Bakı bulvarı, arxiv şəkli

Dünya iqtisadiyyatında struktur böhranı Azərbaycan: çağırışlar, perspektivlər

30
(Yenilənib 19:06 15.05.2020)
Azərbaycanın daxili bazarının genişlənməsi, həm də pul kütləsinin artımı ilə investisiya axınlarının kəskin şəkildə artırılması üçün böyük potensialı var.

Eldar Tanrıverdiyev, Sputnik Azərbaycan

BAKI, 15 may — Sputnik. Bu gün Azərbaycan Dövlət İqtisadiyyat Universitetində "İqtisadi müzakirələr" mövzusunda onlayn seminar keçirilib. Sputnik Azərbaycan xəbər verir ki, "Zoom" platformasında professor Elşad Məmmədov mühazirə oxuyub.

"Dünya iqtisadiyyatında struktur böhran və Azərbaycan: çağırışlar, perspektivlər" adlı seminar dinləyəcilər tərəfindən böyük maraqla qarşılanıb.

Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyəti tərəfindən Əlilliyi olan şəxslərin hüquqları: Qanunvericilik və onun tətbiqi” mövzusunda seminar keçirilib
© Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyətinin mətbuat xidməti

Seminar zamanı Elşad Məmmədov koronavirus pandemiyasının Azərbaycan da daxil olmaqla dünya ölkələrinə, qlobal iqtisadiyyata təsiri, yaranan fəsadlar, həmçinin böhrandan mümkün çıxış yollarından danışıb.

UNEC-in professoru Azərbaycan iqtisadiyyatında dayanıqlığın qorunması, digər tərəfdən isə qabaqlayıcı iqtisadi inkişafa keçilməsi üçün innovasiya tutumlu iqtisadiyyatın formalaşmasının olduqca önəmli olduğunu vurğulayıb: "Azərbaycanın daxili bazarının genişlənməsi, həm də pul kütləsinin artımı ilə investisiya axınlarının kəskin şəkildə artırılması üçün böyük potensialı var. Mühüm məqamlardan biri odur ki, Azərbaycana qonşu ölkələrdə, post-sovet məkanında bu potensial var. Bu isə o anlama gəlir ki, yaxın 20-25 ildə Azərbaycan, həmçinin bizim bütövlükdə təmsil olunduğumuz postsovet məkanı iqtisadi artım, pul-kütləsinin artımı, remonetizasiya nöqteyi nəzərindən böyük potensiala malikdir. Bunun üçün adekvat makroiqtisadi idarəetmə sistemi lazımdır".

Mühazirədən sonra Elşad Məmmədov dinləyicilərin pandemiya və postpandemiya dövründə qlobal iqtisadiyyatın durumu, həmçinin postpandemiya dövründə dünyada yaşanacaq trendlər, proseslər barədə suallarını cavablandırıb. Maraqla qarşılanan seminar ümumilikdə saat yarımdan çox çəkib.

30
Neft buruğu, arxiv şəkli

Dünyada neft ucuzlaşır

8
(Yenilənib 11:00 22.10.2020)
Neftin qiyməti qlobal neft tələbatının bərpa prosesinin ləngidiyinə dair narahatlıqlar fonunda ucuzlaşır.

BAKI, 22 oktyabr — Sputnik. Azərbaycan neftinin qiyməti ucuzlaşır.

Sputnik Azərbaycan xəbər verir ki, "Azeri Light" markalı neftin bir barelinin qiyməti 0,52 dollar ucuzlaşaraq 41,49 dollar təşkil edib.

"Brent" markalı neftin qiyməti 0,16 dollar geriləyərək 41,57 dollar, "Light" markalı neftin qiyməti isə 0,19 dollar ucuzlaşaraq 39,84 dollar olub.

Qeyd edək ki, neftin qiyməti qlobal neft tələbatının bərpa prosesinin ləngidiyinə dair narahatlıqlar fonunda ucuzlaşır.

