Neft buruğu, arxiv şəkli

Fürsət var, istifadə et: Çin ucuz neft almaq istəyir

32
(Yenilənib 22:42 21.05.2020)
Çin dünya bazarında neftin qiymətlərinin aşağı düşməsindən faydalanaraq ucuz xam neft alışını artırmaq qərarına gəlib.

BAKI, 21 may — Sputnik. Dünyada ikinci ən böyük neft istehlakçısı olan Çin 2020-ci ildə neft alışını artırmaqla ucuz xammal əldə etmək qərarına gəlib. Sputnik Azərbaycan-ın məlumatına görə, bu barədə Reuters Çinin China National Petroleum Corporation şirkəti yanında iqtisadiyyat və texnologiya sahəsində tədqiqatlar İnstitutunun proqnozuna istinadla xəbər verib.

Tədqiqat Mərkəzinin qiymətləndirməsinə görə, 2020-ci ildə ÇXR-ə neftin idxalı aşağı qiymətlər fonunda 2 faiz artacaq, xammal istehlakı isə eyni dövrdə 1-2 faiz yüksələcək. Çin neft emalı zavodlarının neft məhsullarına olan tələbat isə 5 faiz azalacaq ki, bu da 2000-ci ildən bəri ilk azalma deməkdir. Bunun səbəbi, ÇXR-də hava daşımaları da daxil olmaqla, bitki və turizm sənayesini dayandıran koronavirus pandemyası olub.

Ekspertlər cari ildə Çində təbii qaz istehlakının 3 faiz, 313,5 milyard kubmetrə qədər artacağını proqnozlaşdırırlar. Bu, son 20 il ərzində ən yavaş artım tempidir.

Daha əvvəl bildirilmişdi ki, Çində neftə olan tələbat praktiki olaraq, böhrandan əvvəlki səviyyələrə qayıdıb və bəzi təxminlərə görə, hazırda sutkada 13 milyon barel təşkil edir. Bu, 2019-cu ilin mayına nisbətdə cəmi 400 min barel azdır.

32
Taxıl yığımı, arxiv şəkli

İndiyədək fermerlərə qədər güzəştli mikrokredit verilib?

5
(Yenilənib 13:57 03.06.2020)
Aqrar mikrokreditlər 15 min manatadək məbləğdə, illik 12% olmaq şərtilə, təminatsız və 3 ilədək müddətdə verilir.

BAKI, 3 iyun — Sputnik. İyunun 1-dək 512 fermerə 5.2 milyon manat kənd təsərrüfatı təyinatlı güzəştli mikrokredit verilib. Bu vəsaitin 4.5 milyon manatı hevvandarlıq, 335 min manatı əkinçilik, 208 min manatı bağçılıq, 102 min manatı isə arıçılıq və digər ailə kəndli-fermer təsərrüfatlarının qurulmasına və inkişafına ayrılıb.

Bu barədə Kənd Təsərrüfatı Nazirliyinin mətbuat xidmətindən Sputnik Azərbaycan-a məlumat verilib.

Mikrokreditlərin verilməsinə bu il may ayının 23-dən başlanıb. Azərbaycan Prezidenti İlham Əliyevin 8 aprel 2020-ci il tarixli fərmanları ilə Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin (AKİA) Əsasnaməsində və "Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin vəsaitindən istifadə Qaydası"nda dəyişikliklərin edilməsi, daha sonra isə ölkə başçısının "Koronavirus pandemiyası şəraitində və sonrakı dövrdə kənd təsərrüfatı məhsulları istehsalçılarının mikrokreditlərlə təminatının yaxşılaşdırılması üçün vəsait ayrılması haqqında" imzaladığı Sərəncamla AKİA-ya 30 milyon manat vəsaitin ayrılması aqrar mikrokreditlərin verilməsi üçün hüquqi baza yaradıb və portfel formalaşdırıb. Bu portfelə ölkənin ən böyük holdinqlərindən olan "Paşa Holding" MMC 5 milyon manat vəsait əlavə edib.

"Ötən ay yarım ərzində 512 fermerə 5.2 milyon manat mikrokreditin verilməsi, orta çekin 10 min manat ətrafında olması bizə bir ildən də az zaman ərzində mövcud portfelimizdən 3500-dən çox fermerin faydalanacağını söyləməyə əsas verir. Mikrokreditləri çıxmaq şərtilə 2018-ci ildən bu il iyunun 1-dək cəmi 885 kənd təsərrüfatı məhsulu istehsalçısına güzəştli nağd pul krediti verilib. Bu göstərici mikrokredit mexanizminin daha geniş istehsalçı kütləsini əhatə etməklə kənd təsərrüfatının inkişafında xidmət edəcəyini və daha çox kəndli fermer ailəsinin bu dövlət dəstəyindən faydalanacağını təsdiqləyir", - deyə Aqrar Kredit və İnkişaf Agentliyinin sədri Mirzə Əliyev vurğulayıb.

Qeyd edək ki, aqrar mikrokreditlər 15 min manatadək məbləğdə, illik 12% olmaq şərtilə, təminatsız və 3 ilədək müddətdə verilir.

5
Azərbaycan manatı, arxiv şəkli

Kim hökumətdən qədər alıb?

