik məhsul istehsalçılarına beynəlxalq sertifikatların verilməsi və milli məhsulların dünya bazarlarına çıxarılmasını təmin etməkdir. Hazırda bu sahədə bir neçə xarici şirkətlərlə əməkdaşlıq edirik və bu ildən etibarən orqanik sertifikasiya şirkətlərindən birinin nümayəndəliyi olaraq sertifikatların verilməsinə başlayacağıq. Gələcəkdə istər qida, istərsə də qeyri-qida sertifikatlarının da verilməsi planlaşdırılır. Biz eyni zamanda beynəlxalq akkreditasiya əldə edərək region ölkələrinə də xidmətlər göstərməyi planlaşdırırıq".

"Şirkətimizi təsis etməzdən öncə ölkəmizin ekoloji təmiz məhsul istehsalı və ixrac potensialı ilə bağlı ciddi araşdırma və təhillər apararaq belə bir qənaətə gəldik ki, orqanik məhsul istehsal potensialımız böyük olsa da bu sahədə peşəkar milli sertifikasiya şirkətlərinin, mütəxəssislərin çatışmazlığı orqanik məhsul istehsalçılarını narahat edir və buna görə də çox gəlirli sahə olan orqanik məhsul istehsalı zəif inkişaf edir. Bu sahədə Ekoloji təmiz məhsul istehsalçıları və ixracatçıları ictimai birliyinin (AOPE) fəaliyyətini yüksək dəyərləndiririk. Bu təşkilat biznes assosiasiyası olsa da xüsusilə “sağlam həyat - sağlam gələcək” ideyası üzərində fəaliyyətini qurub. Biz şirkətimizi məhz AOPE-nin təşkil etdiyi tədbirlərdə iştirak etdikdən sonra təsis etməyə qərar verdik", - deyə o əlavə edib.

Azərbaycanda biri on beş manata satılan yumurta: internetdən soraqlaşıb alırlar - FOTO>>

Beynəlxalq sertifikasiya şirkətləri ilə birgə əməkdaşlıq edərək orqanik sertifikatları verməyi planlaşdıran E.Ələkbərov deyir ki, hazırda ölkəmizdə dünya tərəfindən tanınan sertifikatları verən bir şirkət olmadığından orqanik məhsul istehsalçıları bu sertifikatları əldə etmək üçün başqa ölkələrə üz tutmaq məcburiyyətində qalırlar:

"Bu isə o deməkdir ki, müraciət edən şirkətin tələbi ilə sertifikasiyanı həyata keçirən qurum Azərbaycana gəlmək məcburiyyətində qalır. Belə halda yerli şirkətimiz daha çox vəsait xərcləməli olur. Bu da məhsulun maya dəyərinin daha da artması deməkdir. Məqsədimiz sertifikasiya işini Azərbaycanda təşkil edərək bu çətin prosesi asanlaşdırmaqdır. Belə olarsa, həmin məhsulun maya dəyəri də aşağı düşər və milli orqanik məhsullarımız “Made in Azerbaijan” markası ilə dünya bazarlarına çıxar".

"Ölkəmizin milli sahibkarı kimi bizi bir başqa məqam da ciddi narahat edir. Belə ki, ölkəmizdə bir çox hallarda fermerlər, xüsusilə kiçik fermerlər orqanik standartlarda məhsul istehsal etsələr də onlar orqanik sertifikata sahib olmadıqlarına və ya ümumiyyətlə bundan xəbərsiz olduqlarına görə məhsullarını orqanik olmayan məhsulun qiymətinə bazarlara çıxarırlar və həm sahibkar, həm də makroiqtisadi baxımdan ölkə iqtisadiyyatı ciddi maliyyə itkilərinə məruz qalır. Mən iki dəfə - 2018 və 2020-ci illərdə - Almaniyanın Nürnberq şəhərində hər il keçirilən BioFach beynəlxalq orqanik məhsullar sərgisində iştirak etmişəm və şəxsən şahid olmuşam ki, dünyada orqanik məhsul istehsalına böyük tələbat var və qiymətlər də ənənəvi məhsullardan 3-5 dəfə baha olur. Biz bu sahədə sertifikatlaşmanı sahibkar üçün asan və əlçatan etməliyik ki, o, rahatlıqla və müvafiq dəyərə sertifikat alaraq məhsullarını dünya bazarlarına çıxara bilsin", - deyə o əlavə edib.

Rusiya bazarında tələbatın azalması Azərbaycanda aqrar sektora ziyan vurub>>

Elçin Ələkbərov hazırda milli iqtisadiyyatın inkişaf etməsi üçün dövlət qurumları ilə sıx əməkdaşlıq etdiklərinə də diqqət çəkib: "Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu (AZPROMO), Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA), Qida Təhlükəsizliyi Agentliyi, Kənd Təsərrüfatı Nazirliyi orqanik məhsul istehsalının stimullaşdırılmasında fəal olaraq dəstək verirlər. Eyni zamanda “Ekoloji Təmiz Məhsul İstehsalçıları və İxracatçıları” İctimai Birliyi də bu sahədə müstəsna xidmətlər göstərir".

