Daşkəsən rayonunda yerləşən Çovdar qızıl və gümüş yatağı, arxiv şəkli

Qızıla görə Daşkəsənə güvənə bilərik

29
(Yenilənib 22:43 22.05.2020)
Hazırda Çovdar yatağının ümumi resurslarının həcmi 1661.0 min unsiya (və ya 51,5 ton) qızıl kimi hesablanır

BAKI, 22 may — Sputnik. "AzerGold" Qapalı Səhmdar Cəmiyyəti (QSC) həyata keçirdiyi intensiv kəşfiyyat işləri nəticəsində Daşkəsən rayonunda yerləşən Çovdar qızıl və gümüş yatağınının metal resurslarının 47% həcmdə artımına nail olub. "AzerGold"dan Sputnik Azərbaycan-a verilən məlumata görə, öncə aparılmış kəşfiyyat işləri nəticəsində Çovdar yatağının qızıl resurslarının həcmi 1127.5 min unsiya (və ya 35 ton) təşkil edirdi. Hazırda yatağın üst hissəsinin istismarı çərçivəsində hasilat işləri uğurla aparılır. Yatağın dərin qatlarında filiz həcmi üzrə göstəricilərin, bununla da layihənin iqtisadi səmərəliliyinin artırılması məqsədi ilə Cəmiyyət tərəfindən 2018-2019-cu illərdə genişmiqyaslı buruq-qazma əməliyyatları aparılmış, ümumilikdə 28 min metrdən çox dərinlikdə 145 geoloji quyu qazılmışdır. Nəticədə, yatağın resurları 533.5 min unsiya (və ya 16,5 ton) həcmində artırılmış və bu rəqəmlər beynəlxalq ekspertlər tərəfindən təsdiqlənib. Beləliklə, hazırda Çovdar yatağının ümumi resurslarının həcmi 1661.0 min unsiya (və ya 51,5 ton) qızıl kimi hesablanır.

Qeyd edək ki, Çovdar yatağının birinci - yerüstü mərhələsinin istismarı 2017-cı ildən etibarən həyata keçirilir. Hazırda yatağın ikinci - dərin qatlarının istismarı mərhələsi üzrə texniki və iqtisadi tədqiqat işləri beynəlxalq məsləhətçi şirkətin nəzarəti ilə həyata keçirilir və yaxın gələcəkdə layihə üzrə Texniki-İqtisadi Əsaslandırma və Ətraf Mühitə Təsirin Qiymətləndirilməsi sənədlərinin hazırlanmasıüzrə işlərin yekunlaşdırılması gözlənilir. İkinci mərhələnin icrasına 2024-cü başlanılması planlaşdırılır.

29
Əlaqədar
Qızıl həmişə parıldayır – Pandemiya dövründə də
Qızıl açar hər qapını açar - Bu atalar sözünün nə qədər real olması əməldə yoxlanılacaq
Koronavirus qızılı da vuracaq?
"AzerGold" 12 mln. dollarlıq qızıl-gümüş ixrac edib
Elşad Məmmədov

Azərbaycan iqtisadiyyatı maliyyə amnistiyasından qazanclı çıxa bilərmi professor danışır

26
(Yenilənib 11:36 05.06.2020)
Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) professoru Elşad Məmmədov deyir ki, amnistiyaya düşən kapital ölkə iqtisadiyyatının inkişafına yönəldilməlidir
Elşad Məmmədov: “Amnistiya xatirinə amnistiya verilməməlidir”

“Maliyyə amnistiyasının verilməsinin effektiv olması üçün konkret şərtlər müəyyənləşdirilməlidir”. Bunu Sputnik Azərbaycan-a açıqlamasında Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) professoru Elşad Məmmədov deyib.

Professor bildirib ki, amnistiyaya düşən kapital ölkə iqtisadiyyatının inkişafına yönəldilməlidir: “Bunun üçün müvafiq normativ hüquqi aktlarda bu barədə konkret müddəaların əks olunması zəruridir. Çünki kapital sahiblərinin buna maraq göstərməməsinin şahidi ola bilərik. Yəni amnistiya xatirinə amnistiya verilməməlidir”.

Qeyd edək ki, deputat Əli Məsimli Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında “Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsinin icrası haqqında” qanun layihəsinin müzakirəsi zamanı maliyyə və əmlak amnistiyası ilə bağlı görülən işlərin sürətləndirilməsinin vacib olduğunu bildirib.

Elşad Məmmədovun geniş şərhinə audiofaylda qulaq asa bilərsiniz

26
Avtomobillərin utilizasiyası, arxiv şəkli

Bir kupon, üç (min) manat pul, Azərbaycan maşını: o olmasın, bu olsun

317
(Yenilənib 01:15 05.06.2020)
Əslində bəzi avtomobillər hərəkətdə olsa belə, texniki baxışdan keçirilməməlidir. Amma vətəndaş hansısa yolla istismar müddəti keçmiş avtomobili texniki baxışdan keçirə bilir

İradə Cəlilova, Sputnik Azərbaycan

BAKI, 5 iyun — Sputnik. Bu gün şəhərin küçələrində istismar müddətini keçmiş avtomobillərə rast gəlinir.

