Neft tankeri, arxiv şəkli

Neft qiyməti üstündə yeni “dava” gözlənilir

79
(Yenilənib 18:02 21.05.2020)
Neftin qiymətinin 1 barelə görə 50-55 dollara qalxdığı zaman Rusiya ilə Səudiyyə Ərəbistanı arasında “qiymət müharibəsi”nin yeni dönəmi başlaya bilər.

BAKI, 21 may — Sputnik. Neftin qiymətinin 1 barelə görə 50-55 dollara qalxdığı zaman Rusiya ilə Səudiyyə Ərəbistanı arasında “qiymət müharibəsi”nin yeni dönəmi başlaya bilər.

Sputnik Azərbaycan Rusiya KİV-ə istinadən bildirir ki, bunu S&P Global Ratings korporativ reytinq istiqamətlərinin Rusiya üzrə direktoru Aleksandr Qryaznov deyib.

Onun sözlərinə görə, hazırda qarşıdurmada pauza yaranıb, çünki münaqişənin bundan sonra da inkişaf etdirilməsi heç bir tərəfə sərf etmir, amma dünya bazarları uğrunda mübarizə bununla bitməyəcək.

Reytinq agentliyi Brent markalı neftin bir barelə görə qiymətinin ilin sonunadək 30 dollar, bundan sonra isə özünü doğruldaraq 2021-ci ildə 50 dollar olacağını proqnozlaşdırır.

Bu gün, mayın 21-də Brent markalı neft martın əvvəlindən bu yana maksimum qiymətə çataraq bir barelə görə 36.6 dollar qiymətini “görüb”. Bu vəziyyət ABŞ-da neft bazarının stabilləşməsi və ehtiyat anbarlarının dolma riskinin azalması ilə bağlıdır.

Neftin qiyməıti OPEK+ razılaşmasının qüvvəyə minməsindən sonra artmağa başlayıb. 23 ölkə sutka ərzində bazardan 9.7 milyon barel nefti "yığışdırmağa" razı olub. Daha çox öhdəlik isə Rusiya ilə Səudiyyə Ərəbistanının üzrəindədir. Krallıq bundan əlavə, iyun ayından sutkada hasilatı daha bir milyon barel azaltmağa boyun olub.

79
Taxıl yığımı, arxiv şəkli

İndiyədək fermerlərə qədər güzəştli mikrokredit verilib?

5
(Yenilənib 13:57 03.06.2020)
Aqrar mikrokreditlər 15 min manatadək məbləğdə, illik 12% olmaq şərtilə, təminatsız və 3 ilədək müddətdə verilir.

BAKI, 3 iyun — Sputnik. İyunun 1-dək 512 fermerə 5.2 milyon manat kənd təsərrüfatı təyinatlı güzəştli mikrokredit verilib. Bu vəsaitin 4.5 milyon manatı hevvandarlıq, 335 min manatı əkinçilik, 208 min manatı bağçılıq, 102 min manatı isə arıçılıq və digər ailə kəndli-fermer təsərrüfatlarının qurulmasına və inkişafına ayrılıb.

Bu barədə Kənd Təsərrüfatı Nazirliyinin mətbuat xidmətindən Sputnik Azərbaycan-a məlumat verilib.

Mikrokreditlərin verilməsinə bu il may ayının 23-dən başlanıb. Azərbaycan Prezidenti İlham Əliyevin 8 aprel 2020-ci il tarixli fərmanları ilə Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin (AKİA) Əsasnaməsində və "Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin vəsaitindən istifadə Qaydası"nda dəyişikliklərin edilməsi, daha sonra isə ölkə başçısının "Koronavirus pandemiyası şəraitində və sonrakı dövrdə kənd təsərrüfatı məhsulları istehsalçılarının mikrokreditlərlə təminatının yaxşılaşdırılması üçün vəsait ayrılması haqqında" imzaladığı Sərəncamla AKİA-ya 30 milyon manat vəsaitin ayrılması aqrar mikrokreditlərin verilməsi üçün hüquqi baza yaradıb və portfel formalaşdırıb. Bu portfelə ölkənin ən böyük holdinqlərindən olan "Paşa Holding" MMC 5 milyon manat vəsait əlavə edib.