22
(Yenilənib 00:01 03.06.2020)
İndiyədək təsdiq edilmiş müraciətlər üzrə maliyyə dəstəyinin həcmi 94,73 milyon manat, o cümlədən 2-ci mərhələ üzrə ödənilməsi nəzərdə tutulan vəsaitin həcmi (50 faiz) 47,36 milyon manat təşkil edir.

BAKI, 2 iyun — Sputnik. Koronavirus (COVID-19) pandemiyasından zərərçəkmiş sahibkarlara dövlət maliyyə dəstəyinin göstərilməsi davam edir.

İqtisadiyyat Nazirliyinin mətbuat xidmətindən Sputnik Azərbaycan-a bildirilib ki, Azərbaycan Prezidentinin 2020-ci il 19 mart tarixli Sərəncamının 10.2-ci bəndinin icrası ilə bağlı Nazirlər Kabineti tərəfindən təsdiq edilmiş Tədbirlər Planına əsasən, mayın 31-nə nazirliyə muzdlu işçilərin əməkhaqqının müəyyən hissəsinin ödənilməsi üçün koronavirus pandemiyasından zərərçəkmiş 28 min 56 vergiödəyicisi və maliyyə dəstəyi almaq üçün 112 min 565 fərdi (mikro) sahibkar, cəmi 140 min 621 vergiödəyicisi müraciət edib.

Muzdlu işçilərin əməkhaqqının müəyyən hissəsinin ödənilməsi çərçivəsində 257 min 522 işçini əhatə edən 28 min 56 vergiödəyicisi müraciət edib. İndiyədək təsdiq edilmiş müraciətlər üzrə maliyyə dəstəyinin həcmi 94,73 milyon manat, o cümlədən 2-ci mərhələ üzrə ödənilməsi nəzərdə tutulan vəsaitin həcmi (50 faiz) 47,36 milyon manat təşkil edir. Mayın 31-nə Maliyyə Nazirliyinin Dövlət Xəzinədarlıq Agentliyi tərəfindən 23 min 131 vergiödəyicisinə 201 min 250 nəfər muzdlu işçinin əməkhaqqı üzrə 77,54 milyon manat vəsaitin köçürülməsi təmin olunub.

Fərdi (mikro) sahibkarlara maliyyə dəstəyinin göstərilməsi proqramı çərçivəsində 112 min 565 vergiödəyicisindən müraciət daxil olub, 105 min 173 müraciət araşdırılaraq təsdiqlənib və maliyyə dəstəyinin bank hesablarına köçürülməsi üçün Maliyyə Nazirliyinə təqdim edilib. Təsdiq edilmiş müraciətlər üzrə maliyyə dəstəyinin həcmi 60,2 milyon manat təşkil edir. Mayın 31-nə Maliyyə Nazirliyinin Dövlət Xəzinədarlıq Agentliyi tərəfindən 57,71 milyon manat vəsaitin 99 min 603 fərdi (mikro) sahibkarın bank hesabına köçürülməsi təmin edilib.

Qeyd edək ki, maliyyə dəstəyi proqramı çərçivəsində müraciətlərin nəticəsi və vəsaitin bank hesabına köçürülməsi barədə bildiriş vergiödəyicilərinin İnternet Vergi İdarəsindəki (www.e-taxes.gov.az) elektron kabinetlərinə və SMS şəklində mobil telefonlarına göndərilir. Yaranan suallarla bağlı vergiödəyiciləri Dövlət Vergi Xidmətinin "195" Çağrı mərkəzinə və uçotda olduqları yerli vergi orqanlarına müraciət edə bilərlər.

22
Əlaqədar
“Sədərək” və “Binə” ticarət mərkəzlərinin rəhbərləri ilə müzakirələr aparıldı
Ünvanlı sosial yardımın verilmə müddəti endirildi
Nazirlik utanc damarına basmağa qərar verdi - FOTO
Bu ödənişi alanların 600 minə qədərini uşaqlar təşkil edir
Azərbaycanda müvəqqəti vergi rejimi tətbiq olunacaq
UEFA-nnı Nyondakı mənzil-qərargahı yaxınlığında yol göstəricisi, arxiv şəkli

UEFA -dan Türkiyənin məşhur klubuna qarşı sərt addım

0
UEFA-nın açıqlamasında bildirilir ki, 2019-cu ildə maliyyə sabitliyini təmin etmədiyinə görə “Trabzonspor”un 2020-2021 və 2021/2022 mövsümlərində Avropa kuboklarında iştirakı qadağan edilir.

BAKI, 3 iyun - Sputnik. UEFA Türkiyənin “Trabzonspor” klubunu Avropa yarışlarından bir illik uzaqlaşdırıb.

APA-nın məlumatına görə, “Trabzonspor” maliyyə öhdəliklərinə əməl etmədiyinə görə bu cəzaya məruz qalıb.

UEFA-nın açıqlamasında bildirilir ki, 2019-cu ildə maliyyə sabitliyini təmin etmədiyinə görə “Trabzonspor”un 2020-2021 və 2021/2022 mövsümlərində Avropa kuboklarında iştirakı qadağan edilir.

“Trabzonspor” UEFA-nın qərarından şikayət edəcəyini açıqlayıb.

0