Купюра номиналом в 200 AZN, фото из архива - Sputnik Azərbaycan
İQTİSADİYYAT
Sosial-iqtisadi gündəmə, maliyyə, biznes sahəsinə dair materiallar

Azərbaycanda 4 banka müvəqqəti inzibatçı təyin edilib

© AFP 2023 / JOHN MACDOUGALLЧиновник, фото из архива
Чиновник, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Qanunvericiliyə uyğun olaraq qeyd olunan bankların idarә olunması üzrә bütün sәlahiyyәtlәr, o cümlәdәn bank sәhmdarlarının ümumi yığıncağının səlahiyyətləri müvәqqәti inzibatçıya keçib

BAKI, 27 aprel — Sputnik. Mərkəzi Bankın İdarə Heyətinin 27 aprel 2020-ci il tarixli müvafiq qərarları ilə "Atabank" ASC, "AGBank" ASC, "NBCBank" ASC və "Amrah Bank" ASC-yə müvəqqəti inzibatçılar təyin olunublar.

Mərkəzi Bankdan Sputnik Azərbaycan-a məlumat veriblər ki, qanunvericiliyə uyğun olaraq qeyd olunan bankların idarә olunması üzrә bütün sәlahiyyәtlәr, o cümlәdәn bank sәhmdarlarının ümumi yığıncağının sәlahiyyәtlәri müvәqqәti inzibatçıya keçib.

Bu məsələ ilə bağlı əlavə məlumat təqdim olunacaq.

Xəbər lenti
0