"Ötən ay yarım ərzində 512 fermerə 5.2 milyon manat mikrokreditin verilməsi, orta çekin 10 min manat ətrafında olması bizə bir ildən də az zaman ərzində mövcud portfelimizdən 3500-dən çox fermerin faydalanacağını söyləməyə əsas verir. Mikrokreditləri çıxmaq şərtilə 2018-ci ildən bu il iyunun 1-dək cəmi 885 kənd təsərrüfatı məhsulu istehsalçısına güzəştli nağd pul krediti verilib. Bu göstərici mikrokredit mexanizminin daha geniş istehsalçı kütləsini əhatə etməklə kənd təsərrüfatının inkişafında xidmət edəcəyini və daha çox kəndli fermer ailəsinin bu dövlət dəstəyindən faydalanacağını təsdiqləyir", - deyə Aqrar Kredit və İnkişaf Agentliyinin sədri Mirzə Əliyev vurğulayıb.

Qeyd edək ki, aqrar mikrokreditlər 15 min manatadək məbləğdə, illik 12% olmaq şərtilə, təminatsız və 3 ilədək müddətdə verilir.

5
Azərbaycan manatı, arxiv şəkli

Kim hökumətdən qədər alıb?

21
(Yenilənib 00:01 03.06.2020)
İndiyədək təsdiq edilmiş müraciətlər üzrə maliyyə dəstəyinin həcmi 94,73 milyon manat, o cümlədən 2-ci mərhələ üzrə ödənilməsi nəzərdə tutulan vəsaitin həcmi (50 faiz) 47,36 milyon manat təşkil edir.

BAKI, 2 iyun — Sputnik. Koronavirus (COVID-19) pandemiyasından zərərçəkmiş sahibkarlara dövlət maliyyə dəstəyinin göstərilməsi davam edir.

İqtisadiyyat Nazirliyinin mətbuat xidmətindən Sputnik Azərbaycan-a bildirilib ki, Azərbaycan Prezidentinin 2020-ci il 19 mart tarixli Sərəncamının 10.2-ci bəndinin icrası ilə bağlı Nazirlər Kabineti tərəfindən təsdiq edilmiş Tədbirlər Planına əsasən, mayın 31-nə nazirliyə muzdlu işçilərin əməkhaqqının müəyyən hissəsinin ödənilməsi üçün koronavirus pandemiyasından zərərçəkmiş 28 min 56 vergiödəyicisi və maliyyə dəstəyi almaq üçün 112 min 565 fərdi (mikro) sahibkar, cəmi 140 min 621 vergiödəyicisi müraciət edib.

Muzdlu işçilərin əməkhaqqının müəyyən hissəsinin ödənilməsi çərçivəsində 257 min 522 işçini əhatə edən 28 min 56 vergiödəyicisi müraciət edib. İndiyədək təsdiq edilmiş müraciətlər üzrə maliyyə dəstəyinin həcmi 94,73 milyon manat, o cümlədən 2-ci mərhələ üzrə ödənilməsi nəzərdə tutulan vəsaitin həcmi (50 faiz) 47,36 milyon manat təşkil edir. Mayın 31-nə Maliyyə Nazirliyinin Dövlət Xəzinədarlıq Agentliyi tərəfindən 23 min 131 vergiödəyicisinə 201 min 250 nəfər muzdlu işçinin əməkhaqqı üzrə 77,54 milyon manat vəsaitin köçürülməsi təmin olunub.

Fərdi (mikro) sahibkarlara maliyyə dəstəyinin göstərilməsi proqramı çərçivəsində 112 min 565 vergiödəyicisindən müraciət daxil olub, 105 min 173 müraciət araşdırılaraq təsdiqlənib və maliyyə dəstəyinin bank hesablarına köçürülməsi üçün Maliyyə Nazirliyinə təqdim edilib. Təsdiq edilmiş müraciətlər üzrə maliyyə dəstəyinin həcmi 60,2 milyon manat təşkil edir. Mayın 31-nə Maliyyə Nazirliyinin Dövlət Xəzinədarlıq Agentliyi tərəfindən 57,71 milyon manat vəsaitin 99 min 603 fərdi (mikro) sahibkarın bank hesabına köçürülməsi təmin edilib.

Qeyd edək ki, maliyyə dəstəyi proqramı çərçivəsində müraciətlərin nəticəsi və vəsaitin bank hesabına köçürülməsi barədə bildiriş vergiödəyicilərinin İnternet Vergi İdarəsindəki (www.e-taxes.gov.az) elektron kabinetlərinə və SMS şəklində mobil telefonlarına göndərilir. Yaranan suallarla bağlı vergiödəyiciləri Dövlət Vergi Xidmətinin "195" Çağrı mərkəzinə və uçotda olduqları yerli vergi orqanlarına müraciət edə bilərlər.

