Azərbaycan manatı, arxiv şəkli

Bağlanan banklardakı əmanətlərin taleyi - 3 milyon AZN əmanət qorunmur

37
(Yenilənib 16:56 13.05.2020)
“EuroHome” ticarət mərkəzində baş vermiş hadisə ilə bağlı hələ ki, konkret bir söz deyə bilmərən, amma bu məsələ ilə bağlı araşdırma aparacağıq. Əgər kimin sığortası varsa, kompensasiya alacaq”

İradə Cəlilova, Sputnik Azərbaycan

BAKI, 13 may — Sputnik. Bağlanan banklardakı əmanətlərin 99%-i sığortalanan əmanətlərdir. Sputnik Azərbaycan-ın məlumatına görə, bunu Azərbaycan Mərkəzi Bankı (AMB) İdarə Heyətinin sədri Elman Rüstəmov bu gün keçirdiyi mətbuat konfransında bildirib. O deyib ki, 3 milyon manat əmanət qorunmur: "Bağlanan 4 bankda ipoteka kreditlərinin həcmi 211 milyon manatdır".

Elman Rüstəmov "EuroHome" ticarət mərkəzindəki yanğınla bağlı sualları da cavablandırıb. O bildirib ki, Azərbaycanda obyekt və mallarını sığortalaya bilməyən sahibkarlar tam qanuni işləmir: "Sığorta bazarı ilə bağlı bizim tədbirlər planımız var. Bu sahənin genişləndirilməsi, həm əhalini, həm də biznesi əhatə etməsi nəzərdə tutulub. Bu günlərdə “EuroHome” ticarət mərkəzində baş vermiş hadisə ilə bağlı hələ ki, konkret bir söz deyə bilmərən, amma bu məsələ ilə bağlı araşdırma aparacağıq. Əgər kimin sığortası varsa, kompensasiya alacaq”.

37
Əlaqədar
Azərbaycanda daha iki bank bağlandı
Bağlanan bankların əmanətini qaytaracaq agent bank məlum olub
Bu xəmir hələ çox su aparacaq - Baş bankir sərt danışdı
“Bankları xilas etməyə çalışdıq, amma...." - Elman Rüstəmov
Laçın şəhərinə mənzərə, arxiv şəkli

İtaliya şirkətləri işğaldan azad edilmiş ərazilərimizi bərpa etməkdə maraqlıdırlar

12
(Yenilənib 08:20 26.11.2020)
İtaliya şirkətlərinin müxtəlif sahələrdəki layihələrdə, eləcə də ənənəvi və bərpaolunan enerji mənbələrinin inkişafı sahəsində iştirakı məsələsinə toxunulub, şirkətlərin Azərbaycanda investor kimi fəaliyyətlərinin genişləndirməsi imkanları müzakirə edilib.

BAKI, 25 noyabr — Sputnik. Energetika naziri Pərviz Şahbazov İtaliyanın Azərbaycandakı səfiri Augusto Massari ilə görüşüb.

Nazirlikdən Sputnik Azərbaycan-a bildirilib ki, görüşdə bu ilin fevral ayında Prezident İlham Əliyevin İtaliyaya dövlət səfəri zamanı imzalanmış sənədlərin və Azərbaycan Respublikası ilə İtaliya Respublikası arasında iqtisadi əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın 5-ci iclasının protokolunun icrasının gedişi müzakirə edilib.

Energetika naziri Pərviz Şahbazov

Səfir dinc əhalinin həlak olması ilə bağlı Azərbaycan xalqına, həlak olanların ailələrinə və yaxınlarına dərin hüznlə başsağlığını çatdırıb, üçtərəfli bəyanatı alqışladığını vurğulayıb.

İtaliyanın infrastruktur sahəsində fəaliyyət göstərən şirkətlərinin Azərbaycanın işğaldan azad edilmiş ərazilərində bərpa-yenidənqurma işlərinin aparılmasına marağını ifadə edib.

Energetika naziri başsağlığına və İtaliyanın imzalanmış bəyanata dəstəyinə görə təşəkkür edib.

