Pulun sayılması, arxiv şəkli

Vergi ödəyərkən artıq bu məlumatları nəzərə almalısınız

30
(Yenilənib 14:55 15.05.2020)
Bakı şəhərində qeydiyyatda olan vergi ödəyiciləri məcburi dövlət sosial sığorta və işsizlikdən sığorta haqları üçün ödənişləri göstərilən bank rekvizitlərinə ödəməlidirlər

BAKI, 15 may — Sputnik. Məcburi dövlət sosial sığorta və işsizlikdən sığorta haqları ödənişi üçün bank rekvizitləri açıqlanıb. İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətindən Sputnik Azərbaycan-a verilən məlumatda bildirilir ki, Bakı şəhərində qeydiyyatda olan vergi ödəyiciləri məcburi dövlət sosial sığorta və işsizlikdən sığorta haqları üçün ödənişləri aşağıdakı bank rekvizitlərinə ödəməlidirlər:

 Məcburi dövlət sosial sığorta haqqı üzrə

B1.Benefisiar(alan) bank

Adı: Dövlət Xəzinədarlıq Agentliyi

Kodu: 210005

VÖEN: 1401555071

M/H: AZ41NABZ01360100000000003944

S.W.İ.F.T. BİK CTREAZ22

B2.Alan müştəri /Beneficiary

Adı: DSMF-nin Mərkəzi Sosial Sığorta və Fərdi Uçot İdarəsi

H/H №: AZ89CTRE00000000000007018506

VÖEN:1300115511

Büdcə səviyyəsi kodu - 4

Təsnifat kodu: Azərbaycan Respublikası Nazirlər Kabinetinin 11 oktyabr 2018-ci il tarixli, 440 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının büdcə gəlirlərinin təsnifatı”na əsasən fəaliyyət sahənizə uyğun təsnifat kodu seçilməlidir.

İşsizlikdən sığorta haqqı üzrə

B1. Benefisiar(alan) bank

Adı: Dövlət Xəzinədarlıq Agentliyi

Kodu: 210005

VÖEN: 1401555071

M/H: AZ41NABZ01360100000000003944

S.W.İ.F.T.BİK CTREAZ22

B2. Alan müştəri /Beneficiary

Adı: DSMF-nin Mərkəzi Sosial Sığorta və Fərdi Uçot İdarəsi

H/H №: AZ53CTRE00000000000007018572

VÖEN:1300115511

Büdcə səviyyəsi kodu - 4

Təsnifat kodu: Azərbaycan Respublikası Nazirlər Kabinetinin 11 oktyabr 2018-ci il tarixli, 440 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının büdcə gəlirlərinin təsnifatı”na əsasən fəaliyyət sahənizə uyğun təsnifat kodu seçilməlidir.

İşsizlikdən sığortanın xüsusi hesabı

(Penya, cərimə və maliyyə sanksiyaları üçün)

B1. Benefisiar(alan) bank

Adı: Dövlət Xəzinədarlıq Agentliyi

Kodu:210005

VÖEN:1401555071

M/H: AZ41NABZ01360100000000003944

S.W.İ.F.T.BİK CTREAZ22

B2. Alan müştəri /Beneficiary

Adı: DSMF-nin Mərkəzi Sosial Sığorta və Fərdi Uçot İdarəsi

H/H №: AZ26CTRE00000000000007018573

VÖEN: 1300115511

Büdcə səviyyəsi kodu - 4

Təsnifat kodu: Nazirlər Kabinetinin 11 oktyabr 2018-ci il tarixli, 440 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının büdcə gəlirlərinin təsnifatı”na əsasən fəaliyyət sahənizə uyğun təsnifat kodu seçilməlidir.

30
Fransada

Ərdoğanın boykot çağırışına Fransadan ilk reaksiya

76
Məsələyə münasibət bildirən Fransanın Ticarət naziri Frank Rayster fransız mallarının boykot olunmasının nə ilə nəticələnəcəyi barədə danışmağın hələ tez olduğunu deyib. ", – deyib.

BAKI, 27 oktyabr — Sputnik. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Fransa Prezidenti Emmanuel Makronun müsəlmanları təhqir etməsindən sonra fransız məhsullarını boykot etməyə çağırması xəbəri dünya mediasının manşetində yer alıb. Sputnik Azərbaycan-ın Türkiyənin NTV kanalına istinadən verdiyi xəbərə görə, artıq Fransa tərəfi məsələyə reaksiya verib və bu ölkənin ticarət sahəsinə məsul şəxsləri geri addım atmağa başlayıblar.

Məsələyə münasibət bildirən Fransanın Ticarət naziri Frank Rayster fransız mallarının boykot olunmasının nə ilə nəticələnəcəyi barədə danışmağın hələ tez olduğunu deyib. Nazir "Hələlik yalnız yaxın günlərdə hadisələrin necə inkişaf edəcəyini izləməklə kifayətlənəcəyik", – deyib.

