Azərbaycan manatı, arxiv şəkli

Manat mövqeyini əldən vermir Milli valyutada əmanətlər artıb

19
(Yenilənib 21:36 21.05.2020)
Əmanətlərin 55,1 faizi xarici, 44,9 faizi isə milli valyutada qoyulub. Milli valyutada olan əmanətlər ötən ilin müvafiq dövrünə nisbətən 12,3 faiz artıb, xarici valyutada əmanətlər isə 9,8 faiz azalıb.

BAKI, 21 may — Sputnik. Mərkəzi Bankın məlumatına görə, aprelin 1-nə əhalinin banklardakı əmanətlərinin milli valyuta ekvivalentində məbləği mart ayı ərzində 442,7 milyon manat azalaraq 8 milyard 251,7 milyon manat təşkil edib.

Dövlət Statistika Komitəsindən Sputnik Azərbaycan-a bildirilib ki, əmanətlərin 55,1 faizi xarici, 44,9 faizi isə milli valyutada qoyulub. Milli valyutada olan əmanətlər ötən ilin müvafiq dövrünə nisbətən 12,3 faiz artıb, xarici valyutada əmanətlər isə 9,8 faiz azalıb.

Aprel ayında milli valyutanın 1 ABŞ dollarına nisbətdə orta məzənnəsi 1,70 (ilin əvvəlindən 1,70) manata, 1 avroya 1,85 (1,87) manata, 100 rus rubluna 2,27 (2,49) manata bərabər olub.

19
Mal əti satışı, arxiv şəkli

Azərbaycana mal əti dərman idxalı artıb

28
(Yenilənib 23:00 22.10.2020)
Təzə meyvə idxalı 15,1%, bitki yağları 2,9%, kərə yağı, digər süd yağları və pastaları 38,9%, çay 5,9%, kartof 1,2%, təzə tərəvəz 29,9%, minik avtomobilləri 28,8% və s. artıb.

Xalid Məmmədov, Sputnik Azərbaycan

BAKI, 22 oktyabr — Sputnik. 2019-cu ilin yanvar-avqust ayları ilə müqayisədə 2020-ci ilin yanvar-avqust aylarında ölkəmizə təzə meyvə idxalı 15,1%, bitki yağları 2,9%, kərə yağı, digər süd yağları və pastaları 38,9%, çay 5,9%, mal əti 18,4%, kartof 1,2%, təzə tərəvəz 29,9%, minik avtomobilləri 28,8%, dərman vasitələri 1,7 dəfə, hesablama maşınları, blok və qurğuları 14,8%, qara metallardan çubuqlar 1,8 dəfə, məişət soyuducuları 3,1% artıb.

Sputnik Azərbaycan bu barədə Dövlət Statistika Komitəsinə istinadla məlumat verir.

Bu ilin 8 ayında buğda idxalı 20,1%, xam şəkər və şəkər 0,4%, quş əti və onun əlavə məhsulları 9,9%, siqaretlər 78,9%, qara metallardan borular 12,7%, polad prokatı 7,7%, mineral gübrələr 5,7%, rezin şinlər 20,2%, məişət kondisionerləri 30,9%, mebellər 23,6%, yük avtomobilləri 13,4%, polietilen 27,5%, paltaryuyan maşınlar 11,1%, qara metallardan künclüklər 8%, avtobuslar 56,1%, sement və sement klinkerləri 27,1% azalıb.

28
Neft buruğu, arxiv şəkli

Dünyada neft ucuzlaşır

9
(Yenilənib 11:00 22.10.2020)
Neftin qiyməti qlobal neft tələbatının bərpa prosesinin ləngidiyinə dair narahatlıqlar fonunda ucuzlaşır.

BAKI, 22 oktyabr — Sputnik. Azərbaycan neftinin qiyməti ucuzlaşır.

Sputnik Azərbaycan xəbər verir ki, "Azeri Light" markalı neftin bir barelinin qiyməti 0,52 dollar ucuzlaşaraq 41,49 dollar təşkil edib.

"Brent" markalı neftin qiyməti 0,16 dollar geriləyərək 41,57 dollar, "Light" markalı neftin qiyməti isə 0,19 dollar ucuzlaşaraq 39,84 dollar olub.

Qeyd edək ki, neftin qiyməti qlobal neft tələbatının bərpa prosesinin ləngidiyinə dair narahatlıqlar fonunda ucuzlaşır.

Xatırladaq ki, Azərbaycan neftinin bir barelinin qiyməti bu il aprelin 21-də minimuma enərək 15,81 dollar, 2008-ci ilin iyulunda isə maksimuma yüksələrək 149,66 dollar olub.

9
Azərbaycan Respublikası Müdafiə Nazirliyinin binası

MN: Füzuli, Cəbrayıl Qubadlı istiqamətlərində vacib ərazilər ələ keçirilib

19
Məlum olub ki, Ermənistanın Tavuş və Sisian rayonundan Dağlıq Qarabağa gətirilmiş şəxsi heyət döyüşlərə girməkdən imtina edir, fərarilik edərək mövqeləri tərk edirlər.

BAKI, 23 oktyabr - Sputnik. Oktyabrın 22-si gün ərzində və 23-nə keçən gecə cəbhənin Ağdərə, Füzuli-Hadrut-Cəbrayıl və Qubadlı istiqamətlərində döyüş əməliyyatları müxtəlif intensivliklə davam edib. Düşmən müdafiə mövqelərimizi atıcı silahlar, minaatanlar və toplardan atəşə tutub.

Azərbaycan Ordusunun keçirdiyi əməliyyatlar nəticəsində cəbhənin Füzuli, Cəbrayıl və Qubadlı istiqamətlərində Ermənistan silahlı qüvvələrinə ciddi zərbələr vurulub, düşmənin bir neçə dayaq məntəqəsi dağıdılıb, vacib ərazi və yüksəkliklər ələ keçirilib.

Bütün cəbhə boyu düşmənin əsas ehtiyatlarına, hərbi infrastrukturuna bərpa olunmayan zərər vurulub. Düşmən bölmələrində döyüş texnikası, silah və sursat, ərzaq çatışmazlığı mövcuddur. Düşmən qoşunlarının idarə edilməsi praktiki olaraq itirilib. Döyüş mövqelərini qorumaq üçün nizami ordu bölmələri çatışmadığından onların əvəzinə məcburi şəkildə toplanan mülki insanlar gətirilir.

Məlum olub ki, Ermənistanın Tavuş və Sisian rayonundan Dağlıq Qarabağa gətirilmiş şəxsi heyət döyüşlərə girməkdən imtina edir, fərarilik edərək mövqeləri tərk edirlər.

Hazırda bütün cəbhə boyu döyüşlər davam edir.

19
Mövzu:
Azərbaycan və Ermənistan arasında müharibə