Xatırladaq ki, Azərbaycan neftinin bir barelinin qiyməti bu il aprelin 21-də minimuma enərək 15,81 dollar, 2008-ci ilin iyulunda isə maksimuma yüksələrək 149,66 dollar olub.

8
Fermer taxıl yığır, arxiv şəkli

Bu il özünüməşğulluq proqramına cəlb olunanların sayı 8 minə çatır

22
(Yenilənib 23:44 21.10.2020)
2020-ci il ərzində proqram çərçivəsində 12 min ailənin kiçik biznesə çıxışının təmin edilməsi nəzərdə tutulub

BAKI, 21 oktyabr — Sputnik. Özünüməşğulluq proqramına cəlb olunanlardan 3200-dən çox şəxsə aktivlər verilərək ailə təsərrüfatları yaradılıb. Sputnik Azərbaycan-ın məlumatına görə, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yaydığı məlumatda qeyd olunub.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Məşğulluq Agentliyi tərəfindən əsasən həssas əhali qruplarından olan şəxslərin özünüməşğulluq proqramına cəlb olunması işləri davam etdirilir. Bu ilin ötən dövründə 8 minə yaxın işsiz və işaxtaran şəxs proqrama cəlb olunub. Onlardan artıq 3200-dən çox şəxsə biznes planlarına uyğun olaraq mal və materiallar formasında aktivlər verilməklə, kiçik ailə təsərrüfatları yaradılıb. 2020-ci il ərzində proqram çərçivəsində 12 min ailənin kiçik biznesə çıxışının təmin edilməsi nəzərdə tutulub. Proqramın icrası zamanı əlilliyi olan şəxslərə, şəhid ailələrinə, məcburi köçkünlərə, ünvanlı sosial yardım alan ailələrin üzvlərinə, qadınlara daha çox üstünlük verilir.

22
Azərbaycan bayrağı, arxiv şəkli

Döyüş iştirakçıları arasında təbliğat təşviqat işləri davam edir VİDEO

0
(Yenilənib 12:58 22.10.2020)
Bu tədbirlər döyüşən əsgər və zabitlərin mənəvi-psixoloji durumuna müsbət təsir göstərir, qələbə əzmini, döyüş ruhunu daha da artırır, mülki əhali tərəfindən ruh yüksəkliyi və rəğbətlə qarşılanır.

BAKI, 22 oktyabr — Sputnik. Döyüşlərdə iştirak edən hərbi qulluqçuların qələbə əzmini yüksəltmək məqsədilə Müdafiə Nazirliyi Gəncə Qarnizonu İdeoloji və Mədəniyyət Mərkəzi tərəfindən təbliğat və təşviqat tədbirləri davam etdirilir.

Nazirliyin Mətbuat Xidmətindən Sputnik Azərbaycan-a bildirilib ki, Qarnizonun İdeoloji və Mədəniyyət Mərkəzi tərəfindən yaradılan təbliğat-təşviqat qruplarının şəxsi heyət qarşısında çıxışları təşkil olunur və konsert proqramları təqdim edilir.

Bundan əlavə səsgücləndirici maşınlar vasitəsilə ümummilli lider Heydər Əliyevin və Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin Ordumuz haqqında çıxışları, hərbi vətənpərvərlik mahnıları, eləcə də döyüşlər barədə operativ məlumatlar cəbhəboyu zonadakı yaşayış məntəqələrində səsləndirilir, vətənpərvərlik mövzusunda bədii və sənədli filmlər nümayiş olunur.

Bu tədbirlər döyüşən əsgər və zabitlərin mənəvi-psixoloji durumuna müsbət təsir göstərir, qələbə əzmini, döyüş ruhunu daha da artırır, mülki əhali tərəfindən ruh yüksəkliyi və rəğbətlə qarşılanır.

0
Mövzu:
Azərbaycan və Ermənistan arasında müharibə