Купюра номиналом в 200 AZN, фото из архива - Sputnik Azərbaycan
İQTİSADİYYAT
Sosial-iqtisadi gündəmə, maliyyə, biznes sahəsinə dair materiallar

Azərbaycan nefti bahalaşıb

© AFP 2023 / TOBIAS SCHWARZНефтяной насос в Баку. Архивное фото
Нефтяной насос в Баку. Архивное фото - Sputnik Azərbaycan
Abunə olmaq
Hazırda "Azeri Light" markalı neft həm Rusiyanın “URALS” markalı neftindən, həm də "Brent Dated"dən bahadır.

BAKI, 14 may — Sputnik. CIF bazisi üzrə İtaliyanın Auqusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti mayın 13-də 31,2 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 0,42 dollar/barel çoxdur.

Электронная доска с обзором азиатских фондовых индексов, фото из архива - Sputnik Azərbaycan
Narahatlıq qayıdır. Neft qiymətləri yenə düşür

Bu barədə Sputnik Azərbaycan-a ölkənin neft-qaz bazarındakı mənbə bildirib.

FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin qiyməti 30,15 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 0,47 dollar/barel çoxdur.

Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti isə 28,55 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 0,37 dollar/barel çoxdur.

Şimal dənizindən hasil edilən "Brent Dated" etalon növlü neftin qiyməti 28 dollar/barel olub ki, bu da əvvəlki göstəricidən 1,55 dollar/barel çoxdur.

Xəbər lenti
0