Neft buruğu, arxiv şəkli

“Qara qızıl” sürətlə bahalaşıb - "Brent" 34 dolları keçdi

19
(Yenilənib 16:54 18.05.2020)
Müxtəlif ölkələrdə koronavirusla bağlı karantin rejiminin yumşaldılması tələbata təsir göstərir, neft bahalaşır

BAKI, 18 may — Sputnik. "Brent" markalı neftin qiymətində artım müşahidə edilir.

Sputnik Azərbaycan xəbər verir ki, buna səbəb OPEC və müttəfiqlərinin, eləcə də karteldən kənar bəzi neft hasilatçılarının istehsala məhdudiyyətlər tətbiq etməsi, həmçinin müxtəlif ölkələrdə koronavirusla bağlı karantin rejiminin yumşaldılmasının tələbata yuxarı istiqamətli təsir göstərməsidir.

Hazırda "Brent" nefti 34,23 dollara, "Light" markalı neftin bir bareli isə 31,51 dollara alıcı axtarır.

Qeyd edək ki, ötən həftə ərzində (11-15 may) dünya bazarında "Azeri Light" markalı neft 7,3%-a yaxın bahalaşıb. Azərbaycan neftinin qiyməti həftə ərzində 2,12 dollar artaraq orta hesabla 29,16 dollara bərabər olub.

19
Neft konteynerləri, arxiv şəkli

"Qara qızıl"dan şad xəbər

8
(Yenilənib 10:29 25.09.2020)
Londonun ICE ("InterContinental Exchange Futures") birjasında "Brent" markalı neftin bir barrelinin qiyməti 0,09 dollar artaraq 42,03 dollar olub.

BAKI, 25 sentyabr — Sputnik. Dünya birjalarında neft qiymətləri bahalaşıb.

Sputnik Azərbaycan xəbər verir ki, Londonun ICE ("InterContinental Exchange Futures") birjasında "Brent" markalı neftin bir barrelinin qiyməti 0,09 dollar artaraq 42,03 dollar olub.

Nyu-Yorkun NYMEX ("New York Mercantile Exchange") birjasında "Light" markalı neftin bir barrelinin qiyməti isə 0,07 dollar bahalaşaraq 40,38 dollara çatıb.

8
Teqlər:
Nyu-Yorkun NYMEX əmtəə birjası, Nyu-Yorkun NYMEX birjası, neft, "Brent" markalı neft, Brent, Londonun ICE birjası, London
Fermer, arxiv şəkli

Fermerlərə qədər kredit verilib? AKİA rəqəmləri açıqladı

40
(Yenilənib 21:46 24.09.2020)
Aqrar Kredit və İnkişaf Agentliyinin vəsaitləri hesabına fermerlərə mikrokreditlər 12%, nağd pul və digər kənd təsərrüfatı təyinatlı kreditlər 7%-lə verilir

BAKI, 24 sentyabr — Sputnik. Bu günədək Aqrar Kredit və İnkişaf Agentliyinin (AKİA) vəsaitləri hesabına 1895 fermerə 18 milyon manatadək mikrokredit verilib. Bu mikrokreditlərin 15 milyon manatı heyvandarlıq sahəsi ilə məşğul olanlara ayrılıb. Bu barədə məlumat Kənd Təsərrüfatı Nazirliyindən Sputnik Azərbaycan-a məlumat verilib.

Ümumilikdə, 2020-ci ilin ötən dövrü ərzində Aqrar Kredit və İnkişaf Agentliyi kənd təsərrüfatı məhsulları istehsalçılarına bütün kredit növləri üzrə (texnika və damazlıq heyvan alışı kreditləri, mikrokreditlər və digər kənd təsərrüfatı təyinatlı kreditlər) 51 milyon manatadək kredit ayırıb.

Ötən dövrdə kənd təsərrüfatı texnikası və damazlıq heyvan alışı üçün aqrar sahə iştirakçılarına AKİA tərəfindən 64 milyon manatdan artıq güzəşt vəsaiti ödənilib. Bu vəsait fermerlərin təchizatçılardan aldıqları 5876 damazlıq heyvanın və 4140 kənd təsərrüfatı texnikasının dövlət tərəfindən ödənilən güzəşt məbləğini təşkil edir.

Qeyd edək ki, Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin vəsaitləri hesabına fermerlərə mikrokreditlər 12%, nağd pul və digər kənd təsərrüfatı təyinatlı kreditlər 7%-lə verilir. Kənd təsərrüfatı məhsulları istehsalçılarının aldıqları damazlıq heyvanın qiymətinin 60%-i, texnikanın qiymətinin isə 40%-i dövlət tərəfindən ödənilir.

40