CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Azərbaycanda lombardların fəaliyyətinə yeni qadağalar qoyulacaq

© AP Photo / Seth WenigЮвелирное украшение, фото из архива
Ювелирное украшение, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
"Lombardların saxlancla bağlı öz standartları olmalıdır. İkinci məsələ lombardların hesabatlılığı, şəffaflıq məsələsidir. İnsanlar əmin olmalıdırlar ki, onlar lombarda müraciət etdikdə qoyduqları girov hər hansı məqsəddə istifadə edilməyəcək"

Zülfiyyə Quluyeva, Sputnik Azərbaycan

BAKI, 15 may — Sputnik. Banklar tərəfindən son illər kreditlərin verilməsi ilə bağlı tələblərin sərtləşməsi lombard kreditlərinə olan tələbatı artırıb. Bu isə lombard kreditlərində yenidən faizlərin artımına səbəb olub. Banklardan kredit ala bilməyən vətəndaşlar “əlimyandıda” qaldıqda lombardlara üz tutduğundan əksər lombardlar müştərilərlə girov sövdələşməsində amansız davranır. Lombardların yol verdiyi qanunsuzluqlara isə sözsüz ki, bu sahədə mövcud qanunvericilik bazasının olmaması səbəb olur.

Купюра номиналом в 200 AZN, фото из архива - Sputnik Azərbaycan
İQTİSADİYYAT
Bu xəmir hələ çox su aparacaq - Baş bankir sərt danışdı

Elə bu günlərdə Azərbaycan Mərkəzi Bankının İdarə Heyətinin sədri Elman Rüstəmov keçirdiyi mətbuat konfransında bu məsələyə də toxunub. O bildirib ki, “Lombardlar haqqında” qanun layihəsi Milli Məclisdə müzakirə edilib”. E.Rüstəmovun sözlərinə görə, bu sferanın tənzimlənməsi, hüquqi çərçivəsi istiqamətində önəmli təkliflər Milli Məclisə təqdim olunacaq: “Qanun layihəsinin qəbul olunması xaotiklik müşahidə olunan lombard sistemi üzərində effektiv sistem qurmağa imkan verəcək. Burada əsas məqsəd əhalinin maraqlarının qorunmasıdır. Qanunun qəbul edilməsindən sonra lombard kreditləri ilə bağlı hesabat olacaq. Həmin hesabatda faiz dərəcələri, insanlarla münasibət, faizlərin əhaliyə nə dərəcədə şəffaf açıqlandığı bilinəcək”, - deyə baş bankir əlavə edib.

Bəs görəsən, “Lombardlar haqqında” qanun layihəsi bu sahədə nəyi dəyişəcək?

Ekspertlər lombardların fəaliyyətini tənzimləyən qanunvericilik bazasına ehtiyac olduğunu söyləyirlər.

İqtisadçı Samir Əliyev Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, bu sahənin lisenziyalaşdırılmasına ciddi ehtiyac var: “Banklarda olduğu kimi, lombard fəaliyyəti də lisenziyalaşdırılmalıdır. Lombardlar fəaliyyət göstərmək üçün banklar kimi lisenziya almalıdır. Amma banklara nisbətdə lombardlara qarşı tələblər bir qədər yumşaq olmaldır. Lisenziya varsa, təbii ki, lombardların fəaliyyətinə nəzarət edən qurum da olmalıdır. Lisenziyanı verən qurum isə təbii ki, Mərkəzi Bank olacaqdır”.

S.Əliyev deyir ki, lombardlarda  faiz dərəcələrinə hər hansı məhdudiyyətin tətbiq edilməsinin əleyhinədir: “Burada əsas standartlar saxlanc yerləri ilə bağlı olmalıdır. Bəzən insanların lombardlara qoyduğu qızıl itir, yaxud da zədələnir. Ona görə də lombardlarla bağlı standartlarda saxlanc yerləri ilə bağlı tələblər öz əksini tapmalıdır. Lombardların saxlancla bağlı öz standartları olmalıdır. İkinci məsələ lombardların hesabatlılığı, şəffaflıq məsələsidir. İnsanlar əmin olmalıdırlar ki, onlar lombarda müraciət etdikdə qoyduqları girov hər hansı məqsəddə istifadə edilməyəcək. Üçüncü məsələ lombardların müqavilə standartlarının olmasıdır. Faizlərin hesablanma metodologiyası olmalı, lombardın hansı halda girovu satışa çıxartması bu metodologiyada öz əksini tapmalıdır. Bütün sadaladığım bu məsələlər lombardların fəaliyyətində nəzərə alınmalıdır.