Hələ Azərbaycan Prezidentinin 2018-ci il 27 dekabr tarixli Sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında yol hərəkətinin təhlükəsizliyinə dair 2019-2023-cü illər üçün Dövlət Proqramı"nda 2019-2020-ci illər üçün nəqliyyat vasitələrinin utilizasiya proqramının hazırlanması nəzərdə tutulsa da, görünən odur ki, bu istiqamətdə iş görülməyib.

Ötən il "Təmiz Şəhər" ASC avtombillərin utilizasiyası ilə bağlı layihənin hazırlanması üçün tender elan edib. Tenderin qalibi "Eko Enerji" MMC olub.

Ancaq hələ ki, məsələdən heç bir xəbər yoxdur. Nəqliyyat məsələləri üzrə ekspert Elməddin Muradlı Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, Azərbaycanda 2018-ci il dekabr ayında yol hərəkətinin təhlükəsizliyinə dair dövlət proqramı imzalanıb və bu dövlət proqramında istismar müddətini başa vuran, daha doğrusu, istismara yararsız nəqliyyat vasitələrinin utilizasiya prosesi öz əksini tapıb. Və bu prosesin incəlikləri də orada qeyd olunub: "Lakin təxminən il yarım vaxt keçsə də, hələ ki, bu proqram qəbul olunmayıb. Utilizasiya prosesi necə və hansı formada, nə vaxt həyata keçiriləcək - hələlik məlum deyil. Və bununla bağlı bir şirkət də müəyyənləşdirilib. İndi həmin şirkət əslində bu proqramı hazırlamalıdır. Şirkətə vəsait də köçürülüb ki, proqram qəbul olunsun və təhvil verilsin, onun forması müəyyənləşdirilsin. Hələlik bu istiqamətdə hər-hansı bir addım atılmayıb. Sadəcə olaraq, bu məsələ barədə müəyyən fikirlər dolaşır".

Ekspertin fikrincə, köhnə avtomobillər çıxdaş olunmalı, istismardan yığışdırılmalıdır. Çünki onlar təhlükə mənbəyidir:

"Bu təhlükə isə yol nəqliyyat hadisələrində özünü daha qabarıq şəkildə göstərir. Yəni hər-hansı bir qəza baş verəndə istismar müddətini başa vurmuş, nasaz avtomobil daha ağır nəticələr verir. Eyni zamanda bu nəqliyyat vasitələri digərləri üçün də təhlükə mənbəyidir. Ekoloji normaların pozulmasına səbəb olur. Bu, avtomobillərin çıxdaş edilməsi, utilizasiya prosesi ilə bağlı bir məsələdir".

Ekspertin fikrincə, prosesin möhkəmləndirilməsi, ciddi şəkildə əməl edilməsi, onun tezliklə icra edilməsi vacib bir məsələdir.

"Dövlət proqramında əksini tapan məsələlər tezliklə icra olunmalıdır və bunların həlli mexanizmi tapılmalıdır. Həm də elə etmək olar ki, insanlar narazı qalmasınlar. Məsələn: avtomobillərini utilizasiyaya verən şəxslərə öz ölkəmizin istehsalı olan maşınları sərfəli qiymətə satmaq olar və yaxud xarici ölkədən daha sərfəli qiymətə bir maşın gətirməsinə şərait yaratmaq olar".

Nəqliyyat məsələləri üzrə ekspert Eldəniz Cəfər bildirib ki, utilizasiya ilə bağlı qərar hələ ötən il verilib. Bundan sonra avtomobillərin utilizasiyası üçün layihə hazırlanması bir şirkətə həvalə olundu. Və sonra həmin məsələ barədə heç bir məlumat verilmədi: "Əlbəttə ki, köhnə avtomobillər atmosferə zərər vurur. Eyni zamanda ətraf mühitə də zərərlidir. İstismar müddəti bitmiş avtomobillərdən xaric edilən zərərli maddələr torpağa, hətta suya da çata bilir.

Avtomobillərin utilizasiya proqramını bu qədər yubandırmağın yeri yoxdur. Bu, imkan daxilində tez bir zamanda həllini tapmalıdır. Avtomobillərin utilizasiya proqramı olduqca tez hazır olmalıdır.

Yeri gəlmişkən, bu proqram ictimai müzakirəyə çıxarılmalıdır. Media təmsilçiləri, avtomobil üzrə ekspertlər bu proqramın hazırlanmasında iştirak etməlidirlər. Ancaq təəssüf ki, bu proqram haqqında, proqramın layihəsinin hazırlanması haqqında heç bir xəbər yoxdur. Sadəcə bir xəbər yayılıb ki, utilizasiya proqramı bir şirkətə tapşırılıb. Və o şirkət layihəni hazırlayır. Başqa heç bir şey elan olunmayıb".

Ekspert əlavə edib ki, avtomobillərin utlizasiyası ilə bağlı məsələlər kənarda qalıb, problem isə zərər vurmaqda davam edir.

