Купюра номиналом в 200 AZN, фото из архива - Sputnik Azərbaycan
İQTİSADİYYAT
Sosial-iqtisadi gündəmə, maliyyə, biznes sahəsinə dair materiallar

Nefti bahalaşdırmaq istəyir: ekspert Trampın İranı niyə təhdid etdiyini açıqladı

© REUTERS / Alexander DragoПрезидент США Дональд Трамп
Президент США Дональд Трамп  - Sputnik Azərbaycan
Abunə olmaq
ABŞ Prezidenti Donald Tramp İran döyüş gəmilərinin Amerika gəmilərinə yaxınlaşdığı təqdirdə məhv edilməsi tapşırığını verib.

BAKI, 23 aprel — Sputnik. ABŞ Prezidenti Donald Tramp Amerika hərbi dəniz qüvvələrinə təqib olunacaqları təqdirdə İran döyüş gəmilərini məhv etməyi tapşırıb.

"ABŞ Hərbi Dəniz Qüvvələrinə tapşırmışam ki, dənizdə gəmilərimizi təqib edən istənilən İran döyüş gəmisini vurub məhv etsinlər", – Tramp "Twitter" səhifəsində yazıb.

O, həmçinin İranın patrul katerlərinin ABŞ-ın hərbi gəmisinə yaxınlaşmasının videogörüntülərini paylaşıb.

Rusiya Dövlət İdarəetmə Universitetinin UNESCO kafedrasının elmi işçisi, "Valday" diskussiya klubunun eksperti Fərhad İbrahimov Sputnik radiosunun efirində ABŞ prezidentinin İrana qarşı təhdidlərinin səbəbləri barədə danışıb. 

"Burada bir neçə nüans var. Birincisi, hazırda Tramp və onun administrasiyası sürətlə yayılan və Amerikanın tam inkişaf etməsinə imkan verməyən koronavirus səbəbindən daxili siyasi planda kifayət qədər mürəkkəb bir vəziyyətdədir. İndi Trampın mövqeyi istənilən səviyyədə deyil və xarici siyasət sahəsində ona müəyyən uğurlar qazanmaq lazımdır. Bu mənada, İran rahat hədəfdir və Tramp Yaxın Şərqdə mövcud olan bütün problemlərə görə yenə də ona ilişir və onu ittiham edir", – İbrahimov bildirib.

Нефтяная вышка в Сирии, фото из архива - Sputnik Azərbaycan
İQTİSADİYYAT
Neft öldü, sadəcə ağlayanı lazımdır

Onun fikrincə, İranın bu günlərdə Amerikanın humanitar yardımını nümayişkaranə şəkildə qəbul etməməsi də ABŞ prezidentini qıcıqlandırıb.

Ekspert hesab edir ki, bununla yanaşı, daha bir səbəb də var.

"Əlbəttə ki, burada neftin qiymətinin düşməsi ilə bağlı iqtisadi bir aspekt də var. Belə bir ehtimal var ki, (Tehran və Vaşinqton arasında – red.) bu cür kəskinləşmə neftin qiymətinin yenə artmasına imkan verəcək. Bu ilin yanvarında olduğu kimi. Həmin vaxt Prezident Tramp İslam İnqilabı Keşikçiləri Korpusunun generalı Qasım Süleymaninin öldürülməsi barədə əmr vermişdi. Güman ki, Tramp administrasiyası indi öz reytinqini artırmağa, həmçinin neftin qiymətinin yenidən qalxmasına çalışır", – Fərhad İbrahimov bildirir.

Yanvarın 3-nə keçən gecə ABŞ qoşunlarının İranın "Əl-Qüds" elit xüsusi təyinatli qüvvələrinin generalı Qasım Süleymanini öldürməsindən sonra Tehran və Vaşinqton arasında münasibətlər növbəti dəfə gərginləşib.

Yanvarın 8-nə keçən gecə İran İraqdakı Amerika hərbi infrastrukturuna raket zərbəsi endirib. Hücum qurbanlarının sayı açıqlanmır.

Xəbər lenti
0