Manat

Banklara bu güzəştlər ediləcək

23
(Yenilənib 20:24 25.04.2020)
Bankların öz vəsaitləri hesabına 2020-ci il 1 aprel tarixinə kimi verilmiş ipoteka kreditləri üzrə risk koofisentinin 100%-dən 50%-dək azaldılması təklif olunur

BAKI, 25 aprel — Sputnik. Bankların requlyativ yükünün azaldılması, kreditləşdirmə imkanlarının artırılması və maliyyə dayanıqlığının qorunması ilə bağlı təkliflər açıqlanıb. Sputnik Azərbaycan-a bu barədə Mərkəzi Bankın Tədbirlər Planında məlumat verilib.

Təkliflərə aşağıdakılar daxildir:

• Sistem əhəmiyyətli banklar üzrə məcmu kapitalın adekvatlıq əmsalının 01 yanvar 2021-ci ilədək 12%-dən 11%-dək azaldılması;

• Digər banklar üzrə məcmu kapitalın adekvatlıq əmsalının 01 yanvar 2021-ci ilədək 10%-dən 9%-ə azaldılması;

• 01 yanvar 2021-ci ilədək kontr-tsiklik kapital buferinin 0.5%-dən 0 faizə endirilməsi;

• Bankların kapitalının adekvatlıq göstəricilərinin hesablanması zamanı bazar və əməliyyat risklərinin 01 yanvar 2021-ci ilədək nəzərə alınmaması;

• Bankların öz vəsaitləri hesabına 2020-ci il 1 aprel tarixinə kimiverilmiş ipoteka kreditləri üzrə risk koofisentinin 100%-dən 50%-dək azaldılması;

• Bankların kapital mövqeyinin qorunması və gücləndirilməsi məqsədilə 2019-cu ilin nəticəsi üzrə dividend ödənişlərinin 30 sentyabr 2020-ci ilədək təxirə salınmasının və 2020-ci il üzrə aralıq dividend ödənilməməsinin banklara tövsiyə edilməsi;

• İstehlak kreditləri üzrə əlavə kapital tələblərinin 01 yanvar 2021-ci ilədək təxirə salınması;

• Kredit təşkilatlarında inspeksiyaların (hərtərəfli və tematik) təxirəsalınmaz reaksiya tələb edilən hallar istisna olmaqla 30 sentyabr 2020-ci il tarixinədək təxirə salınması.

23
Kassir dollarları sayır, arxiv şəkli

Daha heç kimi dollar maraqlandırmır?

53
24 sentyabr 2020-ci il tarixində Mərkəzi Bankda Dövlət Neft Fondunun iştirakı ilə növbəti valyuta hərracı keçirilib. Hərracda tələb 70,7 mln. ABŞ dolları təşkil edib

BAKI, 29 sentyabr — Sputnik. Bu gün Azərbaycan Mərkəzi Bankında (AMB) Dövlət Neft Fondunun iştirakı ilə növbəti valyuta hərracı keçirilib.

Sputnik Azərbaycan-ın məlumatına görə, hərracda tələb 62,2 mln. ABŞ dolları təşkil edib və tam təmin edilib.

Bugünkü valyuta hərracında tələb əvvəlki hərracla müqayisədə 12% və ya 8,5 mln. dollar azalıb.

Hərracda manatın ortaçəkili məzənnəsi 1,7000 səviyyəsində formalaşıb.

Qeyd edək ki, 24 sentyabr 2020-ci il tarixində Mərkəzi Bankda Dövlət Neft Fondunun iştirakı ilə növbəti valyuta hərracı keçirilib. Hərracda tələb 70,7 mln. ABŞ dolları təşkil edib.

53
Minaatandan atəş, arxiv şəkli

Ermənistan ordusunun hərbi texnikası darmadağın edilib

169
(Yenilənib 12:50 28.09.2020)
Düşmən itkiləri arasında aşkar edilən bəzi cəsədlərin Suriyadan olan muzdlulara aid olması müəyyənləşib.

BAKI, 28 sentyabr — Sputnik. Kəşfiyyat məlumatlarına əsasən, düşmənin 24 ədəd tankı və digər texnikası, 15 ədəd OSA-sı, 18 ədəd PUA-sı məhv edilib.

Sputnik Azərbaycan-ın məlumatına görə, bunu Müdafiə Nazirliyinin keçirdiyi brifinqdə Müdafiə Nazirliyinin Mətbuat Xidmətinin mətbuat katibi, polkovnik-leytenant Anar Eyvazov deyib.