E.Cəfərin fikrincə, yalnız köhnə avtomobillərin yığılması ilə işi bitmiş hesab etmək olmaz. Elə bir proqram hazırlanmalıdır ki, onun çərçivəsində vətəndaşlar avtomobillərini özləri könüllü şəkildə təhvil versinlər.

Bu səbəbdən də vətəndaşlara müəyyən güzəştlər tətbiq edilməlidir: "Eyni zamanda ekoloji təmiz avtomobillərin Azərbaycana gətirilməsi və alınması stimullaşdırılmalıdır. Bu məsələ dövlət proqramına salınsa da, hələ ki, bu istiqamətdə tutarlı iş görülməyib. Ekoloji təmiz avtomobillərin gömrük rüsumları, bank faizləri çox yüksəkdir. Bu məsələlər həllini tapmalıdır ki, utilizasiya proqramı həyata keçirilsin".

"Eko Enerji" MMC-nin direktoru Çingiz Orucov Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, artıq onlara həvalə edilmiş plan və məsləhətləşmələr hazırlanaraq "Təmiz Şəhər" ASC-yə təqdim edilib.

"Biz Avtomobilçilər Assosiasiyası ilə müzakirələr apardıq, bazar qiymətlərini araşdırdıq. Əvvəlcə bəzi ölkələrin praktikasında olduğu kimi avtomobillərin utilizasiyası üçün nəğd pulun verilməsi nəzərdə tutulurdu. Sonra qərar verildi ki, nəğd pul verilməsin. Bunun əvəzində avtomobili utilizasiya ediləcək vətəndaşa avtomobilin həcminə görə 1500-3000 manat dəyərində kupon verilsin. Vətəndaş bu kuponla Azərbaycanda istehsal edilən avtomobilləri ala biləcək".

Ç.Orucov qeyd edib ki, təklifə görə, kuponlar bir dəfə əl dəyişdirə bilər.

Ölkə avtomobil bazarında Azərbaycan istehsalı olan yeni avtomobilin minimum qiyməti 8500 manatdan başlayır. Ancaq bəzi vətəndaşlar var ki, onlar avtomobillərini utilizasiyaya verib 1500 manatlıq kuponu əldə etdikdən sonra imkanı yoxdur ki, yeni avtomobil alsın. Bu səbəbdən vətəndaşa imkan veriləcək ki, əldə etdiyi kuponu bir dəfəyə sata bilsin.

Digər problem isə utilizasiya ediləcək avtomobillərin texniki baxışdan keçirilməsidir. Əslində bəzi avtomobillər hərəkətdə olsa belə, texniki baxışdan keçirilməməlidir. Amma vətəndaş hansısa yolla istismar müddəti keçmiş avtomobili texniki baxışdan keçirə bilir.

Ümumiyyətlə, ölkə avtomobil fondunun yenilənməsi, istismar müddəti bitmiş avtomobillərin utilizasiya edilməsi üçün texniki baxış məsələsinə yenidən göz gəzdirilməlidir.

317
Əlaqədar
Nə “halva, halva” deyəndə ağız şirin olmur, nə də “neft, neft” deyəndə benzin ucuzlaşmır
Avtomobil almaq istəyənlər indidən düşünsünlər – Sonra gec ola bilər
Müddəti bitmiş sürücülük vəsiqələri ilə bağlı qərar dəyişdi
Xarici qeydiyyatlı avtomobillərin gətirilmə qaydası dəyişdi
Pis oğul dayısına çəkər: bölüb satanda tutuldu

“Maska rejimi? Xəbərimiz yoxdur”: Bakıda karantinə necə riayət edirlər

2
(Yenilənib 14:06 05.06.2020)
Karantinin zəifləməsi Bakıda daha çox obyektlərin və əyləncə mərkəzlərinin açılmasına şərait yaradıb. Sputnik Azərbaycan maska rejiminin tətbiq edilməsindən sonra vəziyyətə göz gəzdirmək qərarına gəlib.

Azərbaycan Respublikası Nazirlər Kabinətinin qərarına əsasən iyunun 1-dən ictimai nəqliyyat, bazar, ticarət obyektləri, dövlət idarələri və şəxsi müəssisələrdə maskaların taxılması məcburidir. Bu tələbin pozulmasına görə fiziki şəxslər 50 manat, vəzifəli şəxslər 100 manat, hüquqi şəxslər isə 200 manat məbləğində cərimə ödəməli olacaq.

“Tətillərin” şok effekti: “Sədərək” TM karantindən sonra yenidən canlanır – video>>

Bundan başqa açıq havada, sosial məsafənin saxlana bilməyəcəyi yerlərdə, maska və analoji vasitələrin taxılması mütləqdir. Amma Sputnik Azərbaycan-ın müşahidələrinə görə bir çox vətəndaşımız bu qaydaya məhəl qoymur. Bununla da onlar epidemiya təhlükəsinə qarşı etinasızlıqlarını nümayiş etdirmiş olurlar.

2