Купюра номиналом в 200 AZN, фото из архива - Sputnik Azərbaycan
İQTİSADİYYAT
Sosial-iqtisadi gündəmə, maliyyə, biznes sahəsinə dair materiallar

Virus damğasını ora da vurub: Yük daşımaları azalıb

© AP Photo / dpa / Patrick PleulГрузовики, фото из архива
Грузовики, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Dəhliz vasitəsilə daşınmış yüklərin 17,6 faizini və ya 2202,2 min tonunu tranzit yüklər təşkil edib.

BAKI, 18 may — Sputnik. 2020-ci ilin yanvar-mart aylarında Avropa-Qafqaz-Asiya nəqliyyat dəhlizinin Azərbaycan hissəsində daşınmış yüklərin həcmi açıqlanıb.

Sputnik Azərbaycan-ın Dövlət Statistika Komitəsinə istinadən məlumatına görə, qeyd olunan dövrdə 12526,0 min ton, yük dövriyyəsi isə 2635,5 milyon ton-km olub, əvvəlki ilin eyni dövrü ilə müqayisədə müvafiq olaraq 0,3 faiz və 1,0 faiz azalma müşahidə olunub. Yüklərin 8052,8 min tonu və ya 64,3 faizi avtomobil nəqliyyatı, 3216,2 min tonu və ya 25,7 faizi dəmir yolu nəqliyyatı, 1257,0 min tonu və ya 10,0 faizi dəniz nəqliyyatı ilə daşınıb.

Dəhliz vasitəsilə daşınmış yüklərin 17,6 faizini və ya 2202,2 min tonunu tranzit yüklər təşkil edib.

Xəbər lenti
0