Bazarda pomidor satışı

Pomidor Azərbaycana qədər vəsait gətirib?

37
(Yenilənib 00:12 30.04.2020)
2019-cu ilin müvafiq dövrü ilə müqayisədə 2020-ci ilin yanvar-mart ayları ərzində qeyri-neft sektoru üzrə ixrac 13,7 milyon ABŞ dolları və ya 3,3 faiz artıb

BAKI, 30 aprel — Sputnik. İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin "İxrac İcmalı"nın 2020-ci ilin aprel sayı təqdim edilib.

Mərkəzdən Sputnik Azərbaycan-a məlumat verilib ki, 2020-ci ilin yanvar-mart ayları ərzində Azərbaycanda qeyri-neft sektoru üzrə 429 milyon ABŞ dolları dəyərində ixrac reallaşdırılıb. 2019-cu ilin müvafiq dövrü ilə müqayisədə 2020-ci ilin yanvar-mart ayları ərzində qeyri-neft sektoru üzrə ixrac 13,7 milyon ABŞ dolları və ya 3,3 faiz artıb.

Bu ilin yanvar-mart ayları ərzində Rusiyaya 134,4 milyon, Türkiyəyə 104,4 milyon, Gürcüstana 42,9 milyon, İsveçrəyə 40,8 milyon və Çinə 12,2 milyon ABŞ dolları dəyərində qeyri-neft sektoruna aid mal ixrac olunub.

2019-cu ilin müvafiq dövrü ilə müqayisədə 2020-ci ilin birinci rübündə Rusiyaya qeyri-neft ixracı 16,6 faiz, Türkiyəyə 5,2 faiz, İsveçrəyə 21,1 faiz və Çinə 18,4 faiz artıb.

2020-ci ilin yanvar-mart ayları ərzində ixrac edilən qeyri-neft sektoruna aid malların siyahısında isə pomidor (43,9 milyon ABŞ dolları) birinci, pambıq mahlıcı (42,8 milyon ABŞ dolları) ikinci və qızıl (sikkə kəsilməsində istifadə olunmayan, digər emal olunmamış formalarda – 36,3 milyon ABŞ dolları) üçüncü olub.

Ümumiyyətlə, 2020-ci ilin birinci rübü ərzində meyvə-tərəvəz ixracı 113,3 milyon, plastmassa və onlardan hazırlanan məmulatların ixracı 46,4 milyon, pambıq lifi ixracı 43,4 milyon, alüminium və ondan hazırlanan məmulatların ixracı 21,4 milyon, kimya sənayesi məhsullarının ixracı 19,8 milyon, elektrik enerjisinin ixracı 17,8 milyon, qara metallar və onlardan hazırlanan məmulatların ixracı 11,9 milyon, pambıq ipliyi ixracı 8,6 milyon, alkoqollu və alkoqolsuz içkilərin ixracı 4,3 milyon ABŞ dolları, şəkər ixracı 2,9 milyon təşkil edib.

2020-ci ilin mart ayında isə qeyri-neft sektoru üzrə ixrac 133 milyon ABŞ dolları təşkil edib. Bu ilin mart ayında qeyri neft-qaz məhsullarına aid ən çox mal Rusiyaya (46,4 milyon ABŞ dolları), Türkiyəyə (29 milyon ABŞ dolları), İsveçrəyə (12 milyon ABŞ dolları), Gürcüstana (8 milyon ABŞ dolları) və Ukraynaya (6,2 milyon ABŞ dolları) ixrac edilib.

2020-cu ilin mart ayında qeyri-neft sektoru üzrə ixracda tomat (pomidor - 19,2 milyon ABŞ dolları) birinci, qabığı təmizlənmiş meşə fındığı (14,1 milyon ABŞ dolları) ikinci, pambıq mahlıcı (12,9 milyon ABŞ dolları) üçüncü yerdə qərarlaşıb.

"İxrac İcmalı"nın aprel sayında qeyri-neft sektoru üzrə əsas ixracatçı şirkətlərin reytinqi verilib. Bu ilin yanvar-mart ayları üzrə hazırlanan qeyri-dövlət ixracatçı subyektlərin reytinqində ilk onluqda aşağıdakı şirkətlər təmsil olunurlar: "Socar Polymer" MMC, "MKT İstehsalat Kommersiya" MMC, "Azərbaycan İnterneyşnl Mayninq Kompani Limited Şirkəti"nin Azərbaycan Respublikasındakı nümayəndəliyi, "Land Lojistic" MMC, "STDC" MMC, "Aqrovest" MMC, "P-Aqro" MMC, "Sun Food" MMC, "Natural Fruit" MMC," "Baku Steel Company".