"Raket atışları ilə düşmən müqavimətinin qırılmasına məcbur edilir", – polkovnik-leytenant Anar Eyvazov deyib.

O bildirib ki, Ermənistan tərəfinin Azərbaycan Ordusunun itkiləri ilə bağlı yaydığı məlumatların heç bir əsası yoxdur.

"Bu, Ermənistan əhalisinin içində olan təşvişi azaltmağa xidmət edir. Kəşfiyyat məlumatlarına əsasən, düşmənin 24 ədəd tank və digər texnika, 15 ədəd OSA, 18 ədəd PUA-sı məhv edilib. Düşmən itkiləri arasında aşkar edilən bəzi cəsədlərin Suriyadan olan muzdlular olması müəyyənləşib. Ermənistan tərəfi bu məlumatı həm yerli, həm beynəlxalq ictimaiyyətdən gizlədir", – polkovnik-leytenant Anar Eyvazov əlavə edib.

169
20 nömrəli məktəbdə tədris prosesi

Əyani formada dərslərə davamiyyət faizi açıqlanıb

0
(Yenilənib 19:31 29.09.2020)
"Təhsil müəssisələrində koronavirusa qarşı şagirdlərin və məktəbin pedaqoji heyətinin daha etibarlı qorunması üçün sanitar-epidemioloji vəziyyətdən irəli gələn tələblərə ciddi əməl olunur və müvafiq qaydaların icrası ilə bağlı mütəmadi monitorinqlər aparılır"

BAKI, 29 sentyabr — Sputnik. Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki ümumi təhsil müəssisələrində sentyabrın 29-da əyani formada dərslərə davamiyyət 85-90 faiz təşkil edib. İdarədən Sputnik Azərbaycan-a bildirilib ki, hazırda təhsil müəssisələrində tədris və təlim-tərbiyə prosesi Nazirlər Kabinetinin "Xüsusi karantin rejimi dövründə Azərbaycan Respublikasında fəaliyyət göstərən təhsil müəssisələrində tədris və təlim-tərbiyə prosesinin təşkilinin müvəqqəti Qaydaları"na uyğun olaraq təşkil edilir. Təhsil müəssisələrində koronavirusa qarşı şagirdlərin və məktəbin pedaqoji heyətinin daha etibarlı qorunması üçün sanitar-epidemioloji vəziyyətdən irəli gələn tələblərə ciddi əməl olunur və müvafiq qaydaların icrası ilə bağlı mütəmadi monitorinqlər aparılır. Bütün bunlar şagird və valideynlərdə əminlik hissini artırır, ənənəvi tədrisə və müəllimlə canlı ünsiyyətə əsaslanan dərs prosesinə maraq göstərənlərin faiz artımına təkan verir.

Qeyd edək ki, sentyabrın 27-də Ermənistan silahlı qüvvələri təxribat törədərək cəbhəboyu zonada yerləşən Azərbaycan Ordusunun mövqelərini və yaşayış məntəqələrimizi intensiv atəşə tutub. Ermənistanın törətdiyi genişmiqyaslı təxribatın qarşısını almaq üçün ölkə üzrə internetin verilməsi məhdudlaşdırılıb. Bununla əlaqədar olaraq distant (məsafədən) dərslərdə müəyyən fasilələr yaranıb. Şagirdlərin hazırkı vəziyyətdə "Mədəniyyət" və "Arb Günəş" televiziya kanalları vasitəsilə yayımlanan və bütün fənləri əhatə edən teledərsləri daha diqqətlə izləməsi tövsiyə olunur. İnanırıq ki, ümumi təhsil müəssisələrində tədrisin təşkili istiqamətində nəzərdə tutulan mərhələli tədbirlər bundan sonra da uğurla reallaşdırılacaqdır.

0
Teqlər:
məktəb, orta təhsil, təhsil, Azərbaycan
Əlaqədar
Təhsil Nazirliyi dərs cədvəlinə dəyişiklik etdi
Hərbi vəziyyətdə təhsilə necə davam edəcəyik - Nazirlik aydınlıq gətirir
Distant təhsil bir müddət dayandırılsın - ekspert səbəbi açıqladı
Təhsil Nazirliyi Ermənistanın təcavüzü nəticəsində həlak olan məktəblilərimiz barədə