Купюра номиналом в 200 AZN, фото из архива - Sputnik Azərbaycan
İQTİSADİYYAT
Sosial-iqtisadi gündəmə, maliyyə, biznes sahəsinə dair materiallar

Azərbaycan bir açıqlama ilə dünya neftinin qiymətini bahalaşdırdı

© AFP 2023 / Carina Johansen / NTB ScanpixНефтяное месторождение в Северном море, Норвегия
Нефтяное месторождение в Северном море, Норвегия - Sputnik Azərbaycan
Abunə olmaq
Azərbaycan Energetika Nazirliyinin aprelin 6-da videokonfrans formatında keçiriləcək OPEC+ görüşündə alyansın bütün ölkələrinin nazirlərinin iştirakının gözlənildiyini bildirib.

BAKI, 3 aprel — Sputnik. Azərbaycan Energetika Nazirliyinin neft qiymətlərinin stabilləşməsi üzrə aprelin 6-da OPEC+ görüşünün keçiriləcəyinə dair verdiyi məlumatdan sonra cümə günü "Brent" markalı neftin qiyməti qalxıb.

Журналисты стоят перед входом в штаб-квартиру Организации стран-экспортеров нефти (ОПЕК) - Sputnik Azərbaycan
İQTİSADİYYAT
Azərbaycan neft danışıqlarına hazırlaşır – Dəvət gəlib

Sputnik Azərbaycan RİA Novosti-yə istinadən xəbər verir ki, Bakı vaxtı ilə saat 12:30-a olan məlumata görə, "Brent" neftinin iyun fyuçerslərinin qiyməti 1,7 dollar artaraq bir barrel üçün 31,64 dollar təşkil edib. 

Bu arada "WTI" markalı neftin may fyuçersləri isə 0,31 dollar bahalaşaraq bir barrel üçün 25,63 dollar səviyyəsinə qalxıb.

Azərbaycan Energetika Nazirliyinin aprelin 6-da videokonfrans formatında keçiriləcək OPEC+ görüşündə alyansın bütün ölkələrinin nazirlərinin iştirakının gözlənildiyini bildirməsindən sonra "Brent" markalı neftin qiyməti artmağa başlayıb, "WTI" neftinin isə ucuzlaşması templəri xeyli azalıb.

Qeyd edək ki, görüşdə OPEC+ əməkdaşlığına dair yeni Bəyannamənin müzakirəsi planlaşdırılır.

Xəbər lenti
0