Qeyri-neft sektoru üzrə ixrac əməliyyatlarında iştirak edən və 100 min ABŞ dollarından çox ixrac həyata keçirən dövlətə məxsus şirkətlərin siyahısına isə ARDNŞ-nin "Marketinq və İqtisadi Əməliyyatlar İdarəsi" başçılıq edir. Daha sonra bu siyahıda aşağıdakı şirkətlər təmsil olunurlar: "Azergold" QSC, "Azərenerji" ATSC, "Azəralüminium" MMC, "Azərpambıq Aqrar Sənaye Kompleksi" MMC, "Azərbaycan Hava Yolları" QSC, "Azərbaycan İstilik Elektrik Stansiyası" MMC, "ASK şüşə" MMC.

"İxrac İcmalı"nda həm də xidmət ixracına yer ayrılıb. Məlumat verilib ki, 2020-ci ilin yanvar-mart aylarında "Azərkosmos" ASC tərəfindən dünyanın 24 ölkəsinə 10,4 milyon ABŞ dolları dəyərində xidmət (peyk telekommunikasiya xidmətləri və optik peyk xidmətləri) ixrac edilib. "Azərkosmos" ASC-nin xidmət ixracından əldə etdiyi gəlir onun ümumi gəlirlərinin 88 faizini təşkil edib. "Azərkosmos" ASC-nin 2020-cu ilin yanvar-mart aylarında xidmət ixracı həyata keçirdiyi əsas ölkələr ABŞ, Birləşmiş Krallıq, Fransa, BƏƏ və Almaniyadır.

Eyni zamanda "İxrac İcmalı"nda məlumat verilib ki, bu ilin mart ayında ölkəmizə gələn xarici vətəndaşların bank kartları vasitəsilə apardıqları əməliyyatları 53,9 milyon manat təşkil edib. Ümumilikdə isə 2020-ci ilin yanvar-mart ayları ərzində Azərbaycana gələn xarici vətəndaşların bank kartları vasitəsilə apardıqları əməliyyatların dəyəri 212 milyon manat təşkil edib.

37
Laçın şəhərinə mənzərə, arxiv şəkli

İtaliya şirkətləri işğaldan azad edilmiş ərazilərimizi bərpa etməkdə maraqlıdırlar

10
(Yenilənib 21:48 25.11.2020)
İtaliya şirkətlərinin müxtəlif sahələrdəki layihələrdə, eləcə də ənənəvi və bərpaolunan enerji mənbələrinin inkişafı sahəsində iştirakı məsələsinə toxunulub, şirkətlərin Azərbaycanda investor kimi fəaliyyətlərinin genişləndirməsi imkanları müzakirə edilib.

 

BAKI, 25 noyabr — Sputnik. Energetika naziri Pərviz Şahbazov İtaliyanın Azərbaycandakı səfiri Augusto Massari ilə görüşüb.

Nazirlikdən Sputnik Azərbaycan-a bildirilib ki, görüşdə bu ilin fevral ayında Prezident İlham Əliyevin İtaliyaya dövlət səfəri zamanı imzalanmış sənədlərin və Azərbaycan Respublikası ilə İtaliya Respublikası arasında iqtisadi əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın 5-ci iclasının protokolunun icrasının gedişi müzakirə edilib.

Energetika naziri Pərviz Şahbazov

Səfir dinc əhalinin həlak olması ilə bağlı Azərbaycan xalqına, həlak olanların ailələrinə və yaxınlarına dərin hüznlə başsağlığını çatdırıb, üçtərəfli bəyanatı alqışladığını vurğulayıb.

İtaliyanın infrastruktur sahəsində fəaliyyət göstərən şirkətlərinin Azərbaycanın işğaldan azad edilmiş ərazilərində bərpa-yenidənqurma işlərinin aparılmasına marağını ifadə edib.

Energetika naziri başsağlığına və İtaliyanın imzalanmış bəyanata dəstəyinə görə təşəkkür edib.