Görüşdə Azərbaycan və İtaliya arasında münasibətlərin iqtisadiyyatın bir çox sahələrində uğurla inkişaf etdiyi, uzunmüddətli əməkdaşlıq əlaqələrində enerji sektorunda əməkdaşlığın mühüm rol oynadığı qeyd edilib. Bu əməkdaşlığın mühüm elementi sayılan "Trans-Adriatik" boru kəməri (TAP) layihəsinin İtaliya və digər Avropa istehlakçıları üçün əhəmiyyətindən bəhs edilib, layihənin kommersiya fəaliyyəti üçün hazır olduğu, cari ilin sonunda Azərbaycan qazının Avropaya kommersiya məqsədli nəqlinə başlanmasının nəzərdə tutulduğu vurğulanıb.

İtaliyanın Azərbaycandakı səfiri Augusto Massari

Görüşdə iki ölkə arasında müxtəlif sahələrdə əməkdaşlıq məsələləri, enerji sektorunda investisiya imkanları ətrafında fikir mübadiləsi aparılıb, İtaliya şirkətlərinin müxtəlif sahələrdəki layihələrdə, eləcə də ənənəvi və bərpaolunan enerji mənbələrinin inkişafı sahəsində iştirakı məsələsinə toxunulub, şirkətlərin Azərbaycanda investor kimi fəaliyyətlərinin genişləndirməsi imkanları müzakirə edilib. Həmçinin Azərbaycan Respublikası və İtaliya Respublikası arasında iqtisadi əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın növbəti iclasına hazırlıq məsələləri, iki ölkənin müxtəlif qurumları arasında imzalanmış əməkdaşlıq sənədlərindən irəli gələn məsələlər nəzərdən keçirilib.

12
Teqlər:
energetika naziri Pərviz Şahbazov, bərpa, işğaldan azad edilmiş ərazilər, şirkət, İtaliya
Neft konteynerləri, arxiv şəkli

Azərbaycan neftinin qiyməti qalxdı

18
(Yenilənib 14:00 25.11.2020)
Azərbaycan neftinin 1 barelinin qiyməti 1,79 ABŞ dolları və ya 3,87% artaraq 48,07 dollar təşkil edib.

BAKI, 25 noyabr - Sputnik. Dünya bazarında "Azeri Light" (CIF) markalı neftin qiyməti artıb.

Sputnik Azərbaycan-ın məlumatına görə, Azərbaycan neftinin 1 barelinin qiyməti 1,79 ABŞ dolları və ya 3,87% artaraq 48,07 dollar təşkil edib.

Qeyd edək ki, Azərbaycan neftinin bir barelinin qiyməti bu il aprelin 21-də minimuma enərək 15,81 dollar, 2008-ci ilin iyulunda isə maksimuma yüksələrək 149,66 dollar olub.

18
Teqlər:
barel, neft
Kənd məktəbi, arxiv şəkli

Ucqar kəndlərdə məktəblərin azkomplektli formada fəaliyyətinə yol veriləcək

0
(Yenilənib 08:09 26.11.2020)
Bu, Prezident İlham Əliyevin dünən təsdiqlədiyi "Təhsil haqqında" qanunda dəyişiklik edilməsi barədə" qanunda əksini tapıb.

BAKI, 25 noyabr — Sputnik. Ucqar kənd yerlərində şagirdlərin sayından asılı olmayaraq, ibtidai və ümumi orta ümumtəhsil məktəblərinin azkomplektli formada fəaliyyətinə yol veriləcək.

Sputnik Azərbaycan-ın məlumatına görə, bu, Prezident İlham Əliyevin dünən təsdiqlədiyi "Təhsil haqqında" qanunda dəyişiklik edilməsi barədə" qanunda əksini tapıb.

Qanuna əsasən, şagirdlərin sayı az olan ibtidai siniflərdən komplekt siniflər təşkil olunacaq.

0
Teqlər:
ümumtəhsil məktəbləri, "Təhsil haqqında" Qanun, Prezident İlham Əliyev, məktəb