21
Əlaqədar
“Sədərək” və “Binə” ticarət mərkəzlərinin rəhbərləri ilə müzakirələr aparıldı
Ünvanlı sosial yardımın verilmə müddəti endirildi
Nazirlik utanc damarına basmağa qərar verdi - FOTO
Bu ödənişi alanların 600 minə qədərini uşaqlar təşkil edir
Azərbaycanda müvəqqəti vergi rejimi tətbiq olunacaq
PPX avtomobili, arxiv şəkli

Baş verən qətlin üstü açıldı

0
Hazırda hadisənin təfərrüatlarının tam, hərtərəfli və obyektiv araşdırılması istiqamətində zəruri istintaq və əməliyyat-axtarış tədbirləri davam etdirilir.

BAKI, 3 iyun — Sputnik. Prokurorluq və polis əməkdaşları tərəfindən peşəkarlıqla həyata keçirilmiş istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri nəticəsində paytaxtın Sabunçu rayonu ərazisində qeyri-aşkar şəraitdə törədilmiş qətl hadisəsinin üstü "isti izlərlə" açılıb. Sputnik Azərbaycan Baş Prokurorluğun  məlumatına istinadla xəbər verir ki, xəbər verildiyi kimi, iyunun 1-də səhər saat 06 radələrində 1955-ci il təvəllüdlü Hüseyn Əhmədovun paytaxtın Sabunçu rayonu Kürdəxanı qəsəbəsi ərazisində yerləşən işlədiyi mağazanın anbarında üzərində zorakılıq əlamətləri olan meyitinin aşkar edilməsi, eləcə də mağazanın seyfindən külli miqdarda pul vəsaitinin oğurlanması faktı ilə bağlı Sabunçu rayon prokurorluğunda cinayət işi başlanıb.

Aparılmış istintaqla Kürdəxanı qəsəbə sakinləri 1993-cü il təvəllüdlü Fuad Yusifli və 1992-ci il təvəllüdlü Sadiq Cəlalovun qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək bir qrup şəxs halında özgənin əmlakını quldurluq yolu ilə ələ keçirmək məqsədilə hücuma məruz qalmış şəxsin həyatı və sağlamlığı üçün təhlükəli zorakılıqla bağlı olan basqın edərək iyunun 1-də saat 04 radələrində mağazanın anbar qapısından içəri daxil olub orada mühafizəçi işləyən Hüseyn Əhmədova yumruqla zərbələr vurmaqla, habelə əllərini, ayaqların və ağzını yapışqan lentlə (skotçla) bağlamaqda onu öldürmələrinə, daha sonra isə mağazanın içərəsindəki dəmir seyfdən 51 min 292 manat məbləğində pulu oradan götürüb talayaraq quldurluq etmələrinə əsaslı şübhələr müəyyən edilib.

Prokurorluq və polis əməkdaşları tərəfindən həyata keçirilmiş təxirəsalınmaz istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri nəticəsində Fuad Yusifli və Sadiq Cəlalov Cinayət Məcəlləsinin 120.2.1 (bir qrup şəxs, qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (təşkilat) tərəfindən adam öldürmə), 120.2.11 (quldurluq, hədə-qorxu ilə tələb etməklə əlaqədar adam öldürmə) və 181.3.3-cü (zərərçəkmiş şəxsin sağlamlığına ağır zərər vurulmaqla quldurluq) maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə şübhəli şəxs kimi tutularaq istintaqa cəlb olunmuşlar.

Hər iki şəxs müdafiəçinin iştirakı ilə dindirilərkən törətdikləri cinayəti etiraf etmiş, onlardan hadisə zamanı mağazadan götürdükləri vəsaitin 50 min 492 manatı həmçinin, mağazanın mühafizə kameraları üçün quraşdırılmış cihazlar maddi sübut kimi götürülüb.

F.Yusifli və S.Cəlalov iş üzrə təqsirləndirilən şəxs qismində cəlb edilərək barələrində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Hazırda hadisənin təfərrüatlarının tam, hərtərəfli və obyektiv araşdırılması istiqamətində zəruri istintaq və əməliyyat-axtarış tədbirləri davam etdirilir.

0