Lombardda çalışanlarla bağlı peşə standartları olmalıdır. Oğurluğa, dələduzluğa görə məhkum olunan şəxslərin lombard fəaliyyətinə icazə verilə bilməz. Bütün bunlar lisenziya şərtlərində öz əksini tapmalıdır. Qoyulan girovların mərkəzləşdirilmiş qaydada dəqiq uçotu mexanizmi qurulmalıdır”.

Bank məsələləri üzrə hüquqşünas Əkrəm Həsənov isə Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, lombardlarla bağlı qanunun qəbuluna ciddi ehtiyac var: “Burada əsas problem ondadır ki, bu gün lombardların fəaliyyəti qanunsuzdur. 

Председатель правления Центрального банка АР Эльман Рустамов - Sputnik Azərbaycan
“Bankları xilas etməyə çalışdıq, amma...." - Elman Rüstəmov
Lombard borcu öz pulu ilə verməlidir. Azərbaycanda fəaliyyət göstərən əksər lombardlar isə bankdan kredit götürüb müştərilərə girov müqabilində pul verirlər. Burada isə müəyyən risklər var. Həmin pul müştəri tərəfindən qaytarılmaya bilər və sairə... Faktiki bu gün lombardlar bankın vəsaitini cəlb edib girov müqabilində verirlər”.

Ə.Həsənov bildirir ki, lombardlar da bank olmayan kredit təşkilatlarına çevriləcəklər. Onların da üzərində Mərkəzi Bankın nəzarəti olacaq: “Lombardlar vətəndaş pulu ödəmədikdə girovu öz adlarına keçirirlər. Halbuki banklar müştəri borcu ödəməyəndə onu məhkəməyə verirlər. Lombardlar isə özlərini əziyyətə vermirlər. Məhkəmə olmadan girovu adlarına keçirdirlər. Bu gün girov müqabilində pulun qaytarılmamasına görə lombardların məhkəmələrə müraciət etməsinə dair heç bir fakt yoxdur.

Çox təəssüf ki, lombardlar üzərində nəzarət olmadığından kim istəsə lombard aça bilir. Vətəndaşlar lombarddan min manat götürüb əvəzində iki min manat qızıl qoyurlar. Lombard da bir müddətdən sonra qızılı götürüb aradan çıxır. Bütün bunlara səbəb lombardlar üzərində nəzarətin olmaması, onların fəaliyyətini tənzimləyən ayrıca qanunvericilik bazasının yoxluğundan irəli gəlir”.

Hüquqşünas bildirir ki, “Lombardlar haqqında” qanun layihəsi qəbul olunarsa, Azərbaycanda lombardların sayı azalacaq: “Bu isə əhalinin xeyrinədir. Lombardların faiz dərəcələri çox yüksəkdir”.

Ə.Həsənov deyir ki, tək lombardlarla bağlı qanunun qəbulu çıxış yolu deyil. Çünki bu zaman başqa təhlükə ortaya çıxacaq: “Bu halda fərdi sələmçilərin sayı artacaq. Ona görə də “Lombardlar haqqında” qanunda fərdi sələmçilərin də fəaliyyəti tənzimlənməlidir. Onların da fəaliyyətinə qadağa qoyulmalıdır”.

Məlumat üçün qeyd edək ki, Rusiyada və Qazaxıstanda lombardların fəaliyyəti ilə bağlı ayrıca qanun qəbul edilib. Həmin qanunda lombardlara münasibətdə qaydalar öz əksini tapıb. Bizdə isə istənilən şəxs MMC şəklində lombard açaraq fəaliyyət göstərə bilər.

Xəbər lenti
0