438
Əlaqədar
Dünyanın səkkizinci möcüzəsi: Əfsanəvi asma bağdan “Ağıllı bağ”a
Qorxmağa da səbəb yoxdur: Aldığımızı almışıq, bir azdan özümüzünkü də yetişəcək
Gözəl və gəlirli: Qızılgül milyardlarla dollara gəl-gəl deyir
Varlıların qidası: ət sadə amerikalılar üçün əlçatmaz olub
Biri ölməsə, o biri dirilməz - "Ağ qızıl" bizi ağ günə çıxaracaqmı?
Baytar məntəqələri tarixə qovuşur – Hər heyvanın öz “həkimi” olacaq, özü də müqavilə ilə
Mal əti satışı, arxiv şəkli

Azərbaycana mal əti dərman idxalı artıb

17
(Yenilənib 23:00 22.10.2020)
Təzə meyvə idxalı 15,1%, bitki yağları 2,9%, kərə yağı, digər süd yağları və pastaları 38,9%, çay 5,9%, kartof 1,2%, təzə tərəvəz 29,9%, minik avtomobilləri 28,8% və s. artıb.

Xalid Məmmədov, Sputnik Azərbaycan

BAKI, 22 oktyabr — Sputnik. 2019-cu ilin yanvar-avqust ayları ilə müqayisədə 2020-ci ilin yanvar-avqust aylarında ölkəmizə təzə meyvə idxalı 15,1%, bitki yağları 2,9%, kərə yağı, digər süd yağları və pastaları 38,9%, çay 5,9%, mal əti 18,4%, kartof 1,2%, təzə tərəvəz 29,9%, minik avtomobilləri 28,8%, dərman vasitələri 1,7 dəfə, hesablama maşınları, blok və qurğuları 14,8%, qara metallardan çubuqlar 1,8 dəfə, məişət soyuducuları 3,1% artıb.

Sputnik Azərbaycan bu barədə Dövlət Statistika Komitəsinə istinadla məlumat verir.

Bu ilin 8 ayında buğda idxalı 20,1%, xam şəkər və şəkər 0,4%, quş əti və onun əlavə məhsulları 9,9%, siqaretlər 78,9%, qara metallardan borular 12,7%, polad prokatı 7,7%, mineral gübrələr 5,7%, rezin şinlər 20,2%, məişət kondisionerləri 30,9%, mebellər 23,6%, yük avtomobilləri 13,4%, polietilen 27,5%, paltaryuyan maşınlar 11,1%, qara metallardan künclüklər 8%, avtobuslar 56,1%, sement və sement klinkerləri 27,1% azalıb.

17
Neft buruğu, arxiv şəkli

Dünyada neft ucuzlaşır

9
(Yenilənib 11:00 22.10.2020)
Neftin qiyməti qlobal neft tələbatının bərpa prosesinin ləngidiyinə dair narahatlıqlar fonunda ucuzlaşır.

BAKI, 22 oktyabr — Sputnik. Azərbaycan neftinin qiyməti ucuzlaşır.

Sputnik Azərbaycan xəbər verir ki, "Azeri Light" markalı neftin bir barelinin qiyməti 0,52 dollar ucuzlaşaraq 41,49 dollar təşkil edib.

"Brent" markalı neftin qiyməti 0,16 dollar geriləyərək 41,57 dollar, "Light" markalı neftin qiyməti isə 0,19 dollar ucuzlaşaraq 39,84 dollar olub.

Qeyd edək ki, neftin qiyməti qlobal neft tələbatının bərpa prosesinin ləngidiyinə dair narahatlıqlar fonunda ucuzlaşır.

Xatırladaq ki, Azərbaycan neftinin bir barelinin qiyməti bu il aprelin 21-də minimuma enərək 15,81 dollar, 2008-ci ilin iyulunda isə maksimuma yüksələrək 149,66 dollar olub.

9
Армянская военная форма

Ermənistan son günlərdə hərbi əməliyyatlarda ölən hərbçilərinin siyahısını açıqlayıb

0
(Yenilənib 00:18 23.10.2020)
Ermənistan hökuməti oktyabrın 22-də Dağlıq Qarabağ münaqişəsində həlak olan hərbi qulluqçularının növbəti siyahısını açıqlayıb.

BAKI, 22 oktyabr - Sputnik. Ermənistan hökuməti oktyabrın 22-də Dağlıq Qarabağ münaqişəsində həlak olan hərbi qulluqçularının yeni siyahısını açıqlayıb.

Sputnik Azərbaycan Ermənistan KİV-lərinə istinadən xəbər verir ki, bugünkü siyahıda 26 nəfərin adı yer alıb.

Bu günədək Ermənistan tərəfinin açıqladığı itkilərin sayı 900 nəfərə çatıb.

Qeyd edək ki, qarşı tərəf itkilərinin sayını məqsədyönlü şəkildə gizlədir.

0
Əlaqədar
MN: Ermənistan rəhbərliyi cəbhədə verdiyi ağır itkiləri yaddan çıxarıb
Madagiz-Ağdərə istiqamətində ermənilərin itkiləri açıqlandı
Ermənistan ordusu ağır itkilər verməyə davam edir - VİDEO
İtkilər üzə çıxır? Ermənistan ordusunun əsgəri ölüb
"Ermənistanın verdiyi itkilər arasında xaricdən gətirilən muzdlular çoxluq təşkil edir"