Buğda, arxiv şəkli

Özümüzünkü olacaq: Yeni buğda sortları yaradılır

55
(Yenilənib 00:05 28.04.2020)
Fermerlərin bərk buğda istehsalına marağının artırılması istiqamətində genişmiqyaslı tədbirlər görülməsi, Əkinçilik Elmi-Tədqiqat İnstitutunun yaratdığı sortlar haqqında fermerlərə dolğun məlumatların çatdırılmasının təmin olunması barədə razılığa gəlinib

BAKI, 28 aprel — Sputnik. Aqrar Elm və İnnovasiya Mərkəzinin Əkinçilik Elmi-Tədqiqat İnstitutu ilə "Agro Dairy" şirkəti arasında onlayn qaydada əməkdaşlıq görüşü keçirilib.

Sputnik Azərbaycan-ın məlumatına görə, institutun direktoru Faiq Xudayev, direktor müavinləri Atif Zamanov, Şikar Əhmədov, Nizami Hümmətov və "Agro Dairy" şirkətinin kommersiya işləri üzrə müşaviri, satış departamentinin rəhbəri Əsəd Qurbanzadə arasında keçirilmiş onlayn müzakirədə mümkün əməkdaşlıq imkanları araşdırılıb.

Faiq Xudayev institutun fəaliyyəti haqqında məlumat verib. Vurğulayıb ki, çörək və makaron sənayesinin tələblərinə uyğun yeni sortların yaradılması istiqamətində elmi tədqiqat işləri davam edir. Qarşılıqlı müzakirədə ölkədə bərk buğda sortlarının əkin dövriyyəsinin artırılması, bu istiqamətdə birgə işlərin təşkili məsələləri müzakirə olunub. Fermerlərin bərk buğda istehsalına marağının artırılması istiqamətində genişmiqyaslı tədbirlər görülməsi, Əkinçilik ETİ-nin yaratdığı sortlar haqqında fermerlərə dolğun məlumatların çatdırılmasının təmin olunması barədə razılığa gəlinib. Bunun üçün birgə nümayiş əkin sahələrinin yaradılması ilə bağlı razılığa gəlinib.

Ə.Qurbanzadə şirkətin fəaliyyət istiqamətləri haqda geniş məlumat verərək elmi-tədqiqat yönümlü əməkdaşlıqda maraqlı olduqlarını bildirib.

55
Neft konteynerləri, arxiv şəkli

Azərbaycan neftinin qiyməti qalxdı

18
(Yenilənib 14:00 25.11.2020)
Azərbaycan neftinin 1 barelinin qiyməti 1,79 ABŞ dolları və ya 3,87% artaraq 48,07 dollar təşkil edib.

BAKI, 25 noyabr - Sputnik. Dünya bazarında "Azeri Light" (CIF) markalı neftin qiyməti artıb.

Sputnik Azərbaycan-ın məlumatına görə, Azərbaycan neftinin 1 barelinin qiyməti 1,79 ABŞ dolları və ya 3,87% artaraq 48,07 dollar təşkil edib.

Qeyd edək ki, Azərbaycan neftinin bir barelinin qiyməti bu il aprelin 21-də minimuma enərək 15,81 dollar, 2008-ci ilin iyulunda isə maksimuma yüksələrək 149,66 dollar olub.

18
Teqlər:
barel, neft
Kuryer, arxiv şəkli

Bunu heç kim etməzdi, amma siz etdiniz... - Bakıda yeni qadağaya etiraz

109
(Yenilənib 22:03 24.11.2020)
Həftəsonu ictimai iaşə sektoruna çatdırma və “takeaway” xidmətlərinin göstərilməsinə icazə verilmir, niyəsi də sual doğurur

BAKI, 24 noyabr — Sputnik. Bu gün Hotellər və Restoranlar Assosiasiyası ictimai iaşə sektorundan daxil olan çox saylı müraciətəri nəzərə alaraq Azərbaycan Respublikasının Nazirlər Kabinetinə müraciət ünvanlayıb. Sputik Azərbaycan-ın məlumatına görə, müraciətdə deyilir:

“Azərbaycan Respublikasının ərazisində xüsusi karantin rejiminin müddətinin uzadılması ilə bağlı əlavə tədbirlər barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 19 Noyabr, 2020-ci il tarixli, 450 saylı Qərarında göstərildiyi kimi, “Xüsusi karantin rejimi ilə bağlı əlavə tədbirlər barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 12 sentyabr tarixli 336 nömrəli Qərarında bir sıra dəyişikliklər edilib.

Dəyişikliklərdən biri, Qərarın 2.4. bəndində qeyd edilmiş “2020-ci il 21 noyabr saat 00:00-dan 23 noyabr saat 06:00-dək, 28 noyabr saat 00:00-dan 30 noyabr saat 06:00-dək, 5 dekabr saat 00:00-dan 7 dekabr saat 06:00-dək, 12 dekabr saat 00:00-dan 14 dekabr saat 06:00-dək, 19 dekabr saat 00:00-dan 21 dekabr saat 06:00-dək, 26 dekabr saat 00:00-dan 28 dekabr saat 06:00-dək bu Qərarın 1 nömrəli əlavəsində nəzərdə tutulan sahələr istisna olmaqla, digər sahələrdə və istiqamətlərdə fəaliyyətin dayandırılmasıdır”.

Həmin Qərarın “Fəaliyyətinə icazə verilən sahələr” adlanan 1 nömrəli Əlavəsinin 5-ci bəndində “fasiləsiz fəaliyyət göstərən müəssisələrin, həmçinin qida məhsullarının istehsalı, tədarükü, təchizatı, saxlanması və topdan satışı müəssisələrinin fəaliyyəti” qeyd edilmişdir.