Görüşdə Azərbaycan və İtaliya arasında münasibətlərin iqtisadiyyatın bir çox sahələrində uğurla inkişaf etdiyi, uzunmüddətli əməkdaşlıq əlaqələrində enerji sektorunda əməkdaşlığın mühüm rol oynadığı qeyd edilib. Bu əməkdaşlığın mühüm elementi sayılan "Trans-Adriatik" boru kəməri (TAP) layihəsinin İtaliya və digər Avropa istehlakçıları üçün əhəmiyyətindən bəhs edilib, layihənin kommersiya fəaliyyəti üçün hazır olduğu, cari ilin sonunda Azərbaycan qazının Avropaya kommersiya məqsədli nəqlinə başlanmasının nəzərdə tutulduğu vurğulanıb.

İtaliyanın Azərbaycandakı səfiri Augusto Massari

Görüşdə iki ölkə arasında müxtəlif sahələrdə əməkdaşlıq məsələləri, enerji sektorunda investisiya imkanları ətrafında fikir mübadiləsi aparılıb, İtaliya şirkətlərinin müxtəlif sahələrdəki layihələrdə, eləcə də ənənəvi və bərpaolunan enerji mənbələrinin inkişafı sahəsində iştirakı məsələsinə toxunulub, şirkətlərin Azərbaycanda investor kimi fəaliyyətlərinin genişləndirməsi imkanları müzakirə edilib. Həmçinin Azərbaycan Respublikası və İtaliya Respublikası arasında iqtisadi əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın növbəti iclasına hazırlıq məsələləri, iki ölkənin müxtəlif qurumları arasında imzalanmış əməkdaşlıq sənədlərindən irəli gələn məsələlər nəzərdən keçirilib.

10
Neft konteynerləri, arxiv şəkli

Azərbaycan neftinin qiyməti qalxdı

18
(Yenilənib 14:00 25.11.2020)
Azərbaycan neftinin 1 barelinin qiyməti 1,79 ABŞ dolları və ya 3,87% artaraq 48,07 dollar təşkil edib.

BAKI, 25 noyabr - Sputnik. Dünya bazarında "Azeri Light" (CIF) markalı neftin qiyməti artıb.

Sputnik Azərbaycan-ın məlumatına görə, Azərbaycan neftinin 1 barelinin qiyməti 1,79 ABŞ dolları və ya 3,87% artaraq 48,07 dollar təşkil edib.

Qeyd edək ki, Azərbaycan neftinin bir barelinin qiyməti bu il aprelin 21-də minimuma enərək 15,81 dollar, 2008-ci ilin iyulunda isə maksimuma yüksələrək 149,66 dollar olub.

18
Teqlər:
barel, neft

Cəbhəyanı ərazilərdə onlarla tank piyada əleyhinə mina, bombacıqlar aşkarlandı

0
Mina təhlükəsinə dair maarifləndirmə üzrə mütəxəsisslər tərəfindən 80 141 nəfər mülki şəxs arasında mina təhlükəsizliyinə dair maarifləndirmə təbliğatı aparılıb.

BAKI, 26 noyabr - Sputnik. Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyə (ANAMA) Ağcabədi, Ağdam, Beyləqan, Füzuli, Goranboy, Göygöl, Tərtər rayonları ərazisində mərmilərin aşkar olunması barədə Daxili İşlər Nazirliyinin ″102″ Xidməti-Zəng mərkəzi sistemindən 38 və Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə mərkəzindən 7 müraciət daxil olub.

ANAMA-dan Sputnik Azərbaycan-a verilən məlumata görə, daxil olmuş 45 çağırış əsasında agentliyin xüsusi mobil çevik əməliyyat qrupları tərəfindən Daxili İşlər Nazirliyinin əməkdaşları ilə birlikdə 28 operativ və təxirəsalınmaz əməliyyat çıxışı həyata keçirilib.

Aparılmış əməliyyat-axtarış tədbirləri zamanı 71 ədəd partlamamış hərbi sursat (PHS), 2 ədəd tank əleyhinə mina, 42 ədəd piyada əleyhinə mina, 4 ədəd bombacıq və 40 ədəd partlamış mərmi qalıqları aşkar olunub.

Agentliyin partlayış qrupu tərəfindən 26 ədəd mina və partlamamış hərbi sursat (PHS), 4 ədəd bombacıq zərərsizləşdirilib, mina təhlükəsinə dair maarifləndirmə üzrə mütəxəsisslər tərəfindən 80 141 nəfər mülki şəxs arasında mina təhlükəsizliyinə dair maarifləndirmə təbliğatı aparılıb.

0