Rayster RTL radiosuna verdiyi açıqlamada Türkiyənin boykot çağırışına eyni üsulla cavab verməyəcəklərini, yəni, Fransada türk mallarının boykot olunması üçün xalqa müraciət etməyəcəklərini də qeyd edib. Nazir, həmçinin Türkiyə və Erdoğanla danışıqları davam etdirəcəklərini vurğulayıb.

Qeyd edək ki, fransız məhsullarının boykot olunmasına çağırış edən ölkələrin sırasında Türkiyə ilə yanaşı, İordaniya, Yəmən, Küveyt və Qətər də var.

Xatırladaq ki, oktyabrın 26-da Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan türk xalqına müraciət edərək fransız məhsullarını boykot etməyə çağırmışdı.

76
Neft buruğu, arxiv şəkli

Azərbaycan nefti ucuzlaşıb

14
Azərbaycan neftinin bir barelinin qiyməti bu il aprelin 21-də minimuma enərək 15,81 dollar, 2008-ci ilin iyulunda isə maksimuma yüksələrək 149,66 dollar olub

BAKI, 27 oktyabr — Sputnik. Azərbaycan neftinin qiyməti kəskin ucuzlaşıb.

Sputnik Azərbaycan xəbər verir ki, "Azeri Light" markalı neftin bir barelinin qiyməti 2 dollar ucuzlaşaraq 40,47 dollar təşkil edib.

"Brent" markalı neftin qiyməti 0,34 dollar artaraq 40,80 dollar, "Light" markalı neftin qiyməti isə 0,30 dollar bahalaşaraq 38,86 dollar olub.

Qeyd edək ki, Azərbaycan neftinin bir barelinin qiyməti bu il aprelin 21-də minimuma enərək 15,81 dollar, 2008-ci ilin iyulunda isə maksimuma yüksələrək 149,66 dollar olub.

14
(2:07 / 16.42Mb / просмотров видео: 1)

Bir ay cəbhədə: Bakılılar əsgərlərimizə arzulamaq istədilər video

0
Artıq düz bir aydır ki, əsgərlərimiz ön cəbhədə əks-hücum əməliyyatlarını davam edir, torpaqlarımızı qarış-qarış qan-tərlə azad edirlər. Bakılıların cəbhədə vuruşan əsgərlərimizə nə arzu etmək istədiklərini videomuzda izləyin.

Artıq bir aydır ki, Azərbaycanın Ermənistan tərəfindən işğal edilmiş ərazilərində qızğın döyüşlər gedir. Əsgərlərimizin bizə yaşatdığı hər qələbə bizi sevindirir. Hal-hazırda bütün Azərbaycan xalqının duaları onların yanındadır.

Sputnik Azərbaycan bakılılara əsgərlərimizə öz ürək-dirək sözlərini çatdırmaq imkanı yaratmaq istəyib. Daha ətraflı – videomuzda izləyin.

Qeyd edək ki, 10 oktyabr saat 12:00-dan etibarən humanitar məqsədlərlə Beynəlxalq Qırmızı Xaç Komitəsinin vasitəçiliyi və onun meyarlarına uyğun olaraq, hərbi əsirlər və digər saxlanılan şəxslərin, həmçinin ölənlərin meyitlərinin dəyişdirilməsi üçün atəşkəs elan olunub.

Bununla bağlı Rusiya tərəfinin təşəbbüsü əsasında 9-10 oktyabr tarixlərində Moskva şəhərində keçirilən görüş nəticəsində Rusiya Federasiyası, Azərbaycan Respublikası və Ermənistan Respublikasının Xarici İşlər nazirlərinin qəbul etdiyi bəyanatda deyilir.

Bəyanata əsasən, atəşkəs rejiminin konkret parametrləri əlavə olaraq razılaşdırılacaq.

Oktyabrın 25-də ATƏT-in Minsk Qrupunun həmsədrləri yeni bəyanatla çıxış ediblər. Bəyanatda həmsədrlərin 24 oktyabrda Vaşinqtonda Ermənistan xarici işlər naziri Zohrab Mnatsakanyan və Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla görüşdükləri, xarici işlər nazirləri və ABŞ Dövlət Katibinin müavini Stiven Bigan ilə birgə iclasda iştirak etdikləri bildirilir. Həmsədrlər tərəfləri öhdəliklərinə uyğun olaraq 10 oktyabrda  Moskvada imzalanmış birgə bəyanatın bütün aspektlərini həyata keçirmək üçün təcili addımlar atmağa çağırıblar və bu öhdəlikləri 18 oktyabrda Parisdə təsdiqlədiklərini qeyd ediblər. Dağlıq Qarabağda növbəti humanitar atəşkəs oktyabrın 26-da Bakı vaxtı ilə saat 08:00-da başlamalı idi.

0
Mövzu:
Azərbaycan və Ermənistan arasında müharibə