Bildiyimiz kimi, ictimai iaşə müəsissələri qeyd edilən sahələrə aiddirlər, bilavasitə qida məhsullarının istehsalı, tədarükü və təchizatı ilə məşqul olurlar.

Onu da qeyd etməliyik ki, ictimai iaşə müəsissələri pandemiya dövründə uzun müddət boşdayanmaya məruz qalmış və bir çoxu fəaliyyətlərini tam dayandırmamaq məqsədilə çatdırma və “takeaway” xidmətlərinə keçmiş, yəni yerində xidmət göstərməklə yanaşı, əhaliyə qida məhsullarının tədarükü və təchizatı ilə bilavasitə məşğuldurlar.

Yalnız son iki gün ərzində bir sıra ictimai iaşə müəsissələrindən daxil olan müraciətlər onu göstərir ki, istirahət günləri onlara yerində xidmətin dayandırılması ilə yanaşı, onlayn sifarişlər əsasında çatdırılma və “takeaway” xidmətlərinin göstərilməsinə də qadağa qoyulmuşdur.

Müşahidələrimiz onu göstərir ki, “catering” üsulu ilə iaşə xidmətləri göstərən, şirniyyat, qəlyanaltı, yarımfabrikat, təndir yeməkləri və digər ərzaq və qida məhsullarının istehsalı və satışı ilə məşğul olan müəsissələr həftə sonu günlərində heç bir məhdudiyyətsiz çalışırlar.

Bunları nəzərə alaraq sual çıxır ki, çatdırma və “takeaway” xidmətləri göstərən ictimai iaşə müəsissələrinə (restoran və kafelər) hansı məntiqlə həftə sonu günlərində fəaliyyət göstərməyə icazə verilmir. Onu da nəzərə alsaq ki, restoran biznesı pandemiya dövründə ən çox zərər çəkmiş sahələr sırasında olmuş, uzun müddət məcburi boşdayanma yaşamış, sonradan yalnız çatdırma xidmətilə fəaliyyət göstərmişdirlər və hazırda çətinliklə biznesı yaşadırlar, onların vəziyyətinin nə qədər ağır olduğu məlum olar.

Bunu da qeyd etmək istərdik ki, ictimai iaşə sahəsində, xüsusilə bu sahənin kiçik və orta biznes seqmentində, təkçə Bakı şəhərində on minlərlə insan çalışır, məvacib alırlar və ailə dolandırırlar. Həftə sonu fəaliyyətlərinin dayandırılması çox saylı ixtisarlara gətirib çıxara bilər və bunun qarşısının alınması xüsusilə önəmli hesab edilir.

Digər tərəfdən restoran və kafelərin fəaliyyətinin həftə sonu tam dayandırılması tədarük olunmuş ərzaq və qida məhsullarının xarab olması, ay ərzində 7-8 gün boşdayanma, bununla yanaşı icarə, kommunal və digər xərclərin ödənilməsində yeni problemlərin yaranması ilə nəticələnə bilər. Bu isə biznesın itkilərə getməsi, bir çox hallarda kiçik və orta biznesın müflüsləşməsi kimi fəsadlara gətirib çıxarır.

Məlum olduğu kimi pandemiya dövründə içtimai iaşə müəsissələrinin işini tənzimləyən bir sıra metodik göstərişlər və xüsusi nəzarət mexanizmları tətbiq ediliblər. Əminliklə demək olar ki, restoranlar, kafelər və digər ictimai iaşə obyektləri, o cümlədən onların müştəriləri metodik göstərişlərin qaydalarına ciddi şəkildə əməl edirlər və bu məsələyə hamı məsuliyyətlə yanaşır.

Qeyd olunanları nəzərə alaraq xahiş edirik, ictimai iaşə müəsissələrinin həftə sonu çatdırma və “takeaway” xidmətlərinin göstərilməsinə icazə verilməsi mümkünlüyünə bir daha baxılsın. Müsbət qərarın verilməsi restoran biznesının hazırkı vəziyyətində fəaliyyətinə yardımçı olar, onların çətin günlərdə ayağ üstə qalmalarına, iş yerlərinin saxlanmasına və daimi məvaciblərin verilməsinə, icarə, kommunal və digər cari xərclərin ödənilməsinə böyük köməklik göstərmiş olar".

109
Teqlər:
Nazirlər Kabineti, müraciət, takeaway, çatdırılma xidməti, kafe, restoran, mehmanxana, otel
Bakıda yerüstü piyada keçidi, arxiv şəkli

BNA yeraltı yerüstü keçidlərə qarşıdır

0
(Yenilənib 17:54 25.11.2020)
BNA ümumiyyətlə şəhər daxilində bu tip keçidlərin təşkilinin əleyhinədir: "Bu, bizim yanaşmamızdır. Biz daha çox nizamlanan piyada keçidlərini təşkil etməyə çalışırıq".

BAKI, 25 noyabr — Sputnik. Növbəti il üçün Bakı şəhərində üst piyada keçidlərin işıqlandırılması məsələsi tədbirlər planına daxil edilib. Sputnik Azərbaycan xəbər verir ki, bu barədə "Caspian Energy Club"un təşkilatçılığı ilə keçirilən "Online Baku City Forum"da çıxış edən Bakı Nəqliyyat Agentliyinin (BNA) Yol hərəkətinin təşkili şöbəsinin müdiri Tərlan Səfərov deyib.

Onun sözlərinə görə, yeraltı və yerüstü piyada keçidlərinə gəldikdə, BNA ümumiyyətlə şəhər daxilində bu tip keçidlərin təşkilinin əleyhinədir: "Bu, bizim yanaşmamızdır. Biz daha çox nizamlanan piyada keçidlərini təşkil etməyə çalışırıq".

0
Teqlər:
yeraltı keçid, yerüstü keçid, BNA